ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə43/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   35   36   37   38   39   40   41   42   43

Dediyimiz kimi də etdik. Elçibəyin yanına girdik. Bəy bizi görən kimi gülər üzlə qarĢılayıb nə 
deyəcəyimizi  gözlədi.  Vəziyyəti  izah  etməyə  çalıĢdıq.  Diqqətlə  qulaq  asdı  və  sonra  tamam 
baĢqa fikir söylədi.  
Dedikləri təxminən belə idi:  
-Bəylər,  qarĢıdan  çox  böyük  qara  buludlar  gəlir.  Bu  buludlar  ötüĢsə  Azərbaycan  ciddi 
çətinliklərdən qurtulacaq...  
Bu sözləri deyəndə yoldaĢlarımızdan bəziləri hətta pəncərədən bayıra boylanaraq qara bulud 
axtardılar, ancaq görmədilər.  
Bir  neçə  aydan  sonra  4  iyun  qiyamı  göründü  və...  Elçibəyin  aylar  öncə  dediyi  həmin  qara 
buludları gördük. Bu görüntü idi Elçibəyə “hər Ģeyin zamana ehtiyacı var” dedirtdirən.  
Elçibəy  hər  Ģeyi  öncədən  görürdü  və  gördüklərini,  ancaq  bizlərin  görə  bilmədiyini  öz  içində 
yaĢadaraq ölümə doğru addımlayırdı.  
Öz  ölümünü  də  görürdü.  Bizlərin  bunu  təsəvvürümüzə  belə  gətirmədiyimiz  anda.  Elçibəy 
siyasətinin,  Ģəxsiyyətinin  qayəsində  dayanan  bu  mənəvi  keyfiyyət  idi  onu  anlaĢılmaz  edən. 
Elçibəy anlaĢılmadı sağlığında... Çünki keçdiyi yola onu dərk etmək istəyənlərin çatması üçün 
zamanlar lazım idi. Bu zaman isə bu insanların gözündə saatla, illərlə ölçülürdü. Elçibəydə isə 
zaman anlayıĢı, saat çərçivəsi yox idi.  
Əməli və düĢüncəsi ilə keçmiĢə və gələcəyə qatıla bilirdi.  
Xatırımdadır Elçibəy prezident olan anlar...  
Hamı sevinirdi... Elçibəysə susub hara isə baxırdı. Gözlərində nə sevinc  vardı, nə də parıltı. 
Çoxları bunu onun prezident olduğu üçün düĢüncələrində düzəliĢlər etməsi kimi yozdu. Ancaq 
belə olmadı. Elçibəy əxlaqlı insan olmağı hökmdar olmaqdan uca tutdu. Hökm altındakı əxlaqı 
yox,  əxlaq  altındakı  hökmü  əsas  saydı.  Bunun  nəticəsi  idi  ki,  Elçibəy  hökmdarlığı  Elçibəy 
əxlaqına da təslim oldu.  
Elçibəy  öz-özü  üzərindəki  qələbəni  və  məğlubiyyəti  bir  anda  yaĢamaqla  maddiyyatçı 
düĢüncələrə ölümcül zərbə vurdu. Bunun nəticəsidir ki, Elçibəyin cənazəsi önündə hökmdar 
da,  aydın  da,  gənclik  də  baĢ  əydi.  Birincilər  təhqirləri,  tənələri  qəbul  edə-edə  Elçibəyin 
cənazəsi  önündə  susdular.  Bu,  mənəviyyat  aləminə  baĢ  əyərək  zəifliyini,  iradəsizliyini 
boynuna  almaqdı. Elçibəysə heç  zaman  heç  kimə  baĢ əymədi.  Özü  öz içində özünə  də baĢ 
əymədi. Əyilən baĢlara isə həmiĢə dik saxlamağı tövsiyə etdi.  
Elçibəy  yalnız  bir  ünvanı  tanıdı  son  ana  qədər.  Bir  ünvanı  gördü  son  ana  qədər...  Və  bu 
ünvana getdi son məqamda. Bu, Tanrı dərgahı idi. 
Elçibəy  Tanrı  gücünü  insan  mənəviyyında  göstərə  bildi  və  göstərdiyi  Tanrı  əxlaqını 
düĢüncəsizlərlə  sübut  edə  bildi.  Bəlkə  də  birinci  dəfə  idi  ki,  Tanrı  əxlaqı  deyilən  bir  əxlaq 


qoydu madiyyat aləmində. Və buna ölümündən öncə “Elçibəyin türk gəncliyinə, Azərbaycan 
gəncliyinə,  aydınlarına  müraciəti”  adı  verdi.  Tanrı  əxlaqını  anlaĢılan  formada  insanlara 
çatdırdı. Və illər boyu çəkdiyi əziyyətin, əzabın nəticəsində insanlar bunu qəbul etdi.  
Elçibəy  ziyarətinə,  vidasına  gələn  yüz  minlərcə  insan  Elçibəy  Ģəxsiyyəti,  Elçibəy  siyasəti, 
Elçibəy əxlaqı qarĢısında göz yaĢı tökdü. Əslində bununla paklaĢıb Elçibəy istisini, ruhunu hiss 
etdilər...Və onun əlçatmazlığını dərk etdilər.  
Zaman bir dəfə Elçibəy yaratdı. Tanrı bir dəfə Elçi göndərdi... Bizlər isə bir dəfə gördük bu 
Elçini. Amma artıq gec idi - görduyümüz Tanrı elçisi Tanrı hüzuruna getmiĢdi... 
30.08.2000 
 
ZÖHRAB ZEYNALLI.
 
Görəcəklər ki, Azərbaycan nədir 
Əbülfəz  Elçibəylə  tanıĢlığımızın  bir  azdan  50  illiyi  olacaq.  Ordubadda  orta  məktəbi,  Bakıda 
Universiteti  birlikdə  qurtardıq.  Aclığımızı,  toxluğumuzu  bircə  Allah  bildi.  Onunla  çoxlu  səsli 
müsahibələrim olub. Radioda ”Prezident kürsüsü” veriliĢi onun təĢəbbüsü ilə yaradılıb. 
Yəqin  ki,  xatırlayırsınız.  1992-cü  ilin  sonunda  millət  vəkillərimiz  Milli  Məclisdə  uzun  sürən 
çəkiĢmələrdən,  mübahisələrdən  sonra  yekdil  qərara  gələrək  Azərbaycan  Respublikasının 
dövlət  dilinin  türk  dili  olduğunu  təsdiq  etməklə  dilimizin  və  millətimizin  adını  özümüzə 
qaytardılar. 
Bu,  1930-cu  illərdə  repressiyaya  uğramıĢ  mənəvi  dəyərlərimizdən  birinin  bəraət  qazanması 
idi. (Ancaq, çox təəssüf ki, əsl adımızı yenə də qoruyub saxlaya bilmədik). 
Bu məsələylə bağlı 1993-cü il yanvarın 4-də prezident Əbülfəz Elçibəy mənə öz mülahizələrini 
söyləmiĢdi. Həmin müsahibə müxtəlif səbəblər üzündən indiyədək heç yerdə səslənməyib və 
çap  olunmayıb.  Elçibəyin  apardığı  siyasi-ideoloji  mübarizənin  mühüm  bir  istiqaməti  də  ana 
dilimizlə,  ümumən  milli  məsələ  ilə  bağlı  olduğuna  və  böyük  öndərin  bu  haqda  düĢüncələri 
onun  silahdaĢları  və  sıravi  soydaĢlarımız  üçün  ciddi  maraq  doğurduğuna  görə  həmin 
müsahibəni indi dərc etdirməyi qərara aldım. 
*** 
-Zöhrab bəy, [“türk dili” adını qaytarmaq üçün] bəziləri deyir ki, gərək referendum keçirək, 
bəziləri  deyir  ki,  təzədən  səsə  qoyulsun.  Adamların  bu  cür  danıĢığını  heç  cür  qəbul  edə 
bilmirəm.  Bu,  elmdir.  Elmi  səsə  qoymaqla  keçirmirlər.  Heç  zaman  deyə  bilməzsən  ki,  gəlin 
referendumla öyrənək görək iki dəfə iki neçə edər. Ġki dəfə iki dörddür. Bu, səsə qoyulmur.  
Referendumda  səsə  qoysaq  ləzgi  milləti  heç  zaman  deməz  ki,  mənim  dilim  ləzgi  dili  yox, 
Azərbaycan  dilidir.  O,  deyəcək  ki,  qardaĢ,  özünüzə  iĢ  tapın  -  mən  ləzgiyəm,  dilim  də  ləzgi 
dilidir. TalıĢ da onun kimi. Bunu desən deyəcəklər ki, azsaylı xalqların hüquqları tapdalanır.  


Ġndi təsəvvür edin ki, mən türk millətiyəm, ancaq dilim Azərbaycan dilidir. Buna gülərlər axı. 
Türk millətisən, dilin də türk dilidir. Bunun nəyi pisdir axı? Mən elmi səsə qoymağın heç cür 
tərəfdarı deyiləm.  
Var  bir  Azərbaycan  türkcəsi,  bir  də  Anadolu  türkcəsi.  Deyirlər  ki,  biz  gedib  qoĢuluruq 
Türkiyəyə, onun əlaltısı oluruq, onlar bizə böyük qardaĢ olur. Mən istəmirəm o Ģeyləri deyim. 
Üç-beĢ ildən sonra Türkiyə görəcək ki, Azərbaycan nədir. Bugünün özündə mənəvi-psixoloji 
baxımdan Azərbaycan Türkiyədən yüksək səviyyədə dayanır. Anadolu türkləri deyirlər ki, siz 
türklüyü  bizdən  qabağa  aparırsınız,  siz  bizdən  üstünsünüz,  mənəvi  cəhətdən  bizdən 
yüksəksiniz.  Azərbaycan türkünün  mənəviyyatına  Anadolu türklərinin  özləri hörmət  və qibtə 
edirlər.  
Azərbaycanda  kimin  nüfuzu  olmalıdır  -  Rusiyanın,  Türkiyənin,  Ġranın,  yoxsa,  deyək  ki, 
Amerikanın?  Heç  kimin.  Azərbaycan,  Allah  qoysa,  beĢon  ildən  sonra  özü  nüfuz  edəcək.  O 
zaman fikirləĢsinlər ki, Azərbaycanın nüfuzu hara qədər olacaq. Bu sual verilməlidir: “BeĢ-on 
ildən sonra Azərbaycanın nüfuz dairəsi hara çıxır?”. Azərbaycan Yaxın ġərqdə ən güclü nüfuz 
dairəsinə  malik  dövlətlərdən  biri  olacaq.  Azərbaycanla  razılaĢmamıĢ  çox  Ģeyləri 
eləməyəcəklər. Ġngiltərə də, Amerika da, Fransa da Yaxın ġərqlə bağlı hər hansı məsələni həll 
edəndə Azərbaycanı dəvət edəcəklər.  
Bunu  indidən  bilirlər  ki,  iki  milyard  ton  neft  ehtiyatı  olan  bir  ölkə  ilə  elə-belə  danıĢmaq 
mümkün deyil. Onun atoma ehtiyacı yoxdur. Atomla neft elədir ki, hər gün iĢlənir. Bəzən biz 
zarafatla deyirik ki, Fərman Salmanov Rusiyaya atomdan qüvvətli Tümen neftini verdi.  
Azərbaycanın  həm  coğrafi,  həm  də  iqtisadi  mövqeyini  hamı  bilir.  Amerikanın,  Ġngiltərənin 
səfirləri  deyirlər  ki,  bədbinliyə  qapılmağa  haqqınız  yoxdur.  Ona  görə  ki,  sizin  xalqınız  zəkalı 
xalqdır. Siz fəxr edə bilərsiniz ki, Asiyada çox ali millətsiniz.  
Ümumi götürdükdə bizim millətdə intellektual səviyyə yüksəkdir. Bunu da dünyada görürlər. 
Dünya  görür  ki,  bu  millət  tankların  qabağına  gedərək  qanın  içərisində  azadlığa  çatıb.  Hamı 
bunu  qəbul  edir  ki,  siz  azadlıq  idealını  tam  mənimsəmisiniz.  Bu,  sizin  xoĢbəxtliyinizdir. 
Demokratiya Ģüuruna da bu cür yiyələnsəniz sizin xalqın qarĢısında heç kim dura bilməyəcək. 
Bu  millət  poeziya ilə,  musiqi ilə  köklənmiĢ bir millətdir. Bunu  aparıb təzədən  qəddar etmək 
olmaz.  Diktatura  onu  qəddara  çevirəcək.  Amma  demokratiya  həyati  olacaq.  Ona  görə  biz 
demokratiyadan əl çəkməyəcəyik. Çətin də olsa ona yetməliyik! 
4 yanvar 1993-cü il 
 
 
 
 


ELÇĠBƏYĠN MƏZARI ÜSTÜNƏ QOYULAN YAZILARDAN 
O pak əməl  
        Haqqa təməl.  
        Sevdası yurd,  
        Nidası yurd!  
        Sevdasında butası yurd!  
        Səsi elin haqq-harayı,  
        O, Vətənin oğul payı!  
        O pak dilək,  
        Xalqa gərək!  
        O - Əbülfəz!  
        O - dönülməz!!!  
        17.XI.1993 
  
*** 
        Tanrı apardı səni öz dərgahına,  
        Baxmadı millətin fəryadına, ahına.  
        Çevrildi məzarın bir səcdəgaha,  
        Yüksəltdiyin bayraq enməz bir daha!  
*** 
        Nahtəban Bayramqızı 
        BU YARALI VƏTƏNDƏ 
        Canımızdan qan gedib,  
        Bədəndən bir yan gedib,  
        Qalıb qəfəs, can gedib  
        Bu yaralı Vətəndə.  
   
        Yer də, göy də ağlayır,  
        Ana, bacı sızlayır,  
        Könül qübar bağlayır  
        Bu yaralı Vətəndə.  
   
        Ġtkin qəlbləri sıxır,  
        Bizi yandırır, yaxır,  
        Bu gün dünəndən ağır  
        Bu yaralı Vətəndə.  
   


        Çarəmizi bilən yox,  
        Göz yaĢımız silən yox,  
        Bir mürvətə gələn yox  
        Bu yaralı Vətəndə.  
   
        Hanı igid ərənlər?  
        Canın fəda edənlər?  
        Çoxdur xeyir güdənlər  
        Bu yaralı Vətəndə.  
   
        Bir mərd oğul olaydı,  
        Sənə əvəz qalaydı!  
        Bu xalqa yol bulaydı  
        Bu yaralı Vətəndə.  
        22.08.2000 
*** 
        Dilbər Türkay 
        ELÇĠBƏY 
        Bunu mən deyirəm, Vətənim deyir:  
        Millətimin vicdanısan, Elçibəy!  
        Sən xalqımın varlığından doğuldun,  
        Ən Ģərəfli insanısan, Elçibəy!  
   
        Sən qaldırdın azadlığın bayrağın,  
        Sən yandırdın azadlığın çırağın,  
        El-el yaydın azadlığın sorağın,  
        Azadlığın carçısısan, Elçibəy!  
   
        Gələcək nəsillər səndən deyəcək,  
        Gələcək əsrlər səndən deyəcək,  
        XoĢ illər, fəsillər səndən deyəcək,  
        Azadlığın dastanısan, Elçibəy!  
        30.08.2000 
*** 
        BOZ QURD 
        Bu savaĢ ər savaĢıdır,  
        Çıx yuvandan yola, Boz qurd!  


        Səsin döyüĢ havasıdır,  
        Bir himn oxu, ula Boz qurd!  
   
        Nəqərat  
        Yanan dağlar, aĢırımlar  
        Bağrıma çəkdi Ģırımlar.  
        Bu qırğınlar, bu qırımlar  
        Qoyma yerdə qala, Boz qurd!  
        Bir himn oxu, ula, Boz qurd! 
 
  
 
        Dilin alov, ağzın kaha,  
        Bəsdir zülmə dözdün daha!  
        Hamı üz tutub Allaha,  
        Sən məni duala, Boz qurd!  
   
        Nəqərat  
   
        ÖlməmiĢəm, hələ sağam,  
        Ağır qisas alacağam!  
        Övladları bala Boz qurd!  
        Bir himn oxu, ula, Boz qurd!  
        Nəqərat 
        27.08.2000 
*** 
        YaĢar Vəfa  
        USTAD 
        Hökmünlə ölməzlik haqqı qazandıq,  
        Sənin hayqırtınla gurlaĢdıq, ustad.  
        Səsin qaranlığı qovğaya saldı,  
        Sənin iĢığına toplaĢdıq, ustad.  
   
        Göydən baĢımıza od yağan zaman,  
        Tale bizim üçün dərd doğan zaman,  
        Sahilləri belə su boğan zaman  
        Sən adlı sahilə yanaĢdıq, ustad.  
   
        Sən qəlblər isidən qaynar ocaqsan,  
        Azərbaycan deyib hey yanacaqsan,  
        Əsrlər keçdikcə ucalacaqsan,  
        Sənin haqq iĢinə qatlaĢdıq, ustad!  


        Sənin iĢığına toplaĢdıq, ustad!  
        Avqust 2000 
*** 
Bəy, biz bu gün məzarınız önündə baĢ əyərək and içirik: 
-Apardığınız  mücadiləni sona  çatdıraraq  Təbrizi, Qarabağı nəyin bahasına  olursa-olsun  azad 
edəcəyik!  
-Azərbaycanı bütövləĢdirəcəyik!  
-Dünyaya türkün kimliyini sübut edəcəyik!  
-DüĢmənləri diz çökdürəcəyik! Dostlarımızı senvindirəcəyik!  
-Dünyada  bənzəri  olmayan  vahid,  demokratik,  unitar  bir  qüdrətli  dövlət  quracağıq!  O  gün 
uzaqda deyil.  
-Sənin bütün vəsiyyətlərinə əməl edəcəyik! Baxmayaraq ki, sağlığında qədrini bilmədik. Səni 
çiyinlərimizdə  qorumaq  əvəzinə,  çiyinlərimizdə  son  mənzilə  yola  saldıq.  Bunu  özümüzə 
bağıĢlaya bilmirik. 
Bilirik, bizi çoxdan bağıĢlamısan, Bəy. Biz də and içirik: Qələbə günündə Təbrizdə, Qarabağda 
ən böyük meydanlara sənin adını verəcəyik!.. Buna əmin ola bilərsən.  
Rahat uyu. Biz sənin ruhunla qələbə çalacağıq.  
Azərbaycan gəncləri adından: 
Əmrah Qəribov, 
 
Ramin Fərzəliyev.
  
29.08.2000 
*** 
Salam, hörmətli, əziz və sevimli dostum, qardaĢım Bəy! 
Mən bu salamı Sizin ruhunuzun qarĢısında verirəm, Bəy.  
Ey Böyük bəy! Bir türk balası kimi, bir türk oğlu kimi Sizin məzarınızın qarĢısında and içirəm 
ki,  ömrümün  sonuna  kimi  sizin  məzarınızı  ziyarətə  gələcəyəm  və  ilk  səhər  salamımı 
verəcəyəm. Göz yaĢlarımla məzar torpağını isladacağam. Deyirlər ki, türk ağlamaz. Mən Sizin 
əsgəriniz  olmuĢam,  Bəy!  Mən  əsgərin  məzarının  üstündə  ağlamasın,  bəs  kim  ağlasın?  Mən 
Sizin adınızla bu Ģan-Ģöhrətə çatmıĢam, Bəy! 


And  içirəm  Sizin  ruhunuza,  Bəy,  böyükdən  böyük  Azərbaycan  uğrunda  son  damla  qanıma 
kimi mübarizə aparacağam! Sizin məzar torpağınızdan Təbriz torpağına səpəcəyəm! Təbrizə 
Milli  Bayrağımızı  sancacağam  və  ruhunuzu  Ģad  edəcəyəm!  Təbrizin  azadlığı  Qarabağın 
azadlığıdır. 
Ruhun Ģad olsun, Bəy! 
Elçibəy əsgəri ELMAN TÜRKOĞLU. 
30.08.2000 
*** 
Mətanət Əzizqızı 
Sevimli Bəy! 
Siyasət  haqqında  oxuyanda  bir  Ģey  nəzərimi  cəlb  etmiĢdir.  “Siyasi  liderlər  kütlədə  mütləq 
inam  aĢılamaq  üçün  miflərdən  istifadə  edirlər”.  Hərdən  Sizin  siyasətçi  kimi  hansı  “libas”a 
büründüyünüzü  anlamaq  istəyirdim.  ġaman  kimi  Sizi  qəbul  edib,  iclas  salonunda  Sizinlə 
birbaĢa ünsiyyət yaratmaq istəyirdim. Bu məqsədlə fikrimi birbaĢa Sizə yönəldib, Sizə fikrimlə 
müraciət  edirdim.  Siz  isə  gözlərinizlə  məni  arayıb  tapır,  bir  neçə  dəqiqə  diqqətlə  mənə 
baxırdınız, həmiĢə də mən Sizə deyirdim ki, “mən Sizin müĢaviriniz olmaq istəyirəm”. 
Bir gün Sizin haqqınızda xoĢagəlməz Ģeylər, məsələn, “bu Bəy heç dahi adama oxĢamır” deyə 
fikirləĢməyə  baĢladım.  Siz  yenə  gözlərinizlə  məni  tapdınız,  çox  pəriĢan  və  narahat  oldunuz. 
Mən  Sizin  dahiliyinizə  onda  inandım.  Bir  də  üzünüzdəki  nuru  onda  daha  aydın  gördüm. 
Ġstifadə etdiyiniz mif də mənə aydın oldu: Xızır peyğəmbər - Savalan dağı - inanc yerimiz. 
Seçdiyiniz  bu  seçim  Sizin  siyasətçi  yox,  peyğəmbərə  yaxın  bir  Ģəxs  olduğunuzu  mənə  dərk 
etdirdi. 
Bəy, Siz Türkiyədən gələndə mən Sizi görmək üçün koridorda dayandım. Siz dönüb mənimlə 
əl-ələ görüĢdünüz (kaĢ indi o günlər olaydı) və soruĢdunuz ki, xanım, nə lazımdır? Mən heç 
nə demədim. Siz neçə dəfə təkrar soruĢsanız da mən heç nə demədim, utandım. 
Bəy, indi deyim nə üçün dayanmıĢdım? Sizin üçün darıxmıĢdım. Bir də daxilimdə bir təlaĢ var 
idi.  
Bəy, mehriban təbəssümün həmiĢə mənimlədir və mənə həmiĢə kömək edir. 
31.08.2000 
*** 
...Azərbaycan  xalqının,  Azərbaycan  dövlətinin  bütövlüyü  uğrunda  yeni  əsrin  və  eramızın  ən 
böyük Ģəhid oğlu, sözün əsl mənasında xalqının “el atası”, olduqca böyük ideyalı, dahi, ölməz, 


həmiĢəyaĢar, əvəzolunmaz bir Ģəxsiyyətin xatirinə söz yazmaq mənim üçün çox-çox çətindir! 
Ona görə ki, bu dahi Ģəxsiyyət ömrünün ən gözəl çağlarından baĢlayaraq yalnız və yalnız bir 
amala,  bir  əqidəyə  qulluq  edib,  nəyin  bahasına  olursa-olsun  Azərbaycanın  bütövlüyünə, 
torpaqlarımızın bütövlüyünə, milləti bir yumruq kimi bir bayraq altında birləĢdirməyə can atıb! 
Gənc nəsli, gələcək nəsli azad və elmli görmək arzusunda olub! 
Əbülfəz  Elçibəy  ömrünün  son  anına  qədər  xalqının  böyük  mədəniyyətini,  tarixini  bütün 
dünyaya tanıtmaq amalında olub!.. 
Millətimizin qorunub saxlanması üçün biz  - Bəyin davamçıları, tələbələri onun bizlərə qoyub 
getdiyi vəsiyyətlərə əməl etməyi və gələcək nəslə öyrətməyi özümüzə borc bilməliyik!.. 
...Bizlər Səni qoruya bilmədik, qoy Ulu Tanrımız səni qorusun, Bəy! Mən bilirəm və əminəm, 
Sənin  keçdiyin  əzablı  yolların  aqibəti,  zaman  gələcək,  böyük  sevincli  qələbəyə  çevriləcək! 
Sənin istək və arzuların xalqımızı gözəl gələcəyə aparacaq. 
Azərbaycanın  bütövlüyünə  nail  olmayınca  öz  yolumuzdan,  əqidəmizdən  dönməyəcəyimizə 
and içirik!!! 
AXCP üzvü, ölənə qədər Bəyin vəsiyyətlərinə sadiq qalan: 
Nazilə Yusif qızı Quluyeva  
04.09.2000 
 
 
 
 
 
 
 
 
 
 
 


SON SÖZ YERĠNƏ 
 67 YAġLI KĠġĠ PĠYADA 3 GÜN YOL GƏLĠB 
Ayağında  dəmir  çarıq,  əlində  əsa...  Nağıllarda  oxuyardıq.  Qəhrəman  altdan  geyinib  üstdən 
qıfıllanardı, üstdən geyinib altdan qıfıllanardı. Və düĢərdi yolun ağına. Ġnanardıq. Ġnanardıq ki, 
qəhrəman  mütləq  haqqı  tapacaq.  UĢaq  ağlı  ilə  inanardıq.  Əbülfəz  Elçibəyin  ziyarətgaha 
dönmüĢ evinin girəcəyində məni saxlayıb "burda bir kiĢi var, Qəbələdən Bakıya piyada gəlib" 
deyəndə inanmadım.  
...YavaĢça  yaxınlaĢdı.  Arıq,  çəlimsiz  bir  kiĢi  -  Məhəmmədov  Sabir  Bayram  oğlu.  Qəbələ 
rayonunun Xırxatala kəndindəndi.  
Çiynindən illər aĢırdığı vücudundan bəlli.  Bu çəlimsizliklə 140 km yolu necə baĢa vurub? 
-Piyada  yola  düĢdüm.  Üç  gündür  yol  gəlirəm.  Ġki  gecə  yolda  qalmıĢam.  Bir  gecə  Topçuda 
qaldım.  Bizim  kənddən  50  km  aralıdır.  Yol  kənarında  bir  maĢın   vardı,  kabinəsində  yatdım. 
Səhər  ertədən  yola  çıxdım.  Muğanlı  "pereval"ını  düĢdüm.  Daha  qalxmağa  taqətim  qalmadı. 
Gecəni  də  çökəklikdə  qaldım.  Səhərisi  ġamaxıdan  keçdim  Mərəzə  tərəfə.  Bir  qədər  gəldim. 
Acıdərəyə çatdım. Gördüm daha ayağımda güc qalmayıb. Ordan maĢına əyləĢdim. Saat yarım 
maĢınla gəlmiĢəm. Əvvəlcə [AXCP] qərargah[ın]a getdim. Ordan məni evə gətirdilər. 
...Əbülfəz Elçibəylə  heç vaxt  əl tutub  görüĢməyib  bu adam.  Adını,  danıĢıqlarını baĢqalarının 
dilindən  eĢidib.  Xüsusən  də  Elçibəy  haqqında  ilk  kitabın  müəllifi  Ədalət  Tahirzadədən. 
Dediyinə görə, Ədalət bəy onu Elçibəylə qiyabi tanıĢdırıb. 
ƏliboĢ  gəlməmiĢdi.  Özü  ilə  1998-ci  ildə  Elçibəyin  adına  düzəltdiyi  suveniri  də  gətirib. 
Taxtadandı.  Üzərində  bəyin  Ģəkli,  ətrafında  güllər  açıb.  Bəyin  tutulma  tarixləri  də  qeyd 
olunub. Bundan əlavə taxtanın üzərində vəl Ģəkli də var. Sabir kiĢi bunu həm özünün, həm də 
Əbülfəz  Elçibəyin  taxıl  biçini  vaxtı  dünyaya  gəlməsi  ilə  bağlayıb.  Daha  sonra  Azərbaycanı 
ümumiləĢdirən  evlər,  minarələr...   aypara  və  səkkizguĢəli  ulduz.  Həmin  suvenir  Elçibəyin 
ailəsinə təqdim olunub 
Çox  danıĢmadı  Sabir  kiĢi.  Bircə  onu  dedi  ki,  "Elçibəyin  vəfatını  eĢidib  bərk  kədərləndim, 
həyəcan keçirdim. Amma dəfninə gələ bilmədim. Çox çalıĢdım heç olmasa yeddisinə çatım. O 
da mümkün olmadı. Müəyyən səbəblərdən..." 
MaĢına  minib  gəlməyə  pulu  olmamasının  səbəbini  anladıq.  Ġmkansızlıq.  Təqaüdləri  vaxtında 
vermirlər. Alanda da una, qəndə, çaya xərclənir. Özü dedi bunları. Giley kimi qəbul etmədim. 
Olanı deyirdi. Bəlkə də Bəyin dəfninə çatmamağını özünə sonsuz niskil elədiyindən qürurunu 
aĢıb dilinə gətirmiĢdi. Özgə vaxtı belə danıĢmazdı yəqin. 67 yaĢlı kiĢini Qəbələdən paytaxta 
140 km yol gəlməyə vadar edən də həmin niskil idi. Elçibəyi ölümündən sonrasa da "görmək" 
yanğısıydı.  Yanğısını  söndürmüĢdümü?  Həmin  cümə  axĢamı  dedi  ki,  qaĢ  qaraldığından 
xiyabana gedə bilməyib. AXCP-nin qərargahından birbaĢ bura - "Vorovski"yə Elçibəyin evinə 
gəlib.  Qəbir  üstə  səhər gedəcək.  Həmin  gecəni  Sabir  kiĢi  hələ  də  niskilli  yatacaqdı.  Ürəyini 
boĢalda bilməyəcəkdi. Səhərədək. 
MƏLAHƏT RZAYEVA  
("ġərq" qəzeti, 3-5 sentyabr 2000, #100)
 
 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə