Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   22   23   24   25   26   27   28   29   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

78 



Yağ,  düyü  hazır  oldu.  Zöhrə  xanım  biləklərini  çirmədi,  özü  aşı  bişirib 

siniyə çəkdi. Mələksumanı çağırıb dedi:  

- Sən Allah, sən də otur, mənimlə çörək ye.  

Mələksuma dedi:  

- Təsəddüqün olum, mənim nə həddim var ki, səninlə çörək yeyəm?  

Zöhrə dedi:  

- Mən sana deyirəm otur, otur...  

Mələksuma oturub, əlini xörəyə uzadanda dedi:  

- Xanım, Allahın altında indi Tahir Mirzə özü gəlib bura çıxa.  

Söz  Mələksumanın  ağzından  qurtarmamış,  Zöhrə  xanımın  halı  dəyişdi. 

Abi-leysan kimi göz yaşı axıda-axıda dedi:  

- Tay bu çörək mana haram oldu, yığışdır!  

Zöhrə  ağlaya-ağlaya  yerinə  girib  yatdı.  Mələksuma  da  dediyinə  çox 

peşman oldu, götürüb xörəyi yığışdırdı. Bu əsnada Tahir о biri otaqda arvad 

paltarını  çıxardıb,  öz  paltarını  geyindi,  içəri  daxil  oldu.  Mələksuma  Tahir 

Mirzəni görcək, özünü saldı onun üstünə, üzündən, gözündən öpəndən sonra 

and verib dedi:  

- Tahir Mirzə, qoy Zöhrə xanımı mən oyadım, tainki bir müjdə alım.  

Tahir dedi:  

- Oyat!  

Mələksuma  gəldi  Zöhrənin  yanına,  saçlarından  iki  tel  ayırıb  basdı 

sinəsinə, görək Zöhrə xanımı necə oyatmağa başladı:  

 

Xab içində yatan Zöhrə



Oyan, Zöhrə, yarın gəldi! 

Qəm-qüssəyə batan Zöhrə, 

Oyan, Zöhrə, yarın gəldi! 

 

Əlyetməz sazı yendirim, 



Sinəmin üstə mindirim. 

Qorxuram səni dindirim, 

Oyan, Zöhrə, yarın gəldi! 

 

Qaşa, gözə düşdü həmə, 



Mən dərdimi deyim kimə? 

Sana qurban Mələksuma, 

Oyan, Zöhrə, yarın gəldi!  

 

Tahir Mirzə səbr edə bilməyib dedi:  



- Sən Allah, qoy müjdəni mən verim, yarımı özüm oyadım.  

Sazı mindirdi sinə sandığına, görək nə dedi:  

 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

79 



Dan yerinə yenə düşdü nişana, 

Oyan, gözlərinə qurban olduğum! 

Uçdu şeyda bülbül, qondu gülşana, 

Oyan, gözlərinə qurban olduğum! 

 

Kəsdirmişəm nazbalışın yanını,  



Tuta idim kirpiklərin sanını, 

Nə tapıbsan bu yuxunun kanını? 

Oyan, gözlərinə qurban olduğum! 

 

Bağrım başı bar götürməz xəzəldən, 



Göz kəsmərəm sənin təki gözəldən. 

İkimiz də həmdərs idik əzəldən, 

Oyan, gözlərinə qurban olduğum! 

 

Nə vaxtdandı gözün yolda qalıbdı, 



Saralıbdı gül irəngin, solubdu, 

Oyan, Zöhrə, xan Tahirin gəlibdi, 

Oyan, gözlərinə qurban olduğum!  

 

   Tahir dedi: 



-  Ay  qız,  qolbağını,  üzündən  ənbərçəsini  aç,  bəlkə  oyana.  Mələksuma 

onun qolbağını və üzünün ənbərçəsini açdı, Zöhrə yenə oyanmadı.  

Aldı Tahir, görək nə dedi: 

 

Nə vaxtdan gəldik otağa, 



Yatıb, oyanmaz, oyanmaz! 

Canım yolunda sadağa, 

Yatıb, oyanmaz, oyanmaz! 

 

Yığın otağın xalısın, 



Neynirəm dünya malısın. 

Ağ qolundan qolbağısın  

Açıb, oyanmaz, oyanmaz! 

 

Tahirəm, neçə-neçəsin, 



Sevmədim türkmən beçəsin. 

Ağ üzündən ənbərçəsin  

Atıb, oyanmaz, oyanmaz! 

 

Zöhrə qurcalanıb dedi: 



- Ağız burdan saz səsi gəlir, deyəsən oxuyan var. О kimdi?  


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

80 



Mələksuma cavab verdi:  

-  Xanım,  əynindəki  paltar  mənim  muştuluğum,  gözlərini  aç  gör  kimi 

görürsən?  

Tahir  о  saat  sazını  divara  söykəyib,  özü  daldada  gizləndi.  Zöhrə 

gözlərini açanda, sazı gördü, aldı, görək nə dedi:  

 

Yarım gəlib bu otağa, 



Saz sahibi yar necoldu? 

Canım yolunda sadağa, 

Saz sahibi yar necoldu? 

 

Hər nə oldu mənə oldu, 



Saralıb bənizim soldu. 

Bağ pozuldu, bülbül öldü, 

Saz sahibi yar necoldu? 

 

Beqafildən çıxdı xəbər, 



Yaralarım qabar-qabar; 

Xan Zöhrəyə doğru xəbər, 

Saz sahibi yar necoldu? 

 

Mələksuma danışmaq istəyəndə Zöhrə dedi:  



- Ay qız, Mələksuma, qoy birini də deyim, sonra.  

Aldı Zöhrə: 

 

Yatmışdım, guşuma gəldi bir səda, 



Ala gözlərinə qurban olduğum! 

Bir dərdə düşmüşəm, olunmaz çara, 

Ala gözlərinə qurban olduğum! 

 

Kimdi mənim kimi qara bağlayan, 



Sinəm üstün çalın-çarpaz dağlayan, 

Gecə-gündüz Tahir deyə ağlayan, 

Ala gözlərinə qurban olduğum! 

 

Bayram ayı demək olmaz hər aya. 



Yazıq məzlum kimə getsin haraya? 

Deyən, ay qız, Tahir gəlib buraya

Ala gözlərinə qurban olduğum! 

 

Tahir  gizlindən  çıxdı.  Bir-birinin  boynuna  sarıldılar.  Tahir  onu  bağrına 



basıb, ipək saçlarını tumarlaya-tumarlaya dedi:  


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

81 



 

Mən səni ədalət bildim, 

Yar, qapına dada gəldim. 

Yolunda çox cəfa çəkdim, 

Ömrü verdim bada, gəldim. 

 

Aşiqlərdə budu adət, 



Cavan ömrüm oldu qarət. 

Xaki-payını ziyarət  

Elədim, murada gəldim. 

 

Mən Tahirəm, yana-yana,  



Naləm çıxdı asimana. 

Necə qoç-quzu qurbana, 

Mən sənə qurbana gəldim. 

 

Zöhrə  on  iki  hörükdən  bir  tel  ayırıb  sinəsinə  basdı,  görək  onun 



cavabında nə dedi: 

Xoş gəlibsən, gözüm üstə, 

Sana peşkəş elim, oğlan! 

Gəl üzün qoy üzüm üstə, 

Əm dodağım, dilim, oğlan! 

 

Nə baxırsan yana-yana, 



Əm ləbimdən qana-qana

Çəkilək başqa bir yana, 

Sarmaşaq, quc belim, oğlan! 

 

Zöhrənin baxtı açıldı, 



Boyuna xələt biçildi. 

Bağlı dükanım açıldı, 

Gəl, ol dükandarım, oğlan! 

 

Aldı Tahir, görək nə dedi: 



 

Bahar gələr, yaz açılar, bülbüllər  

Cəh-cəh vurub oxuyarlar, əmqızı! 

Gəl ikimiz bülbül olaq, gül olaq

Biz də edək о xəyallar, əmqızı! 

 

Sən bir gül ol, mən də bülbüli-şeyda, 



İlqar qoyaq hər ikimiz arada; 


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə