ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə42/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   35   36   37   38   39   40   41   42   43

fikirlər,  maraqlı  mülahizə  və müddəalar mövcuddur.  YaxĢı yadımdadır  -  elmdə çox  cəsarətli 
olan rəhmətlik Ziya müəllim kimi qorxmaz bir adam dissertasiyanın o zaman Moskvadakı Ali 
Attestasiya Komissiyası tərəfindən təsdiq edilməyəcəyindən ehtiyatlanaraq Əbülfəz bəyə bəzi 
məqamları  yumĢaltmağı  tövsiyə  edirdi.  Əbülfəz  bəy  isə  fikirlərində  israr  edib  dururdu. 
Nəhayət, həm elmi rəhbər, həm də müəllif tərəfindən olan bəzi qarĢılıqlı güzəĢtlərdən sonra 
əsər müdafiəyə buraxıldı və tezliklə təsdiq edilib onun müəllifinə tarix elmləri namizədi alimlik 
dərəcəsi verildi. 
ġərq  tarixĢünaslığında  Abbasilər  xilafətinin  süqutu  barəsində  müxtəlif  elmi  mülahizələr 
mövcuddur.  Lakin  bunların  içərisində  Əbülfəz  bəyin  irəli  sürdüyü  mülahizə  öz  elmliliyi  və 
inandırıcılığı ilə diqqəti daha çox cəlb etmiĢ və mütəxəssislərin əksəriyyəti tərəfindən bəyənilib 
qəbul edilmiĢdir. 
Əbülfəz  bəyin  elmi  diapozonu  geniĢ  idi.  O,  islam,  Azərbaycan  tarixi  ilə  yanaĢı,  müsəlman 
hüququ,  məzhəblər,  təsəvvüf,  ġərq  aləmində  elmlərin  təsnifatı  ilə  çox  maraqlanır  və  bu 
barədə mənimlə  geniĢ fikir  mübadiləsi aparırdı. Əbülfəz  bəy görkəmli ġərq  alimləri Xəlil ibn 
Əhməd  əl-Fərahidinin,  Farabinin,  Ġbn  Sinanın,  Nəsirəddin  Tusinin,  Səkkakinin,  Biruninin, 
Zəkəriyyə Qəzvinin elmlərin təsnifatı ilə əlaqədar əsərlərini geniĢ araĢdırmıĢ, bu barədə silsilə 
məqalələr  çap  etdirmiĢdir.  Əlyazmalar  Ġnstitutunda  çalıĢdığı  müddət  ərzində  o,  orta  çağ 
Azərbaycan alimlərinin ərəbcə bir çox əsərlərinin əlyazmalarının aĢkar edilməsində müstəsna 
xidmət göstərmiĢdir. 
Əbülfəz Elçibəyin həyat və fəaliyyətini, bir dost, gözəl insan, görkəmli siyasi xadim, tədqiqatçı 
alim kimi məziyyətlərini, səciyyəvi cəhətlərini kiçik bir yazıda əhatə etmək əsla mümkün deyil. 
Biz not xarakterli bu yazımızda ancaq onun yaddaĢımızda həkk olunmuĢ ən bariz cəhətlərini 
verməyə çalıĢdıq. 
Əbülfəz Elçibəy nisbətən qısa, lakin çox Ģərəfli ömür yaĢadı, əməlləri ilə xalqın məhəbbətini 
qazandı. Xaliqinin hüzuruna üzüağ, alnıaçıq getdi. Onun ölümü təkcə ailəsi, yaxınları, dostları 
üçün deyil, bütün xalqımız üçün böyük itkidir. O, Azərbaycan tarixində əbədi yaĢayacaq, xalq 
onu  həmiĢə  sevgi  və  sayğılarla  anacaqdır.  Mənim  üçün  isə  o,  həmiĢə  unudulmaz  tələbəlik 
illərinin mehriban dostu Əbülfəz olaraq qalacaqdır.  
Allah ona rəhmət eləsin, qəbri nurla dolsun! Amin! 
 
 
 
 
 


ZƏLĠMXAN MƏMMƏDLĠ.
 
Elçibəy özünə də baĢ əymədi 
Elçibəy siyasəti , Elçibəy əxlaqı və Elçibəy Ģəxsiyyəti... Və bunların vəhdət təĢkil etdiyi Elçibəy 
vətəndaĢlığı... Məhz bu vəhdətdir ki, yaratdığı izlərdə Elçibəy irsini, Elçibəy irsində Elçibəy izini 
formalaĢdırdı. Ġzlərin xaotikliyi səsləndi Elçibəyin sağlığında. Amma anlaĢılmadı kı, 70-ci ildən 
iddia  etdiyi  Azərbaycan  müstəqilliyi,  imperiya  süqutu,  Bütöv  Azərbaycan  “xülya”larını 
ömrünün son anına qədər dedi və həyata keçirdi. 25-30 illik bir mübarizə xətti cızdı Elçibəy. 
Bu  xətt  əyilmədi,  dəyiĢmədi  və  düz  xətt  boyunca  inkiĢaf  etdi.  Söylənilən  xaotiklik  isə 
görünmədi.  “Hərdəmxəyal”  adlandırılan  düĢüncələri  reallaĢdı.  Beləliklə,  Elçibəy  Ģəxsiyyəti 
özünün və özündəki bizləri sübut etdi. Bu, məncə, Elçibəyin Ģəxsiyyətinin dönməzliyini sübut 
edən  ən  baĢlıca  amil  oldu.  Buna  Elçibəy  Ģəxsiyyəti  dedik.  Ancaq  Elçibəy  Ģəxsiyyəti  Elçibəy 
siyasətindən  qopmadı.  Elçibəy  siyasətinin  kökündə  də  Azərbaycan  bağımsızlığı,  Azərbaycan 
bütövlüyü dayandı. Siyasətdə Ģəxsiyyət, Ģəxsiyyətdə siyasət mənzərəsi yarandı.  
Türk  dünyası  tarixində  Ģəxsiyyəti  ilə  siyasətini  bir  boya  gətirən  yeganələrdən  oldu  Elçibəy. 
Amma bu da ilk vaxtlar gözə görünmədi. Əslində görünə də bilməzdi. Elçibəy Ģəxsiyyəti bu 
Ģəxsiyyətin  görünməsinə  maneçilik  edirdi.  Elçibəy  siyasəti  apardığı  siyasətin  görünməsinə 
maneçilik  törədirdi.  Əslində  Elçibəy  Ģəxsiyyətinin  və  siyasətinin  reallıqda  görünməsinə  yox, 
bizlərin  gözündə  görünməsinə  təsir  edən  maneçilikdi  bu  maneçilik.  Elə  bunun  təsiri  idi  ki, 
sağlığında  heç  kəsin  gözündə  olduğu  kimi  görünmədi.  Bəlkə  də  bunu  görməyə  türk 
vətəndaĢının düĢüncəsi hələ hazır deyildi. Ya da türk düĢüncəsində öz nəhəngliyini göstərib 
əlçatmazlığını  sübutlamaqla  sitayiĢ  mənbəyinə  çevrilməyi,  sitayiĢ  edəcək  türkün  əyilməsini 
qəbul etmirdi. Onun üçün fərqi yox idi ki, Elçibəyin qarĢısında əyilirdilər, ya özgəsinin... Bu, 
Elçibəy əxlaqının bizə görünən tərəfi idi.  
Elçibəy siyasətinin və əxlaqının kökündə bir türk mədəniyyəti, türk mənəviyyatı və baĢlıcası - 
türk xalq yaradıcılığı dayanırdı. Ona görə idi ki, Elçibəy çıxıĢları, Elçibəy görkəmi olduğu kimi 
tanınmırdı.  Çünki  tanıya  bilmirdik.  Qəbul  edə  bilmirdik  ki,  ütülənməmiĢ,  qalstuklaĢmamıĢ 
siyasət ola bilərmi? Sübut olundu ki, ola bilər. Sübut olundu ki, ütülənməmiĢ siyasətdir məkri, 
xəyanəti itələyib meydandan atan.  
Mən  inanmıram  ki,  tarixlər  boyu  türk  mədəniyyətinin  içərisində  məkrli,  xəyanətli  cizgilər 
olsun.  Mən  inanmıram  ki,  türk  mədəniyyətini  siyasətinin  onurğa  sütunu  kimi  qəbul  edən 
simanın  siyasətində  bu  cizgilər  olsun.  Ancaq  bunu  heç  birimiz  görə  bilmirdik.  Ġmperiya 
beĢiyində  yırğalanmıĢ  körpələr  olaraq  “özgə”,  əslində  öz  laylamızı  qəbul  edə  bilmirdik.  Bir 
siyasətdə məkr, xəyanət, iblis düĢüncəsi görməyəndə bunu siyasət saymırdıq. Elə buna görə 
idi  ki,  Elçibəy  kölgəsinə  sığınıb  addımlarını  sürətləndirən  bəzi  kəslər  son  anda  Elçibəy 
yolundan  sapdılar.  Elçibəy  yolundan  qopub  ütüləĢmiĢ  “mənəviyyat”a  doğru  yüyürdülər. 
Elçibəy bunu da təbii qəbul edirdi. Yolundan azmıĢları, yoluna qayıtmıĢları duyurdu... ġüurlu 
inkiĢafı hər Ģeydən öndə tuturdu. Və... öncəni çox gözəl görürdü.  
Xatırımdadır,  AXC  hakimiyyəti  zamanı  siyasi  mühitdə  Müsavat,  “Yurd”  və  AXC  qanadlarının 
xaotik Ģəkildə inkiĢafını görərək on bir rayonun icra baĢçıları bir yerə toplaĢdıq, qərara aldıq 
ki, prezident Əbülfəz Elçibəyin yanına gedək, baĢ verən bu anlaĢılmazlığı ona deyək və qəti 
tədbir görülməsə yazdığımız və cibimizdə saxladığımız istefa ərizələrini ona verək.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə