ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə18/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

Yüksək  amallarla  yaĢayan  görkəmli  Ģəxslər  kimi  Əbülfəz  Elçibəy  də  nəyi  vardısa  hamısını, 
hətta  öz  cansağlığını  da  xalqının  azadlığı  uğrunda  mübarizəyə  qurban  verdi.  O,  hamının 
qayğısına qalırdı, özündən baĢqa. Öz sağlamlığı yadına düĢmürdü.  
Ötən  il  iyulun  ortalarında  Azərbaycan  Xalq  Cəbhəsinin  yaranmasının  10  illiyi  münasibəti  ilə 
bayram  yığıncağından  sonra  Bakı  Əyləncə  Mərkəzində  qəbul  düzəldilmiĢdi.  Mərkəzə  xeyli 
adam  gəlmiĢdi,  mən  də  orada  idim.  Ġçəri  tünlük  idi.  GeniĢliyə  çıxmaq  üçün  keçidə  tərəf 
gedəndə arxadan kimsə qolumdan yapıĢdı - Əbülfəz bəydi. Narahatlıqla soruĢdu:  
-Hüseyn bəy, nolub, niyə belə axsayırsan?  
Ötən  həftə  pillələri  enəndə  büdrəmiĢdim,  cəbhədə  yaralanan  sağ  dizim  divara  sürtülüb 
zədələnmiĢdi, ona görə axsayırdım. Əbülfəz bəy bunu biləndə qayğı ilə soruĢdu:  
-Bəy, yaxĢı tanıĢ həkimlər var, lazımdırsa onlardan birindən xahiĢ eləyim, baxsın.  
-Sağ ol, - dedim, - həkimlik deyil, bir azdan ağrılar keçib gedəcək.  
Bu hadisə Əbülfəz bəy Ankara Dövlət Xəstəxanasında müalicə olunarkən Türkiyənin səhiyyə 
naziri  DurmuĢ  bəyin  onun  xəstəliyi  haqqında  mətbuata  verdiyi  açıqlamanı  eĢidəndə  yadıma 
düĢdü.  Nazir  söylədi ki,  Elçibəyin xəstəliyi  elə  həddə  çatıb  ki,  əməliyyat  dövrü  keçib.  Bu,  o 
deməkdi ki, vaxtında əməliyyat olunsaydı Bəy hələ bir müddət yaĢayardı.  
31.08.2000 
 
 
 
 
 
 
 
 
 
 
 


XƏLĠL QƏNĠ. Bütün həyatımı dəyiĢdi 
Bəyə yaxĢı mənada nə qədər ad versən ona yaraĢar, amma onların hamısını bir cümlədə belə 
ifadə  edə  bilərəm:  “Bəy  kiĢi  adam  idi”.  Bəyin  bütün  müsbət  keyfiyyətləri  onun  məhz  “kiĢi 
adam” olmasında cəmlənmiĢdi.  
Bəy  ən  yaxın  dairəsi  ilə  də,  ən  geniĢ  xalq  təbəqələri  ilə  də  münasibətdə  səmimi  idi.  Onun 
üçün  fərqi  yox  idi  ki,  iki  nəfərin,  yoxsa  milyonların  qarĢısındadır;  həmin  məhdud  dairəyə 
münasibəti eynilə xalqa da aid olurdu.  
On  iki  illik  iĢbirliyində  Bəylə,  demək  olar  ki,  hər  gün  təmasda  bulunmuĢam  və  Bəyin  mənə 
münasibətində  bir  dəfə  də  dəyiĢiklik  olmayıb.  Elə  bil,  birinci  gündür  -  həmin  səmimiyyət, 
həmin ülfət, həmin münasibət! Yəni Bəy münasibətində süni deyildi - hər Ģeyə təbii, doğma 
duyğularla yanaĢardı.  
Ətrafındakılara və konkret olaraq mənə güclü təsiri vardı. “Bəy mənim bütün həyatmı dəyiĢib” 
desəm yalan olmaz. O, mənə müəllimlik edib, dost olub, çətinliyə düĢəndə təəssübümü çəkib. 
Ən  baĢlıcası,  Bəy  mənə  varlığı,  hətta  düĢməni  belə  sevməyi  öyrədib.  Həyatda  ən  çox 
sevdiyim ilk Ģəxsiyyət Məhəmməd reyğəmbər (s.ə.s.) olub. Onun Allahın rəsulu, din sərvəri, 
böyük  insan  olmasını  tərəddüdsüz  qəbul  etmiĢdim,  ancaq  ona  zülm  edən  düĢmənlərini 
dəfələrlə  bağıĢlamasını  heç  cür  baĢa  düĢə  bilmirdim.  Elə  ki  eyni  davranıĢı  Bəydə  gördüm, 
həmin  böyüklüyün  mahiyyətini,  düĢməni  təkcə  bağıĢlamağın  yox,  həm  də  onu  sevməyin 
mümkünlüyünü də anladım.  
Bəy səbri, təmkini ilə mümkün olmayanı da gerçəyə çevirə bilirdi. Onunla iĢlədiyim ilk vaxtlar 
tez-tez mübahisəyə giriĢər, sübut etməyə çlıĢardım ki, məsələ belə yox, mən deyən kimidir. 
Onda Bəy özünün dayandığı ali məqamdan mənim səviyyəmə enər, usanmadan, yorulmadan 
izah  verər,  sonra  yenə  səbrlə,  təmkinlə  öz  uca  məqamına  qayıdardı.  O,  məndən  -  keçmiĢi 
taksi  sürücüsü,  milli  tarixinə  yarımçıq  baxıĢlı  Xəlildən  indiki  turançılıq,  türkçülük 
dünyagörüĢünə  öz  yanaĢması  olan  Xəlili  formalaĢdırıb.  Heç  bir  çərçivəyə  sığmayan  Xəlili 
Elçibəy çərçivəsinə saldı.  
Bəyin  səbri  mərdliyinin  güzgüsü  idi.  Onun  mərdliyi  həmiĢə  mənə  nümunə  olub.  Bu  mərdlik 
dosta da, düĢmənə də eyni dərəcədə aid idi.  
Rəhmətlik Dilarə Əliyevanın dəfninə on minlərcə adam toplanmıĢdı. Ozamankı liderlərdən biri 
Bəyə  yaxınlaĢaraq  “Azadlıq”  meydanının  boĢ  olduğunu,  mitinq  keçirməyə  yaxĢı  fürsət 
yarandığını  söylədi.  Bu  zaman  Bəy:  “Öncə  Dilarə  xanımı  dəfn  edək,  sonra  sabaha,  ya 
birisigünə  mitinq  elan  edək,  meydana  çıxaq.  Dəfndən  siyasi  məqsədlə  istifadə  etmək  bizə 
yaraĢmaz”. Onun bu alicənablığını düĢmənləri də bilirdi, buna görə də Bəyin heç vaxt arxadan 
zərbə vurmayacağına arxayındılar. Onlar bilirdilər ki, Bəy sözündə bütöv,hərəkətlərində kamil, 
adil insandır.  
Yalandan  zəhləsi  gedəri  və  yalançılarla  barıĢa  bilməzdi,  odur  ki,  heç  zaman  ona  yalan 
demədim.  Ġstər  hərəkat  və  partiya  sədri,  istərsə  də  prezident  olanda  ona  yalnız  doğrunu 
danıĢdım.  


Bəyin iĢ rejimi həmiĢə olduqca gərgin keçib. 1992-93-cü illərdəki hakimiyyət dönəmində gecə 
saat 1-də, 2-də evə getdikdə bunu istirahət günü sayardıq. Hətta belə ağır rejim altında da 
onda hər hansı xasiyyət dəyiĢkliyi görmədim.  
1993-cü ilin iyun hadisələri və Kələkiyə gediĢi ilə onun əzabları baĢladı. Özü də, bu əzablar 
kinin,  nifrətin,  hakimiyyəti  itirməyin  nəticəsi  deyildi,  əksinə,  baĢ  verən  olayların  millətə  və 
dövlətə  zərbəsindən  doğan  ağrılar  idi.  Siyasi  qüvvələrin  ümummilli  problemlərdə  bir  araya 
gələ  bilməməsi  onu  hədsiz  incidirdi.  Kələkidə  keçən  4  il  4  ayın  mənəvi-psixoloji  iĢgəncələri 
Bəyi ruhuna qədər sıxdı, ancaq o, bunu üzə vurmadı, həmin kədəri ürəyində gizlətdı. 
1997-ci  ilin  oktyabrında  Bakıya  qayıdıĢı  Bəyin  əzablarını  müəyyən  qədər  yüngülləĢdirdi.  Bu 
qayıdıĢ  mənim  ən  xoĢbəxt  günüm  olub  -  onu  Məhəmməd  peyğəmbərin  (s.ə.s.)  hicrətdən 
Məkkəyə  qayıdıĢı,  türkün  Ərgənəkondan  qurtuluĢu  kimi  qarĢılamıĢam.  Həyatımda  ağır 
sınaqlar, hüznlü, kədərli anlarım çox olub, ancaq Bəyi ötəricə görməyim, onunla bircə anlıq 
ünsiyyətim  kifayət  edib  ki,  hər  cür  sıxıntını,  ağırlığı  unudum.  Ancaq  indi  -  Bəy  Allahın 
dərgahına köçdükdən sonra mənə dözüm, səbr öyrədən bir dahinin ayrılığına tablaĢmaq əsl 
əzaba çevrilib. Mənə elə gəlir ki, o ya kənddə dincəlir, ya da hansısa toplantıdadır. Gözləyirəm 
ki, qəfil bir zəng mənə “Xəlil, filan yerdə ol” tapĢırığı verəcək...  
Son illərdə yaman ah çəkərdi. Özü də, bu ah bütün varlığından qopub gələrdi. Hiss edirdim 
ki, dərd dərdin üstünə qalandığına görə bu ah onun sinəsini yandırır, göynədir, qovurur. Hər 
dəfə ah çəkəndə “Bəy, ahın dağlara” dediyim zaman “Ay Xəlil, ay Xəlil, mənim ahımı dağlara 
yükləsən dağlar dözməz” cavabını eĢidərdim... 
Bəy  bütün  hərəkətlərində  özünün  böyüklüyünü  göstərirdi.  Məni  heç  vaxt  kimsəyə  sürücüsü 
kimi tanıtmayıb, hətta belə tanımaq istəyənlərə “Xəlil mənim dostumdur” deyə cavab verirdi.  
O, səbirlə mənim bütün ərköyünlüyümə, Ģıltaqlığıma dözüb. Bəzən bir toplantıya mənim yatıb 
qalmağım üzündən gecikibsə də heç zaman səsini ucaltmayıb, özünün böyüklük məqamından 
enməyib.  
Bir  dəfə  bir Ģeydən  incimiĢdim  və Bəydən  mənəvi  kömək  umurdum.  Mənə  elə  gəlirdi ki,  o, 
halımı hiss etməz. Bir gün evə gələndə maĢını saxlatdı və dərdimi soruĢdu. Elə maĢının içində 
bir saata qədər söhbətimiz oldu və Bəy bütün olaylara aydınlıq gətirdi.  
O,  sirr  əhli  olduğu  üçün  sirr  saxlamağı  ədəb-ərkandan  bilirdi.  Bizim  aramızda  da  çox  sirlər 
vardı.  Onların  eləsi  var  ki,  mənimlə  qəbir  yoldaĢı  olacaq,  eləsi  də  var  ki,  zamanı  gəldikcə 
tamam, ya da qismən aça bilərəm. Belə sirlərdən birini burada qismən açıqlamaq istəyirəm.  
Təxminən 9 ilin söhbətidir. QıĢ idi. AxĢam Bəyi evə aparırdım. Yolda bir nəfər əl qaldırdı. Bəy 
maĢını saxlatdı. Həmin adam öz ünvanına aparmağımızı xahiĢ etdi. Bəy onun kor olduğunu 
görüb “otur” dedi. Mən, doğrusu, Bəyə təklif etdim ki, bu adamı taksi ilə göndərim, ancaq o 
razılaĢmadı.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə