Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə18/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

46 



Sibirə  sürgün  olunmasının  səbəbi  kəndxudaya  həcv  yazması  olmuşdur. 

Aşıq Sibirdə olduğu zaman çəkdiyi vətən həsrəti, əziyyəti, əzabı belə ifadə 

edir:  

 

Mən Camalam Sibirdə olarkən  



Sevdiyim Şahbaz yar yadıma düşdü.  

 

Və yaxud:  



 

Mən Camalam qürbat əlda,  

Məlil muşkul qalmışam,  

Göran diyar bu xastadi,  

Saraliban solmuşam. (Şəxsi arxiv)  

 

Aşığın  Ağstafaya  sürgün  edilməsinin  səbəbi  yaxın  qohumunun  suçunu 



öz  üzərinə  alması  olmuşdur.  O,  Ağstafada  qohumunun  əvəzinə  həm  də 

dustaq  həyatı  yaşamışdır.  Aşıq  dustaqlıq  həyatının  ağırlığı  haqqında  öz 

şeirində belə deyir:  

 

Çərxi-fələk, sənə qıllam ziyarət,  



Dönübdür çilləyə, yayı dustağın.  

Ah çəkib, ah çəkib qan ağlamaqdan  

Quruyubdur, çeşmi çayı dustağın.  

 

Ətrafıma nizam qoşun düzülür,  



Leysan təki gözdən yaşlar süzülür.  

Нər saatda bir cür təbil vurulur,  

Deyəsən tutulur toyu dustağın. (Şəxsi Arxiv)  

 

Şairin  müxəmməsləri  dövrdən,  zəmanədən,  taledən  şikayət  üzərində 



köklənmişdir. Məsələn:  

 

Ey yarım, sür dövranın, həmişə kim qalacaq,  



Kef elə, söhbət elə, həmişə kim qalacaq, 

Dəymə bir kimsənin konluna, həmişə kim qalacaq.   

 

Şeir  bir  az  çətin  anlaşılır,  çünki  zamanında  toplanmadığı  üçün,  təhrif 



olunmuşdur.  

Aşığın yazdığı təcnislərə örnək verək:  

 

Şad gəzəndə aşıq Camal yüz alxış,  



Şahmarın belina dəgər yüz alxış.  


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

47 



Şahmərdaya qıllam yaz alxış,  

Şərab içib geca gördüm düşa duş.  

 

Aşıq  Camalın  sürgün  və  dustaq  həyatı  çox  ağır  keçmişdir,  bu  da  onun 



şeirlərində öz əksini tapmışdır.  

 

Aşıq Camal yaradıcılığında 13 hecalı şeir  



 

Maraqlıdır ki, aşığın şeirləri arasında 13 hecalı şeir şəklinə rast gəldik. 

Şeirin mətnindən bir parça örnək verək:  

 

Konqul qalx ayağa, məclisi şingan əyla,  



Səfəni sııruban əşqindan fuğan əyla.  

Əşitannar məyila olsun guftarina,  

Bilbiltek səda sal, aləmi heyran əyla.  

 

Bildirək  ki,  məqalədə  örnək  verdiyimiz  bu  şeir  13  hecadan  ibarətdir. 



Şeirin  diqqətimizi  çəkməsinə  əsas  səbəblərdən  biri  о  oldu  ki, 

folklorşünaslığımızın  nəzəri  məsələləri  günün  tələbləri  səviyyəsində 

işlənməyib.  Bunu  aşıq  yaradıcılığında  şeir  formasında  aydın  görmək  olur. 

Aşıq  yaradıcılığında  şeirlər  əsasən  musiqi  təsiri  altında,  musiqi  ilə  bağlı 

şəkildə  уаrаnır.  Lakin  nəzəriyyəçilər  tərəfindən  yazılı  ədəbiyyatın  janrları  

aşıq  şeir  formalarına  tətbiq  edilir.  Bu  da  heç  də  hər  zaman  özünü 

doğrultmur. Məsələn: Aşıq Camalın yaradıcılığında 13 hecalı şeirlərinə rast 

gəlinir  ki,  bu  şeirin  folklorşünaslığımızda  janrı  haqqında  söhbət  açılmayıb. 

Unutmayaq ki, bu 13 hecalı şeiri ədəbiyyatımıza yeni gətirməyib. Qaynaqlar 

onu  göstərir  ki,  keçmişdə  də  12,  13  hecalı  şeir  olub,  zaman  keçdikcə 

unudulmuşdu.  Əmin  Abid  də  bu  haqda  araşdırma  aparmışdır.  Qədim 

şeirimizi  “vəznli  şeir”  adlandıran  Əmin  Abid  həmin  dövrə  aid  qaynaqların 

az  olduğuna  təssüflənsə  də,  fikirlərini  şərh  etmək  üçün  Drezdən 

kitabxanasında  saxlanan  “Kitabi-Dədə  Qorqud”dan  nümunələr  göstərir.  O, 

dastanı  müstəqil  bir  əsər  kimi  deyil,  “Oğuznamə”nin  hissəsi  kimi  öyrənir. 

Əmin  Abidə  görə,  vəznli  şeirdən  yavaş-yavaş  heca  vəzni  yaranmışdır. 

Bunun  da  ilk  nümunələri  Kaşqarlı  Mahmudun  “Divan-i  lüğət-i  it-türk”də 

qorunub saxlanmış atalar sözləridir.  

“Divan”dan  götürdüyü  13  və  15  hecalı  şeirlərin  durğuları  üzərində 

dayanır. Birincidə yeddinci hecadan sonra bir durğu olduğu halda, ikincidə 

dörd durğu olduğunu, bu durğuların üçünün dörd hecalı, sonuncunun isə üç 

hecalı olduğu söyləyir.  

Ə.Abid  “Divan”dakı  6-dan  15  hecayədək  olan  şeir  parçalarını 

araşdıraraq aşağıdakı qənaətə gəlir: “Bu gün çox inkişaf edən on bir hecalıya 

heç bir nümunə yoxdur. Demək, on bir vəzn bu zamanlarda hələ çox tətbiq 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

48 



edilməmişdir”  (Abid:44,  1927)  Əmin  Abidin  qədim  dövr  heca  vəznli  şeir 

şəkillərini  araşdırarkən  gəldiyi  qənaət  odur  ki,  13  hecalı  şeir  şəkli  qədim 

dövrə aid edilir və bu şeir şəkli müasir dövrdə işlənməyir.  

Bu haqda özünün “Folklorçu Əmin Abid” məqaləsində geniş yer verən 

Əli Şamil müəllifin fikri ilə razılaşmır (Şamil:74, 1999).  

Əlimizdəki  13  hecalı  şeir  şəkli  ilə  biz  də  Əli  Şamilin  fikirlərini 

dəstəkləyərək bu şeir şəklinin ciddi tədqiqata ehtiyacı olduğunu düşünürük.  

 

Nəticə  

Yuxarıda sadaladığımız şeirlərdən də göründüyü kimi, Aşıq Camal ustad 

aşıqdır.  Onun  müxəmməs,  təcnis,  gəraylı  qoşmaları  vardır.  Əlimizdə  olan 

şeirlərinin  məzmunu  əsasən  ictimai  və  sevgi  məzmunlu  şeirlərdir.  Təəssüf 

ki, aşığın yaradıcılığı uzun müddət nəzərdən qaçmış, yaradıcılığı lazımınca 

toplanıb araşdırılıb öyrənilməmişdir.  

 

QAYNAQLAR:  



 

1.

 



Abid Əmin. (1927). “Heca vəzninin tarixi (ədəbiyyat tərrosiya haqqında)”, 

“Maarif işçisi” dərgisi, N3, 6-7 s. 50-55 s. 58-61.  

2.

 

Cumə Molla. (2006). Bakı “Şərq-Qərb” nəşriyyat.  



3.

 

Əziz  Ələkbərli.  (2005).  Qax:  folklor-etnoqrafik  etüdlər.  Bakı,  “Ağrıdağ 



nəşriyyatı”.  

4.

 



Qəzənfər qızı Aynur. Şəxsi arxiv.  

5.

 



Səfər  qızı  Bəsdi.  Aşıq  Camal  Molla  Cumanın  ustadıdırmı?  “Təhsil 

uğrunda” qəzeti, Mart, N3.  

6.

 

Şamil Əli.  (1999). Folklorçu Əmin  Abid. Milli Folklor dərgisi (Ankara),  sayı 



42, səh.75-82, sayı 43, səh. 70-77

.  


 

 

Aynur Gazanfargizi  



 

ASHUG JAMAL AND HİS CREATIVİTY 

 

Summary:  Starting  from the  end of XVII century and beginning of XVIII century 



aruz  meter  gave  its  place  to  syllabic  verse.  Even  talented  poets  who  had  madrasah 

education  wrote  their  poems  in  syllabic  verse  for  people  to  understand  them.  One  of 

them  was  Zeyemli  Isa  who  was  known  as  Ashug  Jamal.  Isa  was  born  in  the  village 

Zeyem in 1830 and died in the same village in 1908. Since Isa got madrasah education 

he  was  called  Mullah  Isa.  But  since  he  was  playing  saz  and  singing  people  gave  him 

pseudonym Ashug Jamal. Because of the poems he wrote which had social and political 

content  state  officials  kept  Ashug  Jamal  under  observation.  In  order  to  escape 

persecution he went to Turkustan and continued his religious education in madrasahs in 

Bukhara and Samarkand. He was later exiled to Aghstafa because of the satire he wrote 

to corrupted officials and his socio-political poems. He had written his poems in various 

genres of ashug poetry among them being gerayli, goshma, mukhemmes and others. He 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə