Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   22   23   24   25   26   27   28   29   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

82 



Biz də yetək gül fəslində murada

Canım alır qoşa xallar, əmqızı! 

 

Mən Tahirəm, sirrim sana əyandı, 



Sevgi sevgisindən doymaq yamandı. 

Ürək sözüm sən Zöhrəyə bəyandı, 

Dərman mana düşdü narlar, əmqızı! 

 

Zöhrə saçlarından üç tel ayırıb, sinəsinə basdı, aldı cavabında görək nə dedi: 



 

Əmim oğlu, о nə sözdü deyirsən? 

Canımı canına heyran eylərəm. 

Hər dəqiqə sən ki, mənim yarımsan, 

Gecə-gündüz səni mehman eylərəm. 

 

Bağça sənin, bağban sənin, bar sənin, 



Bağda olan alma, heyva, nar sənin, 

Peşkəşindi qoşa xallar, yar, sənin, 

Bir söz var ki, onu pünhan eylərəm. 

 

Zöhrənin də budu sana son sözü, 



Qurban sana dil-dodağı, qaş-gözü

Mən də sənin kimi aşiqəm, düzü, 

Dərya kimi mən də ümman eylərəm. 

 

Zöhrə xanım sözü tamam eyləyib, Mələksumaya dedi:  



- О xörəyi gətir bura, indi üçümüz bir yerdə yeyək.  

Mələksuma xörəyi gətirib qoydu qabağa, dedi:  

- Xanım, gördünmü mənim niyyətimi?!  

Hər üçü başladılar xörəyi yeməyə. Xörəkdən sonra Mələksumanı qapıda 

qarovulçu qoydu, özü Tahir ilə qol-boyun olub yatdı. Bir qədər oturduqdan 

sonra Mələksumanın yuxusu gəldi, dirsəyinə dayanıb, ordaca yatdı. Bu biri 

tərəfdən  dayə  xidmət  üçün  içəri  girib  gördü  ki,  paho,  Tahir  ilə  Zöhrə  qol-

boyun olub yatıblar. İstədi qayıtsın, Zöhrə oyanıb dayəni geri çağırdı, dedi:  

-  Dayə  nənə,  sirr  kimin  olar,  saxlayanın.  Al  bu  bir  ovuc  əşrəfini,  bu 

sirrimi heç yerdə açma.  

Dayə əşrəfləri alıb dedi:  

- Çox yaxşı. Ancaq pilləkəndən yenə-yenə öz-özünə mırtdanıb dedi:  

-  Heç  yerdə  açmayacağam.  Bir  toyda  deyəcəyəm,  bir  bayramda. 

Gözümüz aydın, indiyə qədər birinə qulluq eləyə bilmirdik, indi iki oldu.  

Dayə üz qoyub Hatəm Soltana tərəf getdi. Zöhrə xanım dayənin qımırını 

başa düşüb, başladı Tahir Mirzəni oyatmağa.  




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

83 



Aldı Zöhrə: 

 

Beiman getdi xəbərə, 



Nə yatıbsan, Tahir Mirzə?! 

Çəkəcəklər səni dara, 

Nə yatıbsan, Tahir Mirzə?! 

 

Danışırıq biz qeybdən



Xəbərin yoxdu eyibdən. 

Qorxuram mən səyrəğibdən, 

Nə yatıbsan, Tahir Mirzə?! 

 

Xəyal toxumun əkərsən, 



Bica əzablar çəkərsən, 

Ağlarsan, qan-yaş tökərsən

Nə yatıbsan, Tahir Mirzə?! 

 

Mən Zöhrəyəm, qələm qaşlı, 



Ala gözlü, siyah saçlı. 

Qoyma məni gözü yaşlı! 

Nə yatıbsan, Tahir Mirzə?! 

 

Tahir  oyanıb  gördü  Zöhrə  xanım  ağlayır.  Boynunu  qucaqlayıb,  ala 



gözlərindən bir busə alıb dedi:  

- Nə üçün ağlayırsan?  

Zöhrə xanım əhvalatı ona söylədi. Tahir dedi:  

- Qorxma, səni məndən ayıra bilməzlər. Bizi bir-birimizə qismət eyləyən 

var.  

İndi  eşit  Hatəm  Soltandan.  Hatəm  Soltan  əhvalatı  eşidib,  bərk 



qəzəbləndi, Tahiri hüzuruna apartdı. О saat cəllada əmr edib dedi:  

- Gözümün qabağında bunun boynunu vur, ürəyim sakit olsun.  

Cəllad  Tahiri  yaxalayanda  camaat  Hatəm  Soltanın  əl-ayağına  tökülüb 

dedi:  


- Bu nahaq qanı bizim ölkəyə tökmə!  

Hatəm  Soltan  camaatm  töhmətindən,  narazılığından  qorxub,  əmr  elədi 

ki,  onu  bir  böyük  sandığa  qoyub  dəryaya  atsınlar.  Bəli,  bir  böyük  sandıq 

qayırdılar.  Tahiri  sandığın  yanına  gətirdilər.  Tahir  baxıb  gördü  Zöhrə 

kənarda durub, gözünün yaşını abi-leysan kimi tökür. Tahir sevgilisinin ahü-

zarını görüb, sazı sinəsinə basdı, görək nə dedi: 

 

Başına döndüyüm alagöz xanım, 



Qoy aparsın görüm, sel mənə neylər?! 


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

84 



Sana qurban olsun bu şirin canım, 

Qoy aparsın görüm, sel mənə neylər?! 

 

Əmib-əmib ləblərindən qandığım, 



Pərvanətək şam oduna yandığım, 

Müşənbələ, at dəryaya sandığım, 

Qoy aparsın görüm, sel mənə neylər?! 

 

Tahir deyir; nə edirsən əndişi, 



Əlbət belə imiş qəzanın işi, 

Yusifi quyudan çıxardan kişi  

Saxlasa sandığı, sel mənə neylər?! 

 

Tahir  Mirzə  sözünü  qurtaran  kimi  onu  sandığa  saldılar,  sandığın  ağzını 



bərk-bərk müşənbələyib, dəryaya atdılar.  

Dərya sandığı apardı, hərləyib, Zöhrə xanımın otağının qabağına vurdu. 

Zöhrə xanım bunu görüb, aldı, görək dəryaya necə yalvardı: 

 

Qanlı dərya, nə axarsan selavda, 



Axıb-axıb nə məkana gedərsən? 

Qoymagilən sandıq qala girdabda

Götür apar, hər bir yana gedərsən! 

 

Ağlaram, gözümdən tökərəm qanı, 



Fəryadıma yetiş, xanların xanı! 

Göz yaşım kaş qurudaydı dəryanı, 

Götür apar, Həştərxana gedərsən! 

 

Mən Zöhrəyəm, Tahir Mirzə qəmində, 



Heç olmadım söhbətində, dəmində, 

Nə çalxalanırsan Gilanzəmində? 

Bağışlarsan Süleymana, gedərsən. 

 

Elə  ki,  Zöhrə  xanım  sözünü  bitirdi,  dərya  sandığı  götürüb  başladı 



aparmağa.  Tainki  sandıq  gözdən  qeyb  oldu,  Zöhrə  xanımın  ürəyi  qana 

döndü, göz yaşını tökə-tökə görək nə dedi: 

 

Nə axarsan, qanlı dərya?! 



Getdi mənim yarım səndə. 

Əlim çatmaz, ünüm yetməz

Bir ahilən zarım səndə. 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə