Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

59 



- Molla, mənə de görüm, bura məktəbxanadı, yoxsa lotuxana? Tahir ilə 

Zöhrə öpüşün səkkizini bir qara pul eləyiblər, onu da alıb-satan yoxdu.  

Mola  bunu  eşidən  kimi  ayağa  qalxdı,  daban  alıb  düz  Hatəm  Soltanın 

yanına  getməkdə olsun, sizə xəbəri Tahirlə Zöhrədən verim. Tahirlə Zöhrə 

vədə  yerində  şirin-şirin  söhbət  eləyirdilər.  Molla  özünü  Hatəm  Soltanın 

yanına salıb, Tahirlə Zöhrənin sevişdiyini ona xəbər verdi, üstəlik də dedi ki:  

- Qızınız yekəlib, həddi-büluğa çatıbdı. Onu bir də məktəbə buraxmayın. 

Mən gəlib evdə ona dərs deyərəm.  

Hatəm  Soltan  mollanın  sözünə  inandı.  Elə  ki  Tahir  ilə  Zöhrə  evə 

qayıtdılar, Hatəm Soltan qızını qulluğuna çağırıb dedi:  

-  Qızım,  bir  də  sən  məktəbə  getməzsən.  Molla  gəlib  evdə  sənə  dərs 

deyəcək.  

Zöhrə atasına heç bir söz demədi, amma batində ürəyinə qan damdı. Elə 

ki mənzilinə getdi, dizini qucaqlayıb oturdu fikir eləməyə. Anası evə gəlib, 

gördü qızı fikir dəryasına cumub, soruşdu:  

- Qızım, niyə bikefsən?  

Zöhrə cavab verdi ki:  

- Ana, xəstələnmişəm, başım ağrıyır.  

Anası Zöhrəyə təsəlli verməkdə olsun, sizə kimdən xəbər verim, Tahir-

dən. Sabah açıldı. Tahir Zöhrənin eşqilə yerindən qalxıb, əl-üzünü təmiz-tə-

miz  yudu,  heybəsini  alıb  məktəbə  tərəf  yönəldi.  Elə  ki,  vədə  yerinə  gəldi, 

Zöhrəni görmədi, dizlərini qucaqlayıb, sərv ağacının dibində oturdu, Zöhrə-

nin yolunu gözləməyə başladı. Nə qədər gözlədisə, Zöhrə gəlmədi. Tahirin 

xəyalına gəldi ki, bəlkə əmim qızı məni sınamaq üçün özü qəsdən tək mək-

təbə  gedib.  Durub  məktəbə  gəldi.  Gördü  Zöhrə  məktəbdə  də  yoxdu.  Tahir 

Mirzənin bir qardaşlığı varıdı, adı Xanlar xan idi. Özün yetirib onun yanına, 

saz yerinə sinəsinə bir ağac basdı, aldı, görək Zöhrəni ondan nə cür soruşur:  

 

Başına döndüyüm Xanların xanı, 



Nədən hamı gəldi, Zöhrəm gəlmədi? 

Haqq götürsün ortalıqdan yamanı, 

Nədən hamı gəldi, Zöhrəm gəlmədi? 

 

Axşam oldu, biz də keçdik adalar



Könül dost yolunda salmış cidalar, 

Məktəb uşaqları, mollazadalar, 

Nədən hamı gəldi, Zöhrəm gəlmədi? 

 

Başına örtübdü gülnaz şalını, 



Tərk eyləyib məktəbxana yolunu, 

Xudam lal eyləsin molla dilini

Nədən hamı gəldi, Zöhrəm gəlmədi?  



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

60 



 

Bu  zaman molla içəridə  idi,  səsi  eşidib  ürəyində  dedi:  “Yaxşı, oxu,  bu 

saat gəlib atana od vuracağam”. Molla tez gəlib soruşdu:  

- Kim idi oxuyan?  

Keçəl tez ayağa qalxdı, mollaya göz basdı, barmağı ilə Tahiri göstərdi. 

Özünü bildirməmək üçün zahirən dedi:  

- Mən idim.  

Molla  əmr  elədi,  falaqqa-çubuğu  hazır  elədilər.  Amma  keçəl  nə  qədər 

şuğul  idisə,  molla  da  о  qədər  küt  idi.  Keçəlin  işarəsini  başa  düşməyibmiş. 

Elə  bildi  ki,  doğrudan  da  oxuyan  keçəl  imiş.  Keçəlin  ayağını  falaqqaya 

salmaq istəyəndə Tahir dedi:  

- Molla əmi, falaqqanı qoy dnrsun. Oxuyan mən idim. Pis oxudumsa, izn 

ver birini də oxuyuın. 

 

Mollalar mollası, alimlər xası, 



Bir ala gözlüyə aşiq olmuşam. 

Silinibən getməz könlümün pası, 

Bir ala gözlüyə aşiq olmuşam. 

 

Tiği-qəmzələrin qəsd etdi cana, 



Nola rəhm eyləsən məni tiflana. 

Adı Zöhrə, özü yaşılbaş sona, 

Bir ala gözlüyə aşiq olmuşam. 

 

Tahir Mirzə, yerin olubdu gülşan, 



Bad əsdi, zülflərin oldu Pərişan. 

Ağ üzündə tamam xallar xoşnişan, 

Bir ala gözlüyə aşiq olmuşam. 

 

Molla əmr elədi, Tahirin ayağını qoydular falaqqaya. Molla dedi:  



- Kim istəyir vursun?  

Keçəl dedi:  

- Mən.  

Keçəl  falaqqa-çubuğuynan  Tahirin  ayağına  о  qədər  vurdu  ki,  ayağının 

altı qabıqdan çıxdı. Keçəl əlini dayandırıb dedi:  

- Tahir, bir də keçəlin yarının adını tutmazsan.  

Tahir  Mirzə  yenə  özünü  sərv  ağacının  dibinə  saldı.  Əlini  alnına  verib, 

fikir eləməyə başladı. Elə bir az oturmuşdu, Zöhrə özünü ona çatdırdı. Yeddi 

hörük saçından bir tel ayırdı, sinəsinin üstünə basıb, görək nə dedi: 

 

Mollamız getdi xavara, 



Nə deyərsən, əmim oğlu?! 


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

61 



Atam çəkər bizi dara, 

Nə duyarsan, əmim oğlu?! 

 

Xəbərin yoxdu xəbərdən,  



Getdi işləri dəbərdən, 

Nə əmirsən ləb-şəkərdən

Nə qanarsan, əmim oğlu?! 

 

Başımdakı tirmə şaldan, 



Uzümdəki qoşa xaldan, 

Nə əmirsən ləbi-baldan, 

Nə qanarsan, əmim oğlu?! 

 

Səni məndən ayırdılar, 



Dərdü qəmə doyurdular, 

Səni sürgün buyurdular

Sən gedərsən, əmim oğlu! 

 

Hicran kotanın əkərsən, 



Biçib xirmənə tökərsən, 

Ah çəkərsən, yaş tökərsən

Qəm çəkərsən, əmim oğlu! 

 

Mən Zöhrəyəm, qələm qaşlı, 



Gərdənim də qarğı saşlı, 

Mən yazığı gözü yaşlı  

Sən qoyarsan, əmim oğlu. 

 

Zöhrə sözünü tamama yetirib dedi:  



- Əmi oğlu, qəm yemə, inşallah kama çatarıq.  

Bəli,  bunlar  ayrıldılar.  Tahir  ayağa  qalxıb,  axsaya-axsaya  özün  yetirdi 

evlərinə.  Qonaq  otağının  açarı  cibində  idi.  Otağı  açıb,  daxil  oldu  otağa, 

üzüqoylu yıxılıb, ağlamağa başladı, ta ki, axşam oldu. О biri tərəfdən atası, 

anası  gördülər  ki,  Tahir  gəlmədi.  Başladılar  onu  axtarmağa.  Hər  nə  qədər 

axtardılarsa,  Tahirdən  bir  nişana  tapa  bilmədilər.  Axırda  anasının  yadına 

xaraba qonaq otağı düşdü. О saat otağa girdi, nə gördü: Tahir ağlayır. Anası 

sual elədi:  

- Oğul, nə üçün ağlayırsan?  

Tahir dedi:  

-  Ana,  sazımı  mana  ver.  Dərdimi  sana  dil  ilə  desəm,  dilim  od  tutub 

yanar, saz ilə deyim. Aldı Tahir, görək anasına nə deyir: 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə