ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

Azərbaycanın  büdcəsini  müzakirə  edərkən  Elçibəy  “bu  nə  büdcədir?  Belə  büdcə  ilə  ölkəni 
saxlamaq olmaz” deyirdi. Biz saatlarla oturaraq əlavə maliyyə mənbələri barədə söhbət edir, 
hesablamalar aparırdıq. Bu hesablamalar ona bir tərəfdən əhalinin sosial müdafiəyə ehtiyacı 
olan kateqoriyalarına yardım imkanlarının nə dərəcədə olduğunu bilməkdən, obiri tərəfdənsə 
yaxın  bir-iki  ildə  elmə,  təhsilə,  səhiyyəyə,  mədəniyyətə  maliyyə  dəstəyinin  miqyaslarını  özü 
üçün dəqiqləĢdirməkdən ötrü gərəkdi. 
Son vaxtlar Elçibəy Azərbaycanın yerləĢdiyi bölgədəki ölkələrin iqtisadiyyatı ilə maraqlanmağa 
baĢlamıĢdı.  Biz  bu  mövzuda  yazılmıĢ  materialları  qarĢılıqlı  mübadilə  edir,  sonra  da  onları 
müzakirə dirdik. Əbülfəz bəy Azərbaycanın bütün ölkələrlə qarĢılıqlı faydalılıq prinsipi əsasında 
əməkdaĢlıq  etməsini  istəyirdi.  Ancaq  bu  sahədə  o,  Türkiyəyə  böyük  önəm  verirdi.  Elçibəy 
imkan  düĢüncə  Türkiyəyə  getməyimdə  və  Türkiyə  iqtisadçı  və  mütəxəssisləri  ilə 
görüĢməyimdə  çox  maraqlı  idi.  Türkiyədə  keçirilən  tədbirlərdə  iĢtirak  etmək  üçün  tərtib 
olunan siyahılara mənim adımı Elçibəy Ģəxsən özü salırdı. 
Kadr məsələlərinə dair Bəylə çox maraqlı və açıq söhbətlərimiz olurdu. O, belə hesab edirdi 
ki,  demokratik  qüvvələr  hakimiyyətə  gələndə  siyasi  mənsubluğundan  asılı  olmayaraq 
Azərbaycanın  tərəqqisi  naminə  çalıĢmaq  istəyən  bütün  səriĢtəli  kadrlardan  yararlanılmalıdır. 
Bu iĢdə sistem yaratmaq və inkiĢaf barədə dolğun məlumat əldə etmək üçün Elçibəy mənə 
kadr bankı  yaratmağı  tapĢırmıĢdı.  Onun  bir neçə  ay  bundan  öncə  böyük  müzakirəyə səbəb 
olan  “bu  dəfə  kadrları  özüm  təyin  edəcəyəm”  ifadəsindəki  inam  bəlkə  də  xeyli  dərəcədə 
həmin kadr bankı amilindən qaynaqlanırdı. 
Çox  təəssüflər  olsun  ki,  Elçibəy  öz  ideya  və  planlarının  çoxunu  həyata  keçirməyə  macal 
tapmadı.  Elçibəy  müstəqil,  bütöv,  demokratik  Azərbaycan  uğrunda  mübarizəsini  baĢa 
vurmadan dünyasını dəyiĢdi. Ancaq onun öz milləti qarĢısında xidmətləri də daĢıdığı ideyalar 
qədər nəhəngdir.  
Elçibəyin gerçəkləĢdirdiyi ideyalar, tutduğu yol Azərbaycan xalqının dunya sivilizasiyasında öz 
layiqli yerini tutmağa, millətimizi rifaha aparan yoldur.  
01.09.2000 
 
 
 
 
 
 
 


ƏLĠ MÜRSƏLOĞLU. Ömrümün Ģərəf tarixi 
Elçibəy  Kələkiyə  gələndən  -  1993-ün  iyunundan  bütün  kəndimiz,  xüsusilə  gənclər  onun 
hüzurunda  və  qulluğunda  idi.  Mən  də  Bəyin  yolunda  “uf”  demədən  canını  verməyə  hazır 
olanlardan biri idim.  
Az sonra Elçibəy məni özünə köməkçi götürdü. Və ömrümün ən qara günü - 22 avqust 2000-
ə qədər onunla gecə-gündüz yanaĢı oldum - bir Ģərəf tarixi yaĢadım. Bu yaĢantını, bu Ģərəfi 
mənə Elçibəy qazandırdı. 
Əslində  göz  açandan  və  həmiĢə  “dayı”  çağıraraq  “bacıoğlu”  çağırıldığım,  çox  sevdiyim,  hər 
sözünü, tapĢırığını taleyimin verdiyi ərməğan kimi qarĢıladığım Elçibəy haqqında söz demək 
bu gün mənə çox ağırdır. Yaralarım çox istidir.  
Elə  bir  dünyanın  içindəyəm  ki,  onu  hələ  söz-söz  ayırıb-parçalaya  bilmirəm.  Çünki  Elçibəy 
dünyası çox nəhəng və bütövdür. Elçibəy dünyasını gördüyüm və duyduğum qədər, bu böyük 
insanın geniĢ ictimaiyyətə açıq olmayan Ģəxsi keyfiyyətlərinə bələd olduğum qədər ömrümün 
sonuna kimi hər gün, hər saat söyləməyə sözüm var.  
Elçibəylə  keçirdiyim  son  fövqəladə  7  ilim  və  boynumdakı  məsuliyyət  tələb  edir  ki,  bütün 
gördüklərimi və bildiklərimi Bəyə layiq Ģəkildə sözə çevirim.  
Qismət olsun.  
04.09.2000 
 
 
 
 
 
 
 
 
 
 
 


FAMĠL MEHDĠ.
 
Dünyada ən sadə və səmimi prezident 
Əbülfəz  Elçibəy  artıq  böyük  bir  Ģəxsiyyət  kimi  Azəbaycan  xalqının,  bütün  türk  dünyasının 
tarixinə  düĢdü.  Əsl  demokratizm,  vətənpərvərlik,  türkçülük,  fədakarlıq,  millətsevərlik, 
insanpərvərlik bu Ģəxsiyyətin səciyyəvi keyfiyyətləridir. 
Mən  inanıram  ki,  Əbülfəz  Elçibəyin adı  və əməlləri uzun-uzun  illər  gələcək  nəsillərin  yoluna 
iĢıq  saçacaqdır.  Onlar  Əbülfəz  Elçibəyin  həyat  və  fəaliyyətinə  dönə-dönə  qayıdacaq,  ondan 
öyrənməyə, onun kimi olmağa çalıĢacaqlar. 
Bizsə elə indinin özündə Əbülfəz bəyin müasiri olmağımızla fəxr edə bilərik. Çünki onu daha 
yaxĢı  tanıyırıq.  Onu  kəĢf  etmiĢik.  Canımıza,  qanımıza  hopdurmuĢuq.  Əbülfəz  bəydən 
ürəyimizdə küsdüyümüz, incidiyimiz, onu qınadığımız, hətta bəzən qəzəbləndiyimiz vaxtlar da 
olub.  Ancaq  bu  umu-küsü,  inciklik,  qəzəb  heç  vaxt  nifrətə  çevrilməyib.  Əksinə,  Əbülfəz 
Elçibəyə olan məhəbbətimiz ürəyimizdə soyuqluq buzunu əridərək yox edibdir.  
Mən  onu  həmiĢə  sevmiĢəm.  Hətta  baĢqaları  sevməyəndə  daha  çox  sevmiĢəm  -  onların  da 
yerinə  sevmiĢəm.  Və  bunu  heç  vaxt  gizlətməmiĢəm.  Çox  vaxt  xalqla  bir  yerdə  görüb 
sevinmiĢəm və sevmiĢəm. Bəzən Bəyi tənha görərək ürəkdən kədərlənib sevmiĢəm.  
Əbülfəz  Elçibəyi  sevməmək  mümkün  deyildi.  Bu  sahədə  qənaətim  Əbülfəz  bəyin  dəfni 
günündə  daha  da  möhkəmləndi.  Onun  kölgəsini  haqlı-haqsız  qılınclayanların  da  gözündə 
həmin gün yaĢ damlaları gördüm. “Ürək yanmasa gözdən yaĢ çıxmaz” deyiblər. Bəli, ürəklər 
yanırdı, gözlərdən yaĢ çıxırdı! 
Mən  Əbülfəz  bəyi  Böyük  bəy,  Elçibəy  olmamıĢdan  xeyli  əvvəl  -  lap  gənclik  illərindən 
tanıyırdım.  Desəm  ki,  Əbülfəz  bəylə  hər  gün  oturub-durmuĢam,  çayxanalarda  saatlarla 
söhbət  etmiĢik,  yalan  olar,  ancaq  ünsiyyətdə  bulunmuĢuq.  Hər  dəfə  səmimi  görüĢüb,  hal-
əhval soruĢmuĢuq.  
Ayaqüstü  söhbətlərimiz  daha  çox  ədəbiyyatdan,  xüsusilə  poeziyadan  olurdu,  çünki  o, 
poeziyanı  çox  sevirdi.  Klassik  Ģairlərdən  çoxlu  Ģer  əzbər  bilirdi.  Ġstəyirdi  ki,  müasir  poeziya 
həyata dərindən müdaxilə etsin, cəmiyyətin eybəcərliklərini poetik bir dillə göstərsin.  
Həyatda  olduğu  kimi  sənətdə  də  məddahlığın  düĢməni  idi.  Yadımdadır,  səhv  etmirəmsə, 
1983-cü  il  idi.  Ġndiki  Ġstiqlal  küçəsində  Əlyazmalar  Ġnstitutunun  qarĢısında  rastlaĢdıq. 
Qoltuğunda qəzet, əlləri cibində dayanmıĢdı. SalamlaĢdıq. Çox yorğun və əzgin görünürdü.  
Üz-gözündə  bir  kədər  vardı.  Nə  yazıb-pozduğumu  soruĢdu.  Akademik  Ziya  Bünyadova 
ünvanladığım “Azərbaycan tarixçilərinə açıq məktub” adlı təzə Ģerimi cibimdən çıxararaq ona 
verdim. Səkinin kənarına çəkildik.  
ġeri ürəyində oxumağa baĢladı.  
ġer belə baĢlayırdı: 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə