ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

Sözsüz  ki,  Elçibəy  hakimiyyət  və  vəzifə  uğrunda  deyil,  öz  ideallarını,  prinsiplərini  həyata 
keçirmək  üçün  döyüĢ  meydanına  atılmıĢdı.  Elə  buna  görədir  ki,  prezident  və  Ali  BaĢ 
Komandan  olaraq  görməyə  baĢladığı  ilk  iĢi  Azərbaycanın  dövlətçiliyinin,  hərbi  qüdrətinin 
gücləndirilməsi  oldu.  BaĢ  komandan  Elçibəy  bu  sahədə  çox  kəsərli  addımlar  atdı,  hərbi 
sahədə  dəyəri  hələ  çox-çox  illər  sonra  bütün  aydınlığı  ilə  veriləcək  iĢlər  görməyə,  ordu 
quruculuğunda ciddi islahatlar aparmağa baĢladı.  
Elçibəy  postsovet  məkanda  yeganə  Ali  BaĢ  Komandan  oldu  ki,  Rusiya  qoĢunlarını  öz 
ölkəsindən  bütünlüklə  çıxarmağı  bacardı.  Özü  də,  bu  zaman  o,  çox  gözəl  bilirdi  ki,  rus 
ordusunu  çıxarmaqla  öz  hakimiyyəti  üçün  də  ciddi  risk  edir,  ancaq  xalqının  azadlığını,  ana 
yurdunun  müstəqilliyini  hər  Ģeydən  üstün  tutan  bu  Böyük  Ali  BaĢ  Komandan  özünün  qəti 
əmrini verdi və Azərbaycandan Rusiya hərbi hissələrini birdəfəlik təmizlədi. 
Xatırımdadır, Elçibəy hakimiyyəti ilk gündən “hər Ģey müharibə üçün, hər Ģey qələbə üçün” 
Ģüarı  ilə  iĢə  baĢladı.  Elə  bunun  nəticəsidir  ki,  Ali  BaĢ  Komandan  Elçibəy  üçcə  ayın  içində 
müharibədə  ciddi  dəyiĢiklik  edə  bildi.  Ordumuz  iĢğal  olunmuĢ  torpaqların  75  faizini  geri 
qaytardı. Bununla yurdumuzun düĢmənlərinin iĢğalçılıq siyasətinə ağır zərbə endirildi.  
MüĢahidələrim  göstərir  ki,  Elçibəy  Azərbaycanda  əsl  millətçi  türk  hərb  sistemini 
formalaĢdırmağı  prezident  kimi  özünün  ali  məqsədi  sayırdı.  (Ömrünün  son  günlərində 
Türkiyədə  onun  yanında  olanda  Elçibəy  mənə  türk  generaliteti  ilə  əməkdaĢlıq  etməyi,  türk 
hərb  sistemindən  bəhrələnməyi  tapĢırdı).  Bu,  ümumiyyətlə,  Elçibəyin  hərbi  strategiyasının 
əsas istiqamətlərindən biri idi.  
Ġstər  rus  ordusunu  çıxararkən,  istərsə  də  cəbhədə  irəliləyərkən  Əbülfəz  Elçibəy  öz  xalqının 
gücünə  arxalanır,  onun  dəstəyinə  güvənirdi.  Buna  görə  də  hakimiyyətdə  olduğu  müddətdə 
xalqın özünə inamını hər vasitə ilə qorudu, bu inamı gücləndirməyə çalıĢdı. Bu da onun bir 
hərbçi kimi strateji təfəkürünün geniĢliyinin göstəricisidir. 
Elçibəy hakimiyyəti zamanı Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin hərbi sənayesinin 
yaradılmasında  ciddi  addımlar  atıldı.  Qısa  bir  zamanda  Azərbaycanın  özündə  hərbi  sursat 
istehsalına, müharibənin gediĢi prosesində istehsal olunanlar isə təkmilləĢdirilməyə baĢlandı. 
Təəssüf ki, ölkəmizin mənafeyini nəzərə alaraq bu sahədəki bir çox iĢlər haqqında hələlik açıq 
danıĢa bilmirik... 
Mən tam inanıram ki, Elçibəy Ermənistanla müharibəni 1992-ci ilin oktyabr-noyabr aylarında 
sona  çatdıracaqdı,  özü  də,  Azərbaycanın  qələbəsi  ilə!  Artıq  BMT  və  ATƏT  (o  zaman  ATƏM 
adlanırdı)  xətti  ilə  ermənilər  yalvarır,  müharibəni  dayandırmağı,  danıĢıqlara  getməyi  xahiĢ 
edirdilər.  Ermənistan  prezidenti  Levon  Ter-Petrosyan  az  qala  bütün  ölkələrin  baĢçılarını 
minnətçi  salaraq  Elçibəylə  görüĢməyə  can  atırdı.  Ermənilər  həmin  vaxt  Qarabağın  yalnız 
köhnə  statusunu  qaytarmağı  dilə  gətirirdilər.  Azərbaycanın  bu  gün  salındığı  aciz  və  miskin 
durum fonunda Elçibəy komandanlığının nəyə qadir olduğu açıq-aydın görünür. 
Unutmayaq  ki,  hərbi  baxımdan  Azərbaycanla  heç  müqayisəyə  gəlməyəcək  dərəcədə  güclü 
inkiĢaf  etmiĢ  qonĢu  Rusiya  və  Ġran  kimi  dövlətlər  Azərbaycanın  müstəqil,  inkiĢaf  etmiĢ  bir 
dövlət kimi mövcudluğu yolunda çox böyük əngələ çevrilmiĢdilər. Ancaq buna baxmayaraq, 


Elçibəy öz hərbi-siyasi doktrinasını həyata keçirməyi bacarmıĢ, həmin dövlətləri Azərbaycanla 
hörmətlə danıĢmağa, onunla hesablaĢmağa məcbur edə bilmiĢdi. Bircə epizodu xatırladım.  
Rusiyanın  bir  balıqovlayan  gəmisi  Azərbaycanın  su  sərhədini  pozmuĢdu.  Elçibəy  dövlət 
sərhədini keçmiĢ həmin  gəminin dərhal həbs edilməsinə qəti əmr verdi və onu tutdurdu. O 
zaman Rusiya prezidenti Yeltsinin Ģəxsən özü dəfələrlə Elçibəyə zəng vuraraq xahiĢ edəndən 
sonra  məsələ  öz  həllini  tapdı.  Ġndi  isə  Rusiyanın,  Ġranın  gəmiləri  və  təyyarələri  heç  bir 
müqavimət görmədən Azərbaycan sərhədlərini həyasızlıqla pozmaqdadırlar. 
Bircə  ilin  içində  görülmüĢ  bütün  bunlar  və  adını  hələ  çəkə  bilmədiyimiz  neçə-neçə  iĢlər 
Azərbaycan kimi kiçik bir ölkə üçün təsəvvüredilməz irəliləyiĢ idi. Bu uğurlar Əbülfəz Elçibəyin 
Ali BaĢ Komandan kimi qətiyyətinin və səriĢtəliliyinin nəticəsidir.  
Bütün  bu  xidmətlərindən  sonra  Elçibəyi  yenə  qətiyyətsizlikdə,  iradəsizlikdə  ittiham  etməyi 
ləyaqətsizlikdən baĢqa bir Ģey adlandırmaq mümkün deyil.  
Mən  Türkiyədə  olanda  Elçibəydən  hakimiyyətdən  uzaqlaĢmasının  səbəbini  açıqlamağı  xahiĢ 
etdim. Onun cavabı qısaca belə oldu: 
-Elə bir durum yarandı ki, mən ya millətimin içində qalmaqla hakimiyyətdən getməli, ya da 
millətimdən ayrılaraq hakimiyyətimi qorumalı oldum. Mənə isə millətimin içində qalmağı hər 
Ģeydən üstün tutdum.  
Bəli, Elçibəy millətini həyatda hər Ģeydən artıq sevir, daim onun içində olmağı, onun dərdləri 
və sevincləri ilə yaĢamağı varlığının baĢlıca məqsədi sayırdı. Əgər milləti hakimiyyətdən çox 
sevmək qüsur sayıla bilərsə Elçibəydə gördüyüm yeganə eyib də elə budur!  
Biz Elçibəyi itirməklə dahi bir Ģəxsiyyəti, milli azadlıq hərəkatının liderini yox, azman bir türk 
sərkərdəsini də itirdik. Bu itkinin göynərtisi türk dünyasında hələ uzun illər duyulacaq!.. 
02.09.2000 
 
 
 
 
 
 
 
 


KAMĠL VƏLĠ NƏRĠMANOĞLU.
 
Azadlıq elçisi ölmür 
(“Türklərin Azadlıq Elçisi” kitabından səhifələr) 
Əbülfəz Elçibəy və ya sadəcə milyonlarla adamın dediyi kimi - Elçibəy. 
Bu  bir kəlmə  sözün  tutumunu,  anlamını açmaq  üçün  neçə-neçə  kitablar  yazılmalıdır.  Bu  bir 
kəlmə söz böyük Ģəxsiyyətin, siyasət və elm adamının missiyasının açarıdır. 
...Nə qədər ki insan ölməyib, hər Ģey axıb gedir. Axıb gedən zamanın içində hər Ģey dəyiĢir və 
heç bir Ģey bütöv, tam görünmür. Ölüm zamanın durması, axan hər Ģeyin dayanmasıdır.  
Elçibəy haqqında ilk kitabımı 1992-ci ilin aprelində 1-2 həftəyə yazmalı oldum. Axan-çağlayan 
zaman  içində  gördüklərimi,  bildiklərimi  ağ  kağıza  köçürməyə  çalıĢdım.  Əbülfəz  bəyin  siyasi 
portretini  cızmaq  istədim.  Sonra  onun  haqqında  amansız  hücumlardan  qorumaq,  ədaləti 
ortaya  qoymaq  üçün  onlarca  yazılar  yazdım.  Amma  o  yazıların  heç  biri  əsl,  gerçək  Elçibəy 
deyil. YaĢayan insan haqqında yazılan hər Ģey Ģərtidir - tənqid də, tərif də, təhlil də.  
Bir xatirə. Əbülfəz bəy Yasamalda qardaĢı Almuradın evində qalırdı. O zaman subay idi və 
rayondan  qonaq-qara  gəlməyəndə  tək  olurdu.  Üst-üstə  yığılmıĢ  taxtalar  kitab  dolabı  rolunu 
oynayırdı. Və xeyli kitab dünyada ən rahat yerini tapıb razı halda Bəylə dostluq edirdi.  
Bəy yerdə yatırdı. Yerə salınmıĢ böyük yun döĢək, mütəkkə, yastıq, iri güllü yorğan həmiĢə 
səliqə ilə yığılırdı...  
Gündüzlər Bəyin qardaĢı uĢaqları ev-eĢiyi səliqə-sahmana salırdı. Rəhmətlik dostumuz Vidadi 
gecənin bir vaxtı - saat 2-də, 3-də qəflətən deyərdi: 
-Gedək, Bəyə baĢ çəkək, görək neyləyir.  
Gedərdik  və  lifti  hələm-hələm  iĢləməyən  binanın  orta  blokunda  7-ci  mərtəbəyə  qalxardıq. 
Taxta qapı arxadan bağlanmaz, həmiĢə açıq olardı. Bəy qapını arxadan kilidləməyi sevməzdi. 
- Salam, Bəy! XoĢ gördük! 
- Ay salaməleyküm. XoĢ gəldiniz, buyurun, bəylər!  
Bəy,  bir  qayda  olaraq,  bizi  qara  kostyum,  ağ  köynək  və  qalstukda  qarĢılardı.  Heyrətdən 
donub qalardıq. Gecənin bir aləmində o səliqə-sahmanı görən Vidadi deyərdi: 
-  Bəy,  vallah,  siz  prezident  olacaqsınız.  Elə  bil,  hər  gün,  hər  saat  bir  ağ  atın  gəlib  sizi 
prezident taxtına aparacağını gözləyirsiniz.  
Qəhqəhə çəkib gülərdik... 
Ġçəri keçib oturardıq. Ortaya çay gələrdi. Kələki xuruĢu süfrədən əskik olmazdı. Adı sonralar 
bütün  dünyaya  yayılacaq  kiçik  dağ  kəndinin  məĢhur  pendiri,  cevizi  heç  vaxt  dadı-tamı 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə