ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   2   3   4   5   6   7   8   9   10   ...   43

görə sayğı bəsləyir (mən deyərdim ki, pərəstiĢ edir), onu siyasətin alətinə çevirməyə, ondan 
güc  kimi  yararlanmağa  çalıĢmırdı.  Ancaq  millətin  azadlığı,  müstəqilliyi  uğrunda  çarpıĢan 
qadınlara, sözsüz ki, daha həssaslıqla yanaĢırdı.  
Əbülfəz  bəy  ziyalı  qadınlarımızı  hər  sahədə  önə  çəkməyi,  onlara  Ģərait  yaratmağı,  onların 
qüvvə və bacarığından millətin tərəqisi üçün istifadə etməyi ən vacib məsələlərdən sayırdı. 
Ötən  il  may  ayının  ortaları  idi.  AxĢam  saat  11-in  yarısı  olardı.  Telefon  zəng  çaldı.  Bəyin 
köməkçisi Əli Mürsəloğlu idi. Dedi ki, Bəy sizinlə danıĢmaq istəyir.  
Əbülfəz bəy adəti üzrə səmimi hal-əhval tutandan sonra dedi:  
-Ġstəyirəm  ki,  Türkiyəyə  gedəsiniz.  Mayın  28-də  Ankarada  Azərbaycan  Cümhuriyyətinin 
ildönümünə həsr olunmuĢ konfrans keçiriləcək. YaxĢı olar ki, Bütöv Azərbaycan ideyası, BAB-
ın məramı ilə bağlı geniĢ bir məruzə edəsiniz.  
...Konfransa  4  nəfər  getdik.  Müsavatdan  ġövkət  xanımla  Məlahət  xanım,  AXCP  və  Bütöv 
Azərbaycan Birliyindən isə Oqtay bəylə mən. 
Yığıncaq çox yüksək səviyyədə keçdi. Mən “Milli Azərbaycan hərəkatına bir baxıĢ” adlı məruzə 
ilə çıxıĢ etdim. Səhəri günü - 29 mayda Demokratik Konqresin Türkiyədəki təmsilçisi Xanım 
Xəlilova mənə dedi ki, dünən Əbülfəz bəyə telefon açdım, ona məruzələr haqqında məlumat 
verərək sizi Bəyə tərifləyəndə gülərək qayıtdı ki, “mən kimi göndərdiyimi bilirəm”. Doğrusu, 
Bəyin sözü məni hədsiz ruhlandırdı və daha həvəslə bir sıra iĢlər gördüm. Onu da deyim ki, 
səfər zamanı Əbülfəz bəyin Türkiyədə nə qədər sevildiyinin əyani Ģahidi oldum. 
Türkiyədən  qayıtdıqdan  2-3  gün  sonra  Bəy  məni  evə  (qardaĢının  evinə)  dəvət  etdi.  Ona 
Türkiyədə gördüyüm iĢlərdən, görüĢlərimdən (xüsusilə ali məktələrdəki tələbələrimizlə) ətraflı 
danıĢdım. Məni təbrik edən Bəy evə qayıtdığım zaman uğurlu səfərim münasibəti ilə mənim 
üçün bağlatdığı iri bir gül dəstəsini bağıĢladı. Elçibəysevərlər bu gül dəmətinin mənim üçün 
nə qədər dəyərli olduğunu hamıdan yaxĢı təsəvvür edərlər! 
Bütöv  Azərbaycan  Birliyi  Mərkəzi  ġurasının  növbəti  yığıncaqlarından  birini  Əli  Tudənin  75 
illiyinə həsr etmiĢdik. Bu təklifi mən verdiyimə görə tədbirin hazırlanmasının bütün ağırlığı da 
mənim üzərimə düĢmüĢdü.  
Öncə mən geniĢ məruzə etdim. Bədii hissədə Ġncəsənət Universiteti tələbələrinin hazırladığı 
proqram o qədər təsirli oldu ki, Əbülfəz bəy yığıncağın axırında çıxıĢ edərək belə tədbirlərin 
tez-tez  keçirilməsinin  vacibliyini  söylədi.  Mənə  isə  bu  tədbirə  görə  xüsusi  təĢəkkür  etdi. 
Burada da qadınlamızın bacarıq və qabiliyyətindən, savadlarından razı olduğunu, bundan fəxr 
və qürur duyduğunu söylədi. 
Bu il martın 7-sində Bütöv Azərbaycan Birliyi Mərkəzi ġurasının növbəti yığıncağı idi. Əbülfəz 
bəy  salona  daxil  oldu.  Ġclası  açıq  elan  etdi.  Himnimiz  oxundu.  Sonra  köməkçisi  bir  qucaq 
qızılgül gətirdi.  


Əbülfəz bəy zalın səhnəsindən aĢağı düĢdü, qadınları bir-bir təbrik edərək hərəyə bir qızılgül 
bağıĢladı. Sonra isə yenidən səhnəyə qalxaraq üzünü ana və bacılarımıza tutaraq dedi:  
-Siz  daha  böyük  hədiyyələrə  və  qayğılara  layiqsiniz.  Ancaq  mənim  bundan  artıq  hədiyyə 
verməyə imkanım yoxdur. Kasıb hədiyyəmi qəbul etməyinizi xahiĢ edirəm. 
Bu  sözləri  eĢitdikdə  özümü  saxlaya  bilməyib  söz  istədim.  Zaldakı  bütün  xanımlarımızın 
adından Əbülfəz bəyə diqqət və sayğıya görə təĢəkkür edərək dedim:  
-Bəy,  Sizin  özünüz  Tanrının  bizə  göndərdiyi  ən  dəyərli  hədiyyəsiniz.  Biz  bundan  böyük 
hədiyyə istəmirik... 
Bəylə bağlı xatirələrim içərisində ən unudulmazı və qəlbimi həmiĢə qürurla dolduranı “Güney 
Azərbaycan  ədəbiyyatı:  mərhələlər,  təmayüllər,  etüdlər”  kitabımın  təqdimat  mərasiminin 
keçirilməsidir.  Bu  tədbirin  təĢəbbüskarı  Əbülfəz  bəydi.  Kitabı  oxuyandan  sonra  təqdimatının 
keçirilməsini vacib saymıĢdı. 
Təqdimat  günü  Bakı  Dövlət  Universitetindən  və  EA-nın  Ədəbiyyat  Ġnstitutunun  “Cənubi 
Azərbaycan  ədəbiyyatı”  Ģöbəsindən  alimlər  də  gəlmiĢdilər.  Əbülfəz  bəy  əməyimə  yüksək 
qiymət  verən  bir  çıxıĢ  etdi.  Ümumiyyətlə,  o,  bu  yığıncağı  mənim  üçün  heç  zaman  yaddan 
çıxmayacaq gözəl bir bayrama çevirdi! 
Bu böyük insanla bağlı xatirələrim hədsizdir. Yəqin ki, bunları bir vaxt yazıya ala biləcəyəm. 
Ġndi isə gözlərim önündə bir yol, qulaqlarımda isə Bəyin söylədiyi bu Ģer səslənir: 
Orda bir Yol var uzaqda;  
O Yol bizim yolumuzdur!  
Dönməsək də, varmsaq da  
O Yol bizim yolumuzdur!  
28.08.2000
 
 
 
 
 
 
 
 


BASQAL MƏMMƏD (QƏHRƏMANOV). Elçibəy Basqalda 
Bu  gün  Əbülfəz  Elçibəy  haqqında  danıĢmağım  çox  çətin,  ancaq  çətin  olduğu  qədər  də 
Ģərəflidir. Ona görə çətindir ki, o artıq aramızda deyil. Ona görə Ģərəflidir ki, Əbülfəz bəylə 
həqiqi dostluğum olub.  
Elçibəylə  dostluğum  Meydan  hərəkatı  çağından  baĢlayıb.  O  illərdə  mən  mitinqlərdə  daim 
iĢtirak  edirdim  və  AXC-nin  liderləri  ilə  əlaqə  saxlayırdım.  Onların  bəziləri  ilə  (Sabir 
Rüstəmxanlı,  Ġsa  Qəmbər,  Arif  Hacıyev,  Pənah  Hüseynov  və  b.)  münasibətim  yaxĢı  idi. 
Əbülfəz bəylə isə ən sonda tanıĢ oldum.  
Bəylə  ilk  tanıĢlığımızın  tarixçəsi  belədir.  O  vaxt  7-ci  mikrorayonda  evtikmə  kombinatının 
qarĢısında  mitinq  keçirilirdi.  Mən  də  iĢtirak  edirdim.  Mitinqdən  sonra  Sabir  bəy  və  Əbülfəz 
bəylə bir yerdə mənim iĢ yerimə gəldik, çay içdik, bir az söhbət etdik. 
Bu tanıĢlıqdan sonra Əbülfəz bəylə səmimi ünsiyyətimiz yarandı. Ancaq əsl yaxınlığımız 1991-
ci il oktyabrın 2-sindən baĢlandı... 
“QKÇP” qiyamından az sonra - 1991-ci ilin 23  avqust mitinqində Əbülfəz bəy baĢından ağır 
zədə almıĢdı, evdə yatırdı. Çox zəifləmiĢdi, gəlib-gedənlər də bir yandan onu narahat edirdi. 
Bəyə həm müalicə, həm də dincəlmək gərəkdi. Buna görə də Əbülfəz bəyə yaxın insanlarla 
gənəĢərək bu qərara gəldik ki, onu bir müddət siyasi proseslərdən ayıraraq Ģəhərdən uzaqda 
dincəlməsini təmin edək. Çox götür-qoydan sonra Bəyi Ġsmayıllının Basqal kəndinə - mənim 
evimə aparmaq məsləhət bilindi və Əbülfəz bəyi çətinliklə də olsa buna razı saldıq. 
Basqala oktyabrın 2-sində axĢamtərəfi çatdıq. Arif Rəhimoğlu, Aydın Kərimli, Bəyin köməkçisi 
Ġlqar və Basqal Həsən də bizimlə idilər.  
Basqal Bəyin çox xoĢuna gəldi. Az müddət içində onun səhhəti normallaĢdı. Ümumən yeyimcil 
olmayan Bəyin iĢtahı əməlli-baĢlı açılmıĢdı və bu, hamımızı sevindirirdi.  
Əbülfəz  bəyin  dağları,  təbiəti  çox  sevdiyini  bilirdim,  buna  görə  də  onu  tez-tez  gəzintiyə 
çıxarır, Basqalın gözəl təbiəti, dağları ilə tanıĢ edirdim. Hər gəzintidə çox maraqlı söhbətlər, 
hadisələr olurdu. 
Basqalda  qaldığı  müddətdə  Əbülfəz  bəyi  daha  yaxından  tanıdım.  Ġnsanlarda  axtardığım 
sadəliyin, vətənpərvərliyin, böyüklüyün, ədalətliliyin ən böyük təzahürünü Bəydə gördüm və 
onun necə uca mənəviyyatlı bir insan olduğunu bir daha öz gözlərimlə gördüm. Bu ünsiyyət 
məni ona daha sıx bağladı və biz həqiqi dost olduq. 
Bəy  Basqal  kənd  məktəbində  Ģagirdlərlə  görüĢ  keçirdi,  kəndin  ziyalıları,  ağsaqqalları  ilə 
görüĢdü.  
Təxminən oktyabrın 17-si, ya 18-ində Bəy rayon mərkəzində mitinq keçirmək istədiyini bizə 
bildirdi. Ġsmayıllıya xəbər çatdırdıq ki, Bəy camaatla görüĢmək istəyir.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə