OZAN DÜNYASI № 4(19), 2014
46
Sibirə sürgün olunmasının səbəbi kəndxudaya həcv yazması olmuşdur.
Aşıq Sibirdə olduğu zaman çəkdiyi vətən həsrəti, əziyyəti, əzabı belə ifadə
edir:
Mən Camalam Sibirdə olarkən
Sevdiyim Şahbaz yar yadıma düşdü.
Və yaxud:
Mən Camalam qürbat əlda,
Məlil muşkul qalmışam,
Göran diyar bu xastadi,
Saraliban solmuşam. (Şəxsi arxiv)
Aşığın Ağstafaya sürgün edilməsinin səbəbi yaxın qohumunun suçunu
öz üzərinə alması olmuşdur. O, Ağstafada qohumunun əvəzinə həm də
dustaq həyatı yaşamışdır. Aşıq dustaqlıq həyatının ağırlığı haqqında öz
şeirində belə deyir:
Çərxi-fələk, sənə qıllam ziyarət,
Dönübdür çilləyə, yayı dustağın.
Ah çəkib, ah çəkib qan ağlamaqdan
Quruyubdur, çeşmi çayı dustağın.
Ətrafıma nizam qoşun düzülür,
Leysan təki gözdən yaşlar süzülür.
Нər saatda bir cür təbil vurulur,
Deyəsən tutulur toyu dustağın. (Şəxsi Arxiv)
Şairin müxəmməsləri dövrdən, zəmanədən, taledən şikayət üzərində
köklənmişdir. Məsələn:
Ey yarım, sür dövranın, həmişə kim qalacaq,
Kef elə, söhbət elə, həmişə kim qalacaq,
Dəymə bir kimsənin konluna, həmişə kim qalacaq.
Şeir bir az çətin anlaşılır, çünki zamanında toplanmadığı üçün, təhrif
olunmuşdur.
Aşığın yazdığı təcnislərə örnək verək:
Şad gəzəndə aşıq Camal yüz alxış,
Şahmarın belina dəgər yüz alxış.
OZAN DÜNYASI № 4(19), 2014
47
Şahmərdaya qıllam yaz alxış,
Şərab içib geca gördüm düşa duş.
Aşıq Camalın sürgün və dustaq həyatı çox ağır keçmişdir, bu da onun
şeirlərində öz əksini tapmışdır.
Aşıq Camal yaradıcılığında 13 hecalı şeir
Maraqlıdır ki, aşığın şeirləri arasında 13 hecalı şeir şəklinə rast gəldik.
Şeirin mətnindən bir parça örnək verək:
Konqul qalx ayağa, məclisi şingan əyla,
Səfəni sııruban əşqindan fuğan əyla.
Əşitannar məyila olsun guftarina,
Bilbiltek səda sal, aləmi heyran əyla.
Bildirək ki, məqalədə örnək verdiyimiz bu şeir 13 hecadan ibarətdir.
Şeirin diqqətimizi çəkməsinə əsas səbəblərdən biri о oldu ki,
folklorşünaslığımızın nəzəri məsələləri günün tələbləri səviyyəsində
işlənməyib. Bunu aşıq yaradıcılığında şeir formasında aydın görmək olur.
Aşıq yaradıcılığında şeirlər əsasən musiqi təsiri altında, musiqi ilə bağlı
şəkildə уаrаnır. Lakin nəzəriyyəçilər tərəfindən yazılı ədəbiyyatın janrları
aşıq şeir formalarına tətbiq edilir. Bu da heç də hər zaman özünü
doğrultmur. Məsələn: Aşıq Camalın yaradıcılığında 13 hecalı şeirlərinə rast
gəlinir ki, bu şeirin folklorşünaslığımızda janrı haqqında söhbət açılmayıb.
Unutmayaq ki, bu 13 hecalı şeiri ədəbiyyatımıza yeni gətirməyib. Qaynaqlar
onu göstərir ki, keçmişdə də 12, 13 hecalı şeir olub, zaman keçdikcə
unudulmuşdu. Əmin Abid də bu haqda araşdırma aparmışdır. Qədim
şeirimizi “vəznli şeir” adlandıran Əmin Abid həmin dövrə aid qaynaqların
az olduğuna təssüflənsə də, fikirlərini şərh etmək üçün Drezdən
kitabxanasında saxlanan “Kitabi-Dədə Qorqud”dan nümunələr göstərir. O,
dastanı müstəqil bir əsər kimi deyil, “Oğuznamə”nin hissəsi kimi öyrənir.
Əmin Abidə görə, vəznli şeirdən yavaş-yavaş heca vəzni yaranmışdır.
Bunun da ilk nümunələri Kaşqarlı Mahmudun “Divan-i lüğət-i it-türk”də
qorunub saxlanmış atalar sözləridir.
“Divan”dan götürdüyü 13 və 15 hecalı şeirlərin durğuları üzərində
dayanır. Birincidə yeddinci hecadan sonra bir durğu olduğu halda, ikincidə
dörd durğu olduğunu, bu durğuların üçünün dörd hecalı, sonuncunun isə üç
hecalı olduğu söyləyir.
Ə.Abid “Divan”dakı 6-dan 15 hecayədək olan şeir parçalarını
araşdıraraq aşağıdakı qənaətə gəlir: “Bu gün çox inkişaf edən on bir hecalıya
heç bir nümunə yoxdur. Demək, on bir vəzn bu zamanlarda hələ çox tətbiq
OZAN DÜNYASI № 4(19), 2014
48
edilməmişdir” (Abid:44, 1927) Əmin Abidin qədim dövr heca vəznli şeir
şəkillərini araşdırarkən gəldiyi qənaət odur ki, 13 hecalı şeir şəkli qədim
dövrə aid edilir və bu şeir şəkli müasir dövrdə işlənməyir.
Bu haqda özünün “Folklorçu Əmin Abid” məqaləsində geniş yer verən
Əli Şamil müəllifin fikri ilə razılaşmır (Şamil:74, 1999).
Əlimizdəki 13 hecalı şeir şəkli ilə biz də Əli Şamilin fikirlərini
dəstəkləyərək bu şeir şəklinin ciddi tədqiqata ehtiyacı olduğunu düşünürük.
Nəticə
Yuxarıda sadaladığımız şeirlərdən də göründüyü kimi, Aşıq Camal ustad
aşıqdır. Onun müxəmməs, təcnis, gəraylı qoşmaları vardır. Əlimizdə olan
şeirlərinin məzmunu əsasən ictimai və sevgi məzmunlu şeirlərdir. Təəssüf
ki, aşığın yaradıcılığı uzun müddət nəzərdən qaçmış, yaradıcılığı lazımınca
toplanıb araşdırılıb öyrənilməmişdir.
QAYNAQLAR:
1.
Abid Əmin. (1927). “Heca vəzninin tarixi (ədəbiyyat tərrosiya haqqında)”,
“Maarif işçisi” dərgisi, N3, 6-7 s. 50-55 s. 58-61.
2.
Cumə Molla. (2006). Bakı “Şərq-Qərb” nəşriyyat.
3.
Əziz Ələkbərli. (2005). Qax: folklor-etnoqrafik etüdlər. Bakı, “Ağrıdağ
nəşriyyatı”.
4.
Qəzənfər qızı Aynur. Şəxsi arxiv.
5.
Səfər qızı Bəsdi. Aşıq Camal Molla Cumanın ustadıdırmı? “Təhsil
uğrunda” qəzeti, Mart, N3.
6.
Şamil Əli. (1999). Folklorçu Əmin Abid. Milli Folklor dərgisi (Ankara), sayı
42, səh.75-82, sayı 43, səh. 70-77
.
Aynur Gazanfargizi
ASHUG JAMAL AND HİS CREATIVİTY
Summary: Starting from the end of XVII century and beginning of XVIII century
aruz meter gave its place to syllabic verse. Even talented poets who had madrasah
education wrote their poems in syllabic verse for people to understand them. One of
them was Zeyemli Isa who was known as Ashug Jamal. Isa was born in the village
Zeyem in 1830 and died in the same village in 1908. Since Isa got madrasah education
he was called Mullah Isa. But since he was playing saz and singing people gave him
pseudonym Ashug Jamal. Because of the poems he wrote which had social and political
content state officials kept Ashug Jamal under observation. In order to escape
persecution he went to Turkustan and continued his religious education in madrasahs in
Bukhara and Samarkand. He was later exiled to Aghstafa because of the satire he wrote
to corrupted officials and his socio-political poems. He had written his poems in various
genres of ashug poetry among them being gerayli, goshma, mukhemmes and others. He
Dostları ilə paylaş: |