ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə15/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

Əbülfəz  Elçibəy  son  zamanlar  daha  çox  müdrikləĢmiĢdi.  Canıyanan  və  qayğıkeĢ  olmuĢdu. 
Məsələn,  hər  dəfə,  hətta  insan  sıxlığında  belə  mənə  yaxınlaĢar  və  hər  dəfə  də  yavaĢcadan 
soruĢardı: “Səhhətiniz necədir, ayaqlarınız nə təhərdir?”. 
Belə son görüĢlərin birində bizi sağ-soluna toplayaraq Ģəkil çəkdirdi. Kim bilir, bəlkə də hiss 
edirmiĢ ki... 
Bir qədər Ģablon səslənsə də deyirəm:  
-Xeyr,  Əbülfəz  Elçibəy  ölməyib,  ölməyəcəkdir!  Nə  qədər  ki  onun  ideyaları  yaĢayır,  Əbülfəz 
Elçibəy də yaĢayacaqdır! 
28.08.2000 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


FLORA KƏRĠMOVA.
 
Bəyim, yenə qalib gəldiniz! 
Sizsiz  Sizinlə  -  millətimin  Ən  Böyük  ġəhidiylə  danıĢmağa  ehtiyacım  var.  Beynimdə 
mahnılarımın sözləri dolaĢır.  
  
          Yanağımda göz yaĢlarım düzülübdür gilə-gilə... 
 
            Silənim yoxdur mənim.
  
            SənsizləĢmiĢəm. Sizsiz yetimləmiĢəm.
  
Elə bilirdim ki, dərd oxudur məni, sən demə, böyük dərdim hələ qabaqdaymıĢ. 
 
           Heç bilməzdim daĢım belə ağırdı,
  
            Bəxtim belə biçarədi, fağırdı.
  
            Gedəcəyəm - göylər məni çağırdı.
  
            Daha yerdə gəzmək olmur, olmur,
  
            Bəyim...
  
Mahnımdakı sözlər Sizin taleyinizdir. Qismətə bax!  
Bilirəm, yoruldunuz bu cahillərdən. Bu yalan dünyada hamıdan uzaqlaĢıb dincəlmək istədiniz. 
Ölümünüzü haqsızlıqlara sipər etdiniz.  
Əbədiliklə müqəddəsliyinizi qorumaq istədiniz. 
Bilmədik qədrinizi Sizin. 
BağıĢlamağı bacaran Böyük Ġnsan, necə qıydınız bizə? Niyə bizi belə sındırdınız?  
Deyirdiniz  hər  Ģeyin  zamana  ehtiyacı  var.  Bəs  niyə  Sizə  zaman  verməyən  zamanı 
tələsdirdiniz? Yoxsa küsdünüz bizdən, Bəyim? Daha yerdə dözə bilmədiniz?!  
Bəlkə  göylər  Sizi  -  millətin  Böyük  Bəyini  Tanrının  hüzuruna  Vətənimizə  nicat  diləməyə 
çağırdı?!.  
Ömrünüzün ən ağır səfəri mübarək, Bəyim! 
Qoy Tanrı səsimizi eĢitsin! 
Millətimizin  “Ən  böyük  Elçibəy  -  baĢqa  böyük  yox!”  hayqırtısı  düĢmənlərinizə  cavab  odlu. 
BaĢınıza yığılan insan axınının möhtəĢəmliyindən vahiməyə düĢən “dahi” cılızlar ayaqlarınıza 
gəlib ruhunuza baĢ əydilər. Siz qalib gəldiniz, Bəyim, yenə qalib gəldiniz! Varlığınıza qısqanan 
düĢmən yoxluğunuza həsəd apardı.  
Fikirlərimi tamamlaya bilmirəm...  
Ġnanmıram yoxluğunuza. Qəbul edə bilmirəm... Ġçimdə üsyan var. Dərd boğur məni.  


-“Elçibəy,  haqqını  halal  et  bizə”  deyən,  canınızdan  artıq  sevdiyiniz  Azərbaycan  vidalaĢır 
Sizinlə. Halal edin bizə, Bəy. SənsizləĢmiĢik Sizsiz, Bəyim. VətənsizləĢmiĢik... 
  
          Ulu Tanrım, bunu səndən gözləməzdim -
  
            Həyatıma sən qəribə fərman verdin.
  
            Əhd eylədim, niyyət tutdum, çarə gəzdim,
  
            Təzə dərdi yenə mənə dərman verdin!
  
Bəyim, bir səsim var, onu da qurban edirəm elimin yolunda. Qurban etməyə baĢqa heç nəyim 
qalmadı.  
Qarabağım üçün nigaranam. 
Millətimin Sizsiz yaĢanan taleyi qorxudur məni. 
Ruhunuz qorusun bizi! 
09.09.2000 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


HABĠL ƏLĠYEV.
 
Dərdimi deməmiĢ çarəsini özü qıldı 
1984,  yaxud  85-ci  ildə  Bakı  ĠnĢaat  Texnikumunda  mənimlə  görüĢ  keçirilirdi.  Müəllim  və 
tələbələrdən  baĢqa,  sənətimi  sevən  çoxlu  kənar  adamlar  da  tədbirə  gəlmiĢdi.  Bir  azdan 
dostum YaĢar Əliyevlə birlikdə Əbülfəz Elçibəy də (onda hələ “Elçibəy” adlanmırdı) içəri daxil 
oldu.  O vaxt  hələ  hadisələr qızıĢmamıĢdı və açığı,  mən  də onu  tanımırdım.  YaĢar bizi  tanıĢ 
etdi.  
GörüĢün əsas hissəsi bitdi, camaat dağılıĢdı. Direktor yoxdu, ona görə onun müavini məni və 
YaĢarla Elçibəy də olmaqla 5-6 nəfəri öz kabinetinə dəvət etdi və bizə qonaqlıq verdi. Məclis 
yenicə  baĢlamıĢdı  ki,  direktor  içəri  girdi.  Bu  zaman  istər-istəməz  hamı  ayağa  qalxdı,  bircə 
Elçibəy tərpənmədi. Direktor öz müavininin yerində əyləĢdi. Bu zaman Əbülfəz bəy hamıdan 
soruĢdu  ki,  direktor  gələndə  niyə  ayağa  durdunuz?  O,  yaĢca  bizdən  böyük  olsaydı  mən  də 
elimizin  adətincə  qalxardım,  ancaq  o,  cavandır.  Deməli,  ayağa  durmaq  onun  vəzifəsinə 
görədir? Ġndi soruĢuram: iĢdən çıxandan sonra da onu görəndə ayağa duracaqsınızmı? 
Düzünü  deyim  ki,  onun  məsələyə  bu  cür  yanaĢması  mənim  çox  xoĢuma  gəldi  və  onunla 
razılaĢdım.  
Texnikumdan  çıxandan  sonra  YaĢar məni və Elçibəyi  öz  evinə  apardı.  Burada çox  gözəl bir 
məclis və olduqca maraqlı söhbətlər alındı. Daha çox YaĢar Elçibəyə suallar verir və Elçibəy 
onlara  mənim  indiyədək  heç  yanda  oxumadığım  və  eĢitmədiyim  hədsiz  orijinal  cavablar 
verirdi.  Yadımdadır  ki,  Elçibəy  rənglərin  ətrindən,  dadından,  dərinlik  və  dayazlığından  elə 
danıĢırdı  ki,  ürəyimdə  öz-özümə  dedim,  yox,  bu,  elə-belə  alim  deyil;  belə  incəlikləri  yalnız 
qədim  ġərq  fəlsəfəsinə  və  mədəniyyətinə  ən  incəliklə  yiyələnmiĢ  bir  alim  açıqlaya  bilər.  O, 
Azərbaycan  musiqisinin,  ümumən  türk  musiqisinin  sehrinin  mahiyyətini  elə  izah  edirdi  ki, 
dediklərinin  çoxunu  mənim  kimi  bir  sənət  xiridarı  ilk  dəfə  eĢidirdi.  Əbülfəz  bəy  mənim 
sənətimi  də  çox  yüksək  dəyərləndirir,  ona  özünün  münasibətini  açıqlayırdı  və  doğrusu,  bu, 
məni xeyli təsirləndirdi.  
1988-ci  ildə  xalqımızı  titrədən  möhtəĢəm  Meydan  hərəkatı  baĢlandı.  Mən  də  millətimin  bir 
sənətkar oğlu kimi onun taleyi ilə maraqlandığıma görə müntəzəm olaraq Meydana gedirdim. 
Gördüm ki, Əbülfəz bəy Meydandakı liderlərin içərisində xüsusi seçilir. Onunla burada yenidən 
görüĢüb-söhbətləĢdim. Ġki-üç görüĢdən sonra aramızda elə səmimi ünsiyyət ya randı ki, sanki 
onun illərcə bir yerdə oturub-duran ən əziz adamı idim.  
Siyasətlə  məĢğul  olmadığıma  görə  sonrakı  illərdə  Elçibəylə  Ģəxsi  ünsiyyətdə  bulunmadıq  və 
məclislərdə də bir-birimizə heç rast gəlmədik.  
1992-ci ilin iyununda o, xalqın istəyi ilə Azərbaycan Respublikasının prezidenti seçildi. Aradan 
bir müddət keçdi. Bir də eĢitdim ki, AğdaĢda yaĢayan böyük qardaĢım Qabilin evinə OMON-
çular hücum edib. QardaĢımın orada dükanı vardı. YoldaĢı yenicə rəhmətə getmiĢdi - hələ heç 
qırxı çıxmamıĢdı. Özü də xəstə yatırdı. Bir dəstə OMON-çu gecə saat 3-də gəlib, evdə axtarıĢa 
baĢlayıb. QardaĢımın rəhmətlik yoldaĢının ziynət əĢyalarını götürüblər, oğlunu da tutub polis 
idarəsinə aparıblar...  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə