Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   22   23   24   25   26   27   28   29   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

68 



 

Mən gedirəm, Allah səni saxlasın, 

Ağlaya-ağlaya qal innən belə! 

Əmanətin neçə-neçə məndədi

Saxlaya bilmənəm, al innən belə! 

 

Didərginəm, gəlməm mən buralara, 



Axıb didəm yaşı, dönüb sulara

Canım düçar olub çox bəlalara, 

Hərdən-hərdən yada sal innən belə! 

 

Tahir deyər: işim ahü-zar oldu. 



Qaralandı gözüm yaşı, car oldu, 

Dağıldı dövlətim tarımar oldu, 

Atanı duzəxə sal innən belə!

  

 



Cəllad  Qasım  istədi  Tahir  Mirzəni  aparsın,  Zöhrə  xanım  ona  dedi:  Sən 

Allah, Tahiri incitmə. Qoy bir bura çıxsın, sonra apararsan.  

Cəllad  Qasım  Tahirin  qollarını  açıb,  Zöhrənin  yanına  çıxartdı.  Tahir 

özünü  Zöhrəyə  yetirdi.  Hər  ikisi  baş  qoyub  bir-birinin  çiyninə,  bir-birinin 

gözlərinə baxıb ağlaşdılar. Cəllad Qasımın bunlara rəhmi gəlib dedi:  

-  Xanım,  atan  əmr  eləyib  ki,  Tahiri  öldür,  köynəyini  qanına  bulaşdır, 

mənə gətir. Bəs mən nə eləyim?  

Zöhrə xanım bu sözü eşitcək içkəmiş maral kimi səksənib, özünü saldı 

cəllad Qasımın ayağının altına. Əl atıb ətəyindən tutdu, yalvarmağa başlayıb 

dedi:  


- Aşiqin göz yaşına rəhm elə! Bizə zülm eləmə! Mən Tahirə bir dəst təzə 

libas verim, bir qədər də sənə pul verim, sən bir qoyun al başın kəs, Tahirin 

köhnə  libasını  qoyunun  qanına  bulaşdır,  atama  gətir.  Tahiri  də  başqa  bir 

məmləkətə burax.  

Cəllad  Qasım  bu  tədbirdən  şad  olub,  bir  dəst  libas,  bir  kisə  də  qızıl 

götürüb,  yola  düşdülər.  Gecə-gündüz  yol  gedib,  Hatəm  Soltanın  qılıncı 

işləyən  yerdən  çıxıb,  başqa  bir  vilayətə  yetişdilər.  Bir  meşənin  kənarı  ilə 

gedirdilər, bir sürü qoyuna urcah oldular. Tahir Mirzə dedi:  

- Bərəkətli olsun, ay çoban! Bizə bir qoyun satarsanmı?  

Çoban baxdı, gördü bunlar bir abırlı adamdılar. Cavab verdi:  

- Mənim qoyunum hamısı sizə peşkəşdi.  

Çobandan bir qoyun aldılar, girdilər meşənin içərisinə. Bir çala qazdılar, 

qoyunu  kəsib,  qanını  çalaya  tökdülər.  Ondan  sonra  cəllad  Tahir  Mirzənin 

köhnə  libasını  çıxarıb  xəncərin  ucu  ilə  parça-parça  elədi.  Qoyunun  qanına 

bulaşdırıb götürdü. Qoyunun ətini də kabab çəkib yedilər. Sonra Tahir Mirzə 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

69 



ilə  öpüşüb,  vidalaşıb,  ağlaya-ağlaya  üz  qoydu  Qaramana,  Hatəm  Soltanın 

qulluğuna.  

Tahir  üz  qoydu  qürbət  elə.  Bir  müddət  dolandıqdan  sonra  gəlib  bir 

xanabaxçaya  çıxdı.  Çox  yorulmuşdu.  Daxil  olub  xanabaxçaya,  əyləşdi 

çarhovuzun  başında.  Bu  xanabaxça  kimin  olsun,  Xanverdi  sövdəgərin. 

Xanverdi sövdəgər о Xanverdi sövdəgər idi ki, qırx tacirin başı olub, malı, 

dövləti həddən ziyad idi. Özünün də gözünün ağı-qarası Nərgiz xanım adlı 

bir qızı var idi.  

Nərgiz  xanımın  on  səkkiz  yaşı  var  idi.  Sövdəgər  öz  evində,  başını  qızı 

Nərgiz  xanımm  dizi  üstə  qoyub  yatmışdı.  Tahir  Mirzə  xanabağçaya  girib, 

bağçanı seyr eləyəndən sonra Zöhrə xanımla keçirdiyi günlər bir-bir yadma 

düşdü, dərdi tüğyan elədi, sazını sinəsinə basıb dedi: 

 

Cida düşdüm vətənimdən, 



Qan ağlar ellərim mənim. 

Bülbülüm yox dallar üstə, 

Boş qalıb güllərim mənim. 

 

Ağır ellərim çəkildi



Cavankən belim büküldü, 

Nişansız üzə töküldü, 

Pərişan tellərim mənim... 

 

Tahir  Mirzənin  bu  naləsi  Nərgiz  xanımın  qulağına  yetişəndə  başladı 



ağlamağa.  Nərgiz  xanım  özünü  unutdu,  birdən  onun  bir  gilə  göz  yaşı 

atasının  üzünə  düşdü.  Xanverdi  sövdəgər  diksinib,  yuxudan  ayıldı.  Gördü 

qızı Nərgiz xanım ağlayır. Qızından soruşdu:  

- Qızım, nə üçün ağlayırsan?  

Nərgiz xanım cavab verdi:  

- Ata, çarhovuz tərəfdə kimsə yanıqlı-yanıqlı oxuyur. Onun üçün ürəyim 

durmur, ağlayıram.  

Xanverdi  sövdəgər  də  qulaq  asıb,  gördü  ki,  qızı  doğru  deyir,  oxumaq 

səsi gəlir:  

 

Fələk, mana sitəm oldu



Saralıb, gül rəngim soldu. 

Sağımda, solumda öldü  

Nocavan qullarım mənim.  

 

Xanverdi  sövdəgər  qızı  Nərgiz  xanımı  götürüb,  çarhovuza  tərəf  gəldi. 



Nə gördü, on dörd gecəlik ay kimi bir oğlandı,  əyləşib çarhovuzun başında 

oxuyur: 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

70 



 

Tahir Mirzə bu çağında, 

Sinəsi Zöhrə dağında, 

Qaldı hovuz ayağında  

Sonalı göllərim mənim... 

 

Tahir  Mirzə  bunları  görən  kimi  ayağa  qalxdı.  Üz  tutub,  Xanverdi 



sövdəgərə dedi:  

- Əmi, məni bağışla! Yorğun idim, bağçanıza iznsiz girdim.  

Nərgiz xanım Tahirin qəddi-qamətinə, gül camalına nəzər yetirib, aşiqi-

divanə oldu. Xanverdi Tahirdən soruşdu:  

-  Oğlan,  de  görüm  sən  nəçisən,  kimsən  ki,  mənim  bağçama  giribsən, 

gecənin bu vaxtında belə yanıqlı-yanıqlı oxuyursan?  

Tahir Mirzə öz şərhi-halım buna belə bəyan etdi: 

 

Hatəm Soltan əvvəl atam öldürdü, 



Viran oldu taxti-taracım mənim... 

Məni о ölkədən sürgün buyurdu, 

Sizlərə qalıbdı əlacım mənim... 

 

Xanverdi sövdəgər dedi:  



-

 

Cavan, gedərsənsə, mən səni öz atanın ölkəsinə apararam!  



Tahir Mirzə başını bulayıb, belə cavab verdi:  

 

Gedə bilməm, bir iqrara bağlıyam, 



Çar tərəfdən dügünüm var, dağlıyam. 

Qaramanlı Əhməd vəzir oğluyam, 

Yeddi eldən gəlir xəracım mənim. 

 

Xanverdi sual elədi: Sürgün olmağına səbəb nə oldu?  



Tahir  Mirzə  bütün  əhvalatı  Xanverdi  sövdəgərə  bəyan  elədi.  Xanverdi 

sövdəgər Tahir Mirzəyə təsəlli verib dedi:  

-  Səni  mənə  Allah  yetirib.  Mənim  oğlum  yoxdu.  Bircə  qızım  var, 

Zöhrədən min dəfə gözəl. Onu alarsan, özün də mənə oğul olarsan.  

Nərgiz  xanım  öz  könlündə  yeddi  qurban  nəzir  elədi.  Görək  Tahir  Mirzə 

ona nə cavab verir: 

 

Tahir Mirzə vəsmə yetirdi şözün, 



Anadan olalı gülməyib üzüm. 

Bu qarşımda duran vəfalı qızın, 

Şahlar şahı bilir, о bacım mənim!

  

 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə