ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə14/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

            
Siz, ey tarixçilər, ey tarixçilər,
  
            Tarixçi susarsa tarix kiçilər.
  
            Tarix kiçiləndə kiçilər Vətən,
  
            QarıĢla, yeriĢlə ölçülər Vətən.
  
            ...Mən kiməm? - Adımı bilməyim niyə,
  
            Adımla yaĢayıb ölməyim niyə?!
  
            Verin tariximin tarixini siz,
  
            Uçub fiĢəng kimi göyləri yarım.
  
            Göydə günəĢ kimi mübahisəsiz
  
            Görsün bədxahlarım, xeyirxahlarım.
  
            ...Pis yerə yozmayın ürək deyəni,
  
            Mən də bu torpağın bir damla qanı.
  
            Canlı xəritəyə çevirin məni,
  
            NəqĢ edin sinəmə Azərbaycanı.
  
Fikrini  bildirmədi.  Ancaq  üz-gözündən  oxudum  -  “mənə  verirsiniz  də?”  dedi.  “Bəli”  sözümə 
“sağ olun”la cavab verdi.  
Ümumiyyətlə, hiss edirdim ki, Əbülfəz bəyin yaradıcı adamlara, fikir adamlarına rəğbəti var. 
Çünki onun özü böyük fikir, düĢüncə, məslək, əqidə adamı idi. Filosof idi, psixoloq idi. Tarixçi, 
ədəbiyyatçı  idi.  Hələ  o  vaxtlar  Qur’ana,  Məhəmməd  peyğəmbərin  kəlamlarına,  ġərq 
müdriklərinin yaradıcılarına yeri gəldikcə müraciət edərdi. Hiss olunurdu ki, ġərq fəlsəfəsi ilə 
daha çox maraqlanır.  
Görünür, onun beyninə demokratik ideyalar, bəĢəri fikirlər ilk növbədə bu mənbələrdən gəlir 
və formalaĢırdı.  
Sovet  rejiminin  sərt  illərində  Əbülfəz  bəyin  zindana  düĢməsi  də  təsadüfi  deyildi.  Faktlar 
göstərir ki, ġərqin ən böyük fikir adamlarının - alimlərin, Ģair və yazıçıların, din xadimlərinin 
yolu zindanlardan keçibdir. Ancaq onlar heç vaxt sarsılmayıblar, qorxub- çəkinməyiblər. Hətta 
dar  ağacı  qarĢısında  belə  məğrur  dayanıblar.  Azadlığa  çıxan  kimi  yenə  ideyalarını  davam 
etdiriblər.  
Əbülfəz Elçibəy də bu yolla getdi. Doğrudur, ilk baxıĢda çox Ģey itirdi. Əvvəla, sağlamlığının 
qayğısına qalmaq heç vaxt yadına düĢmədi. Daima ehtiyac içində yaĢadı. Ailəyə, ata-anaya, 
arvad-uĢağa, qohum-əqrəbaya da əl tuta bilmədi. Adama elə gilirdi ki, Əbülfəz bəy ömrünü 
təkcə bir kostyumda keçirir.  
Ancaq  qazancı  daha  çox  oldu.  Ən  baĢlıcası,  ümumxalq  məhəbbəti  qazandı.  Bütün  türk 
dünyasında  Ģöhrət  qazandı,  xalqının,  millətinin  azadlıq,  müstəqillik  əldə  etməsində  misilsiz 
xidmət  göstərdi.  On  minlərlə,  yüz  minlərlə,  milyonlarla  gəncin  ürəyində  azadlıq,  mübarizlik, 
döyüĢkənlik, millətsevərlik toxumu cücərtdi. Gələcəyə inam tonqalı alovlandırdı. Özü isə milli 
azadlıq hərəkatımızın böyük liderinə çevrildi. Bu cəhətdən o, XX əsrdə yalnız Məmmədəminlə 
müqayisə ediə bilər. 


MəsləkdaĢı,  əqidə dostu  və qardaĢı Ġsa  Qəmbərin  bu sözlərinə  mən  də  Ģərikəm  ki,  Əbülfəz 
bəy Məmmədəmin ideyalarının davamçısı idi. Bu Ģəxsiyyətlər Azərbaycanın XX əsr tarixinə öz 
imzalarını  atdılar.  Əsrin  əvvəllərində  bu  mübarizəni  Məmmədəmin  Rəsulzadə  baĢladı.  Əsrin 
sonunda  isə  onu  Əbülfəz  Elçibəy  davam  etdirdi.  Hər  iki  lider  türk  dünyasının  paytaxtı  olan 
Ankarada gözlərini yumdu. Hər ikisinin son sözü “Azərbaycan” oldu. 
Xalq Əbülfəz Elçibəyi özünün prezidenti seçdi. Onun prezidentliyinin ömrü çox qısa - bir ildən 
bir qədər artıq çəkdi. Bu, imperiyanın yıxıldığı, onun ideoloqlarının son dərəcə mürtəceləĢdiyi 
dövr  idi.  Həmin  qısa  müddətdə  həqiqətən  böyük  tarixi  hadisələr  baĢ  verdi.  Milli  dövlətimiz 
yarandı. Milli müstəqilliyimizin bünövrəsi qoyuldu. Rus qoĢunları Azərbaycandan çıxarıldı. Milli 
pul  vahidi  buraxıldı.  Millətimizin,  dilimizin  adı  özünə  qaytarıldı.  Təhsil-tərbiyədə  islahatlara 
baĢlanıldı. Mətbuat və söz azadlığı elan olundu.  
Yeri gəlmiĢkən, qeyd etmək istəyirəm ki, mən bütün ömrüm boyu yalnız bu ildə azad nəfəs 
alaraq yaĢadığımı hiss etdim. 
Əbülfəz Elçibəy prezident olan vaxt 3-4 ziyalını söhbətə dəvət etdi. Onların arasında mən də 
vardım.  
Bizi  qəbul  otağının  qapısı  ağzında  qarĢılayıb  içəri  apardı.  Hər  birimizlə  mehriban  görüĢdü. 
Gözlərimə  inanmırdım.  HəmiĢəki  Elçibəydi.  Mənim  nəzərimdə  o,  sadəlik,  müdriklik  zirvəsinə 
qalxdı. Söhbət vaxtı növbə mənə çatanda dedim:  
-Əbülfəz  bəy,  mən  birinci  dəfədir  birinci  Ģəxslə  üz-üzə  oturub  söhbət  edirəm.  Ona  görə  də 
bilmirəm səninlə diplomatiya dili ilə danıĢım, yoxsa öz dilimizdə? 
O gülümsünərək ayağa qalxdı. Arxadan əllərini çiynimə qoydu. Səmimiyyətlə qucaqladı:  
-Famil bəy, 15-20 ildir dostuq, yoldaĢıq. Diplomatiya nədir - zad nədir? Mən istəyirəm həmiĢə 
danıĢdığımız kimi danıĢaq.  
Ogündən-bugünə  bu  fikirdəyəm  ki,  bəlkə  də  Əbülfəz  bəy  dünyada  ən  sadə,  səmimi, 
demokratik, humanist prezident olub. Söhbət əsnasında yoldaĢlarımızdan biri dedi: 
-Əbülfəz  bəy,  niyə  bu  ipə-sapa  yatmayanlardan,  Allah  yoluna  gəlməyənlərdən  üçünü-beĢini 
tutdurub-basdırmırsan ki, baĢqalarına örnək olsun?”. Bəy bir anlığa fikrə getdi və cavab verdi: 
“Mən  bunu  düzgün  yol  hesab  etmirəm.  Tutdurmağa nə  var ki!  Bu  saat  çağırıb  bircə  kəlmə 
desəm  bir  gün  ərzində  həbsxananı  dolduracaqlar.  Məncə,  tutdurmaq,  cəzalandırmaq  yox, 
tərbiyə  etmək  lazımdır.  Bir  də,  axı  37-də  tutulanlara  hələ  bəraət  verib  qurtarmayıblar. 
Deyirsiniz  ki,  biz  də  tutdurub-basdıraq,  gələcəkdə  30-40  il  də  onların  bəraətinə  vaxt  sərf 
etsinlər? Yox, mən bunu edə bilmərəm. Bu, mənim təbiətimə ziddir. 
Söhbətimiz  canlı  və  maraqlı  keçdi.  Biz  danıĢdıqca  hərdən  dəftərçəsində  qeydlər  edirdi. 
Sözarası öz etirafını da bildirdi ki, səhvlərimizdən biri də budur - biz ilk gündən həqiqi ziyalıları 
öz ətrafımıza sıx toplaya bilmədik. Bunu bacarmadıq. Ġmkan olmadı... 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə