ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

Özü böyük olan insan baĢqalarının da qürurunu qoruyub saxlamağı bacarır. Bəy o toy günü 
də,  gənclərin  məclisində  olduğu  kimi,  operatordan  tutmuĢ  bütün  qonaqlaradək  hamını 
qürurlandırdı!.. 
Bəy  qadınlara  qarĢı  da  ölçüyəgəlməz  dərəcədə  diqqətcildi.  BAB-ın  Mərkəzi  ġurasına  qəbul 
dayandırılsa da Bəyin təklifi ilə qadınlar (bir də güneyli soydaĢlarımız) istisna təĢkil edirdilər. 
Hər 8 Martda BAB Mərkəzi ġurasının yığıncağında iĢtirak edən bütün qadınlara bir-bir Ģəxsən 
öz əli ilə qızılgül bağıĢlayırdı. Bəyin əlindən o qızılgülü alan anda həmin qadırlarımızın özlərini 
nə qədər xoĢbəxt saydığını dillə söyləmək çətindir! Onlar bu qızılgülləri həyatlarının ən dəyərli 
ərməğanı kimi qəbul edirdilər!..  
Bəy  sanki  baĢqa  qızlarımızın,  qadınlarımızın  onun  öz  doğma  balasına  sevgisinin  kölgəsində 
qalacağından qorxur, buna görə də öz istəyini hamımıza eyni dərəcədə paylamağa çalıĢırdı. 
Sevimli  qızı  Çilənayın  toyuna  bir  neçə  gün  qalmıĢ  Bəy  ürəyi  istədiyi  insanları  yanına  yığdı. 
Yəqin  artıq  qərarlaĢdırıbmıĢ  ki,  qızının  toyunda  iĢtirak  etməyəcək  və  ona  görə  də  toyun 
sevincini  dostları  ilə  öncədən  bölüĢdürmək  istəyirdi.  O  gecə  də  çoxlu  elmi,  ədəbi  və  fəlsəfi 
mübahisələr  düĢdü.  Bəy  sufilikdən  danıĢdı.  Qarabağ  faciəsinin  ədəbiyyatımızda  hələ  də 
yetərincə əks olunmamasından narahatlığını bildirdi...  
Arzuladığı  dostların  əhatəsində  olan  Bəy  o  gecə  də  çox  xoĢbəxt  görünürdü.  O,  sevimli 
jurnalistimiz Sevil Nuruyevaının boynunu qucaqlayaraq “qızımdır” dedi...  
...Bir  dəfə  jurnalistlərdən  biri  məndən  Bəyi  necə  siyasətçi  hesab  etdiyimi  soruĢdu.  Əbülfəz 
bəyin  Prometeyə  bənzədiyini  söylədim.  Doğrudan  da,  Bəydə  Prometey  fədakarlığı  var.  Axı 
Prometey odu allahlardan oğurlayaraq insanlara verib və bununla onları xoĢbəxt edib. Bəy də 
xalqına azad və demokratik bir ölkə bəxĢ etdi və özünü bu yolda qurban verdi!.. 
16.09.2000 
 
 
 
 
 
 
 
 
 


RAFĠQ ĠSMAYIL.
 
Prezidentin Ģəxsi təĢəbbüsü, qayğısı və yardımı sayəsində 
1992-ci ilin iyununda Əbülfəz Elçibəy prezident seçildi və ali hakimiyyətin ayrı-ayrı sahələrinə 
rəhbərlik  prezidentin  təmsil  etdiyi  istiqlalçı  qüvvələrin  nümayəndələrinə  tapĢırıldı.  Bu 
sahələrdən biri də humanitar siyasət idi ki, dövlət müĢaviri kimi mən ona məsul idim. Bu sahə 
cəmiyyətin inkiĢafının yeganə yaradıcısı olan ĠNSAN yetiĢdirmək amalına xidmət etdiyinə görə 
qarĢımızda  hərtərəfli  vahid  humanitar  siyasətin  iĢlənib  hazırlanması  vəzifəsi  dururdu  və 
deyərdim ki, bu gün də durmaqdadır. 
Bəllidir  ki,  humanitar  siyasət  bütövlükdə  cəmiyyətin,  ayrılıqda  onun  hər  bir  fərdinin:  1) 
mədəni-mənəvi (mədəniyyət, din, xüsusi yaradıcılıq, mətbuat, radio, televiziya və s.); 2) fiziki 
sağlamlıq (səhiyyə, idman, ekologiya, turizm və s.); 3) əqli-zehni (məktəbəqədər tərbiyə, orta 
və  ali  təhsil,  elm  və  s.)  inkiĢafı  problemlərini  əhatə  edir.  Göründüyü  kimi,  humanitar  sahə 
geniĢ  və  çoxĢaxəlidir.  Onun  əsas  obyekti,  bir  qədər  yuxarıda  söylədiyimiz  kimi,  ĠNSANdır, 
ĠNSANın varlığıdır, yaĢamasıdır, əqli-mədəni səviyyəsidir, professional və fiziki hazırlığıdır və 
bütün bunlarla bağlı olan problemlərin həllidir. 
Biz  əməli  fəaliyyətimizdə  bütün  bu  deyilənlərin  fərqinə  varmağa  çalıĢır  və  bunu  da  nəzərə 
alırdıq  ki,  Azərbaycan  keçid  dövrünü  yaĢayır,  bu  sahədə  yürüdüləcək  siyasət  son  dərəcə 
gərəkli və vacibdir, bəĢəri və milli dəyərlərə, eləcə də klassik irsimizə söykənən siyasətin və 
ayrı-ayrı sahələrə aid konsepsiyaların hazırlanması taleyüklü vəzifədir və uzun vaxt tələb edir. 
Biz  bilirdik  ki,  ən  azı  stereotiplərin  müqaviməti,  özü  də,  güclü  müqaviməti  var;  mövcud 
kriminal dairələr güclüdür, ən yaxĢı halda bu fəaliyyət sahələri üçün mühafizəkarlıq səciyyəvi 
haldır; mövcud durum əksəriyyəti əsasən təmin edir. Həm də elə bir zamandır ki, humanitar 
sahənin,  demək  olar  ki,  heç  bir  sahəsinə  aid  heç  bir  qanun  yoxdur,  fəaliyyət  qanunlarla 
tənzimlənmir,  həyatın  bütün  sahələrində  mənfi  hallar  misilsiz  dərəcədədir,  dövlət  əmlakını 
dağıtmaq, rüĢvət, proteksiya və s. müdhiĢ miqyas alıbdır. Onu da nəzərə alırdıq ki, humanitar 
sahə əsasən dövlət büdcəsi və dotasiyası hesabına yaĢayır və həmin dövrdə xəzinə, demək 
olar ki, bomboĢ idi. Adicə maaĢların ödənilməsi aylarla yubadılırdı. Odur ki, mövcud sistemi 
əsasında  təkamül  dayanan  islahatlar  yolu  ilə  yenidən  qurmaq  prinsipinə  üstünlük  verilməsi 
fəaliyyətimizin əsas istiqaməti oldu. 
Ümumiyyətlə, nə iĢlər görmüĢük? 
Ayrı-ayrı sahələr üzrə görülmüĢ iĢləri sadalamağa keçmədən bütün sahələrə Ģamil olunan bir 
tədbiri ayrıca qeyd etmək istərdim. Bu tədbir elm, təhsil, mədəniyyət, səhiyyə, idman və s. 
sahələrə aid mülkiyyətin qorunub-saxlanılması və onlardan öz təyinatı üzrə istifadə olunması 
ilə  bağlı  prezidentin  imzası  ilə  xüsusi  sərəncamın  verilməsidir.  Bununla  əvvəlki  iqtidardan 
miras  qalmıĢ  dağıdıcılıq  prosesi  tam  olmasa  da  xeyli  səngidi  və  mövcud  mülkiyyəti  qoruya 
bildik.  Təkcə  bir  faktı  göstərmək  istərdim  ki,  Elmlər  Akademiyası  sistemində  200-dən  çox 
kommersiya  qurumu  yerləĢirdi.  Hələ  bu  sərəncamın  verilməsindən  sonra  belə  EA-nın 
arxeologiya  və  etnoqrafiya  muzeyinin  binası  neft  Ģirkətlərindən  birinə  Ģübhəli  məqsədlər  və 
Ģərtlərlə  icarəyə  verildi.  Muzey,  kitabxana,  məktəb,  xüsusilə  texniki-peĢə  məktəblərinin 
binaları və digər mülkləri məqsədli Ģərtlərlə icarəyə verilir və ya dağıdılırdı. Mövcud təlimatlar 
pozulur,  muzey  salonlarında  hətta  ziyafətlər  belə  təĢkil  edilirdi.  Bu  baxımdan  Azərbaycan 
Tarixi və Ġncəsənət muzeylərini göstərə bilərik. Belə halların qarĢısı çətinliklə alınırdı. 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə