ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

təhlil edirdi, əsərin əsas cəhətini - ənənə və avanqardın üzvi sintezini mütləq göstərərək bunu 
baĢqa bəstəkarlara da tövsiyə edərdi. 
1993-cü  ilin  yanvar  ayında  məni  “Respublika”  sarayında  keçiriləcək  “Qara  yanvar”ın 
ildönümünə  həsr  olunmuĢ  ədəbi-bədii  gecənin  müəlliflərindən  biri  kimi  prezident  Elçibəyin 
qəbuluna  dəvət  etdilər.  O  vaxtlar  məni  bir  məsələ  narahat  edirdi  -  hava  limanında  rəsmi 
qonaqların gəliĢi zamanı keçirilən hərbi-musiqili törən xoĢuma gəlmirdi, rus-sovet törənlərinin 
eyni  idi.  Arzum  bu  törənləri  mümkün  qədər  türkləĢdirmək,  azərbaycanlaĢdırmaq  idi.  Çünki 
hava limanı ölkənin qapısıdır. Mən fürsətdən istifadə edərək bu əndiĢəmi prezident Elçibəyə 
çatdırdım. Məsələnin qoyuluĢu ilə ümumilikdə razılaĢdı. Ancaq, özünün sözü ilə desək, xırda 
bir qeydə ehtiyac oldu - o da bu idi ki, musiqini hərbdə iĢlətmək rusdan yox, türkdən gəlir. 
Rus türklə əsrlərlə müharibə edərkən ondan görüb-götürmüĢdür; baĢqa sözlə, adı çəkilən bü 
hərbi-musiqili  törən  heç  rusun-zadın  deyil!  “Xırda”  qeydə  bir  bax!  Prezident  hətta  yalnız 
musiqiçilərin  bildiyi  bir  faktı  -  rus  bəstəkarı  N.A.Rimski-Korsakovun  çar  ordusunun  musiqi 
təliminin arxivlərdən götürülən türk hərbi musiqisi nümunələri əsasında qurduğunu da dedi! 
Mən heyrətləndim. 
Bu bilikləri biz xüsusi musiqi dərsliklərindən öyrənərdik. Elə bil, mənim fikirlərimi oxuyurmuĢ 
kimi,  dedi  ki,  təbii,  törənin  mahiyyəti  qalmaq  Ģərti  ilə  xarici  görkəminə  və  ifa  olunan 
musiqilərə əl gəzdirməyə ehtiyac var.  
Bu  kiçik  epizod  Ə.Elçibəyin  musiqi  sənətinə  siyasətçi,  tarixçi,  nəhayət,  mütəfəkkir 
münasibətinin bir nümunəsidir! 
Atalar  deyib  ki,  insana  qiyməti  onun  sözlərinə  görə  yox,  əməllərinə  görə  vermək  lazımdır. 
Ancaq bəzən söz də elə əmələ bərabər olur! Əbülfəz Elçibəyin əməllərindən biri də mənəm, 
mənim  nəslimdən  olan  minnətdar  yaradıcıların  xeyli  hissəsidir!  Ona  qiymət  verərkən  bunu 
nəzərə almaq vacibdir.  
29.08.2000
 
 
 
 
 
 
 
 
 


DƏDƏ AYDIN (RZAYEV). Örnək 
Əbülfəz  bəy,  sənin  ölümünü  baĢqaları  kimi  mən  də  qəbul  edə  bilmirəm,  çünki  o  adamın 
ölmünə  inanmaq  olar  ki,  bir  daha  onu  görməyəsən,  onunla  dərdləĢməyəsən,  onu  tamam 
unudasan. Ancaq hara gedirəmsə, harada oluramsa səninlə rastlaĢıram, nə edirəmsə səninlə 
məsləhətləĢirəm, təbəssümlə dediyin təmkinli sözlərin qulaqlarımda aydınca səslənir. Odur ki, 
sənin  ancaq  cismani  yoxluğundan  gileylənə  bilərəm.  Çünki  sənin  yoxluğunu  “ölüm” 
adlandıranlar  bilmirlər  ki,  ürək  və  beyinlərində  sənin  bizə  qoyub  getdiyin  torpaqlarımızın 
bütövlüyü  eĢqi,  demokratiyaya  sevgi  və  dövlətçiliyimizə,  bağımsızlığımıza  sadiqlik  kimi 
müqəddəs  dəyərləri  yaĢadan  hər  bir  əsgərin  səni  yaĢadacaqdır,  onlar  isə  artıq  yüz 
minlərcədir!  
Çox  Ģeylər  öyrətdin  bizə,  Əbülfəz  bəy!  Siyasət  çirkabında  necə  təmiz  qalmağı,  mübarizəni 
KĠġĠ kimi aparmağı, ən çətin dəqiqələrdə belə ĠNSANlığı qoruyub saxlamağı, ən qatı düĢməni 
belə  bağıĢlamağı  bacarmağı,  Tanrının  ölüm  mələyi  gələrkən  onu  gülər  üzlə  qarĢılamağı  və 
Tanrı dərgahına əsl BƏY ləyaqəti ilə yollanmağı səndən gördük! 
Bizim daha baĢqa cür yaĢayıb-ölməyə mənəvi haqqımız yoxdur, BƏY! Axı gözlərimiz önündə 
sənin parlaq örnəyin var.  
Sənin  həyatın,  əməllərin  kimi  ideya  və  istəklərin  də  millətimizin  xoĢbəxt  gələcəyinə  iĢıq 
saçırdı.  Biz arzuladığın o  gələcəyə sənin  həmin  düĢüncələrinlə  yol  açacağıq,  təki müqəddəs 
ruhunu üstümüzdən əskik eləmə, Bəy! 
Sən,  onsuz  da,  əbədi  olaraq  bizimlə  qalacaqsan,  axı  gerçəkləĢdirməyə  çalıĢdığın  ideallar 
uğrunda  mübarizəmiz  hələ  bitməyib!  Sən  bu gün  də  mübarizəmizin  önündəsən,  Bəy,  çünki 
sənə yenə də böyük ehtiyacımız var! 
29.08.2000
 
 
 
 
 
 
 
 
 
 


ƏLĠ MƏSĠMOV. Xalqımızın qüruru sınmasın deyə 
Əbülfəz Elçibəy həm müqəddəs amalların, mütərəqqi ideyaların carçısı, millət sevgisindən güc 
alan  kamil  bir  insan,  Azərbaycanın  ən  böyük  demokratı  kimi,  həm  də  müstəqil  Azərbaycan 
dövlətinin yaranmasındakı xidmətlərinə görə tariximizdə Ģərəfli yer tutur.  
Elçibəy prezident seçilən kimi Azərbaycanın müstəqilliyinə real məzmun vermək istiqamətində 
tarixi addımlar atmağa baĢladı. Bir illik hakimiyyəti dövründə rus qoĢunlarını Azərbaycandan 
Elçibəy  çıxardı.  Milli  valyutanı  -  manatı  dövriyyəyə  Elçibəy  buraxdı.  Ġqtisadi  islahatlar 
istiqamətində  ilk  addımlar  Elçibəy  hakimiyyəti  dövründə  atıldı.  Əmlak  Komitəsi,  Torpaq 
Komitəsi, Antiinhisar Komitəsi, Ləl-Cəvahirat Fondu və b. bu kimi dövlət qurumları yaradıldı.  
O vaxt ölkədə iqtisadi siyasətin formalaĢması və həyata keçirilməsində Elçibəyin sədr olduğu 
Ġqtisadi ġura aparıcı rol oynayırdı. Elçibəy iqtisadi komandasına sərbəstlik versə də birmənalı 
Ģəkildə  bildirirdi  ki,  iqtisadi  siyasət  sahəsində  atılan  addımlar  yalnız  xalqın  güzəranının 
yaxĢılaĢmasına  xidmət  etməlidir.  Əhalinin  dolanıĢığı  Elçibəyi  çox  narahat  edirdi.  Əmək 
haqlarının  vaxtlı-vaxtında  verilməsi  və  ərzaq  talonlarının  gecikdirilmədən  reallaĢdırılması 
Elçibəyin ciddi nəzarətindəki məsələlərdən idi. AxĢamlar özü mağazalara baĢ çəkir və əhalinin 
alıcılıq  qabiliyyəti  ilə  maraqlanırdı:  “Nisyə  çörək  istəyən  varmı?  Varsa  onları  əliboĢ 
qaytarmayın”.  
Elçibəy  gecə-gündüz  çalıĢırdı  ki,  bütün  varlığı  ilə  sevdiyi,  Tanrı  sevgisi  ilə  vurğun  olduğu 
milləti çörəklə imtahana çəkilməsin, maddi sıxıntılarla soydaĢlarının qüruru sınmasın. Mən ona 
deyəndə  ki,  Bəy,  iqtisadi  proseslərin  gediĢinin  məntiqi  göstərir  ki,  1994-cü  ilin  ortalarına 
böhrandan çıxacağıq, “buna nə qədər əminsən?” sualını verdi. Dedim ki, yüz faiz; əgər çıxa 
bilməsək istefa ərizəmdə “mən iqtisadiyyatdan heç nə bilmirəmmiĢ” cümləsini yazacağam.  
Elçibəy xalqının xoĢbəxt yaĢadığını görməyə tələsirdi. Ancaq ona imkan vermədilər... 
Son  bir  neçə  ildə  Elçibəylə  hər  həftə  iqtisadi  məsələlərə  dair  müzakirələr  keçirirdik.  Ölkədə 
yaranmıĢ sosial-iqtisadi durum və ondan çıxıĢ yollarını baĢlıca müzakirə mövzusu idi. Xalqın 
sosial durumunun ağırlığı ona üzüntü verirdi. O deyirdi ki, yenidən hakimiyyətə gəldiyimizdə 
bütün  qüvvələri  səfərbər  edərək  əhalinin  güzəranında  dönüĢ  yaratmalı  və  xalqımızı  bunun 
davamlı  olacağına  inandırmalıyıq.  Bəy  belə  hesab  edirdi  ki,  xalqın  güzərarını  köklü  Ģəkildə 
yaxĢılaĢdırmaqdan  ötrü  təkcə  neft  sahəsini  yox,  bütövlükdə  istehsalı  qaldırmaq  lazımdır. 
Elçibəydə  daxili inam  vardı ki,  korrupsiya və rüĢvətxorluğu aradan  qaldırmaq,  ədalətli  vergi 
tətbiq etmək, insanlara sərbəstlik vermək, onları bürokratik əngəllərdən xilas etmək yolu ilə 
Azərbaycanın  nəhəng  iqtisadi  potensialını  hərəkətə  gətirmək  və  bu  əsasda  xalqın  iqtisadi 
durumunu kökündən yaxĢılaĢdırmaq mümkün olacaqdır.  
Elçibəy  Azərbaycan  kəndinin  potensialından  səmərəli  istifadə  olunmamasına  çox  acıyırdı. 
Aqrar  islahatın  gediĢi  barədə  yerlərdən  topladığım  informasiyaları  müzakirə  edərkən  Bəy 
deyirdi ki, kəndə kömək olsa, kəndliyə maneçilik törədilməsə tez bir zaman içində ölkədə yerli 
istehsal  hesabına  bolluq  yaratmaq  mümkündür.  Bu,  kəndlilərin  güzəranını  yaxĢılaĢdırmaqla 
yanaĢı, gənclərin ölkədən çıxıb getməsinin qarĢısını da xeyli dərəcədə almıĢ olar. 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə