ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

Ġndi  Sənə  qiymət  vermək  artıqdandı.  Qiymətini  Tanrı  vermiĢ.  Siyasətçi  dostlarımdan, 
hərəkatdaĢlarımdan  bəzisi  Səni  Rəsulzadə  ilə,  Atatürklə  müqayisə  edir.  RazılaĢa  bilmirəm. 
Sovet imperiyası məhbəsindən çıxdığın vaxtdan bu çağacan iyirmi beĢ illik Ģəxsi tanıĢlığımız 
ərzində  Səndə  gördüklərim  gözlərim  önündə  hansısa  siyasət,  ideologiya  dəyərlərindən  xeyli 
uca  bir  insanın  portretini  yaradır  -  türk  fəzilətlərinə  həyat  verən,  bunları  zamanın 
gündəmindən düĢməyə qoymayan bir əxlaq elçisinin portretini. Müqayisə gərəksə Səni Dədə 
Qorquda bənzədərdim. Siyasət, mübarizə, həbsxana, dövlət, bayraq, partiya - bütün bunlar 
zamana aid Ģərtiliklər, atributlar. Zamansızlığınsa niĢanı, dəlili, ayəsi - Sənin o pak ruhun! 
Ġlahi, qəbul buyur Ģükranlığımı! 
30.08.2000 
  
NƏSĠB NƏSĠBLĠ.
 
Təpədən-dırnağadək milli və demokrat 
Bitən əsrimizdə siyasi həyatımızın ilkin dövrü Məmmədəmin Rəsulzadə ilə baĢlamıĢdı. 
Bu  dövrdə  milli  partiya  quruldu.  Azərbaycan  istiqlalı  Ģüarı  ortaya  atıldı.  Azərbaycan  iki  il 
müstəqil  yaĢadı,  ancaq  istiqlalını  qoruya  bilmədi.  Rəsulzadənin  rəhbərlik  etdiyi  milli  və 
demokratik  qüvvələr  millət  və  Vətən  yolunda  xeyli  fədakarlıq  etdilər.  Ona  görə  də  XX  əsr 
tariximizdə onların və Rəsulzadənin xüsusi yeri var. 
Əsrimizin sonunda da milli və demokratik qüvvələr eyni taleyi yaĢadılar. Bu dramatiklik milli 
hərəkatın son dövrünün lideri Əbülfəz Elçibəyin həyatı üçün də səciyyəvidir. 
Əbülfəz  müəllim  siyasətə  romantik  kimi  gəldi.  Onu  romantik  siyasətçi  kimi  də  tərk  etdi. 
Tələbələri  isə  artıq  professionaldırlar,  praqmatikliyi  ilə  müəllimlərindən  seçilirlər. 
Qəzetçilərdən biri bu məqamı çox sərrast ifadə edib: “Onsuz bizim siyasətdə professionallıq 
daha çox olacaq, dürüstlük və səmimiyyət isə azalacaq”. 
Elçibəy hazırkı siyasi liderlərdən hansı keyfiyyətlərlə fərqlənir? 
Elçibəy  təpədən-dırnağadək  milli  idi.  AĢağılıq  kompleksi  ona  tam  yad  idi.  Mən  onu  milli 
məsələlərimizə  münasibətdə  heç  vaxt  yazıq,  sızıldayan  görməmiĢəm.  Dostları  Bəyin  bu 
xüsusiyyətini sevir, ondan enerji alırdı. Elçibəy milli ideala bütün varlığı ilə, bəzən ifrat Ģəkildə 
sahib çıxan nadir lider idi. O, inamlı türkçü idi.  
“Atatürkün  əsgəriyəm”  demək  türklüyə  böyük  sevgi  tələb  edirdi.  Heç  bir  liderin  cürət  edib 
demədiyi  “millətçiyəm”  sözünü  o,  fəxrlə  söylərdi  və  siyasi  həyatında  milli  marağı  digər 
maraqlarından (partiya, Ģəxsi) üstün tutardı. Elçibəyin bu fikri bir neçə kitablıq mətləbi qısa, 
lakonik Ģəkildə ortaya qoyur: “Millət yalnız türklüyünü dərk etdikdən sonra milli problemlərini 
həll etməyə baĢlayacaq”. 


Elçibəy təpədən-dırnağadək demokrat idi. Hətta demokratik azadlıqlara aludəçilik vardı onda. 
“Demokratiya” sözünü istehza ilə deyənlərdən fərqli olaraq Bəy onun vacibliyini dərk edərək 
yanğı ilə dilə gətirərdi. O, millətçiliklə demokratiyanı bütöv halda götürən lider idi.  
Deyilənlərə görə, Bəy, həyatı Peyğəmbər yaĢında tərk edəcəyini söylərmiĢ. Bəlkə ona görə də 
tələsirdi.  Bəlkə  ona  görə  siyasi  karyera  və  reytinqinin  fərqinə  varmadan  Bütöv  Azərbaycan 
idealının  gerçəkləĢdirilməsini  ömrünün  son  illərində  əsas  hədəf  seçmiĢdi.  Əslində  Bütöv 
Azərbaycan idealını siyasi həyata ilk dəfə gətirən siyasətçi məhz Elçibəydir. 
Əbülfəz  bəy  dissident  həyatı  yaĢamıĢdı.  Sovet  rejimi  təkcə  onun  fiziki  varlığını  yox  etməyə 
deyil,  fikir  düzümünü  pozmağa  da  çalıĢmıĢdı.  Odur  ki  bəzən  hərəkətlərində  sistemsiz 
görünürdü. O, ütülü danıĢa, hərəkət edə bilmirdi, çərçivəyə, qəfəsə, protokola, nizamnaməyə 
sığan  insan  deyildi.  Elə  bu  səbəbdən  də  AXC  sədri,  prezident,  AXCP  sədri  Əbülfəz  Elçibəyi 
baĢa  düĢmək  çətindi.  Fikir  verirdinizmi,  Bəy  hisslərə  xitab  etmirdi,  halbuki  kütləyə müraciət 
edən praqmatik siyasətçi birinci növbədə hissləri oyatmalı, onu qıcıqlandırmalıdır. Bu, siyasət 
elminin qaydasıdır. O, Ģüurlara müraciət edirdi. Ona görə də həmiĢə baĢa düĢülmürdü. Hətta 
bəzən mürəkkəb məsələləri izah edən Sədr, ya Prezident Əbülfəz Elçibəy tamaĢaçı, dinləyici 
tərəfindən alqıĢ, heyranlıqda deyil, suallarla qarĢılaĢırdı. 
Əbülfəz  Elçibəy  böyük  prezident  olmadı.  O,  böyük  VətəndaĢ  oldu.  Bir  millət  olaraq  Elçibəy 
fədakarlığına  və  fikirlərinə  ehtiyacımız  vardı.  AnlaĢılmaz  gediĢlərinə  baxmayaraq  indi  də 
Əbülfəz  Elçibəy  Ģəxsiyyətinə  ehtiyacımız  var.  Qarabağlı,  Təbrizli  bütöv,  demokratik 
Azərbaycana ehtiyacımız olduqca Elçibəy tarix olmayacaq. 
Əsrimiz  bitir,  həyat  isə  davam  edir.  Milli  hərəkatımızın  Elçibəy  mərhələsi  Elçibəysiz  davam 
edəcək. Onun yoxluğu həmiĢə bilinəcək.  
28.08.2000 
 
 
 
 
 
 
 
 
 


NÜġABƏ SADIQOVA.
 
Ġnsanlara qürur aĢılayan Bəy 
Əbülfəz  bəylə  həyat  yoldaĢım  Hacı  bəy  30  il  dostluq  ediblər.  Ancaq  Bəyi  ailəmizə 
doğmalaĢdıran  daha  bir  adam  vardı  -  hamının  çox  sevdiyi,  çoxlarının  Hacı  bəyin  doğma 
qardaĢı  saydığı  əziz  Ģairimiz  Ramiz  RövĢən.  Bəy  Ramizlə  söhbətləĢməyi,  fikir  dartıĢması 
aparmağı çox xoĢlayırdı.  
Bir gün Bütöv Azərbaycan Birliyində Bəyin gənclərlə iĢ üzrə müavini Bəhram Ġsmayılov mənə 
yanaĢaraq  gənclərin  Bəyin  60  illik  yubileyini  bizim  evdə  keçirmək  istədiklərini  bildirdi.  Mən 
bunun ailəmizə böyük Ģərəf olduğunu söylədim.  
Gənclər  belə  qərara  gəlmiĢdilər  ki,  onların  tədbirində  “yaĢlılar”  dan,  biz  çıxılmaqla,  yalnız 
Ramiz  bəy  olsun  (onlar  da  Bəyin  Ramizli  məclisləri  sevdiyini  bilirdilər).  Məclisə  Azərbaycan 
siyasətində arxalana biləcəyimiz gənclərin qaymağı toplaĢmıĢdı.  
Bəyin gəliĢini onlar necə də səbrsizliklə, həyəcanla gözləyirdilər!.. 
Həmin gün Bəyin çox vacib görüĢü vardı. Ancaq gənclərə sevgisinə, sayğısına, onlara verdiyi 
önəmə  görə  həmin  görüĢə  deyil,  gənclərin  tədbirinə  gəlməyə  üstünlük  vermiĢdi.  O  gecə 
gənclərin necə qürurlu göründüyünü təsvir etməyə qüdrətli yazıçı qələmi gərəkdir!  
Bəy  gənclərlə  qızğın  fikir  mübadiləsi  apardı,  doğma,  məhrəm  bir  ağsaqqal  kimi  onlara 
nəsihətlər  verdi,  Azərbaycanın  bütövlüyü  uğrunda  mübarizəni  yorulmadan  sonadək  davam 
etdirməyi tövsiyə etdi. O təkcə siyasətdən yox, poeziyadan, dünyasını dəyiĢmiĢ dostlarından, 
futboldan, nə bilim daha nələrdən, nələrdən danıĢdı. 
Ġlahi,  gənclər  də  onu  nə  qədər  sevirmiĢ!  Gənc  xanımlardan  Ġlahənin,  Ruhiyyənin...  (adını 
unutduqlarım  məni  bağıĢlayar)  Bəyin  baĢına  pərvanə  kimi  dolandıqlarını,  öz  zərif  əlləri  ilə 
hazırladıqlarını onun qarĢısına necə məhəbbətlə düzdüklərini gərək öz gözlərinlə görəydin!  
Bəy öz doğma övladlarından heç də az istəmədiyi bu insanlardan bir də səhərə yaxın - saat 
4-də ayrıldı. Onun ogecəki söhbətləri, nəsihətləri indi də hamımızın qulağındadır... 
Bəyin  gəncləri  necə  ürəkdən  sevdiyini  və  onlarda  özünəinam  yaratmağa  çalıĢmasını  böyük 
oğlum Anarın toyunda da gördüm. 
Toy  məclisini  çəkən  gənc  operator  ara-sıra  ən  hörmətli  qonaqlara  yanaĢaraq  onların  ürək 
sözlərini,  diləklərini  videokameraya  köçürürdü.  Gənclərimizə  nə  arzuladığını  Əbülfəz  bəydən 
soruĢduqda o dedi:  
-Mən  istəyirəm  ki,  bizim  gənclərimiz  təkcə  toy  günü  yox,  həmiĢə  bəy  olsunlar.  Mən  onlara 
Üzeyir bəy kimi bəy olmağı arzulayıram, Üzeyir qeyrəti, Üzeyir məhəbbəti arzulayıram!  
Operatorun  ikinci  -  “bizim  xidmətimizdən  razısınızmı?”  sualına  cavabında  Bəy:  “Mən  sizi 
xidmət göstərən deyil, diqqət göstərən adlandırardım”, - dedi.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə