ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə19/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   15   16   17   18   19   20   21   22   ...   43

Yolda  “sərniĢinimiz”  ona  indiyədək  arxa  durmuĢ  bir  nəfərin  vəfatından,  kimsəsiz,  arxasız, 
köməksiz  qaldığından,  bundan  sonra  necə  yaĢayacağını  bilmədiyindən  aramsız  danıĢır, 
ağlayırdı. Onda güzgüdə Bəyin gözlərinə baxdım. Yalnız kədər, düĢüncə, fikir...  
Deyilən  ünvana  gəldik.  Bəy  iĢarə  etdi  ki,  qolundan  tutub  evə  apar  və  qapını  tanı.  Elə  də 
etdim. Qayıtdım, yola düĢdük. Bəy dedi: “Xəlil, nə qədər sağam, mən ona kömək edəcəyəm. 
Bir  gün  mən  dünyada  olmayanda  həmin  Ģəxsə  sən  baĢ  çəkməsən  heç  kiĢi  oğlu  deyilsən. 
Ancaq gərək o bilməsin ki, bunu kim edir”. 
Həmin  adama  müxtəlif  cür  yardım  Bəy  xəstələnənə  kimi  müntəzəm  davam  etdi.  Xəstəlik 
baĢlayanda isə narahatlıq, üzüntü məni o adamdan uzaq saldı. Bəyin dəfnindən sonra imkan 
tapıb ona baĢ çəkdim. Lazım olan azuqəni və... ehsan aĢını da apardım. Xeyir iĢlərdə olanda 
toy  aĢından  da  ona  həmiĢə  pay  düzəltdirib  aparardım.  Təbii  ki,  toyda  biĢən  aĢla  ehsan  aĢı 
fərqlənir,  odur  ki,  bir-iki  qaĢıq  alandan  sonra  dayandı  və  soruĢdu:  “Oğul,  bu,  kimin 
ehsanıdır?”. Ağlamaq məni tutdu. Tez balkona çıxdım, guya siqaret çəkirdim. Nə baĢ verdiyini 
ondan  gizlətmək  istədim.  O,  dönə-dönə  “oğul,  bura  gəl,  cavab  ver  görüm”  deyə  inad 
göstərdi.  Ġsrarını  və  həyəcanını  görüb,  daha  ona  əlavə  əzab  verməmək  üçün  göz  yaĢları 
içində “bu, doqquz il sənin hər ehtiyacını ödəyən Ģəxsin ehsanıdır” söylədim...  
Bu, aramızdakı sirlərdən yalnız biridir. Onlardan minisə sinəmdə yatır... 
28.08.2000 
 
 
 
 
 
 
 
 
 
 
 
 


XUMAR ƏHMƏDOVA.
 
"Mənim balalarımın nəyi onlardan artıqdır?" 
Əbülfəz  Elçibəylə  bir  evdə  böyüdüyümdən  onu  özümə  böyük  qardaĢ  bilmiĢəm.  Onunla 
həmiĢə bacı-qardaĢ kimi davranmıĢıq və buna görə də kənar adamlar çox vaxt elə bilirdilər ki
biz  doğma  bacı-qardaĢıq.  Kələkiyə  qonaq  gələn  dostlarını  çox  vaxt  Bəy  mənim  evimdə 
qarĢılayır və yola salırdı.  
Elçibəy prezident olanda da, təbii ki, bir yaxın qohumu və ailə adamı kimi tez-tez gedib onun 
yanında qalırdım.  
Bəyin  ailəsi  qardaĢı  Almuradın  Yasamaldakı  evində  onun  ailəsi  ilə  bir  yerdə  çox  darısqal 
Ģəraitdə yaĢayırdı. Ev həmiĢə qonaq-qaralı olurdu.  
UĢuqlıqdan  Bəyin  xasiyyətinə  yaxĢı  bələd  olmuĢam.  O,  hər  hansı  bir  sözdən  xoĢlanmırdısa 
həmən an alnında düyünlər əmələ gəlirdi.  
Bir gün mən ona çox yumĢaq tərzdə, ancaq xeyli çəkinə-çəkinə söylədim ki, qardaĢ, iki ailə 
üçün bir yerdə çox çətindir. UĢaq dərslərini hazırlamaqda çox çətinlik çəkir. (“UĢaq” deyiləndə 
Çilənayı  nəzərdə  tuturdum.  O,  əlaçı  olduğuna  görə  dərslərindən  geri  qalmasını  istəmirdim). 
Sənin ailən üçün də bir ev olsaydı yaxĢı olardı.  
Mənim  sözlərimin  ona  necə  təsir  göstərməsi  üzündəki  ifadədən  bəlli  oldu  -  üz-gözünü 
turĢutmuĢdu. Sanki pis bir iĢ tutmuĢdum; tənəli-tənəli üzümə baxıb dilləndi: 
-Elə günlər olub ki, o mənzilə 30 nəfər sığıĢıb. Bəs indi necə olur ki, mən prezidentəm deyə 
biz  yerə-göyə sığmırıq? Bu  gün  5 uĢaqlı  qaçqın ananı qəbul edəndən  sonra  hələ  də özümə 
gələ bilmirəm. Onun balaları çadırda yaĢayır. Ondan baĢqa, çadırlarda neçə yüz min qaçqın 
uĢağı  var.  Bəs  onlar  yerdən  çıxıb?  Mənim  balalarımın  nəyi  onlardan  artıqdır?  Onlar  yerdən 
çıxıb? KartoĢkadır? 
Mən bu sözləri ona dediyimə indi də peĢmanam. 
30.08.2000 
 
 
 
 
 
 
 


ĠBRAHĠM VƏLĠYEV. "Gömrük iĢçiləri rüĢvət almasın" 
XX  əsrin  ikinci  yarısında  milli  azadlıq  hərəkatımızın  lideri  olan  Əbülfəz  Elçibəy  öz  ömrünün 
qısalığını  bilsə  də  ondan  özü  üçün  istifadə  etməyən,  həmin  ömrü  xalqa  sərf  edən 
qəhrəmanlardan idi. 
Əbülfəz bəylə 17 illik tanıĢlığımdan bir çox xatirələr yadımda qalıb. Ġki hadisə məni xüsusilə 
təsirləndirdiyinə görə onları unuda bilmirəm. 
1992-ci  ilin  oktyabr  ayında  mən  də  Azərbaycan  Dövlət  Gömrük  Komitəsinin  sədri  kimi, 
prezident  Əbülfəz  Elçibəyin  baĢçılıq  etdiyi  nümayəndə  heyətinin  tərkibində  Türkiyəyə  rəsmi 
səfərə  getmiĢdim.  Nümayəndə  heyəti,  xüsusilə  Ə.Elçibəy  Türkiyədə  xüsusi  qayğı  ilə  əhatə 
olunmuĢdu.  Ankarada,  Ġstanbulda  və  Kayseridə  türk  dövlətinin  və  xalqının  Elçibəyə  necə 
dərin sevgi bəslədiyinin əyani Ģahidi oldum.  
Ġstanbulun  “Dolmabağça”  sarayında  600  nəfərin  qatıldığı  böyük  ziyafətdə  gördüyüm  bir 
hadisə  mənə  lap  çox  təsir  etdi.  Məclisdə  musiqiçilər  də  iĢtirak  edirdilər.  MəĢhur 
müğənnilərdən  biri  (adını,  təəssüf  ki,  unutmuĢam)  Elçibəydən  hansı  musiqini  dinləmək 
istədiyini soruĢduqda o, “Çırpınırdı Qara dəniz” Ģərqisinin adını çəkdi. Müğənni həmin Ģərqinin 
sözlərini unutduğunu söylədikdə ziyafət iĢtirakçılarının, xüsusilə mərhum Turqut Özalın təkidi 
ilə Elçibəy musiqiçilərə xatırlatmaq üçün çox gözəl səslə həmin Ģərqini oxumağa baĢladı. Bu 
zaman məclisdəki bütün adamlar, o sıradan prezident Turqut Özal da ona qoĢuldu və hamı 
xorla  oxumağa  baĢladı.  Çox  təsirli  səhnə  idi  -  Elçibəyin  və  ziyafət  iĢtirakçılarının  çoxunun 
gözləri yaĢarmıĢdı!  
Mən ömrümdə indiyədək belə həyəcanlanmıĢ xor görməmiĢəm.  
Əzəmətli salonda sanki əzəmətli insan kütləsi deyil, min illər boyunca türk azadlığı dünyada 
Ģəhid olmuĢ insanların ruhu oxuyurdu! 
Sonradan  eĢitdiyimə  görə,  həmin  Ģərqini  məhz  millətçilər  oxuduğuna  görə  Türkiyədə  onun 
oxudulmasına  uzun  müddət,  bir  növ,  yasaq  qoyulub  və  müğənninin  də  onu  “unutması” 
təsadüfi deyilmiĢ. Elçibəy həmin gün “Çırpınırdı Qara dəniz”i əslində yasaqdan qurtarırdı.  
1992-ci ilin noyabr ayında komitə sədri kimi prezidentin qəbulunda oldum. Komitədə görülən 
və görüləcək iĢlər barəsində Elçibəyə hesabat verdikdən sonra o, mənə qəflətən belə bir sual 
verdi:  
-Bəy, Gömrük Komitəsində rüĢvət varmı?  
-Bəli, Bəy, var. 
-Onda niyə qarĢısını almırsan?  
Mən rüĢvətin səbəblərindən danıĢıb onun kökünün kəsilməsi yollarını izah etdikdə prezident 
Elçibəy az qala yalvarıĢlı bir tərzdə mənə üz tutdu: 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə