Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

52 



Araz  Yaquboğlunun 

“Daşkənd  aşıq  və  şairləri”  kitabında

  göstərilir 

ki,  Nəcəf  Bayramovun  məlahətli  səsi,  şeirlərinin  təsir  gücü  onu  bütün 

mahalda məşhur edir. Çox keçmir, Nəcəfin sənətinin səs-sorağı Göyçənin 

hüdudlarını aşır. O, ustad bir aşıq kimi Qarabağın, Şirvanın və Borçalının 

böyük  el  şənliklərinə  dəvətlər  alır.  Qüdrətli  aşıq-şairlərlə  dostluq  edir, 

tanınmış sənətkar aşıq Hüseyn Bozalqanlı ilə qohum olur. 

1910-cu ildə aşıq Əsədlə birlikdə Cənubi Azərbaycanda səfərdə olur. 

Təbrizdə  onlara  sənətlərinə  hörmət  və  ehtiram  əlaməti  olaraq  Xətai  sazı 

bağışlayırlar.  

Araşdırıcı Sərraf 

Şiruyə

  yazır  ki,  erməni  quldurları  bir  gün  qəflətən 



Aşıq Nəcəfi tuturlar. Ona olmazın əzabını verirlər. Erməni komandirinin 

arvadı  ərindən  xahiş  edir  ki,  aşığı  öldürməsin.  O,  naqanını  çıxarıb 

arvadını  da  güllələyir.  Deyir  niyə  türk  aşığının  xahişini  edirsən?  Nəcəf 

görür ki, artıq xilas yolu yoxdur. Üzünü vətənə tutaraq bir bayatı oxuyur: 

 

El gəlsin, an üstəyəm, 

Gedirəm, kan üstəyəm. 

Nə çəkilməz dərddi bu –  

Yaram yox, can üstəyəm. 

 

Erməni  quldurları aşığın sazını  əlindən alıb sındırır və  yanan samo-



vara  doldururlar.  Sonra  da  qaynar  samovarı  onun  kürəyinə  bağlayırlar. 

Beləcə,  görkəmli  sənətkar  5  fevral  1919-cu 

ildə  “Küllü  təpə”

 

deyilən 



yerdə xüsusi qəddarlıqla qətlə yetirilir.  

 

 



 

 

 



 


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

53 



CƏNUBDAN SƏSLƏR 

 

Əkbər  Səməd  oğlu  Əlyar,  1973-cü  ildə  Cənubi  Azərbaycanda  –  

Qaradağın Əlyar kəndində anadan olub, ibtidai təhsilini doğma kəndində alıb, 

orta  məktəbi  isə  1992-ci  ildə  Urmiya  şəhrində  riyaziyyat  və  fizika üzrə  bitirib. 

Sonra  Təbrizdə  elektrik  mühəndisliyi  üzrə  ali  təhsil  alıb  (1995)  və  Tehrana 

köçüb. Burada ixtisası üzrə mühəndis işləməyə başlayıb.  

Şeirlərini  Həmidi  və  Əlyar  təxəllüsü  ilə  yazan  Əkbər  ƏLYAR  bədii 

yaradıcılığa 16 yaşında qəzəl yazmaqla başlamış, elə o vaxtlardan da Urmiya 

ədəbi əncüməninin üzvü olub. Onun ilk şeirləri Azərbaycan respublikası istiqlali 

ilə əlaqədar iranda nəşr olunan “İslami Birlik” qəzeti və “Yol” dərgisində çap 

edilib. O, hazırda Tehranda fəaliyyət göstərən  Həkim Nəbati dərnəyinin idarə 

heyətinin  üzvlərindəndir  və  bir  neçə  kitabın  redaktoru,  önsöz  yazanı  və 

müəllifidir.  Onun  bir  neçə  şeiri  İran  və  Naxçıvan  şairlərinin  Naxçıvanda  çap 

olunmuş “Dostlar töhfəsi” adlı ortaq şeir antologiyasında çap edilmişdir. 

O,  1999-cu  ildə  Bəxtiyar  Vahabzadənin  “Payiz  düşüncələri”  kitabını 

ərəb əlifbasıyla Tehranda nəşr etdirib. Hüseyn Cavidin “Peyqəməbər” əsərini 

farscaya  tərcüməedərək  nəşr  etdirib.    Onun  təbrizli  şairə  Susən  Rəzi  ilə  ortaq 

əsəri olan “Arzuların yeni gülşən bağı” İranda öz təşəbbüsü ilə çap olunub və 

“Gülşən  bağı”  adıyla  Bakıda  “Nurlan”  nəşriyyatında  çapa  hazırlanır.  Eyni 

zamanda  uşaq  şeirlərindən  ibarət  bir  toplusu  da  yenə  Bakıda  “Qanun” 

nəşriyyatında çap ərəfəsindədir.  

Şairin bir neçə şeirini “Ozan dünyası”nın oxucularına təqdim edirik. 

 

Əkbər Həmidi ƏLYAR 



 

 

MƏNĠ 

Məmməd Araza  

 

Bəlkə bu yerlərə birdə gəldim mən, 

Bulud, gözlə məni, yağ, gözlə məni. 

Bəlkə, səndə bir də səcdə qıldım mən, 

Torpaq, gözlə məni, dağ, gözlə məni. 

 

Gəlmişdim min arzu, min dilək ilə, 



Gedirəm tutulmuş bir ürək ilə. 

Doldur qucağını gül-çiçək ilə, 

Bostan, gözlə məni, bağ, gözlə məni. 

 

Bu uca dağların öz oğluyam mən



Şeir oğluyam mən, saz oğluyam mən


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

54 



Yamyaşıl yağmurlu yaz oğluyam mən, 

Şimşək, gözlə məni, çax gözlə məni. 

 

Əlyarın gəzəli, kövrəldin niyə? 



Qoyma ayrılıqdan qəlbin inciyə. 

Yollara, sevgilim dönəcək, deyə 

Boylan, gözlə məni, bax, gözlə məni. 

 

 

SAZIM MƏNIM 

 

 Aşıqların dünyasısan,  

 Dillən sazım, dinlən sazım.  

 

  



 Sən incilər dəryasısan,  

 Dillən, sazım, dinlən, sazım. 

 

 

 



  

 Keçmişimin izi səndə,  

 Dədələrin sözü səndə,  

 Ellərimin gözü səndə,  

 Dillən, sazım, dinlən, sazım. 

 

  



 Quçaqların yarağısan,  

 Sevənlərin marağısan,  

 Söz telinin darağısan,  

 Dillən, sazım, dinlən, sazım. 

  

 Sehirkarsan, füsunkarsan,  



 Gül-çiçəkli bir baharsan,  

 Ölməz-itməz etibarsan,  

 Dillən, sazım, dinlən, sazım. 

  

 Sənsən sənət meydangahı,  



 Qızıl barmaq cövlangahı, 

 İpək xəyal seyrangahı, 

 Dillən, sazım, dinlən, sazım. 

  

 Əlyarın da könlünü al,  



 Dərdin, eşqin dillərə sal.  

 Öləndə də döşündə qal,  

Dillən, sazım, dinlən, sazım. 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə