Vahimə pozuntusu



Yüklə 15,25 Kb.
tarix21.05.2023
ölçüsü15,25 Kb.
#111755
vahime pozuntusu


Vahimə pozuntusu
Vahimə pozuntusundan əziyyət çəkən insanları panik hücumlar narahat edir. Panik hücum – qorxu və təşviş hissinin şiddətli tutmasıdır. Belə tutma özünü müxtəlif əlamətlər (simptomlar) şəklində göstərir. Panik hücumlar zamanı rastlanan başlıca simptomlar:

  • Başgicəllənmə, insana elə gəlir ki, indi huşunu itirəcək;

  • Huşunu itirmək, dəli olmaq, hərəkətləri üzərində nəzarəti itirmək qorxusu;

  • Ölüm qorxusu;

  • Güclü ürəkdöyünmə, sanki “ürəyi yerindən qopacaq”;

  • Təngnəfəslik;

  • Hava çatışmazlığı, boğazda spazm, boğulma hissi;

  • Döş qəfəsində ağrı;

  • Güclü tərləmə;

  • Titrətmə, daxili əsmə hissi;

  • Ürəkbulanma, qarında ağrılar;

  • Əllərdə və ayaqlarda keyləşmə, yaxud gizilti hissi;

  • Baş verənlərin gerçək olmaması (reallığın itirilməsi) hissi.

Əksər hallarda vahimə tutmaları 2-3 dəqiqədən, yarım saata qədər (orta hesabla 10-15 dəqiqə) davam edir. Tutmaların tezliyi müxtəlifdir: ildə 1-2 tutmadan, hər gün dəfələrlə təkrarlanmayadək. Bundan əlavə, panik hücumlar aqorafobiya və digər əsəb pozuntularında da bir əlamət kimi meydana çıxa bilər. Əhalinin 3-5%-i ümumi təşviş pozuntusundan əziyyət çəkir. Təşviş pozuntusunun əsas təzahürlərindən biri kimi vahiməli pozuntu geniş yayılmışdır. Qadınlar arasında bu xəstəliyə kişilərə nisbətən 2 dəfə çox rast gəlinir.
Yüklə 15,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə