ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

-Bəy, çalıĢ, gömrük iĢçiləri rüĢvət almasın. Bu millət yazıqdır!.. 
30.08.2000 
 
ĠSA QƏMBƏR. Biz sənin ideyaların uğrunda mübarizəni davam etdirəcəyik
 
Bu  gün  biz  çox  böyük  bir  itkiylə  üzləĢmiĢik.  Əbülfəz  Elçibəyi  itirmiĢik.  Əbülfəz  Elçibəy 
Azərbaycanda,  türk  dünyasında  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağaoğlu,  Ziya  Göyalp, 
Məmmədəmin  Rəsulzadə  səviyyəsində  müqayisə  ediləcək  bir  fikir  adamı,  bir  ideoloqdu. 
Əbülfəz bəy Məmmədəmin Rəsulzadə və Mustafa Kamal Atatürklə eyni səviyyədə duracaq bir 
dövlət adamı, siyasət adamıdır. Biz belə bir Ģəxsiyyəti itirdik və hələ bu itkinin təsirini isti-isti 
kifayət  qədər  duymuruq.  Biz  hələ  bunu  hiss  edəcəyik.  Hələ  zaman  kimi  itirdiyimizi  bizə 
dəfələrlə sübut edəcək. Zaman-zaman Elçibəyə ehtiyacımızı duyacağıq.  
XX  əsr  sona  yetir.  Bu  yüzildə  Əbülfəz  Elçibəylə  müqayisə  ediləcək  yeganə  Azərbaycan 
siyasətçisi  Rəsulzadədir,  Rəsulzadə  ilə  bir  yerə  qoyulacaq  yeganə  siyasətçi  isə  Əbülfəz 
Elçibəydir.  XX  yüzildə  Azərbaycanda  fəaliyyət  göstərmiĢ  və  bu  gün  də  fəaliyyət  göstərən 
siyasətçilərin heç biri özündən deməsin, bu sıraya iddia eləməsin - əsrin sonuna 4-5 ay qalıb. 
Bu  4-5  ayda  millətimizə  xidmət  etmək  istəyən  varsa  xidmətini  ortaya  qoysun.  Ġstəyir 
müxalifətdən  olsun,  istəyir  iqtidardan  -  bu  siyasətçilər  millətimiz  üçün  fövqəladə  bir  iĢ 
görməyəcəklərsə ümüdlərini XXI yüzilə bağlasınlar.  
Əbülfəz  Elçibəy  çox  qəribə  bir  Ģəkildə  böyük  Rəsulzadənin  etdiklərini  təkrar  etdi.  Əsrin 
əvvəllərində milli azadlıq hərəkatına Rəsulzadə rəhbərlik edirdi, əsrin sonunda bu mübarizəyə 
Elçibəy  baĢçılıq  etdi.  Millətə  azadlıq  dadızdırdı,  buna  görə  də  təqiblərə,  hücumlara  məruz 
qaldı. Azərbaycanın bağımsızlığını istəməyən, Azərbaycanın türk dünyası ilə birliyini istəməyən 
qüvvələr  1920-ci  ildə  Rəsulzadəni  hakimiyyətdən  kənarlaĢdırdıqları  kimi  1993-cü  ildə  də 
Elçibəyi  hakimiyyətdən  uzaqlaĢdırdılar.  Rəsulzadə  də,  Elçibəy  də  türk  dünyasının  siyasi 
mərkəzi olan Ankarada son nəfəsini aldılar və hər ikisinin son kəlməsi “Azərbaycan” oldu.  
Elçibəyin simasında  nə  qədər  böyük  bir Ģəxsiyyət  itirdiyimizi zaman-zaman  biləcəyik,  amma 
mən onu da deməliyəm ki, mən təkcə böyük bir siyasət adamını, ideoloqu yox, həm də mənə 
Ģəxsən çox yaxın olan bir insanı, böyük bir dostumu, böyük qardaĢımı itirdim.  
Burada olanların hər biri türklüyü sevən insanlardır. Və hər kəsə elə gəlir ki, Azərbaycanı və 
türklüyü ondan çox sevən yoxdur. Amma etiraf edirəm ki, Azərbaycanı və türklüyü məndən 
qat-qat çox sevən bir insanın olduğunu həmiĢə düĢünürdüm. Bu insan Əbülfəz Elçibəydir.  
Azərbaycanımızın məsuliyyətini daĢıyan bir insanı itirmiĢik. Bu itkimizi baĢa düĢməliyik, dərk 
etməliyik. Və bu baxımdan gələcəyə baxmalıyıq.  
Elçibəy  sıradan  bir  adam  deyildi,  fövqəltəbii  bir  insan  idi.  Mən  inanıram  ki,  Əbülfəz  Elçibəy 
indi də bizi duyur, eĢidir. Ona görə də mən sözlərimi, üzümü Elçibəyə tutaraq deyirəm:  


-Bəy,  bizim  səhvlərimizi,  günahlarımızı  bağıĢla,  ruhunun  gücünü  bizdən,  bizim  millətimizin 
üstündən  əskik  etmə.  Biz  sənin  ideyaların  uğrunda  mübarizəni  davam  etdirəcəyik, 
Azərbaycanımızın  müstəqilliyini  göz  bəbəyimiz  kimi  qoruyub saxlayacağıq,  iĢğal  altında  olan 
torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın demokratik 
yolla  inkiĢafını  təmin  edəcəyik,  bütöv  Azərbaycan  idealı  uğrunda  mücadiləmizi  davam 
etdirəcəyik,  Azərbaycanın  türk  dünyasındakı  yerini,  mövqeyini  qoruyub  saxlayacağıq.  And 
içirik ki, sənin ideyaların uğurunda mübarizəni davam etdirəcəyik. AND ĠÇĠRĠK, AND ĠÇĠRĠK, 
AND ĠÇĠRĠK (zal onunla birlikdə “and içirik, and içirik” deyə təkrarlayır - red.), and içirəm!..  
(Ġsa Qəmbərin 23 avqust 2000-ci ildə Ə.Elçibəyin dəfn mərasimindəki çıxıĢı) 
 
 
ĠSA SADIQOV.
 
Azman bir türk sərkərdəsi 
ġəxsiyyətə inam Ģəxsiyyətə pərəstiĢi qəbul etmədiyi kimi, Elçibəy də ölüm anına qədər özünə 
pərəstiĢi məqbul saymadı. Elçibəyin gözlə görünən gözəl keyfiyyətlərindən biri də elə bu idi. 
Ancaq etiraf etmək gərəkdir ki, Elçibəyin Ģəxsiyyəti, həqiqətən də, pərəstiĢə layiqdir. 
Elçibəy  sovet  imperiyasına  qarĢı  mübarizəyə  qalxanda  mən  hərbi  sistemdə  çalıĢırdım. 
Ġmperiyanın  ideoloji  əsaslarının  ən  ifrat  sərtliklə  yayıldığı  bir  yer  vardısadə  elə  ordu  idi.  O 
zaman  Ģəxsən  mən  qətiyyən  ağlıma  gətirə  bilməzdim  ki,  bu  imperiyaya  qarĢı  mübarizə 
aparmaq  olar.  Ancaq  sonralar  gözlərim  önündə  Elçibəy  ciddiliyi  canlandı.  Mən  onda  əsl 
sərkərdələrə məxsus strateji təfəkkür gördüm.  
Əbülfəz Elçibəy haqqında düĢüncələrim daha sonra Çexoslovakiya və Gürcüstanda olduğum 
zaman cilalandı. Gürcüstanda Zviad Qamsaxurdia hakimiyyətə gəldi və elə ilk anlardan milli 
məsələlərdə  münaqiĢələr  törədən  düĢüncələr  sahibi  kimi  tanındı,  ölkədə  etnik  zəmində 
qarĢıdurmaların yaranmasına səbəb oldu. Məhz o zaman Əbülfəz Elçibəyin gücü Gürcüstanda 
özünü  göstərdi.  O,  qədim  türk  yurdu  Borçalının  mən  deyərdim  ki,  hər kəndində,  kəsəyində 
oldu, soydaĢlarımızın oradan kütləvi axınının qarĢısını aldı. Elə o zaman Elçibəy millətsevərliyi 
ilə də əyani tanıĢ oldum. Bu hadisə Elçibəylə bağlı düĢüncələrimi qəti Ģəkildə formalaĢdırdı.  
Dərin  məntiqli  və  sarsılmaz  mübarizə  ruhlu  Elçibəydə  sərkərdələrə  məxsus  strateji  təfəkkür 
vardı.  Siyasi  rəqibləri  onu  dünənə  qədər  qətiyyətsizlikdə,  zəiflikdə,  qeyri-ardıcıl  mübarizə 
metodu seçməkdə suçlayırdılar. Əlbəttə, bunlar istər Ali BaĢ Komandan, istərsə də siyasi lider 
üçün  qəbuledilməz  keyfiyyətlərdir.  Ancaq  mən  Elçibəyə  qarĢı  irəli  sürülən  bu  ittihamların 
əsassızlığını bir hərbçi kimi asanlıqla sübut edə bilərəm. 
Doğrudanmı  Əbülfəz  Elçibəy  zəif,  qətiyyətsiz  Ali  BaĢ  Komandan  idi?  Qətiyyən  yox!  Ali  BaĢ 
Komandan  Elçibəydə  ideoloji  prinsiplərə  söykənən  fövqəltəbii  ardıcıl  mübarizə  aparma 
keyfiyyəti  vardı.  Təsəvvürünüzə  gətirin  -  o,  1970-ci  illərdən  apardığı  siyasi  mübarizəsinin 
bəhrəsini  1988-ci  ildən  görməyə  baĢladı.  Hələ  tələbəlik  illərindən  dövlət  baĢçısı,  Ali  BaĢ 
Komandan olacağını dilə gətirən Elçibəy məhz özünün güzəĢtsiz çarpıĢmaları sayəsində 1992-
ci ildə istəyini gerçəkləĢdirdi! 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə