Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

65 



əmr elədi ki, gedib Tahirin başını kəsib gətirsin. Cəllad Qasım özünü yetirdi 

xanabağçaya.  Baxdı  ki,  Tahir  sağında  Məhəmməd,  solunda  Əhməd  adlı 

qulamları  ilə  oturub  çarhovuzun  başında,  quru  çörəyi  suda  isladıb  yeyir. 

Cəllad Əhmədlə Məhəmmədin yaxasından yapışdı, hər ikisinin başını toyuq 

başı kimi kəsdi. Ondan sonra istədi Tahir Mirzəni də öldürsün, Tahir dedi:  

- Ey cəllad, sən mənim atamın çörəyini  yemisən, mənim nahaq qanıma 

girmə! Məni apar Hatəm Soltan özü öldürsün.  

Cəllad  Qasım  Tahirin  yaxasından  əl  çəkdi,  hər  iki  qolunu  qısqıvraq 

arxasında  bağlayıb,  qatdı  qabağına,  düz  Hatəm  Soltanın  hüzuruna  gətirdi. 

Hatəm Soltan Tahiri görcək, əmr elədi ki:  

- Tez bunu dara çəkin, ta ki, gözüm Tahir adlı insanı görməsin.  

Tahir ağlaya-ağlaya dedi:  

- Əmi, izn ver, bir neçə söz deyim, ondan sonra məni öldürsünlər.  

Padşah dedi:  

- Tez ol de görüm, nə deyirsən? 

Aldı Tahir: 

 

Zalım cəllad qollarımı bağladı, 



Aman, Allah, imdad elə bu işə! 

Xun cigərim çalın-çarpaz dağladı, 

Aman, Allah, imdad elə bu işə! 

 

Dörd tərəfim qara qanlar alıbdı, 



Üstümüzdə şahlar şahı durubdu, 

İndi bildim Əhməd vəzir ölübdü, 

Aman, Allah, imdad elə bu işə! 

 

Mən Tahirəm, viran oldu küllərim



Dostum yoxdu, sora halımı mənim. 

Sağımda, solumda öldü qullarım, 

Aman, Allah, imdad elə bu işə! 

 

Tahir  baxıb  gördü  camaat  yığışıb,  məktəb  uşaqları  da,  Zöhrə  də  gəlib, 



bir  tərəfdə  dayanıb.  Amma  bir  gilə  yaş  da  axıb,  Zöhrənin  gül  yanağında 

durubdu. О saat aldı sazı, görək nə dedi: 

 

Tayım, tuşum yığılıbdı yanıma, 



Taqsırım yox, beygünaham, xan əmi! 

Zalım cəllad nə susayıb qanıma, 

Qəhrdən bükülüb belim, xan əmi! 

 

 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

66 



Bu meydanda zülm həddən aşıbdı, 

Atasız oğulun bağrı bişibdi, 

Qızılgül üstünə şəbnəm düşübdü, 

Mürğzar olubdu yollar, xan əmi! 

 

Genə bizə zülm olundu xudadan, 



Fəryadıma yetişmədi Yaradan. 

Tahir ağlar: nakam getdim dünyadan, 

Yaman olub indi hallar, xan əmi! 

 

Hatəm Soltan qışqırdı:  



- Artıq bunu söylətməyin! Tez işini görün!  

Məktəb uşaqları və camaat qül-qülə eləyib dedilər:  

- Ey padşah, ədalətinə güc eləmə! Bu nahaq qanı bizim üstümüzə tökmə! 

Nahaq  qan  tökülən  yerdə  ot  bitməz,  su  axmaz.  Qızını  vermirsən  vermə. 

Atasını  öldürdün,  ta  özünü  öldürmə!  Yox,  istəmirsən  burda  qala,  qılıncın 

işləyən yerdən kənar elə! Daha bu nahaq qanı bizim üstümüzə tökmə!  

Hatəm  Soltan  gördü  ki,  camaat  qoymayacaq  Tahiri  öldürsün,  naəlac 

qalıb dedi:  

-  Çox  gözəl,  sizin  xatiriniz  üçün  onun  qanından  keçdim.  Ancaq  mənim 

hökmüm cari olan torpaqda gərək durmasın. Çağırıb cəllad Qasıma tapşırdı:  

- Tahir Mirzəni aparıb mənim qılıncım işləyən yerdən çıxardarsan.  

Xəlvətcə də bərk-bərk tapşırdı:  

- Öldürüb, qanına köynəyin bulayıb, mənə gətirərsən.  

О  tərəfdən  Zöhrə  xanım  bir  kisə  əşrəfi  cəllad  Qasıma  göndərib,  sifariş 

elədi  ki:  Tahir  Mirzəni  aparanda  mənim  otağımın  qabağından  keçir,  bir 

boyuna doyunca baxım, ondan sonra hara istəyirsən apar.  

Cəllad Qasım yapışıb Tahirin əlindən, başladı Zöhrə xanımın imarətinin 

yanından keçən yol ilə aparmağa. Elə ki Zöhrə xanımın otağının bərabərinə 

yetişdilər, nə gördülər? Zöhrə xanım yaralı ahu kimi külafirəngidə boynunu 

büküb, Tahirin yolunu gözləyir. Zöhrə dedi:  

- Cəllad, səni and verirəm Allaha, bir qədər Tahir Mirzəni saxla, bir neçə 

sözüm var, deyim, ta ki, ürəyimdə niskil qalmasın.  

Bir qədər əşrəfi cəllad Qasıma tərəf atdı. Dünya tamah dünyasıdı. Cəllad 

Qasım  başladı  qızılı  yığmağa.  Zöhrə  xanım  qara  saçlarından  iki  tel  ayırıb, 

şəkər məmələrinin üstünə basdı, öz dərdi-dilini görək nə cür izhar elədi.  

Aldı Zöhrə: 

 

Zalım atam ol atamı öldürdü, 



Ala gözlü xan Tahirim, yar, yeri! 

Səni bu ölkədən sürgün buyurdu

Qoy çəksin Zöhrə xan ah-zar, yeri! 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

67 



 

Tahir Zöhrəni görən kimi ürəyi qana döndü. Sazı sinəsinə basıb, cavabında 

dedi: 

 

Atam öldü, bir iş gəlməz əlimdən, 



Heç ağaclar gətirməsin bar, yeri! 

Mən bülbülü ayırdılar gülündən, 

Qoyma gəlsin gül yerinə xar, yeri! 

 

Aldı Zöhrə: 



 

Dolansın, dolansın, peymana dolsun! 

Saralıb heyva tək gül rəngim solsun! 

Atam özü zalım əlində qalsın! 

Görüm olsun taxtı tarımar, yeri! 

 

Bu vaxt yel vurdu Zöhrənin ənbərçəsini tərpətdi, Tahirin gözü Zöhrənin ağ 



sinəsinə sataşdı. Dərdi cuşa gəldi, aldı, görək bu münasibətlə nə dedi: 

 

Anadan olalı gülməyib üzüm, 



Qürbət ölkələrdə mən necə dözüm? 

Ənbərçin altından sataşdı gözüm, 

Sinən ağdı, Savalanda qar, yeri! 

 

Zöhrə  xanımın  fikrinə  gəldi  ki,  bəlkə  Tahir  Mirzə  ənbərçini  nişan  istəyir. 



Aldı cavabında dedi: 

 

Gedər oldun, ənbərçəni apar sən, 



Elə bil ki, Kəbə evin yaparsan. 

Ölkələrdə gözəl çoxdu, taparsan, 

Qoy çəkər Zöhrə xan ahü-zar, yeri! 

 

Aldı Tahir: 



 

Ağlaram, gözümdən tökərəm qanı, 

Fəryadıma yetsin xanların xanı, 

Tahir seçib Zöhrə kimi tərlanı, 

Qorxum budu: qucaqlıya sar, yeri!

 

 



Zöhrə ənbərçəsini çıxardıb, Tahirə uzatdı:  

- Al, bu ənbərçəni yadigar saxla! 

Tahir ənbərçəni ondan aldı, görək Zöhrə ilə nə cür halallaşdı: 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə