ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə16/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

Mən  bildim  ki,  məsələ  rayonluq  deyil,  Bakıdan  gəlir,  ona  görə  də  AğdaĢa  gedərək  vaxt 
itirməmək, bu iĢi daha təcili həll etmək üçün prezidentə zəng etdim. Onun köməkçisi GülĢad 
Zərbəliyevə dedim ki, prezidentlə ikicə dəqiqə telefon söhbətinə ehtiyacım var. O bildirdi ki, 
hökmən prezidentə Sizin xahiĢinizi çatdıracağam; nəticəsini bilmək üçün saat 5-də mənimlə 
yenidən əlaqə saxlayın.  
Saat 5-də G.Zərbəliyevə bir də zəng vuranda o dedi ki, Habil müəllim, Siz heç nədən narahat 
olmayın,  prezident  Ģəxsən  özü  Sizin  məsələnin  həlli  ilə  məĢğuldur.  Məəttəl  qaldım  ki,  mən 
hələ ürəyimin sözünü ona deməmiĢəm, ancaq o artıq mənim problemimi həll etməkdədir! 
Arxayın olub AğdaĢa getdim. Polis idarəsinə çatanda gördüm ki, Bakı Ģəhər prokuroru Cingiz 
Qəniyev  də  buradadır.  Onunla  salamlaĢıb  rəisin  otağına  keçdim.  Ç.Qəniyevin  göstəriĢi  ilə 
qardaĢım oğlunu buraxdılar, götürülən əĢyaları qaytardılar, qısa zamanda hər Ģey qaydasına 
düĢdü...  
Sən  demə,  prezident  məsələni  eĢidən  kimi  onun  kökü  ilə  maraqlanıb,  bu  iĢin  törənməsinə 
səbəb olan kimdirsə məsələni təcili həll etməyi də Ģəxsən onun özünə tapĢırıbmıĢ!  
Bu hadisədən sonra mənim Ģəxsi problemimi həll etdiyinə görə yox, ümumən baĢ vermiĢ çox 
ədalətsiz  bir  iĢə  ölkə  baĢçısı  kimi  son  dərəcə  ədalətlə  yanaĢdığına,  haqsızlığı  onu  törədən 
Ģəxsin  öz  əli  ilə  aradan  qaldırdığına  və  bir  də,  əlbəttə,  xalqın  sənətkarının  nüfuzunu  uca 
tutduğuna görə mənim Əbülfəz Elçibəyə çox böyük hörmətim yarandı.  
Elçibəyi  mən  prezident  kimi  yox,  sıravi  bir  vətəndaĢ  kimi  gördüm.  O,  son  dərəcə  sadə, 
yaĢayıĢı  və  məiĢəti  ilə  heç  birimizdən  seçilməyən  adi  bir  insandı.  Buna  görə  də  ölkə 
vətəndaĢlarının  dərdini  çox  asanlıqla  baĢa  düĢür,  onlara  əlac  etməyə  çalıĢırdı.  O,  özünü 
qətiyyən  çəkməz,  insanları  həbsxanalara  doldurmağı  sevməz,  xalqa  yalan  danıĢmaz,  rüĢvət 
almaz və alan iĢçiləri ilə barıĢmaz, hakimiyyətdən Ģəxsən özünün və dostlarının ehtiyacı üçün 
istifadə  etməyə  çalıĢmaz,  Azərbaycanın  hansı  bölgəsində  yaĢamasından  asılı  olmayaraq  hər 
bir yerin sakinlərinə prezident kimi hörmət bəsləyərdi. Təəssüf ki, xalqımız onu baĢa düĢməyə 
hələ hazır deyildi... 
09.09.2000 
 
 
 
 
 
 
 


HACI ZAKĠR QULUYEV.
 
Bakılıların inam yeri 
1988-ci ildə  Xalq  hərəkatı  geniĢlənəndə onun  MaĢtağadakı  fəallarının  təklifi  ilə  Əbülfəz  bəyi 
kəndimizə dəvət etmək qərara alındı. Bu iĢ mənə tapĢırıldı və Əbülfəz bəyin yığıncağımızda 
iĢtirakını təĢkil etdim.  
Bəyin  islam  dininə,  milli  adət-ənənələrimizə,  türkçülüyə  bağlılığını  MaĢtağa  kimi  dindar  və 
ġərq  dünyagörüĢü,  əxlaq  məsələlərində  xeyli  həssas  olan  mühafizəkar  bir  kəndin  camaatı 
hədsiz bəyəndi və məhz bu səbəbdən də MaĢtağada milli azadlıq hərəkatı iĢtirakçılarının sayı 
birə-on artdı.  
Hərəkatın MaĢtağa üzrə əlaqələndiricisi olmağım Bəylə müntəzəm görüĢməyimə səbəb oldu. 
1989-cu ildə AXC yarandıqdan sonra yerli Ģöbə məni AXC Məclisinə üzv seçdi və Bəylə daha 
sıx ünsiyyətdə bulunduq.  
20  Yanvar hadisələrindən  sonra  -  Xalq  hərəkatının  çox  mürəkkəb  zamanında AXC  Mühafizə 
Komitəsinə  sədr  seçilməsi  Məclisdə  müzakirə  edilərkən  namizədlərin  sayının  9-a  çatmasına 
baxmayaraq  Bəy  də  mənim  namizədliyimi  irəli  sürmüĢdü.  Xatırladım  ki,  həmin  vaxt  özüm 
Azərbaycanda deyildim və heç nədən xəbərim yoxdu. Xalq hərəkatındakı fəaliyyətimə qiymət 
verildikdən sonra Məclis həmin vəzifəyə məni seçmiĢdi. Azərbaycana dönəndən sonra mənə 
etibar  edilən  bu  vəzifənin  çətinliyindən  çəkinərək  ondan  boyun  qaçırmaq  istədim,  ancaq 
təklifin məhz Bəyə məxsus olduğunu bilən kimi razılaĢdım və iĢə tam ciddiyyətlə giriĢdim.  
Həmin vaxtlarda imperiya qüvvələri Azərbaycan xalqını parçalamaq, bakılı-rayonlu münaqiĢəsi 
salmaq  üçün  dəridən-qabıqdan  çıxırdılar.  Onların  niyyətini  puça  çıxarmaq  üçün  Bakı  və 
Kəndlər Birliyini yaratmaq lazım gəldi. Əbülfəz bəy bu təklifə müsbət yanaĢdı, Bakı və Kəndlər 
Birliyi  (BKB)  AXC-nin  nəzdində  yaradıldı.  Ġmperiyapərəst  qüvvələrin  qara  niyyətlərinin 
qarĢısının alınmasında və AXC-nin hakimiyyətə gəlməsində BKB-nin böyük xidməti oldu.  
Bütün bunlar Bakı əhalisinin Əbülfəz Elçibəyə inamının və doğma münasibətinin göstəricisi idi.  
Bu  gün  bəlkə  də  çoxları  bilmir  ki,  AXC  hakimiyyəti  dövründə  Elçibəyin  Ģəxsi  mühafizəsinin 
özəyi BKB üzvlərindən ibarətdi.  
Əbülfəz  bəy  Kələkiyə  gedəndən  sonra  hakimiyyətin  zəbt  olunmasına  müqavimət 
göstərilməməsi  çoxları  kimi  bizdə  də  çaĢqınlıq  yaratmıĢdı.  Bu  məsələlərə  aydınlıq  gətirmək 
üçün  mən  Kələkiyə  getdim.  Əbülfəz  bəy  bütün  hadisələri  incələyəndən  sonra  məsələnin 
mahiyyətinə  bələd  oldum,  xalqın  və  dövlətçiliyin  qorunması  naminə  atdığı  bu  addıma  görə 
Bəyə  öz  təĢəkkürümü  bildirdim.  Bu  görüĢdən  sonra  Əbülfəz  bəyə  inamım  daha  da 
möhkəmləndi. 
Bəy  dünyasını  dəyiĢdi,  uğrunda  həyatını  xərclədiyi  ideyalarının  gerçəkləĢdirilməsini  isə 
müqəddəs  bir  vəzifə  kimi  öz  məsləkdaĢlarının  -  bizlərin  öhdəsinə  buraxdı.  Onun  ruhunu 
sevindirmək üçün bu vəzifəni Ģərəflə baĢa vurmalıyıq! Bu, bizim dostumuz qarĢısında insanlıq 
borcumuzdur! 28.08.2000 


HĠKMƏT HACIZADƏ.
 
Azərbaycanın ilk dissidenti və ilk prezidenti 
(Bu yazı Nyu-Yorkda tərtib edilən “EURASĠANET” elektron yurnalı üçün də nəzərdə tutulub)
 
22  avqustda  müstəqil  Azərbaycanın  ilk  prezidenti  Əbülfəz  Elçibəy  uzun  sürən  xəstəlikdən 
sonra  63  yaĢında  Ankara  hərbi  qospitalında  dünyasını  dəyiĢdi  və  onun  cənazəsi  Türkiyə 
hökuməti nümayəndə heyətinin müĢayiəti ilə hökumət təyyarəsində Bakıya gətirildi.  
Ertəsi  gün  Bakıda  Elçibəyin  dəfn  mərasimi  bu  insanın  bütün  ömrü  boyu  təbliğ  etdiyi 
müstəqillik və demokratiya ideyalarına sadiq olan on minlərcə insanın həmrəylik nümayiĢinə 
çevrildi. 
Elçibəy  (əsl  adı  Əbülfəz  Əliyevdir)  1938-ci  ildə  Naxçıvan  vilayətinin  dağlıq  Kələki  kəndində 
sadə kəndli ailəsində doğulub. Atası ikinci dünya müharibəsi cəbhəsindən geri qayıtmayıb və 
Elçibəy anasının yanında daimi ehtiyac içərisində böyüyüb. 
19 yaĢında o, Bakıda Dövlət Universitetinin ĢərqĢünaslıq fakültəsinə daxil olub və burada öz 
dostları ilə birgə gizli millətçi təĢkilat yaradaraq kommunistlərin ölkədə yürütdüyü Azərbaycan 
xalqını zorla assimilyasiya etmək siyasətinə qarĢı çıxıb.  
1975-ci  ildə  artıq  Universitetin  müəllimi  olan  Elçibəy  gizli  antisovet  təĢkilat  yaratdığına  və 
tələbələr  arasında  açıq  “millətçi  təbliğat”  apardığına  görə  il  yarımlıq  həbsə  məhkum  edilib. 
Elçibəyin  yaxın  dostları  bildirir  ki,  onun  çıxıĢlarının  həbslə  nəticələnəcəyi  haqqında  özünə 
xəbərdarlıq  etdikdə  deyirmiĢ:  “Qoy  mən  zindanda  yatım,  ancaq  mən  oğurluq  və  əclaflıq 
üstündə  yatmağa  hazır  olan  bir  çox  adamlara  sübut  etmək  istəyirəm  ki,  ideyalar  üstündə 
dustaq olmaq elə də qorxulu deyil”.  
Həbsdən  çıxandan  sonra  Elçibəyə  müəllimliklə  məĢğul  olmaq  yasaqlandı  və  o,  Elmlər 
Akademiyasının  Əlyazmalar  Ġnstitutunda  iĢ  tapdı,  ancaq  orada  da  DTK-nın  daimi  nəzarəti 
altında  oldu.  Elçibəy  milli  müqəddəratı  təyinetmə  problemlərinə  dair  görüĢlərini  yaymaqda 
davam  edir.  Bu  zaman  Əbülfəz  Əliyev  öz  silahdaĢları  arasında  “xalqın  elçisi”  mənası  verən 
gizli “Elçibəy” təxəllüsü ilə tanınır.  
“Yenidənqurma”nın  baĢlanması  ilə  Elçibəy  demokratiya  və  Rusiyadan  asılılığın  azaldılması 
uğrunda ümummilli hərəkata fəal qoĢuldu. Artıq xalq içərisində geniĢ tanınan Elçibəy 1989-cu 
ildə Azərbaycan Xalq Cəbhəsinin - Azərbaycana müstəqllik bəxĢ etmiĢ hərəkatın sədri seçildi. 
Elçibəy  Sovetlər  Birliyinin  dağılmasından  söz  düĢərkən  “mən  həmiĢə  bilirdim  ki,  bu  quruluĢ 
dağılacaq” deyərdi.  
1992-ci  ildə  Elçibəy  ölkə  prezidenti  seçildi  və  onun  baĢçılıq  etdiyi  hökumət  çoxpartiyalı 
sistemin  tətbiqi,  etnik  azlıqların  və  özünüifadə  azadlığının  qorunması  haqqında  qanunların 
qəbul  edilməsi,  milli  valyutanın  tətbiqi,  ticarət  və  valyuta  dövriyyəsi  azadlığı...  kimi 
fundamental  demokratik  dəyiĢiklikləri  həyata  keçirdi.  Repressiya  olunmuĢ  tarixi  və  milli 
mədəniyyəti  özünə  qaytarılmıĢ  (30-cu  illərdə  kommunistlərin  kirillitsa  ilə  əvəz  etdiyi  latın 
əlifbası bərpa edildi) yeni millətin yetiĢməsində də Elçibəyin xidmətləri çox böyükdür.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə