ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

Bəyin qadınlara və uĢaqlara münasibəti bir qeyri-adi aləm idi. Bəy bütün qadınlara, özəlliklə 
türk qadınına xüsusi hörmət və sevgi ilə yanaĢırdı. Hərəkətverici qüvvəsində qadın olmayan 
hərəkatı, mədəniyyəti, təkamülü, dövləti qəbul etmirdi. 
Qadın onun üçün həm ana, həm ilahi eĢq, həm də nizam-ahəng demək idi. Bəyin rəhmətlik 
Dilarə Əliyevaya münasibəti Azərbaycan türk qadınına olan real münasibətinin göstəricisi idi. 
Bəy həyatın və Ģəraitin alçaltdığı qadınlara xüsusi sayğı ilə yanaĢır və onlara xanım sözünü o 
qədər  ürəkdən  deyirdi  ki,  müraciət  etdiyi  qadına  ləyaqətini  qaytarırdı.  Təsadüfi  deyil  ki, 
Azadlıq meydanında ləyaqətini geri alan onlarca qadın tövbə qapısından keçdi, günahlardan 
arındı. 
Bəy  istiqlalın  açarını  qadınlarda  görür,  qadına  bizim  milli  psixologiyamızdan,  adət-
ənənələrimizdən gələn xüsusi qayğı və məhəbbət bəsləyirdi.  
Onun mənə çox yaxın olan bir qadına dediyi sözü xatırlamağı özümə borc bilirəm: 
-Sən  mənim  tək  bacımsan.  Allah  mənə  bacı  verməyib.  Mən  bacı  kimi  səni  seçdim.  Çox 
istərdim sən də məni qardaĢ seçəsən. 
O qadın da Bəyi özünə qardaĢ seçdi. Və Allah Ģahiddir ki, Bəyi öz doğma qardaĢlarından çox 
sevdi.  
Bəyin  böyüklüyü  bir  də  özündə  hər  cürə  instinktləri,  tamah  və  nəfsi  öldürməsi  idi.  Bəydə 
təbiətin və Tanrının verdiyi ailə sevgisini millət və Vətən sevgisi çoxdan əvəz etmiĢdi. Onun 
övladları da, ailəsi də o millətin içində bərabər sevgi payı olan insanlar idi. Prezident olarkən 
Universitetdə  bir  görüĢdə  birisinin  “savaĢ  millətin  genefondunu  məhv  edir”  iddiası  Bəyi 
qəzəbləndirdi. Dedi: 
-Millət  yüz  illər,  min  illər  boyunca  istiqlalı  və  haqq  savaĢı  üçün  genefond  yığır  və  gərəkli 
vaxtda  onu  qurban  verməyi  bacarır.  Millətin  Ģəhidini  millətin  anası  doğur.  Və  bu  Ģəhid 
millətin, Vətənin dayağıdır. 
Bəy sözün hər mənasında xarizmatik lider idi. Bu liderliyi ona Allah özü vermiĢdi. ġəxsiyyəti, 
ağlı, duyğusu, savadı, səbri, qətiyyəti, boyu-buxunu ilə Bəy seçkin insan idi. 
Bəyin ayağının altını qazan düĢməni belə ĢaĢırdan bu xarizmadakı sehr-ovsun idi. 
Ən  sədaqətli  əqidə  dostu,  qardaĢı  Mirmahmud  Fəttayev  Bəyin  ölüm  yatağında  söylədiyi 
müraciətlərin  bir  hissəsini  ünvanına  çatdırdı.  Ağa  Bəyin  vəfatından  7  gün  sonra,  kədər 
hopmuĢ  hüznlü  bir  səslə  bu  müraciətləri  oxudu.  Bu  müraciətlər  bu  dünyaya,  insanlara  son 
dahiyanə etirafları idi. Bu etiraflar ilahi etiraflar idi.  
Bəy bəĢəriyyətə düĢmən kəsilən xərçəng xəstəliyini belə bağıĢladı. Xəstəyə aman verdiyi üçün 
bu  qəddar  xəstəliyə  tərif  söylədi.  Bəy  xərçəngin  simasında  ona  hürənləri,  onu  incidənləri, 
onun yolunu kəsənləri də bağıĢladı. Bəy Allah naminə hər Ģeyi bağıĢladı. Bəy millət naminə 


hər  Ģeydən  keçdi.  Fikir-iman  Ģəhidi  bağıĢlamaya  bilməzdi.  Mən  bir  daha  anladım  ki, 
bağıĢlamaq böyüklüyün özü imiĢ. 
Bəy  millətlərin  tarix  boyu  sürən  yürüĢlərinin  mədəniyyətə  gəldiyini,  mədəniyyət  yaratmaqla 
əbədiləĢdiyini  söylədi.  Bəy  mədəniyyətin  dövlət  fəlsəfəsi  olduğunu,  güclü  mədəniyyətlərin 
güclü  dövlət  yaratdığını,  güclü  dövlətlərin  də  amacının  güclü,  böyük  mədəniyyət  olduğunu 
gözəl bilirdi. 
Bəy  rasionalistdi.  Ondakı  əqilyucilik,  ağıl  gözü  ilə  insanın,  dünyanın  dəyərləndirilməsi 
Aristoteldən, Farabidən, Ġbn Sinadan, Ġbn Xəldundan gəlirdi. 
Bəyin  ağıl  fəlsəfəsi  türk  törəsindən,  ata  sözlərindən,  dastanlarından,  eləcə  də  Tövratdan, 
Qur'andan,  ġərq-Qərb  qaynaqlarından  gəlirdi.  Bəy  mifi,  sehri,  sezgini,  təhtəlĢüur  ilğımlarını 
deyil, əqli, mühakiməni, sübutu, dəlili, ağıla söykənən metodu qəbul edirdi.  
Bəy insan və cəmiyyətin elmi idrakı yolunun həm yolçusu, həm də yolgöstərəni idi. 
70-ci illərin əvvəli idi. Mən Universiteti yenicə qurtarmıĢdım. Bəy aspiranturanı bitirmiĢ cavan 
müəllim idi. Qan-qan deyirdi, ağzından çıxan hər kəlməyə cavabdeh idi. 
Bəyin yanında hərzə-hərzə danıĢmaq, millətin ünvanına güldən ağır söz demək, Vətənin bir 
tükünə toxunmaq mümkün deyildi. 
Özü üçün, ailəsi üçün yaĢamayan, çarpıĢmayan, insanların son mogikanı olduğu üçün Bəydən 
baxanda hər Ģey süd kimi aydın görünürdü. 
Bəy köhnə sovet məkanının ən görkəmli dissidentlərindən biri idi. 
Bəy orijinal düĢüncəli fikir adamı, alim idi.  
Bəy milli azadlıq hərəkatının əvəzsiz lideri idi.  
Bəy Bütöv Azərbaycan ideologiyasının çağdaĢ yaradıcısı və təĢkilatçısı idi. 
Bəy türk dünyasının Alparslan TürkeĢdən sonra BaĢbuğu idi.  
Bəy böyük atatürkçü və Atatürk ideyalarını çağdaĢ dünya stratejisi üçün uyğulayan, açıqlayan 
böyük ideoloq idi. 
Bəy  böyük  demokrat  idi.  Milli  demokratik  mübarizənin  nəzəri  və  təcrübi  yaradıcılarından, 
iĢtirakçılarından biri idi.  
Bəy misli görünməmiĢ dost, təkrarsız insan idi. 
Bəy Böyük Bəy idi. 
Bəyi Tanrı verdi, Tanrı da aldı... 


...Günlərin bir günü Bəyin Yasamalda yaĢadığı evə getdim. Bəy üzünü qırxmamıĢdı (o zaman 
saqqal  saxlamırdı).  Gözləri  qıpqırmızı  idi.  Stolun  üstündə  volokardin  ĢüĢəsi  vardı.  Bəylə 
zarafat etmək, könlünü açmaq istədim. Heç özündə deyildi. Qəzəbli görkəmi, ağarmıĢ rəngi 
onun halının özündə olmadığını göstərirdi.  
-Bəy, xeyir ola, niyə kefiniz yoxdur? Bəlkə Ģəhərə düĢək, bir çay içib söhbət edək? 
Dinmədi. Siqaret yandırdı. Əsəbdən əlləri əsirdi. Qəflətən dilləndi:  
-Yox,  bəy,  mən  sizin  kimi  dözümlü,  səbrli  deyiləm.  Bu  millətin  razı  halı  məni  çatladır.  Mən 
dözmürəm. Dözə bilmirəm, qardaĢ, sabahdan açıq mücadiləyə baĢlayacağam. Qoy məni bir 
də  həbs  etsinlər.  Sibirə  göndərsinlər.  Öldürsünlər.  Bəlkə  millət  ayıla.  Bu  zülmə,  məĢəqqətə 
dözmək olmaz. Dözmək olmaz! 
Bəy  o  qədər  kəskin,  qəti  danıĢırdı  ki,  ünümüz  qurumuĢdu.  Millətin  əlacsız,  razı  halı  Bəyi 
çılğına  döndərmiĢ,  səbrli  insan  itaətin,  dözümün  bitdiyini  daxildən  gələn  üsyanı  ilə  ifadə 
etmək məcburiyyətində qalmıĢdı. 
Tövratda bir kəlam var: “Hər Ģey keçib gedir”. Bəyin qəzəbi də 1987-88-ci illərdə keçib getdi. 
Xalq oyandı. Haqqını tələb etmək üçün Azadlıq meydanına çıxdı. 
Üçrəngli bayrağımız göylərə qalxdı, mlli himnimiz yasaqları yıxdı.  
Latın əsaslı əlifbamız, dilimizin və xalqımızın doğma türk adı özünə qaytarıldı.  
Test imtahanları ali məktəblərin rüĢvət ehramını yıxdı.  
Milli pulumuz iĢıq üzü gördü.  
Millətimizin balalarına 80-dən yuxarı yeni milli dərslik verildi - hamısı da latın əlifbasında.  
Rus ordusu Azərbaycan ərazisindən çıxarıldı.  
Ġlk tələbə dəstəsi universitet təhsili almaq üçün qardaĢ Türkiyəyə göndərildi. 
Milli Məclisimizdə yüzlərcə demokratik qanun qəbul edildi. 
Demokratik Azərbaycan mediası formalaĢdı. 
RüĢvət, korrupsiya mexanizminə öldürücü zərbə vuruldu. 
Milli Ordunun gücləndirilməsində ən ciddi addımlar atıldı.  
Səhvlər olmadımı?  Əlbəttə ki,  oldu. Səhv  etməyən  yalnız  Uca  Tanrıdır. Bəy  bu səhvləri son 
müraciətində də etiraf etdi.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə