Dualar bağlamağa
Anaçöl, Anadilək.
Diz çöküb, üz sürtüb ağlamağa
Anadua, Anagüc,
Anadivar, Anakünc.
Azərbaycan - su xanımlar,
Od ərlər, od bəylər yurdu.
Qılıncı yerdə göyərən,
Göydə bitən göylər yurdu.
Azərbaycan - Yerüzünə Tanrı payı,
Göy payı tək göydən düĢüb.
Azərbaycan, sənin adında birləĢib
Həm ər olmaq, həm bəy olmaq,
Həm də Bəycan, Azərbaycan.
“Azəri”, “azəri” deyib
Ayırmayın, bölməyin
Bir daha Azərbaycanı.
Belə deyib adımızdan
Atırsınız Bəy'i, Can'ı.
Azərbayan - AnauçuĢ,
AnaquĢ, Anaqanad.
Həm də hər an canımda
Anainilti, Anaçat.
Sən acı iĢində də,
Sən palçıq içində də,
Sən qaçqın köçündə də
Göyüzünə, Tanrısına
Baxıb gülümsəyən Ana,
Çəkdiyin qəm gəlsin mənə,
Gəlsin, dolsun canımdakı
Anaruha, Anacana.
Dərd-Qəmin hamıdan qaçıb
Ancaq mənim olunca,
Hamsı canıma dolunca
Görürəm, görürəm necə
Hər an, hər an
Sıçrayıb məzarlarından
“Qalxın!” qıĢqırır Ģəhidlər.
Qalxmır, bəlkə
BaĢqa iĢarə gözləyir
Tanrımızdan igidlər?!
Qanı, canı, iliyiylə,
Güneyiylə, quzeyiylə
Ġnləyəndə ulu yurdlar,
Qalxmayanda igidlər
ġairin üstünə gələr
Torpağı, suyu dağlı,
Göyü bağlı qəmlər, dərdlər.
Azərbaycan - Uçan Qılınc,
Tökülən yox, Ucalan Qan -
Deyərəm mən adına,
Qalxar, sıçrayar adın da.
Ağrın boyda, acın boyda
Açılar qılıncın da,
Açılar qanadın da.
“Bəy at” deyincə atına
Güc verər dal ayaqları,
Yeri itələyər geri.
“Xan at” deyincə atına
Qalxar qabaq ayaqları,
Göyləri yığar altına.
Al, yaĢıl, göy dağımı,
Xan dağımı, bəy dağımı,
Bayrağımı, bayrağımı
Öpüb çökərəm yenə
Bu dünyanın üstünə.
Qoy baxıb bayrağıma
Öz göyündən daha gözəl
Bir göyüzü görsün dünya
Ay-ulduzumu görcək.
Öz qoxusundan utanıb
Qoxlasın bayrağımı
Gizlicə hər gül, hər çiçək.
Dünya çəksin ciyərinə
dönə-dönə
bayrağımın ətrini
göy ətri tək, Azərbaycan,
ulduz ətri,
ay ətri tək, Azərbaycan!
***
SAVALANIM - TANRI DAĞIM
Elçibəyin dilindən
Mən bu dünyanın özündən,
min üzündən sovuĢuram.
Savalanım - Tanrı dağım,
Gəldim, sənə qovuĢuram.
QovuĢduqca duruluram,
duruluram, duruluram.
Göyüzündən ətirli göy,
sudan duru gül oluram.
Buluddan, quĢdan qanadlı,
xəyaldan yüngül oluram.
Görürəm, Tanrım, görürəm
ətəyindən qanadlanıb
göyləri aĢan elimi.
Ġlahi səslər içindən
çiçəkcə, gülcə,
göycə danıĢan dilimi.
Sükür, Tanrım, sükür sənə!
Elimdən də, dilimdən də
göyüzünün
gül qoxusu gəlir yenə.
Ana yurdu, Ana göyü
gecə-gündüz sevməkdən də
rahat olmuram, Ġlahi.
EĢqdən göydə yaraĢığın,
yerdə iĢığın yorulur,
mən yorulmuram, Ġlahi.
Anayurdu da, Səni də
Sevmək hələ azdır, Tanrım.
Səni sevmək,
Hələ, hələ sevgi yarı.
Hər an, hər an
yenidən qanadlanıram
uça-uça hey yuxarı.
Qalxıram insan göyündən,
qalxram insan eĢqindən
neçə-neçə göy yuxarı.
ġükür sənə, Ģükür, Tanrım,
məni elədin axırı
hamının
hamını sevməyiyçün
bu dünyanın çıxarı.
Ġndi min göydən üzümə
mingül nurun düĢür, Tanrım.
ġükür, Ģükür, hamını
hamıya sevdirdikcə
yenə yurdum bütövləĢir,
sevgim bütövləĢir, Tanrım!
Dostları ilə paylaş: |