ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə10/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

            Bəlkə gəliĢinə peĢiman oldu?  
   
            Təhdidə, təhqirə dözdü, dinmədi,  
            Öz namus yükünü daĢıdı ancaq.  
            Heç kəsin bəxtinə qibtələnmədi,  
            O, öz taleyini yaĢadı ancaq.  
   
            Hamını düĢünən, sevən, duyan kəs  
            Qıymadı özünə bircə xoĢ günü.  
            Bir an özü üçün yaĢamayan kəs,  
            Xalqa qurban verdi bütün ömrünü.  
   
            Ona bu fərasət hardanmıĢ görən?  
            Onun gücü xalqda, kəsəri haqda.  
            O, xalqın önündə əyildiyindən,  
            Tabutu önündə əyildi xalq da.  
   
            Endi mələk kimi göylərdən yerə,  
            Dünyadan namusla keçdi Elçibəy.  
            O, qəbrə köçmədi, sığmazdı qəbrə,  
            Millətin ömrünə köçdü Elçibəy.  
   
            Yandı bizim üçün, duymadıq onu,  
            Çatmadı iĢığı gözlərimizə.  
            O, öz istisini, o, öz nurunu  
            Obiri dünyadan göndərdi bizə.  
            
24 avqust 2000
 
 
 
 
 
 
 
 
 
 


CABBAR CƏLĠL BƏYDĠLLĠ. Haqqı nahaqqa verməzdi 
Bəylə  mən  ilk  dəfə  1970-ci  ildə  ġərifzadə  küçəsindəki  Aspirantlar  yataqxanasında  tanıĢ 
olmuĢdum. Bəy onda Universitetdə müəllim iĢləyirdi. O, yataqxanada yaĢayan qohumu Aydın 
Qasımovun  yanına  gəlmiĢdi.  3-4  nəfər  aspirant  da  Bəyin  söhbətlərini  dinləməyə  otağa 
yığıĢmıĢdı.  O,  türkçülüyün  tarixindən,  türk  mədəniyyətinin  dünya  tarixindəki  yerindən, 
türklərin dünyaya bəxĢ etdiyi böyük Ģəxsiyyətlərdən danıĢırdı.  
Aydın Qasımov və mərhum Tağı Qasımov Bəylə tez-tez mübahisəyə giriĢirdilər. Mən bundan 
narahat olsam da Bəy çox təmkinlə, soyuqqanlılıqla, məntiqlə fikrini təsdiqə çalıĢırdı. Ən çox 
mübahisə  doğuran  məsələ  millətə  münasibətdi.  Biz  cəmiyyədəki  haqsızlıqların  səbəbini  milli 
mentalitetlə  bağlayırdıq,  Bəysə  bunu  rejimdə  görürdü.  Əlbəttə,  Bəylə  müqayisədə  biz 
məsələlərə  diletant  səviyyəsində  yanaĢırdıq  və  Bəy  bunu  təbii  qəbul  edir,  dözümlülük 
göstərirdi. 
Elçibəyin  istər  cismən,  istər  ruhən  dözümlülüyü  heyrət  doğuracaq  dərəcədə  idi.  Onun 
günlərcə dincəlmədiyinin dəfələrlə Ģahidi olmuĢam. O, özünü fiziki sınağa çəkməyi xoĢlayırdı.  
YetmiĢinci illərdə Bəylə obaya getmiĢdik. Avqust ayı idi. Bu zaman adətən dağlarda gecələr 
soyuq  olur.  Rəhmətlik  anam  təndir  yandırmıĢdı.  Bəy  təndirin  baĢında  oturmuĢdu.  Gecə 
yatmaq  vaxtı  çatanda  onu  çadıra  çağırdım.  Dedi  ki,  sən  get  yat,  mən  təndirin  baĢında 
oturacağam.  Nə  qədər  çalıĢdımsa  fikrindən  döndərə  bilmədim.  Bütün  gecəni  yapıncıya 
bürünüb  təndirin  baĢında  oturdu.  Bundan  narahat  olan  anama  təskinlik  verdi  ki,  Səkinə 
xanım,  siz  allah  narahat  olmayın  -  mən  uĢaqlıqdan  gecələr  təndir  qırağında  yatmağı 
xoĢlayırdım. Ġndi özümü sınayıram görüm elat dözümü canımda nə qədər qalıb...  
Bəy Ģamanların və sufilərin özünütəlqin üsulunu dərindən mənimsəmiĢdi və ona çox üstünlük 
verirdi.  
Bəy  inanılmayacaq  qədər  mütaliə  etmiĢ  bir  adamdı.  O,  Əlyazmalar  Ġnstitutunda  iĢlədiyi 
dövrdə  elmin  müxtəlif  sahələri  üzrə  ən  nadir  və  ən  çətin  anlaĢılan  əsərləri  oxumuĢdu.  O 
vaxtlar Bəy doktorluq  iĢi  üzərində çalıĢır,  yanılmıramsa,  “Azərbaycanda elmĢünaslığın  tarixi” 
adlı dissertasiya yazırdı. Bu məqsədlə Moskvaya birillik elmi ezamiyyətə də getmiĢdi. Oradan 
mənə məktublar yazırdı. Bir məktubunda bildirirdi ki, bu sahəni Moskvada bilən yoxdur, umud 
qalıb özümə. Onu da yazmıĢdı ki, vaxtımın çoxunu kitabxanada oxumağa sərf edirəm.  
Moskvadan  gələndə  teleqram  vurmuĢdu  ki,  məni  qatar  ayağında  qarĢılayın.  Çox 
təəccüblənmiĢdik, axı baĢqasına zəhmət vermək ona kökündən yad idi. Sən demə, dörd yeĢik 
kitab kserosurəti gətirirmiĢ! Biz onları götürüb Əlyazmalar Ġnstitutuna apardıq.  
Sonra  bəlli  oldu  ki,  Bəyin  baĢı  özgə  kitablara  qarıĢdığından,  dissertasiyanı  tamamlamayıb. 
Ġnstitutun direktoru rəhmətlik Cahangir bəy Qəhrəmanov onun bu iĢindən narazı qalmıĢdı. Bir 
dəfə  mənə  də  gileylənəndə  dedim  ki,  ay  Cahangir  müəllim,  dissertasiya  əvəzinə  o  qədər 
material  gətirib,  bəyəm  azdır?  Rəhmətlik  əsəbi  halda  dedi  ki,  Akademiyanın  prezidenti 
(mərhum Həsən Abdullayevi nəzərdə tuturdu) məni biabır edəndə necə olacaq?  


Yeri gəlmiĢkən, Əbülfəz bəylə Həsən müəllim arasında baĢ vermiĢ bir hadisəni də xatırlamaq 
istəyirəm.  
Bəy Əlyazmalar Ġnstitutunda iĢlədiyi ilk vaxtlar (onda Respublika Əlyazmalar Fondu adlanırdı) 
iĢçilər  “Ġsmailiyyə”  binasında  otururdular.  Bəllidir  ki,  Akademiya  prezidentinin  kabineti  də 
buradadır.  
Bir  gün  Bəy  bizimlə  foyedə  siqaret  çəkə-çəkə  söhbət  edirdi.  Bu  zaman  rəhmətlik  Həsən 
müəllim  ikinci  mərtəbədəki  kabinetindən  çıxaraq  pilləkənlərlə  aĢağı  düĢməyə  baĢldı.  Bəyin 
əlində siqareti görcək dayandı, onu yanına çağırdı. Bəy siqareti söndürdü, zibil qabına atdı, 
pilləkənlərlə qalxıb Həsən müəllimin qarĢısında dayandı. Prezident əsəbi halda soruĢdu ki, bu 
binada iĢləyirsən?  Bəy  cavab  verdi  ki,  bəli.  Həsən  müəllim  yenə  əsəbi  halda qayıtdı ki,  bəs 
sənə  deməyiblər  mən  göstəriĢ  vermiĢəm  ki,  bu  binada  siqaret  çəkən  dərhal  iĢdən  azaddı? 
Get, ərizəni yaz! 
Bəy çox təmkinlə üzünü ona tutub dedi ki, ərizə yazmağına yazaram, ancaq icazə verin deyim 
ki, Siz böyük adamsınız, belə kiçik iĢlərlə məĢğul olmaq Sizə yaraĢmaz!  
Hər ikisi dərhal döndü: Həsən müəllim kabinetinə, Bəy də Cahangir müəllimin otağına.  
Bəy  əsəbi  halda  qələm-kağız  götürüb  ərizə  yazmağa  baĢlayanda  telefon  zənginə  Cahangir 
müəllim  dəstəyi  götürdü.  Biz  qəbul  otağında  narahat  durmuĢduq  və  Cahangir  müəllimin 
dediklərini eĢidirdik. O, bir neçə dəfə “bəli, bəli” deyəndən sonra əlavə etdi ki, indi qalxıram 
yanınıza,  sizə  izah  edərəm.  Dəstəyi  yerinə  qoyub  üzünü  Bəyə  tutaraq  soruĢdu  ki,  nə  baĢ 
verib?  Bəy  olanı  danıĢdı  və  ərizəni  Cahangir  müəllimə  verdi.  Cahangir  müəllim  “qalmıĢam 
dəlilər əlində” deyərək prezidentin kabinetinə yollandı. Qayıdıb gələndə Bəyə tapĢırdı ki, get 
otur otağında, iĢinlə məĢğul ol. 
Bəyin ən ali cəhətlərindən biri də haqqı nahaqqa verilməsi idi. Bir misal. Həsən Abdullayevin 
qızı namizədlik dissertasiyası müdafiə edirdi. Mərhum Ziya Bünyadov Həsən müəllimdən incik 
olduğuna  görə  müdafiyəyə  mane  olmaq  istəyirdi.  Bəy  Ziya  müəllimə  qəti  etirazını  bildirdi. 
Onların söhbəti yadımdadır. Bəy dedi ki, Ziya müəllim, Siz mənim müəllimim, elmi rəhbərim 
olmusunuz, Sizə böyük hörmətim var. Onu da bilirəm ki, təkəbbürlü adamsınız. Ancaq haqqa 
qarĢı  çıxmaq  olmaz!  Siz  bilirsiniz  ki,  dissertasiya  yaxĢı  yazılıb  və  müdafiəyə  layiqdir.  Ona 
mane olmaq ədalətsizlikdir. Davanız varsa gedin, Həsən müəllimlə eləyin.  
Bəy,  həqiqətən,  Ziya  Bünyadova  sonsuz  hörmətlə  yanaĢırdı.  Onun  tapĢırıq  və  xahiĢlərini 
danıĢıqsız  yerinə  yetirərdi.  Ziya  müəllimin  “Azərbaycan  Atabəylər  dövləti”  kitabının  ana 
dilimizdə çapa hazırlanmasında Bəyin də müstəsna xidmətləri var. 
 
 
 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə