Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   22   23   24   25   26   27   28   29   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

85 



Onunla keçirdi dəmim, 

Artırdın dərd ilə qəmim

Bad əsdi, döndərdi dəmim, 

Getdi külli varım səndə. 

 

Başıma qara bağlaram, 



Sinəmi çarpaz dağlaram, 

Zöhrəyəm, qanlar ağlaram, 

Getdi mənim yarım səndə! 

 

Zöhrə davam gətirmədi, gözlərinin yaşını axıda-axıda yenə dedi:  



 

Tahiri apardı dərya, 

Getdi, xan Tahirim getdi... 

Xıdır çıxarsın quruya, 

Getdi, xan Tahirim getdi... 

 

Tahiri atdılar suya, 



Qolunda bazubənd dura, 

Kimlər tapa, kimlər yuya, 

Getdi, xan Tahirim getdi... 

 

Tahir getdi axa-axa, 



Zöhrə qaldı baxa-baxa, 

Qabaqda ildırım çaxa, 

Getdi, xan Tahirim getdi... 

 

Zöhrə xanımı Tahir Mirzənin dalınca ağlar qoyaq, görək Tahir Mirzənin 



başına nə gəldi.  

Tahir Mirzə qırx gün dəryada üzəndən sonra çıxdı Həştərxan vilayətinə. 

Dəryadan paşalıq bağçasına bir böyük sərdəhnə axırdı. Sandıq bu dəhnə ilə 

buruldu bağa tərəf.  

Qəzara  о  gün  paşanın  qızı  Sona  xanım  qırx  incə  qızınan  bağa  səyahətə 

çıxmışdı. Gördülər bir şey su ilə qarala-qarala gəlir. Paşanın qızı dedi:  

- Qızlar, bəlkə bu gələn sandıq oldu? Gəlin onun içindəkinə şərt qoyaq. 

Hər kim deyən olsa, onun olsun. Hamısı buna razı oldu. Vəzirin qızı dedi:  

- Əgər pul olsa, mənim.  

Vəkilin qızı dedi:  

- Əgər mal olsa, mənim.  

Padşahın qızı dedi:  

- Əgər oğlan olsa, mənim.  



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

86 



Sandıq  gəlib  yetişdi.  Sandığı  tutub  çıxartdılar  qırağa.  Ağzın  açıb 

gördülər bir oğlandı ki, on dörd gecəlik aya bənzəyir. Bir tərəfində saz, bir 

tərəfində də bir qədər çörək var. Amma özü bihuşdu. Sona xanım dedi:  

-  Allah  mənimkin  yetirdi.  Özü  də  nəcibzadəyə  oxşayır.  Əldən  qoyası 

deyiləm.  

Vəkilin, vəzirin qızları dedilər:  

- Bu olmaz. Dövlət də sizdə, şahlıq da sizdə, gözəllik də sizdə, daha bu 

oğlanı qoymarıq aparasan.  

Sona xanım gördü ki, xeyr, qızlar iqrarlarından döndülər, dedi:  

-  Eybi  yoxdu.  Gəlin  adama  bir  söz  deyək.  Hər  kimin  sözündə  oğlan 

ayılsa, onun olsun. Hamısı razı oldular. 

Aldı vəzirin qızı: 

 

Əcəm oğlan, nə yatmısan burada, 



Əcəm oğlu, sandığından dur, yeri! 

Bəs nə yaxşı qərq olmadın dəryada? 

Əcəm oğlu, sandığından dur, yeri! 

 

Aldı vəkilin qızı: 



 

Haradan gəlirsən, nə sahmanlısan? 

Cavahir ölkəli, dür məkanlısan. 

Atıblar dəryaya, məgər qanlısan? 

Əcəm oğlu, sandığından dur yeri! 

 

Aldı Sona xanım: 



 

Evdən çıxdın, xarab qoydun xananı, 

Yandırdın odlara ata-ananı. 

Gəl yandırma paşa qızı Sonanı, 

Əcəm oğlu, sandığından dur, yeri! 

 

Sona gördü ayılmır, sözün dalısını görək nə cür dedi: 



 

Başına döndüyüm, qurban olduğшn, 

Əcəm oğlu, sandığından dur, yeri! 

Alışıb oduna büryan olduğum, 

Əcəm oğlu, sandığından dur, yeri! 

 

Dərin-dərin dəryalara dalmısan, 



Şirin canım eşq oduna salmısan, 

Nə müddətdi bu dəryada qalmısan, 

Əcəm oğlu, sandığından dur, yeri!  



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

87 



 

 

Mən Sonayam, köksüm bəndin açaram, 



Canına eşqimin odun saçaram; 

Nə edim ki, mən bu işə naçaram

Əcəm oğlu, sandığından dur yeri! 

 

Oğlan  bu  sözdən  asqırıb,  ayağa  qalxdı.  Vəzir,  vəkil  qızlarının  gözü 



Tahirin  gül  camalına  sataşanda  ixtiyar  əllərindən  getdi,  biri  sağ  qolundan, 

biri sol qolundan yapışıb, paşanın qızına dedilər:  

-  Ola  bilməz  ki,  Allah  padşahlığı  da  sizə  versin,  hər  yetirən  göyçək 

oğlanı da. Biz öləcəyik, bu oğlanı sana verməyəcəyik.  

Sona xanım Tahirə dedi:  

- Oğlan, indi ixtiyar sənindi. Götür sazını oxu! Hər kəsi ki, könlün tutur, 

onun adını söylə, onun ol!  

Aldı Tahir: 

 

Başına döndüyüm, qurban olduğum, 



Tanrı məni sizə qurban eyləsin! 

Yanıb odlarına büryan olduğum, 

Tarın məni sizə qurban eyləsin! 

 

Eşq əhlinin dərdin bilib anarlar, 



Əmib-əmib ləblərindən qanarlar; 

Boyu uzun, beli mina kəmərlər,  

Tanrı məni sizə qurban eyləsin! 

 

Qulaq asın Tahir Mirzə sözünə, 



Gecə-gündüz yuxu getməz gözünə. 

Mən aşiqəm Hatəm Soltan qızına, 

Tanrı məni sizə qurban eyləsin!

  

 



Qızlar başladılar bir-biriylə dava eləməyə. Hər biri başladı ki, mənə işarə 

edir. Bağban bunların bu davasını görüb, yaxına gəldi, əhvalatdan xəbərdar 

olub dedi:  

- Oğlan, Allah səni mana yetirib. Al bu beli, ağacların dibini boşalt.  

Tahir sazı döşünə basıb, görək nə dedi: 

 

Allah, mən nə yaman sevdaya düşdüm, 



Mən getdikcə gedər yollar mənimlə. 

Bilmədim yolumu, bu çaya düşdüm, 

Axa-axa gedər sellər mənimlə. 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

88 



 

Mənim sevdiyimin qaradı qaşı, 

Deyirlər bülbüldü, gülün sirdaşı. 

Gözlərimin axar hey qanlı yaşı, 

Çalxanar çeşmələr, göllər mənimlə. 

 

Tahir Zöhrə sevdi, cana yetişdi, 



Gəldi işi ah-fəğanə yetişdi. 

Axır ömrü bir bağmana yetişdi

Dəstimdə oynuyur bellər mənimlə. 

 

Sona  xanım  gördü  nə  qədər  oxuyur,  bunların  birinin  də  adına  işarət 



eləmir, hamısında elə Zöhrə deyib, ağlayır. Götürüb Tahiri apardılar paşanın 

yanına, əhvalatı ona söylədilər. Paşa Tahirə dedi:  

-  Ey  oğlan,  səni  nə  üçün  dəryaya  atıblar?  Başına  gələn  qəzavü  qədəri 

bəyan elə.  

Tahir Mirzə başına gələni paşaya nağıl elədi. Əhvalatı eşidəndə paşanın 

ciyəri yanıb dedi:  

- Tahir, indi fikrin nədi?  

Aldı Tahir, görək nə deyir? 

 

Paşa, mən qapına dada gəlmişəm, 



Nola, yetirəsən canana məni?! 

Hatəmin qızına aşiq olmuşam, 

О atdı dəryayi-ümmana məni. 

 

Bir ala gözlünün oduna düşdüm, 



Oxuyub könlümün dəftərin açdım. 

Hər zaman ki nəzərinə sataşdım, 

Buyurdu cəllada, fərmana məni. 

 

Uşaq ikən beşiyini yırğadım, 



Çörəyimi zəhərlərə doğradım. 

Hatəm Soltan qəzəbinə uğradım, 

Atdı seldən-selə, ümmana məni. 

 

Tahir ərzi-halın şaha bildirir, 



Ağlayıban göz yaşımı sildirir. 

Zöhrə dərdi xan Tahiri öldürür, 

Təbibim ol, yetir dərmana məni

.  


 

Paşa bir qədər fikir eləyəndən sonra Tahirə sual elədi:  




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

89 



- Tahir, sən о qıza aşiq olan kimi, о qız da sana aşiqdimi?  

Tahir cavab verdi:  

- Bəli, qibleyi-aləm!  

Paşa əmr elədi, böyük qoşun cəm oldu. Gecə öz qızı Sona xanımı, vəzir, 

vəkilin  qızlarını,  Tahiri  də  bərabər  yanına  alıb,  yola  rəvan  oldu.  Günə  bir 

mənzil,  teyyi-mənazil,  ta  ki,  yetişdi  Qaraman  vilayətinə.  Şəhəri  dörd 

tərəfdən əhatə elədilər. Paşa qızı Sona xanımı, vəzirin, vəkilin qızını çağırıb 

dedi:  


-  Gedərsiniz,  Zöhrədən  əhval  bilərsiniz.  Əgər  onun  Tahirə  könlü  varsa, 

onu Tahirə alıb, Hatəm Soltanın da başını kəsdirəcəyəm, yoxsa bu məsələni 

açmayıb, geri qayıdacağam. Sona xanım Tahiri çağırıb dedi:  

-  Mən  gedirəm  Zöhrənin  yanına.  Əgər  məndən  gözəl  olsa,  sən  mənim 

qardaşımsan, Zöhrə yarın. Yox, gözəl deyilsə, sən ilə özüm hesablaşaram.  

Tahir cavab verdi:  

- Razıyam. Ancaq alın bu sazı, aparın, bəlkə Zöhrə sizə inanmadı.  

Sona xanım sazı alıb, vəzirin, vəkilin qızı ilə bərabər üz qoydular Zöhrə 

xanımın yanına. Zöhrə xanım əhvalatdan xəbərdar oldu, о saat evi düzəldib, 

qonaqlarını  qəbul  elədi.  Sona  xanım  gözünün  altınca  Zöhrəyə  baxıb  gördü 

həqiqətən gözəllikdə tayı yoxdu. Öz könlünə dedi: “Əhsən Tahir Mirzəyə”. 

Zöhrə xanım baxdı ki, Tahirin sazı bu qızın əlindədi. Saçından bir tel ayırıb, 

bağrına basdı, dedi: 

 

Deyin, qurban olum sizə



Saz yiyəsi yar necə oldu? 

Qızılgüllər üzə-üzə, 

Saz yiyəsi yar necə oldu? 

 

Aldı Sona xanım: 



 

Zöhrə, xəbər verim sizə: 

Saz yiyəsi yarın gəldi. 

Qızıl güllər üzə-üzə, 

Saz yiyəsi yarın gəldi. 

 

Aldı Zöhrə xanım: 



 

Dağlar başı qar olubdu, 

İşim ah-zar olubdu, 

Hansınıza yar olubdu? 

Saz yiyəsi yar necə oldu? 

 

 



 


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

90 



Aldı Sona xanım: 

 

Dağlar başı qış olubdu, 



Qaşın gözə tuş olubdu, 

О bizə qardaş olubdu, 

Saz yiyəsi yarın gəldi. 

 

Aldı Zöhrə xanım: 



 

Başıma qara bağlaram, 

Sinəmi çarpaz dağlaram. 

Zöhrəyəm, qanlar ağlaram, 

Saz yiyəsi yar necə oldu? 

 

Aldı Sona xanım: 



 

Başına qara bağlama! 

Sinəni çarpaz dağlama! 

Sona deyir: qan ağlama! 

Saz yiyəsi yarın gəldi. 

 

Söz  tamam  oldu.  Sona  xanım  əhvalatı  Zöhrəyə  nağıl  elədi.  Üstəlik 



atasının sifarişini də deyib, nə üçün buraya  gəldiklərini danışdı. Bu barədə 

onun fikrini soruşdu. Zöhrə xanım Tahirin sazını bağrına basıb dedi: 

 

Xoş gəldiz, əziz qonaqlar, 



Cəbr eylədi atam mənə. 

Axar gözümdən irmaqlar,  

Cəbr eylədi atam mənə. 

 

Aldı Sona xanım: 



 

Gözəllikdə tayın yoxdur, 

İllah, sənin qaşın, Zöhrə. 

Tahir kimi yarın vardır, 

Bəxtəvərdi başın, Zöhrə. 

 

Aldı Zöhrə xanım: 



 

Gəlmisiz, ağır oturun, 

Paşaya xəbər yetirin; 

Ölürəm Tahirdən ötrün, 

Cəbr eylədi atam mənə. 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

91 



 

 

 



Aldı Sona xanım: 

 

Dolanırdım sola-sağa, 



Məcnun kimi düşdüm dağa. 

Sandıq çıxdı bizim bağa, 

Uvand oldu işin, Zöhrə! 

 

Aldı Zöhrə xanım: 



 

Başıma qara bağlaram, 

Sinəmi çarpaz dağlaram. 

Zöhrəyəm, qanlar ağlaram, 

Cəbr eylədi atam mənə. 

 

Aldı Sona xanım: 



 

Sona deyir: gəl bəsləşək, 

Görək kimdi kimdən qəşəng; 

Arxayın ol, Zöhrə, bişək, 

Gətirmişəm qoşun, Zöhrə.  

 

Sona  xanım  Zöhrəni  arxayın  eləyəndən  sonra  vəzirin,  vəkilin  qızını  da 



götürüb, atasının qulluğuna gəldi. Salam verib, ərz elədi:  

Ata, Zöhrə də, Tahir də hər ikisi haqq aşiqidirlər. Paşa bu xəbərdən şad 

olub,  Hatəm  Soltanın  yanına  elçilər  göndərdi,  sifariş  elədi  ki,  ya  qızı  Tahir 

Mirzəyə versin, ya da davaya hazırlaşsın. Hatəm Soltan cavab verdi:  

- Paşa qızımı özgəyə istəsə verərəm, ancaq yeddi it küçüyüm olsa, birini 

də Tahir Mirzəyə vermərəm.  

Paşa  bu  sözdən  qəzəbnak  olub,  əmr  elədi,  qoşun  atlanıb  meydana  səf 

çəkdi.  О  biri  tərəfdən  Hatəm  Soltanın  qoşunu  könülsüz-könülsüz  bunların 

qarşısında  səf  çəkib  durdular.  Tahir  Mirzə  bu  halı  görüb,  özünü  paşanın 

qulluğuna yetirdi. Yeddi yerdə gərnuş eləyib dedi:  

-  Paşam,  bu  camaat  mana  bir  şey  eləməyib.  Mana  nə  eləyibsə  əmim 

eləyib.  Nahaq  qana  girmə!  İzn  ver,  mən  meydana  girim,  əmimi  dəvət 

eləyim.  Ya  о  məni  öldürər,  ya  da  mən  onu  öldürüb,  atamın  qanını  özüm 

almış olaram.  

Paşa  istədi  Tahiri  qoymasın,  amma  Tahir  əl  götürmədi.  Axır  izn  hasil 

edib, girdi meydana. О vaxt adət belə idi: iki padşah müharibə edəndə ya iki 

aşıq  çıxardardılar,  deyişərdi,  yaxud  iki  pəhləvan  gürş  tutardı.  Hansı  tərəfin 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

92 



adamı  qalib  gəlsə,  о  tərəf  qalib  gəlmiş  hesab  olardı.  Tahir  meydanın 

ortasında durub, uca səslə əmisinə dedi:  

- Ey Hatəm Soltan, nahaq qan tökmək lazım deyil. Bu dava sənlə mənim 

üstümdədir.  Ona  görə  gir  meydana.  Hansımız  hansımızı  öldürsə,  о  tərəf 

qalib gəlmiş hesab olunar.  

Hatəm  Soltan  bu  sözdən  qəzəbləndi,  at  istəyib,  meydana  atıldı. 

Başladılar  bir-birinə  hücum  eləməyə.  Qızğın  vuruşduqları  halda  Tahirin 

gözü Zöhrənin yaşlı gözlərinə düşdü. Gördü Zöhrə əl duaya qalxızıb deyir:  

-  Allah,  sən  əmim  oğlunun  cavanlığına  qıyıb,  bu  kafirin  əlində  aciz 

qoyma!  


Tahir bunu gördükdə qan gözünü bürüdü, atı Hatəm Soltanın üstə saldı. 

Bərk nərə çəkdi:  

- Al məlun, atamın intiqam günüdü!  

Hatəm Soltan Tahirin hücumunu gördükdə ölümünü yəqin edib, karıxdı. 

Qalxanı nizənin qabağına verə bilmədi. Tahir Mirzə nizəsini onun sinəsinə 

elə  vurdu  ki,  ucu  arxadan  bir  çərək  kənara  çıxdı.  Tahir  nizəyə  təkan  verib, 

əmisinin  bədənini atın  belindən  alıb, meydanın  ortasında  yerə  çaldı.  Yerdə 

qan nəqşə bağladı. “Afərin!” hər iki qoşundan ucaldı. Şadlıq nağarasını hər 

iki qoşun nəvazişə gətirdi. Paşa əmr elədi, şəhəri çırağban elədilər. Qırx gün, 

qırx  gecə  toy  eləyib,  Zöhrəni  Tahirə  verdilər.  Hər  iki  həsrət  aşiqləri  bir-

birinə  qovuşdurdular.  Paşa  Tahiri  orada  padşah  eləyib,  özü  ona  qırx  gün 

qonaq qalandan sonra Tahir ilə vidalaşıb öz vilayətinə qayıtdı. Tahir təzədən 

özünə  toy  elədi.  Onun  toyuna  çoxlu  aşıq  yığışmışdı.  Aşıq  о  aşiq-məşuqun 

əllərini  bir-birinə  verdi, mübarəkbadlıq elədi.  Sonra  ustad  aşıq  sazı  döşünə 

basıb, bu duvaqqapma ilə onun toyunu başa verdi: 

 

Həzərat, bircə baxın, 



Canlar alandı bu gələn, 

Gözləri cəlladə dönüb, 

İsmi Qaytandı bu gələn. 

Özü bir səxa kanı, 

Adildivandı bu gələn. 

Özü gül, saçı sünbül, 

Yaqut-yəməndi bu gələn. 

Yaquta bənzər yanaq, 

Mərmərə bənzər buxaq, 

Bir aya bənzər qabaq, 

Kovsərə bənzər dodaq, 

Ağ gülə bənzər ayaq, 

Qoy bassın gözüm üstə, 

Qucmalı candı bu gələn. 

Bağlayıb gümüş kəmər, 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

93 



Üstü tamam danənişan. 

Geyinib qəddi dala, 

Tər libası tər yaraşan. 

Ağ əndamı başdan-başa,  

Ətirli gül, müşk-fəşan. 

Al yanaq, ayna qabaq, 

Siyah zülfü ənbərəfşan.  

Həm didarı şirindi, 

Göftarı şirindi, 

Bağça-barı şirindi, 

Qoşa narı şirindi, 

Bir belə bəşər olmaz, 

Huri, qılmandı bu gələn.  

Axşam, sabah mən dolanım  

Belə gözəlin başına!  

Vəsməni çəkib gözünə,  

Sürməni yaxıb qaşına.  

Keçirib qızıl tananı  

Nazik əliynən guşuna.  

Canını qurban edəsən  

Bir belə cənnət quşuna.  

Götürüb setarəni, 

Basıb mərməri döşünə.  

Döşündə məməsi var,  

Qızıldan düyməsi var. 

Nə şirin həvəsi var, 

Kəklik kimi səsi var. 

Bir ağır ölkəsi var, 

Ölkəsinə qurban olum,  

Misrə sultandı bu gələn. 

 

Gecə-gündüz əməsən  



Ləblərindən misli-gülab,  

Eşqinə düşənlərin  

Canında qalmayıb tab. 

Nə yatım, nə dincəlim,  

Gözlərimdə olmayır xab,  

Bir miskin gədəsi ola,  

Mənim kimi xanəxərab.  

Zəhər versən içərəm, 

Nə ki, əllərinlə şərab. 

Nazik əlinə qurban, 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

94 



Qara telinə qurban, 

İncə belinə qurban, 

Danış, dilinə qurban,  

Gələn yoluna qurban. 

Bu gəlişdə insan olmaz,  

Nuşirəvandı bu gələn. 

 

Biçarə Aşıq Hüseyn, 



Bax, yar nə nazınan gəlir.  

Geyinib qəddi-dala,  

Küləcə xəzinən gəlir.  

Yığıbdı gözəlləri, 

Qırx incə qızınan gəlir.  

Götürüb setarəni, 

Söhbəti sazınan gəlir.  

Deyəsən şeyda bülbüldü,  

Baharı yazınan gəlir.  

İçməmişəm, ayılam, 

Ağıl gedib, zayılam;  

Camalına mayılam, 

Hər nə desən qayılam,  

Qapınızda sayılam. 

Mənə inayət eləsin, 

Dərdə dərmandı bu gələn.  

 

 

 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

95 



 

 

 



MÜNDƏRİCAT 

 

M.Qasımlı. “AĢıq” və Haqq aĢığı” sənətkar ad-titulu kimi .... 3 



S.Qəniyev. El çıxarmaz səni yaddan ............................................ 12 

N.Əskər. Uluların ayaq tozu, ədnaların başı mənəm .................... 34 

S.Miskini. Şeirlər .......................................................................... 39 

A.Qəzənfərqızı. Aşıq Camal və onun yaradıcılığı ....................... 42 

S.Fərəcov. “Nəfs tox olarsa, ürək dar olmaz” .............................. 50 

Ə.H.Əlyar. Şeirlər ........................................................................ 53 

“Tahir və Zöhrə” dastanı ........................................................... 56 

  


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

96 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Йыьылмаьа верилмиш 04.08.2014 

апа имзаланмыш 04.09.2014 

Шярти чап вяряги 6. 

Сифариш № 382. 

Каьыз форматы 70х100 1/16. Тираj 1000     

 

 

 

Jurnal  «Нурлан» няшриййат-полиграфийа мцяссисясиндя  

щазыр диапозитивлярдян чап олунмушдур.  

  

 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə