ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə24/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

Səhvlər  inamdan  və  əlacsızlıqdan  doğdu  -  vətəndaĢ  müharibəsini  önləmək  üçün,  rusiyalı 
qüvvələrin, iranyönlü güclərin qarĢısını almaq üçün. Aldanmaq hələ uduzmaq deyil. 
Azərbaycan  strateji  yolunu  dəyiĢmədi  -  istəsələr  belə  dəyiĢdirə  bilmədilər.  Azərbaycan 
xaricdən  idarə  olunan  qəddar  düĢmənlərdən  təmizləndi.  Nisbi  sakitlik  nəfəs  almağa  imkan 
verdi. Yorulduq, əzildik, amma ruhdan düĢmədik.  
Bəy öz vətəni Kələkidə sürgün həyatı keçirməyə məcbur oldu. Doğma kəndində Bəyə bir gün 
də olsun rahatlıq vermədilər. 
Korrupsiya,  rüĢvət,  dilənçilik,  təslimçilik,  zülm,  avtoritarizm  ən  çox  sadə  insanları  yaraladı, 
demokratiyanı sarsıtdı. 
Prezident  seçkilərində,  Millət  Məclisinə  seçkilərdə  özbaĢnalıq  baĢ  alıb  getdi.  Fəqət  bu  ağır 
illərdə  Elçibəy  məktəbi  yenidən  formalaĢdı.  Bu  məktəbin  avtoritarizmə,  antidemokratiyaya 
qarĢı  mücadiləsi  uğurlu  oldu.  Üzünü  prezident  vəzifəsini  ifa  edən  Heydər  Əliyevə  tutan  Ġsa 
Qəmbərin  “Sənin  dövründə  azad  gəzməkdənsə  dəmir  barmaqlıqlar  arxasında  oturmaq 
Ģərəflidir”  deməsi  siyasi  mücadilə  sərhədlərini  müəyyənləĢdirdi,  insanlara  ruh,  ilham  verdi. 
Zaman keçəcək, biz o sözə dəfələrlə qayıdacağıq. 
Əli Kərimov, Mirmahmud  Fəttayev,  Əli Məsimov, Pənah  Hüseynov, Etibar  Məmmədov,  Fazil 
Qəzənfəroğlu,  Flora  Kərimova,  Qulamhüseyn  Əliyev,  Arif  Hacıyev,  Ġlyas  Ġsmayılov,  Ġbrahim 
Ġbrahimli, Rafiq Ġsmayılov, Nəsib Nəsibli, Arif Rəhimoğlu, Cəmil Həsənli, Nazim Müzəffəroğlu, 
Nəriman  Qasımoğlu, Sərdar Cəlaloğlu,  Akif  Ġslamzadə,  Vurğun  Əyyub,  Zəlimxan  Məmmədli, 
Novella  Cəfərova,  Almaz  Məmmədova,  NüĢabə  Sadıqova,  Ġbrahim  Vəliyev,  Aydın  Kərimov, 
Oqtay Qasımov, Sülhəddin Əkbər, Qüdrət Həsənquluyev və onlarca, yüzlərcə siyasi mübariz; 
ziyalılardan Vaqif Səmədoğlu, Ramiz RövĢən, Vaqif Bayatlı Önər, CavanĢir Quluyev, Məzahir 
AfĢar,  Rüstəm  Behrudi,  Mehriban  Vəzir,  Ədalət  Tahirzadə,  Cəfər  Qiyasi,  Rauf  Arifoğlu,  Arif 
Əliyev,  Sevil  Nuruyeva,  gənclər  və  qadın  təĢkilatları,  saysız  gənc  jurnalistlər...  Elçibəy 
məktəbinin yetirmələri, o məktəbin tələbələridir.  
Elçibəylə  son  telefon  danıĢığımda  hələ  uĢaqlıqdan,  Kələkidə  yanında  olarkən  tanıdığı  oğlum 
Toğrulu təriflədi: 
-MaĢallah, gözlədiyimiz oğullardan biridir Toğrul. 
-Bəy, sizin əsgərinizdir, - dedim.  
-Yox, millətin əsgəridir! 
Hər bir tələbəsinə beləcə - millətin əsgəri kimi baxmaq Bəyin əxlaq norması idi. 
Ġllər keçəcək, Azərbaycan tarixinin sabahı Elçibəy məktəbinin olacaq. 
Elçibəy  məktəbi  bugündə  sabah  deməkdir.  Bu  məktəb  demokratiya,  millətsevərlik, 
insansevərlik, hüquqi dövlət, xoĢbəxtlik məktəbidir.  


Bütöv  Azərbaycan  uğrunda,  bütöv  türk  dünyası  uğrunda  mübarizə  Elçibəy  məktəbinin 
məramı, məqsədidir. Elçibəy məktəbi sabah Təbrizdə, Marağada, ġuĢada yenidən doğulacaq.  
Ġndi meydanlarda, mitinqlərdə, bayramlarda, həyəcanlı, taleyüklü günlərdə ən çox eĢidiləcək 
söz  ELÇĠBƏY  kəlməsi  olacaq.  Bu  söz  içində  Azadlıq,  Dövlətçilik,  Bütövlük,  Türklük, 
Məmmədəminçilik,  Atatürkçülük,  TürkeĢçilik,  Demokratiya,  Ġnsan  Haqları,  Milli  Hüquqlar, 
Mücadilə... anlayıĢları ən qısa, doğma Ģəkildə ifadə ediləcək. Bütün bu anlayıĢların, yanğıların 
vəzifəsini tək bircə həmin söz ləyaqətlə, vicdanla, aydan arı, sudan duru bir təmizliklə yerinə 
yetirəcək. 
Nə mutlu Elçibəyə! Nə mutlu bizə! Nə mutlu türkə! 
ġair Ramiz RövĢənin bir sözünü təkrar etməyə bilmirəm: “XX yüzillik Məmmədəminlə baĢladı. 
XX yüzillik Elçibəylə bitdi”...  
Elçibəy  böyük  mübahisədə  ġeytana  qalib  gəldi.  Allahın  dediyi  oldu:  “ġeytan,  sən  onun 
zahirinə yox, batininə bax. Nədən yaranmağına yox, haraya gedəcəyinə bax”. Elçibəy varlığı 
və  Elçibəy  ölümü  Allahın  qələbəsidir  -  insan  böyükdür,  insan  gözəldir,  insan  Tanrının  bir 
zərrəsidir.  AtəĢdən  yaranan  ġeytan  torpaqdan  yaranan  Ġnsana  təslim  oldu.  Doğrudan  da, 
insan var ki, Allahın zərrəsi olduğu üçün Allaha qovuĢur. Ġnsan var ki, ġeytanın zərrəsi olduğu 
üçün ġeytana qovuĢur. 
...Sufi  fəlsəfəsində  bir  məqam  var.  Özünü  ucaldan,  insanlara  heyran  edən  mürĢid  böyük 
olanın o yox, Allah olduğunu təsdiq etmək üçün qəsdən səhv edir, artıq hərəkətə yol verir, 
özünü bilərəkdən endirir. 
Elçibəy həyatı və ölümü ilə də sufi mürĢidliyinin yolunu getdi - böyük olanın Allah olduğunu 
təsdiq etdi. 
...Ġnsanlar  onun  sirr  açmasını  gözləyirdilər.  Ġnsanlar  kimlərinsə  adlarının  deyilməsini 
gözləyirdilər. Son müraciətlərində Elçibəy sirr-filan açmadı, ad da çəkmədi. Milləti bölə bilən, 
xalqı  parçalaya  bilən  sirri,  özü  üçün  nə  qədər  ağır  və  ziyanlı  olsa  da,  açmadı  və  özü  ilə  o 
dünyaya apardı. Ad çəkməyə tərəf olmadı, çünki o, ilahi tərəf idi - ilahi tərəflər çəkiĢmə tərəfi 
ola bilməz. 
Doğrudan  da,  Bəy demiĢkən,  hər  Ģeyin zamana  ehtiyacı var.  Sirləri və adları insana  zaman 
özü açacaq. Səbrli olaq. Allahın bir adı da Səbrdir. 
Heç kəs onu qoluaçıq köynəkdə görmədi. Heç kəs onu özü üçün bir Ģey istəyən görmədi. Hes 
kəs onun dilindən küfr, söyüĢ, qaba, yaman sözlər eĢitmədi. Dostunu da sevdi, düĢmənini də. 
Həyatı da sevdi, ölümü də. Haqqını halal etdi. Allah da onun haqqını halal etsin. Qoy Allah 
vəfa  borcunu  verməyən  dövlətləri,  dövlət  adamlarını  da  bağıĢlasın.  Allah  bağıĢlayandır. 
Elçibəy də bağıĢlamaq üçün dünyaya gələnlərdəndir. SifariĢlə danıĢanları, öz doğma balalarını 
aldadanları,  haqqı  tapdalayanları,  nankorları,  nakiĢiləri,  qanmazları,  avamları,  namussuzları, 
Ģərçiləri, böhtançıları, baĢ tutanları... Allaha tapĢıraq - Özü bilən məsləhətdir.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə