ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   2   3   4   5   6   7   8   9   ...   43

MĠLLƏTƏ MÜRACĠƏT 
 
Bütün varlığımla sevdiyim, Tanrı sevdası ilə vurğun olduğum millətim, qürurum!  
Mənə “xərçəng”lə söhbət edib onu yerində oturtmağa imkan vermədilər. Siz görəcəkdiniz ki, 
bu, o qədər də qorxulu xəstəlik deyil və Siz bunu bilin! “Xərçəng”dən qorxmayın! Onunla kim 
əgər rastlaĢarsa, cəsarətli olsanız, ona qalib gələ bilərsiniz!  
Bu  gün  tibb  elmində  ən  böyük  xətanın  biri  odur  ki,  bunun  çox  qorxulu  olduğunu  deyirlər. 
“Xərçəng”  açıq  ölümdür.  Onda  insan  niyə  “xərçəng”dən  qorxmalıdır?  MaĢın  qəzası  bu 
xəstəlikdən qorxuludur. Onda nə üçün maĢınlardan istifadə edirik? Bir neçə xəstəlik (infarkt, 
böyrək çatıĢmazlığı, qara ciyər serrozu və s.) var ki, onlar da ölümlə nəticələnir. Çox vaxt da 
gözlənilmədən  baĢ  verir.  Amma  “xərçəng”  xəstəliyi  əvvəlcədən  bilinir  və  heç  yoluxucu  da 
deyil. Bəs onda niyə həkimlər bunu bir vahimə ilə qeyd edir, xəstədən gizlədir? 
Atalar məsəli var: açıq düĢmən gizli düĢməndən mərddir. Yəni insanı qəfil yaxalayıb öldürən 
xəstəlikdənsə, elə açıq gəlib, insanı da mərd aparan bu xəstəlik daha yaxĢıdır. Heç olmazsa, 
bilirsən  ki,  axırı  necə  olacaq.  Və  o  zaman  müəyyən  iĢlərini  də  imkan  daxilində  qaydaya 
qoyursan. Təsadüfə bax ki, mən özüm də elə “xərçəng” bürcündənəm. 
Yeddi  aydır  ki,  məndə  “xərçəng”  xəstəliyi  olduğunu  bilib,  üzümə  baxarkən  əzab  çəkən 
dostlarım, bəylər və xanımlar! Sizə bu əzabı verdiyim üçün bağıĢlayın! Bəzilərinizin nə üçün 
ağlamağınızın  səbəbini  indi  baĢa  düĢürəm.  Ġndi  Sizə  bir  gileyim  var  -  axı  Siz  belə  zəif 
olmamalıydınız. Türkə zəiflik yaraĢmaz! Türk ölümün gözünə dik baxmalıdır! Ölümdən qorxan 
Türk deyil! Bir daha deyirəm: ölümdən qorxan Türk deyil!  
Ancaq  Türk  özü  əvvəlcədən  ayıq  olub,  ölümünü  də  özü  seçməlidir!  Dünyanı  Yaradan  hər 
istədiyni  özü  seçib,  olanları  aydınlaĢdıracaq!  Türk  ölümünü  niyə  özü  seçməsin?  Yəni  ölümü 
elə  seçərsən  ki,  daha  Ģərəfli  olar.  Müdriklərin  belə  bir  deyimi  də  var:  insan  ölümünü  özü 
seçməlidir! 
Əbülfəz ElÇĠBƏY, 
Ankara Dövlət Xəstəxanası 
20.07.2000, saat 6:00 
 
 
 
 
 
 
 
 


TÜRKĠYƏDƏ VƏ AZƏRBAYCANDA OLAN GÖRKƏMLĠ TÜRK AYDINLARIMIZA KĠÇĠK 
XATIRLATMA 
 
Mən  çox  gec  bildim  ki,  “xərçəng”  xəstəliyinə  tutulmuĢam.  Ancaq  Siz  bunu  əvvəlcədən  bilib 
məndən  gizlətmiĢdiniz  ki,  mən  narahatlıq  hissi keçirməyim. Hətta  gəlib  mənimlə  görüĢəndə 
maraqlı kitablar gətirirdiniz ki, onları oxuyum. Ancaq daha yaxĢı olardı ki, mənə bu həqiqəti 
bildirəydiniz. Nə qədər ki zaman varıydı, məsləhətləĢib, heç olmazsa, gələcək milli proqramın 
tezislərini hazırlayaydıq. Yeni iĢlər görmək mümkün idi. Nə isə...  
Onu da bilməliyik ki, nə qədər açıq-aydın danıĢa bilmirik, heç bir iĢimiz düzgün getməyəcək. 
Ona görə də mütləq demokratik cəmiyyət lazımdır ki, açıq danıĢıb məsələləri həll edək.  
Türk millətinə ən lazım olan - mənəviyyata dayanaraq birləĢə bilməkdir! 
Əbülfəz ElÇĠBƏY, 
Ankara Dövlət Xəstəxanası 
20.07.2000, saat 7:00 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


ELÇĠBƏY HAQQINDA XATĠRƏLƏR 
 
TOFĠQ TÜRKEL. Kamil insan  
 
Ġnsani-kamilin üzünədir sücudimiz, 
 
Onun fəda cəmalına - budur vücudimiz. 
 
(Ġmadəddin Nəsimi) 
 
Hər  bir  insanın  həyatında  Məlikməmməd  haqqında  nağılda  deyildiyi  kimi  “yandım”  məqamı 
var  və  həmin  məqamdan  keçdikdən  sonra  bütöv  bir  “azadlıq  aləmi”  baĢlanır.  Bu  aləmin 
pərvanələri, Ģamları, güzgüləri olan zatlar və həmin zatların özündən kainata, əyandan sirrə 
vaqifliyi bəllənir. 
BəĢər  olub  bəĢərin  özündən  seçilən  və  elə  bəĢər  olaraq  da  bəĢərin  heyrətinə  dönənlər 
insanlığa xidətdə KAMĠL ĠNSAN məqamına ucalır. Kamilliyin əsasında isə EġQ və həmin eĢqə 
pərvanəlik, ikilikdən qurtaran könül ərənliyi durur. 
  
ELÇĠBƏYĠN BATĠN TƏLĠMĠ  
Pirlər nə söyləmiĢ - eyləmək gərək.
  
(“Kitabi -Dədə Qorqud”) 
 
“Əgər,  doğrudan  da,  bütün  cisimlərin  mənasını  anlayırıqsa  onda  hər  Ģey  nədən  baĢlanır?” 
sualına cavab verə bilərsən?  
Nələr  haqda  danıĢmadım,  nələri  demədim.  O  isə  hər  cavabıma  baĢını  tərpədərək  “xeyr” 
deyirdi.  
Bu, Böyük Bəyin mükəmməl yiyələndiyi batin elmin ilk pilləsi, qapısının astanası, on əsrlərlə 
ġərqin “sufilik” adlandırdığı baĢlanğıcı və sonu bilinməz dəryanın lap ləpədöyəni idi.  
1987-ci  ildə  Böyük  bəy  YaĢar  Türkazərə  Ģamançılıq  haqda  danıĢanda  birdən  çoxdan 
həsrətində olduğum “böyük sufi pirləri” ifadəsini eĢitdim...  
HƏR ġEY ÖZ ADIYLA BAġLAR  
Ey bilən Həqqin sifatın, ismi vü əsması nədir? 
 
Ya bu əsmadan murad olan müsəmması nədir? 
 
(Ġmadəddin Nəsimi) 
 
O zaman Böyük bəy uzun cavablarımdan sonra mənə “hər Ģey öz adyıla baĢlar, çünki Allah 
da  öz  adı  ilə  baĢladı”  kəlamını  xatırlatdı.  Onun  batin  elm  dediyi  “eĢq  elmi”  dörd  qapı  və 
məqamlar  üzərində  cəmlənib.  Bu  məqamlar,  bu  qapılar  sirlər  idi  və  bu  sirlər  bəĢərə  açıla 


bilməzdi. Odur ki, Böyük bəy hətta bu mövzularda camaat arasında danıĢmağımıza da yasaq 
qoydu.  
  
ZAMAN BĠZĠ BƏYANA GƏTĠRƏR!  
Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz. 
 
(Məhəmməd Füzuli) 
 
Ən əzablı olanı bu idi ki, nələrisə Böyük bəydən eĢitdikdən sonra onu bilməyimizlə fəxr etmək 
istədikdə  “əgər  bununla  təkəbbür  edəcəksənsə  Allaha  asi  düĢəcəksən,  özünü  bəĢərə 
göstərmək  istəyəckəsənsə  bu  təlimin  hamıya  eĢq  təməlini  pozacaqsan”  cavabını  verib 
təmkinə,  səbrə  çağırırdı.  “Zaman  bizi  bəyana  gətirəcək”  fikrini  söyləməklə  çılğınlığımıza, 
hövsələsizliyimizə qalib gəlməyə dəvət edirdi.  
“Dağ  çayı  yox,  dərya  olmağı  bacaran  Ģəxs  hikmət  qapısına  gələcək  və  həmin  hikmət 
qapısında  “kəmtər  qul”  xidməti  göstərəcək.  Hikmətin  qayəsi  eĢq,  eĢqin  qayəsi  səbr,  səbrin 
qayəsi O-dur”.  
Bunlar Böyük bəydən hikmətin açarı haqqında eĢitdiyimiz sözlərdəndir. 
 
SƏBR BĠR ATDIR KĠ, MĠNƏN DÜġMƏZ  
Qəzəb halında qərar qəbul etmək dəlilik əlamətidir .
  
(Həzrəti-Əli) 
 
Kəmhövsələliyi “Ģeytan əməli” adlandıran Böyük bəy bir dəfə qəribə tərzdə soruĢdu: “Elə bir 
kiĢi  göstərə  bilərsən  ki,  mindiyi  atdan  düĢməsin?”.  Sonra  mənə  diqqətlə  baxıb  “yəqin 
deyəcəksən ki, Bəy yalan danıĢır”. Həqiqətən də, hazırlaĢırdım ki, elə həmin cümləni deyim. 
Bu zaman Böyük bəy həzrəti-Əlinin (s.) “səbr bir atdır ki, minən düĢməz” kəlamını xatırlatdı.  
Bu,  həmin  səbrdir  ki,  Böyük  bəy  onunla  imperiyanı,  təhqirləri,  təzyiqləri,  böhtanları  və  Ģəri 
yendi,  məğlub  etdi.  Bu,  həmin  səbrdir  ki,  Böyük  bəyə  düĢməni  üçün  belə  “Allah  özü  rəhm 
etsin” kəlamını dedizdirirdi. Bu, həmin səbrdir ki, onunla hakimiyyət ehtirasını yenərək, insan 
və  millət  sevgisini  bayraq  edib  Kələkiyə  apardı.  Bu,  həmin  səbrdir  ki,  tiranlara  belə 
demokratiya yolunu qəbul etdirdi, onları üçrəngli bayraq önündə diz çökdürüb, həmin bayrağı 
öpdürdü. Bu, həmin səbrdir ki, tiranı tabutu önündə baĢ əydirdi.  
Böyük bəy doğru deyirdi: “Səbr bir atdır ki, minən düĢməz”.  
  
 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə