ƏDalət tahġrzadə. Savalanda görüĢənədək, Bəy!



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə22/43
tarix14.07.2018
ölçüsü0,68 Mb.
#55510
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

unudulmayacaq  nemətləridi.  Ancaq  20-25  ilin  uzaqlığından  o  isti,  məhrəm,  xoĢbəxt  günləri 
xatırladan bir də o Kələki pendirinin, lavaĢının dadı-tamı idi.  
Ġlahi,  söhbətlərin  mövzusu  nə  qədər  geniĢ  və  zəngin  idi!  Dövlət,  mədəniyyət,  ədəbiyyat, 
siyasət, ölkələr, dillər, adamlar...  
Bəyin  söhbətlərindən  doymaq  olmazdı.  Az  danıĢardı,  danıĢanda  ürəkdən,  Ģövqlə  danıĢardı. 
Öyrətmək, çox bildiyini anlatmaq ehtirası heç vaxt onu tərk etmədi. Sözün böyük mənasında 
MÜƏLLĠM  olan  Əbülfəz  bəyin  məktəbi  universitet,  yasxana,  toyxana,  çayxana...  -  insanlar 
olan hər yer idi. Bu məktəbin əbədi dərsi Millət və Vətən idi.  
Bəy  Vətənin  və  Millətin  dərdini  anlatmaqdan,  çətinliklərini,  arzusunu,  idealını  ortaya 
qoymaqdan doymazdı.  
Ġlahi,  bitib-tükənməyən  millət  və  Vətən  eĢqi  ona  haradan  gəlmiĢdi?  Neçə  minillik 
əcdadındanmı, Naxçıvanın qəzəbdən qızarmıĢ dağlarındanmı, Təbrizdən Ordubada əsən sərin 
küləklərdənmi,  uzaq  Altaydanmı,  Krım  ellərindənmi?  Göylərdənmi?  Uzaqlardan,  lap 
uzaqlardanmı? Bilmirəm və heç vaxt bilməyəcəm.  
Yenə bir xatirə. Mart ayında Ankarada müalicədə olan Bəy zəhmli və sərt baxıĢla həkiminə 
baxıb və deyib: 
-Doktor  əfəndi,  mən  siyasət  adamıyam.  Xəstəliyimi  olduğu  kimi  bilməliyəm.  Lütfən  mənim 
durumumu olduğu kimi söyləyin, Tanrı eĢqinə! 
Həkim israrlı və nüfuzedici baxıĢ qarĢısında dözməyərək gözləri yaĢarmıĢ halda pıçıldayıb: 
-Sayın cümhurbaĢqanım, vidalaĢmağımıza çox az zaman qaldı - 3-4 ay... 
Bəy susur. Dərin fikirdən sonra ağır-ağır dillənir:  
-Bəs mənim millətimin taleyi nə olacaq?.. 
...  Bəy  heç  vaxt  milləti  tənbeh  etmədi,  onun  qarasına  bircə  kəlmə  söz  demədi.  Əksinə, 
həmiĢə  millətin  böyüklüyündən,  əzəmətindən,  Ģərəfli  tarixindən  danıĢdı.  Bəy  millətə  Sabir  - 
Mirzə Cəlil baxıĢı ilə Cavid - Hadi baxıĢını birləĢdirirdi. O, milləti sevməklə tərbiyə etmək, eĢq-
məhəbbət, vurğunluqla yönləndirmək yolunu seçmiĢdi. Milləti söyənləri sevməzdi. Deyərdi:  
-Bəy, onlar milləti bu günə gətirən səbəbi bilməyənlərdir. Millətə sən ağır gündə, yasda bax. 
Dilini, mədəniyyətini, milli varlığını əsrlər boyu saxlayan millətə kim pis desə ağzı əyilər. 
Mirzə Cəlili, Üzeyir bəyi yetiĢdirən millət necə pis ola birlər axı? Çinə, rusa, farsa, ərəbə qarĢı 
əsrlər  boyu  mücadilə  verən  millət  türk  millətidir.  A  bəy,  vallah,  türk  milləti  böyük  millətdir. 
Onu böyük eləyənlər kiçikdir.... 
Bəyin  ən  böyük  məktəbi  çayxana  idi.  Çoxlarının  hələ  də  anlamadığı  çayxana  rəsmi  sovet 
orqanlarının yeganə alternativi idi. Çayxana Akademiyanın, Yazıçılar Ġttifaqının, Universitetin 


qarĢısında  dayanan  xalq  təĢkilatı  idi.  Rejim  çayxanalarda  ələĢdirilirdi.  Ədəbi  əsərlərin 
rəsmiyyətdən  uzaq  qiyməti  çayxanada  verilirdi.  Həmfikirlərin,  “baĢqa  cür  düĢünənlər”in 
yeganə  toplantı  yeri  çayxana  idi.  Bəy  hər  gün  çayxanaya  gələrdi.  Hər  gün  Bəyin  çayxana 
masasında  qızğın  mübahisə,  dadlı  bir  ünsiyyət  olardı.  Bəyin  tarixdən,  siyasətdən,  dindən, 
ədəbiyyatdan olan söhbətlərindən doyum olmazdı. 
Bir dəfə Bəyin gözü doldu. Konfetlə çay içən dostumuza baxıb dedi:  
-Görəsən, konfetlə çay içə-içə milləti zülmdən azad edə biləcəyikmi? 
Millətin dərdi onu əzdiyi qədər də yaĢadırdı. Millət eĢqi ona o qədər ruh, inam vermiĢdi ki, o 
inam aĢıb-daĢır və yavaĢ-yavaĢ minləri, on minləri ağuĢuna alırdı. 
Əbülfəz bəy üçün pis insan, pis türk də yox idi. Pis Ģərait, pis rejim, pis ideologiya var idi. 
Heç kəs onu bir adamı pisləyən görmədi. Onun böyük ürəyində onu söyənlərə də məhəbbət 
çatırdı. Ən azı ona görə ki, insan kimi doğulmuĢdu və hansı səbəbdənsə pis adam olmuĢdu.  
Bəy  hər  kəsə  ləyaqətini  qaytaran  bir  kiĢi  idi.  Bəy  insanların  məhv  edilmiĢ,  alçaldılmıĢ 
mənliyini, qürurunu özünə qaytaran misilsiz bir Ģəxsiyyət idi. Bəylə tanıĢ olan əxlaqsız, azmıĢ, 
pis  yola  düĢmüĢ  insan  tövbə  yoluna  gəlirdi.  Bəy  o  insanların  mənliyini  özünə  qaytarıb 
ləyaqəti, vicdanı ilə üz-üzə qoyurdu.  
Onu söyüb iftira atan gədalardan biri Bəyin yanına gəlir. Bəy heç bir Ģey olmamıĢ kimi onunla 
tamam  baĢqa  mövzuda  söhbət  edir,  yaxın  olduqları  tələbəlik  illərindən  təmiz,  xoĢ  xatirələr 
danıĢır, xeyli söhbətdən sonra üzündən öpüb ayrılır. Adam sərxoĢ kimi səndələyir. Ġçi zəhər-
zəmbərək dolu olan jurnalist qapının yerini tapa bilmir... 
Bəyin  incə  yumoru  heç  vaxt  bir  insana,  onu  dolamağa  qarĢı  çevrilməzdi.  Bəyin  kitabında 
adam  dolamaq  anlayıĢı  yox  idi.  Çünki  Bəy  insan  oğlunu,  qardaĢı  olduğu  türk  övladını 
hüdudsuz bir məhəbbətlə sevirdi. Bəyi yaĢadan bu sevgi idi. 
Bəyin çoxlu dostları, yoldaĢları var idi. “YoldaĢlarım”, “dostlarım” sözünü o, Nəsiminin, Sufi-
Mövləvilərin  iĢlətdiyi  anlamda  iĢlədir  və  dərindən-dərin  yozurdu.  Özü  dediyi  kimi,  yoldaĢları 
çox,  dostları  az  idi.  Bu  dostlar  tələbəlik  illərindən,  iĢ  həyatından,  milli  azadlıq  hərəkatından 
süzülə-süzülə  gəlmiĢdi.  Bəy  dostlarına,  yoldaĢlarına  inanırdı  və  onların  heç  birinə  xəyanət 
etməzdi.  Bu  dostlardan  onu  satanlara,  xainlərə  Bəy,  sadəcə,  acıyırdı.  Onların  da  ağrısını 
çəkirdi. Bəy xəyanət edənləri heç saya salmazdı, onlardan gülə-gülə danıĢardı.  
Milləti satanları rədd edərdi və heç vaxt bağıĢlamazdı.  
Elçibəy  bir  türk  idi.  Və  türk  olmaqdan  böyük  zövq,  sevinc  və  qurur  duyurdu.  Ancaq  onun 
türklüyü  kiminsə  ingilisliyinə,  fransızlığına...  tərs  deyildi.  Sayğı  duyduğu  millətlər  içərisində 
millətinin  dəyərlərini,  qiymətini  anlamağı,  bəĢəri  ölçülərlə  öz  millətini  ölçməyi  insan 
olğunluğunun əlaməti sayırdı.  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə