ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

CAHANGĠR ƏHMƏD HACIOĞLU. Böhtançılar məğlub oldular 
Əbülfəz  Elçibəy  həyata  vida  edən  günədək  imperiya  nökərləri  və  simasız  quldurlar  ona 
ağlasığmaz hücumlar edib. Ġstər-istəməz düĢünürsən: axı bunların səbəbi nəydi? 
Ġlk  cavab  da  sual  kimi  çıxır  meydana  -  məgər  Azərbaycanı  imperiyaının  əlindən  qoparmaq 
istiqamətində  çarpıĢan  Ģəxsi,  Azərbaycanın  müstəqilliyinə  nail  olan  milli  lideri,  Dağlıq 
Qarabağı qaytarmaq ərəfəsində olan Ali BaĢ Komandanı, xalqa xoĢbəxt günlər bəxĢ etməyə 
baĢlamıĢ prezidenti imperiyapərəst qüvvələr və xalqın düĢmənləri sevməliydi ki? Əlbəttə, yox! 
Elçibəyin böyüklüyü etiraf edilsəydi onun hakimiyyət zirvəsinə yolunu bağlamaqmı olardı?  
Elçibəyi qəbul edə bilməmək vəzifə kürsülərini saxlamaq vasitəsi idi. Amma ağlı baĢında olan 
hər  kəs  bilirdi  ki,  Elçibəy  böyükdür,  həqarətlərə  layiq  deyil.  Amma  mütəĢəkkil  qüvvələrin 
əlində olan məkr çarxı iĢindəydi. 
Elçibəyə qarĢı hücumlarda istifadə olunan adamları dörd qrupa bölmək olar. 
Birincilər  imperiyanın  hərbi-sənaye  komplesiylə  bağlı  olan  və  milli  qüvvələrin  hakimiyyətə 
gəlməsinə var gücüylə maneçilik törədənlərdi. Onların tipik nümayədəsi elmlər namizədiykən 
1989-cu  ildə  Azərbaycan  Elmlər  Akademiyasına  müxbir  üzv  seçdirilən  və  özünü  “akademik” 
adlandırmaqdan  çəkinməyən  Nizami  Süleymanovdur.  O,  Elçibəyi  düz  8  il  ən  ağır  söyüĢlərlə 
söydü, insanlığa ləkə sayılacaq üsullarla təhqir etdi. Ancaq 8 ildən sonra - daha “yuxarılar”ın 
iĢinə yaramadıda Elçibəylə barıĢıq yolları axtarmağa baĢladı. 
Ġkinci  qrupa  indiki  iqtidardakı  bəzi  vəzifə  sahibləri  aiddir.  Yüz  dollardan  aĢağı  məvaciblə 
milyonlar  qazanmağın,  çoxmərtəbəli  möhtəĢəm  villalar  tikdirməyin  ustası  olan  bu  insanlar 
iĢlərindəki fırıldaq, saxtakarlıq və cinayətlərini gizlətmək üçün guya hakimiyyətə sadiqliklərini 
göstərmək məqsədiylə Elçibəyin üstünə olmazın iftiralar atırdılar.  
Qəribəsi  budur  ki,  vəzifədəykən  Elçibəyi  ən  ləyaqətsiz  ifadələrlə  təhqir  edən  həmin  Ģəxslər 
kürsüdən  qoparılan  kimi  demokrat  cildinə  bürünərək  Elçibəyin  ayağına  yıxılaraq  riyakarlıqla 
ağlaĢma  qurur,  əməllərindən  peĢman  olduqlarını  dönə-dönə  bəyan  edirdilər.  Onların  içində 
nazirlər, komitə sədrləri, idarə rəisləri az deyil. 
Elçibəyin  dəfni  günü  vidalaĢma  mərasiminə  gələn  dövlət  rəsmilərinin  dünənədək  onun 
haqqında  söylədikləriylə  bugünkü  xoĢ  münasibətləri  qətiyyən  düz  gəlmirdi.  Həmin  rəsmilər 
Elçibəyin böyüklüyünü boyunlarına almağa məcbur oldular. Amma AzTV-nin bu gerçəkliyi əks 
etdirməməsi o adamların öz etirflarından qorxduğunu göstərdi. 
Üçüncü qrupdakılar, nə yazıqlar ki, Elçibəylə uzun müddət çiyin-çiyinə addımlayan bəzi iddialı 
müxalifət  nümayəndələridir.  Bunlar  Demokratik  Konqresdə  təmsil  olunan  bir  sıra  partiya 
xadimləri,  hətta  AXCP-nin  öz  içində  olan  adamlardır  (“Yurd”u  nəzərdə  tuturuq).  Onların 
məqsədi  ümummilli  mübarizəni  zəiflədib  heçə  endirməkdi,  buna  da  xeyli  dərəcədə  nail 
oldular.  


Bu yöndə iqtidarın və üzüdönük müxalifətin bütün potensialı birləĢdirildi. Sağlığında Elçibəyi 
əsla  qəbul  etməyənlərin  bu  hüznlü  günlərdə  göz  yaĢı  axıdaraq  onun  haqqında  ən  hərarətli 
sözlər  söyləməsi  onların  çoxunda  mənəviyyat  problemi  olduğunu  göstərir.  Elçibəyin 
böyüklüyünü hamılıqla etiraf edə bilmək üçün o hökmən haqq dünyasına getməliydimi?!. 
Dördüncü qrupa isə Elçibəyi yamanlayan televiziya və mətbuatın apardığı fasiləsiz təbliğatın 
təsiri  altına  düĢən  və  onun  haqqında  əsl  həqiqətləri  bilməyən  sıravi  vətəndaĢlardır.  Onlar 
qərəzli deyillər və gerçəklikləri bilən kimi öz mövqelərində asanlıqla düzəliĢ edirlər. 
Həyat göstərdi ki, Elçibəy haqqında danıĢılan bütün böhtanlar və iftiralar məhvə məhkumdur. 
Ancaq  Məmmədəmin  Rəsulzadə  haqqında  yalan  və  təhqirlərin  bugünədək  davam  etməsi 
Elçibəyi  də  hələ  bundan  sonra  da  eyni  taleyin  gözlədiyindən  soraq  verir.  Elçibəyçilər  buna 
hazır olmalıdırlar.  
30.08.2000 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


CAVANġĠR QULUYEV. Elçibəyin əməllərindən biri də mənəm 
Əbülfəz bəy çox sayda insanlarla ünsiyyətdə olmuĢ, bu insanların əksəriyyətinin düĢüncəsinə 
təsir  göstərmiĢ,  onu  formalaĢdırmıĢdır.  Çox  hallarda  bu  təsir  onların  təfəkkürünü, 
dünyagörüĢünü, nəhayət, fəaliyyətini əsaslı surətdə dəyiĢmiĢdir. 
Mənim  peĢəm  bəstəkarlıqdır,  yəni  yüzillərlə  öz  qanunauyğunluqları  əsasında  inkiĢaf  etmiĢ, 
ciddi və sərt qaydalara arxalanaraq qurulmuĢ qapalı bir musiqi fəaliyyəti sistemi. Bu sistemi 
bilməyən kəs musiqi yaradıcılığına nüfuz edə bilməz. Ġstisna olaraq, bunu böyük dühalar edir. 
Belə dühalardan biri də, Ģübhəsiz, Əbülfəz Elçibəy idi!  
Mən aktiv bəstəkarlıq fəaliyyətinə 70-ci illərin əvvəllərində baĢlamıĢam. Ozamankı yazılarıma 
qulaq asan heç vaxt deyə bilməz ki, bu musiqinin müəllifi türkdür, azərbaycanlıdır, çünki mən 
rus  təhsili  görmüĢ  “klassik”  bir  sovet  gənci  idim,  gecə-gündüz  maraqlandığım  da  ancaq 
bəstəkarlığın  quru,  avanqard  texnologiyaları  idi  -  dodekafoniya,  serializm,  puantilizm, 
minimalizm,  aleatorika,  musiqili-riyazi  konstruksiyalar  və  bu  yolda  özümün  struktur 
axtarıĢlarım. Musiqinin canı olan bədiilik mənim gülüĢ obyektimə çevirilmiĢdi! Hətta tarımdan 
belə canımı qurtarmıĢdım - onu bağıĢlamıĢdım. Mən snob idim! 
Bu  zaman,  yəni  70-ci  illərin  əvvəllərində  Bakı  bulvarındakı  çayxanada  Əbülfəz  Elçibəyin 
məfkurəsi  ilə  rastlaĢdım!  Onun  tarix,  bədii  yaradıcılıq,  musiqi  haqqındakı  fikirləri,  nəhayət, 
“azərbaycanlı  milləti  yoxdur  -  türk  milləti  var”  ifadəsi  məni  ildırım  kimi  kəsdi,  silkələdi  və 
yerimdən oynatdı! Mən sanki yuxudaydım - ayıldım! Və o vaxta qədər yazdıqlarımın adi quru 
notlar yığını olduğu mənə çatdı. Əsərlər cansız, meyit kimi idi - ancaq forma və fakturası var 
idi.  
Elçibəylə ünsiyyətdən sonra artıq mənim vətənim Sovet Azərbaycanı deyildi - mənim Vətənim 
bütün Türküstan oldu! M.Rəsulzadəni tanıdım! Türkün Ģanlı tarixi mənim tarixim oldu! Türkün 
musiqisi də mənim musiqim oldu! Mən özüm də türk oldum! Döndüm özümə! Döndüm saza! 
Döndüm Dədə Qorquda! Özümə yeni tar aldım!..  
Mənə hava gəldi, mənə nəfəs gəldi, həvəs gəldi, arzu gəldi - təzə yazılar yazmaq istədim! Və 
yazdım! Mənim musiqi taleyimdəki “çat xətti” 1972-ci ildə yazdığım “1-ci simli kvartet”in 2-ci 
hissəsi  ilə  3-cü  hissəsinin  arasından  keçir!  Çünki  Əbülfəz  bəy  məni  “yuxudan  ayıldanda” 
kvartetin  iki  hissəsini  artıq  yazmıĢdım.  3-cü  hissə  mənim  sonrakı  musiqi  taleyimi  həll  etdi  - 
mənə uğurlar gətirdi, məni dünyada gəzdirdi! Və bütün sonra yazdıqlarım 1-ci kvartetin 3-cü 
hissəsinin “Ģinel”indən çıxıb - Ə.Elçibəyin məfkurəsindən bəhrələnib! Beləcə, Elçibəy məndən 
bəstəkar “yaratdı”! 
Mənim  nəslimdən  olan  bir  çox  yazıçı,  Ģair,  rəssam  sənətdəki  uğurları  ilə  Elçibəy  ideyasına 
borcludur və onlar bunu gizlətmirlər. Bu, siyasətçinin bədii sənətə münasibətinin və təsirinin 
parlaq örnəyidir! 
Sonralar Əbülfəz bəylə bir çox görüĢlərimizdə dəfələrlə musiqi yaradıcılığı barəsində söhbətlər 
etmiĢik  və  hər  dəfə  də  onun  musiqi  yaradıcılığının  mahiyyətini  dərindən  anladığının  Ģahidi 
olmuĢam. Qara Qarayevin “3-cü simfoniya” kimi çox mürəkkəb və dərin əsərini o, asanlıqla 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə