ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

Elçibəy  hökuməti  ölkənin  xarici  siyasət  kursunu  kəskin  dəyiĢdi  -  MDB-yə  girməkdən  imtina 
etdi və NATO ölkələri ilə, ilk növbədə Türkiyə ilə əlaqələri sürətlə inkiĢaf etdirməyə baĢladı. 
1993-cü  ilin  mayında  Elçibəy  hökumətinin  və  parlamentin  təzyiqləri  altında  sonuncu  Rusiya 
qoĢunları  Azərbaycan  ərazisini  tərk  etdi,  halbuki  onlar  keçmiĢ  SSRĠ-nin  Pribaltikadan  baĢqa 
bütün respublikalarında indiyədək qalmaqdadır.  
Bu  cür  xarici  siyasət  Dağlıq  Qarabağ  uğrunda  müharibədə  Ermənistana  kömək  etməklə 
Azərbaycana  təzyiq  göstərməyə  cəhd  edən  Rusiyanı  qəzəbləndirdi.  1993-cü  ilin  iyununda 
Rusiya xüsusi xidmətlərinin dəstəyi ilə ölkədə hərbi çevriliĢ baĢ verdi və Elçibəy öz postunu 
tərk etdi; o, öz doğma dağlıq Kələki kəndində sığınacaq tapdı, burada dörd ildən artıq qaldı 
və bu zaman özünü ölkənin qanuni prezidenti saymaqda davam etdi.  
1997-ci ilin sonlarında Elçibəy Bakıya qayıtdı və artıq hərəkat deyil (Cəbhə müxtəlif güclü bir 
neçə demokratik partiyaya parçalanmıĢdı), partiya olan Azərbaycan Xalq Cəbhəsinin sədrliyini 
ömrünün sonunadək davam etdirdi.  
Elçibəy  haqqında  düĢüncələr  həmiĢə  ziddiyyətli  olub:  “müstəqilliyimizin  ilhamvericisi”  və 
“demokratik  hərəkatı  dalana  dirəĢdirən  adam”,  “millətin  atası”  və  “zəif  inzibatçı”,  “milli 
ideyanın daĢıyıcısı” və “irticaçı millətçi” - pərəstiĢkarları və tənqidçiləri onu belə adlandırırdılar.  
Onun  baxıĢları  və  əməlləri  bir  çox  hallarda  ziddiyyətli  olurdu.  Ənənəvi  avtoritar  ġərq 
mədəniyyəti  mühitində  tərbiyə  almıĢ  Elçibəy  daim  Qərbə  və  plüralist  demokratiyaya  can 
atırdı;  o,  ġərq  qadınının  istismar  olunmasına  qarĢı  qətiyyətlə  çıxır,  qadının  ictimai  həyatda 
iĢtirak  etməsini  alqıĢlayırdı,  ancaq  heç  vaxt  öz  həyat  yoldaĢı  ilə  qəbullarda  və  ziyafətlərdə 
görünmədi; o, insanın Ģəxsi və siyasi hüquqlarını müdafiə edən qanunları tərəddüdsüz qəbul 
edirdi,  ancaq  bu  zaman  aydınlaĢırdı  ki,  konkret  insanın  hüquqlarının  pozulması  onu  elə  də 
həyəcanlandırmır  və  o,  bu  pozuntulara  tarixi  prosesin  labüd  hissəsi  kimi  baxır.  Elçibəy 
hakimiyyətdən  -  insanlar  üzərində  ağalıqdan  qətiyyən  zövq  almayıb;  o,  ideyalar  aləmində 
yaĢayırdı, o, “tarixi yaradırdı”, xırda problemlər və gündəlik inzibati məsələlər onu əsla cəlb 
etmirdi. 
Ermənistanla müharibədə və Rusiya ilə gərgin münasibətlərdə olan Elçibəy 20 milyonluq Ġran 
azərbaycanlılarının  Azərbaycan  Respublikası  ilə  birləĢməsi  məsələsini  daim  qaldırır,  bununla 
da Ġranın Ģəxsində özünə qəddar düĢmən qazanırdı. Elçibəy Rusiya və Ġranla qarĢıdurmasında 
Qərbin  və  Türkiyənin  yardımına  umud  bəsləyirdi,  ancaq  görmürdü  ki,  Qərb  də,  Türkiyə  də 
ona tam həcmdə köməklik göstərməyə hələ hazır deyillər... 
Elçibəyin ölkədəki demokratik prosesə töhfəsini dəyərləndirərkən Azərbaycan cəmiyyətinin 70 
və  80-ci  illərdə  nə  qədər  zəif  olduğunu  xatırlamaq  gərəkdir.  KeçmiĢ  SSRĠ-nin  baĢqa 
respublikalarında  Helsinki  saziĢlərinin  müdafiəsi  uğrunda  dissident  hərəkatı  geniĢlənməyə 
baĢladığı  zaman  Azərbaycanda  belə  bir  Ģey  müĢahidə  olunmurdu.  Ölkədə  gizli  nəĢrlər 
(“samizdat”) anlayıĢı da yoxdu, Azərbaycan yazıçıları yalnız senzuranın icazə verdiyi romanlar 
yazır,  tarixçilər  isə  “Azərbaycanın  əbədi  səadəti  Rusiya  ilə  ittifaqdadır”  düĢüncəsini 
təsdiqləmək  üçün  ölkə  tarixini  həvəslə  yenidən  yaradırdılar.  Belə  görünürdü  ki,  cəmiyyət 
əxlaqsız sovet sistemi ilə tam ahəngdarlıqda yaĢayır. Bax, belə bir xəstə durum fonunda elə 


bir  insan  meydana  çıxdı  ki,  adamları  vicdanımız  və  milli  kimlik  üzərində  zorakılıqdan  ibarət 
dəhĢətli yuxudan ayılmağa çağırdı. 
Çoxları unudur ki, Xalq Cəbhəsinin liderləri arasında Elçibəy yaĢlı nəslin yeganə nümayəndəsi 
idi, Cəbhənin qalan öncüllərinin hamısının və fəallarının çoxunun yaĢı 35-dən artıq deyildi və 
Xalq Cəbhəsi prezidentliyə namizəd irəli sürərkən Elçibəydən baĢqa, ictitmai xadimlərin yaĢlı 
nəsli  içərisində  ənənəvi  əhval-ruhiyyəli  Azərbaycan  əhalisinin  ümummilli  lider  saya  biləcəyi 
heç kəs yoxdu.  
Elçibəyin  bir  böyük  xidməti  də  bundadır  ki,  məhz  onun  və  ona  bənzər  insanların  sayəsinə 
Xalq  Cəbhəsi  Akademiya  intellektualları  təĢkilatından  ümummilli  hərəkata  çevrildi.  Sadə 
insanlar  arasında  onun  böyük  xarizması  vardı;  Elçibəy  onları  baĢa  düĢürdü,  onları  sevirdi, 
onlarla  ən  mürəkkəb  məsələlər  haqqında  onların  öz  dilində  danıĢırdı  və  insanlar  onun 
arxasınca gedərək müstəqillik uğrunda hərəkata dönməzlik qazandırırdılar.  
Bu  gün  deyirlər  ki,  Elçibəyin  ölümü  ilə  Azərbaycan  siyasətində  romantizm  dövrü  bitdi.  Belə 
olduğunu  düĢünmürəm;  millətin  on  illərcə  irəlini  görməyi  bacaran,  əĢyalar  aləmində  deyil, 
ideyalar  aləmində  yaĢayan  insanlara  həmiĢə  ehtiyacı  olacaq.  Bu  deyilənin  doğruluğunu 
Elçibəyi  milli  himn  və  vətənpərvər  mahnılar  oxuya-oxuya  neçə  kilometrlər  boyunca  öz 
çiynində son mənzilə yola salan on minlərlə insan da təsdiqlədi.  
31.08.2000 
 
 
 
 
 
 
 
 
 
 
 
 


HÜSEYN ABBASZADƏ.
 
O, qayğıkeĢ insandı 
Ġyunun  bürkülü  günlərinin  birində  -  ayın  23-də  günorta  Dilarə  Əliyeva  adına  Qadın 
Hüquqlarını  Müdafiə  Cəmiyyətinin  ĠçəriĢəhərdəki  binasında  Milli  Müqavimət  Hərəkatı  Ġdarə 
Heyətinin yığıncağı idi. Əbülfəz Elçibəy də Ġdarə Heyətinin üzvü kimi bu iclasda iĢtirak edirdi. 
Yığıncaqda hərəkatın məramı və quruluĢu təsdiq ediləcəkdi.  
Müzakirə  zamanı  bəzən  mübahisəli  məqamlar  ortaya  çıxırdı.  Belə  anlarda  Əbülfəz  bəy  söz 
alaraq,  mübahisə  doğuran  məqamlara  ona  xas  olan  möhkəm  məntiqlə  hamını  qane  edən 
aydınlıq gətirirdi.  
Səmimi  keçən  bu  yığıncağın  sonunda  yadda  qalan  əlamətdar  bir  hadisə  oldu.  Əbülfəz  bəy 
gözləmədən onun doğum günü qeyd olundu, stola Ģirni qoyuldu, çay gəldi, yubilyara əlvan 
qərənfil dəstəsi təqdim edildi. Sağlığına dostları sevgi dolu sözlər söylədilər. Mən Əbülfəz bəyi 
təbrik edəndə qucaqlaĢdıq.  
-Bəy, - dedim, - sən Azərbaycanımıza, millətimizə çox lazımsan. Ulu Tanrıdan sənə cansağlığı, 
uzun ömür diləyirəm. Yaradan səni bizə çox görməsin.  
Əbülfəz bəy razılıqla gülümsəyərək dedi:  
-Sən də, mən də -  elə hamımız çox yaĢayaq. Ġrəlidə görüləsi böyük, çətin iĢlərimiz var, biz 
onları görməliyik. Millətin ümidi bizədir.  
O gün Bəydən xoĢ ovqatla ayrıldıq. Əbülfəz bəyin xəstə olmasını bilirdik. Ancaq heç birimizin 
bu xəstəliyin necə ağır olmasından xəbərimiz yox idi.  
Bundan  on  dörd  gün  sonra  -  iyulun  yeddisində  yenə  həmin  binada  hərəkatın  iclası  idi.  Bu 
dəfə Elçibəy gəlməmiĢdi. Mehriban Vəzir dedi ki, Bəyin xəstəliyi ağırlaĢıb, dalınca Türkiyədən 
həkim  göndəriblər,  bu  gün  Ankaraya  yola  düĢür.  Elə  həmin  axĢam  ANS-in  “Xəbərçi” 
proqramında məsləkdaĢlarının Əbülfəz bəyi aeroportdan yola salmasını göstərdilər. Bu xəbər 
hamımızı sarsıtdı.  
Sən  demə,  onun  xəstəliyi  bizim  bildiyimizdən  də  xeyli  ağır  imiĢ.  Onda  haradan  biləydik  ki, 
Əbülfəz  bəyin  Bakıdan  son  gediĢidir?  Bir  daha  onu  görməyəcəyik?  Ay  yarımdan  sonra  o, 
Azərbaycana tabutda qayıdacaq?..  
Gözləri  yaĢlı  minlərlə  insan  böyük  kədər  içində  Əbülfəz  Elçibəyin  cənazəsini  evindən  son 
mənzilinə  -  Fəxri  Xiyabana  çiyinlərində  apardı.  Mən  indiyəcən  belə  izdihamlı  dəfn  mərasimi 
görməmiĢdim.  Əbülfəz  bəylə  vidalaĢmağa  gələnlər  o  qədərdi  ki,  bu  vidalaĢma  Ģəhərin  ən 
geniĢ və ən iri meydanında - Azadlıq meydanında olsaydı belə yenə camaat oraya sığmazdı. 
Bu,  xalqın  azadlıq  uğrunda  dönməz  mübariz  oğluna  olan  tükənməz  məhəbbətinin  təzahürü 
idi.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə