Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

62 



Canım ana, gözüm ana

Ana, mən qanlar ağlaram! 

Südün əmdim qana-qana, 

Ana, mən qanlar ağlaram! 

 

Onunla keçirdi dəmim, 



Artırdı dərd ilə qəmim

Gedibdi Zöhrə həmdəmim, 

Ana, mən qanlar ağlaram! 

 

Tahir ağlar yana-yana



Yana-yana yetdim cana; 

Ahım çıxıb asimana, 

Ana mən qanlar ağlaram!  

 

Bu  vaxt  Əhməd  vəzir  gəlib  çıxdı.  Oğlunun  ağlamağının  səbəbini  bilib 



dedi:  

-  Oğul,  nə  fikir  eyləyirsən?  Qız  elə  sənindi.  Sabah  gedərəm,  başına  bir 

yaylıq örtərəm, barmağına da bir üzük salaram, qurtarar gedər.  

Tahir sakitləşib, sabahın intizarını çəkməyə başladı. Elə ki, sabah açıldı, 

Əhməd  vəzir  yerindən  qalxıb,  üz  qoydu  qardaşının  yanına  getməyə.  Gəlib 

gördü qardaşı hələ yerindən durmayıb. Onun yanında əyləşdi.  

Hatəm Soltan soruşdu:   

- Qardaş, belə tezdən gəlməkdə məqsədin nədi?  

Əhməd vəzir cavab verdi:  

-  Qardaş,  özünə  məlumdu  ki,  bizim  uşaqlarımız  barədə  üç  şərtimiz  var 

idi. Şərtə də vəfa etmək vəzifəmizdi. İndi oğlan da, qız da yetişiblər. Qızını 

ver oğluma, əhdimiz yerin alsın.  

Bu sözü eşitcək Hatəm Soltan qəzəblənib dedi:  

-  Qardaş,  elə  xam  xəyallara  düşmə!  Yeddi  it  küçüyüm  olsa,  birini  də 

Tahir Mirzəyə vermərəm.  

Elə ki, Əhməd vəzir bunu eşitdi, heç bir söz danışmayıb, bikef otaqdan 

çıxdı. Fikir eləyə-eləyə evinə gəldi. Tahir atasının bikefliyini görüb, özünü 

saldı  mənzilinə,  hönkür-hönkür  ağlamağa  başladı.  Bunu  ağlamaqda  qoyaq, 

bir neçə kəlmə Hatəm Soltandan danışaq.  

Hatəm Soltan Əhməd vəzir gedəndən sonra fikir elədi ki, Əhməd vəzirin 

hörməti  xalq  arasında  məndən  çoxdu.  Tədbir  ilə  görülən  iş  güc  ilə  görülə 

bilməz.  Mən  onu incitdim,  gedib  xalqı  başına toplar,  qızımı  da,  səltənətimi 

də  əlimdən  alar.  Ona  görə,  gərək  hiylə  ilə  Əhməd  vəziri  də,  Tahiri  də 

öldürəm,  ondan  sonra  rahatca  hökmdarlığımı  eləyəm.  О  saat  qapıçını 

çağırıb, əmr elədi:  

- Get, qardaşım Əhməd vəziri bura çağır!  




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

63 



Qapıçı gedəndən sonra cəllad Qasımı çağırıb dedi:  

-  Qapının  dalında  durarsan.  Əhməd  vəzir  içəri  girəndə  boynunu  elə 

vurarsan ki, bir qətrə qanı da yerə düşməz.  

Cəllad Qasım qılıncı alıb, qapının dalında durdu. Amma çox keçmədi ki, 

cəllad  Qasımın  ürəyinə  dağdağa  düşdü.  Özü-özünə  fikir  elədi  ki:  “Qasım, 

sən  dəlisən,  nəsən?  Bəlkə  padşahın  bu  gün  acığı  tutub,  sabah  da  acığı 

soyuyacaq.  Onda  deyər  ki,  mənim  acığım  tutmuşdu  dedim,  sən  niyə 

qardaşımı  öldürdün?  Onda  şaha  nə  cavab  verərəm?  Yaxşısı  budu,  mən 

Əhməd  vəziri  öldürməyim,  qoy  özü  öldürsün”.  Bu  vaxt  Əhməd  vəzir  özü 

gəldi,  sağ-salamat  keçdi  Hatəm  Soltanın  otağına.  Hatəm  Soltan  qardaşını 

sağ-salamat  görəndə  az  qaldı  od  tutub  yansın.  Paltarı  geymək  bəhanəsi  ilə 

göydən xəncəri aldı, özün Əhməd vəzirə yetirib onu fürsətdən salmaq üçün 

dedi:  

- Qardaş, qız alanın ya gərək bir çuval zəri ola, ya da zoru. Mən bir söz 



deməklə  sən  nə  üçün  küsdün?  Get  şərbət  ehtiyatı  gör,  qızımı  verəcəyəm 

sənin oğluna.  

Belə  deyib,  lap  yaxına  getdi,  Əhməd  vəzirin  ürəyinin  başından  qılıncı 

elə  sancdı  ki,  qılınc  iki  barmaq  kürəyinin  ortasından  çıxdı.  Əhməd  vəzir  о 

saat canını tapşırdı, Hatəm Soltan cəllad Qasımı çağırıb dedi:  

-  Apar,  bunun  leşini  at  dənizə!  Sonra  da  Tahir  ilə  anasını  öldür,  başını 

mənim yanıma gətir.  

Cəllad  Qasım  Əhməd  vəzirin  leşini  aparıb  dənizə  atdı,  özünü  yetirdi 

Tahir Mirzənin qulluğuna. Əl atıb onun yaxasından yapışdı, istədi boynunu 

vursun. Tahir dedi:  

-  Ey  cəllad,  cəlladda  da  bir  rəhm  olar.  Atamın  çörəyin  unudursan,  barı 

mənim cavan, nakamlığıma qıyma. Aldı görək nə dedi: 

 

Aman cəllad, gəl rəhm elə



Dərd məni alacaq oldu. 

Malım, mülküm, külli varım  

Kimlərə qalacaq oldu?! 

 

Qardaşım yox deyə sözüm



Anam yoxdu çəkə nazım, 

Bu üstü sədəfli sazım  

Bə kimlər çalacaq oldu?! 

 

Mən Tahirəm, budu sözüm



Belə dərdə necə dözüm? 

Zöhrə xanım iki gözüm, 

Bə kimlər alacaq oldu?! 

 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

64 



Cəllad  Qasımın  Tahir  Mirzəyə  rəhmi  gəlib,  onu  öldürmədi,  buraxdı. 

Gəlib şaha dedi:  

- Tahir Mirzə eşidib ki, atasını öldürmüsən, qaçıb gizlənib.  

Padşah car çəkdirdi ki:  

- Hər kəs Tahir Mirzənin başını mənə gətirsə, onu dünya malından qəni 

eləyəcəyəm.  

Bunlar Tahiri axtarmaqda olsun, görək Tahir başına nə çarə qıldı.  

Tahir  qaçıb  atasının  xanə  bağçasında  gizləndi.  Bir  neçə  gündən  sonra 

gördü ki, acından ölür. Durub bağçanın kənarına gəldi ki, görsün bir qədər 

çörək  ələ  gətirə  bilərmi?  Nə  qədər  baxdısa,  ağlı  kəsən  bir  adama  urcah 

olmadı.  Bir  də  gördü  bir  neçə  adam  yolla  gedir.  Adamlar  Tahir  Mirzəni 

tanıdılar. Bir qocanın ona rəhmi gəlib dedi:  

-  Oğlum,  Tahir,  sən  gəl  Zöhrədən  əl  çək,  bir  başqasını  al.  Əgər  əl 

çəkməsən, padşah səni öldürdəcək. Tahir aldı, görək ona nə cavab verdi:  

 

Əlləri hənalı bayram günündə, 



Dostum bir nayranlıq verdi, hazarat! 

Yardan ayrılmağı nəsihət etdi, 

Bizə nə bayramlıq verdi hazarat?! 

 

Məni şəddə kimi belə dolasan, 



Ayrılmaram tikə-tikə doğrasan, 

Yarıma qurbanam, əgər sorasan, 

Ağ günü toranlıq verdi hazarat! 

 

Dedim: Zöhrə, bax nə qara qaşın var... 



Dedi: Tahir, bax nə müşkül işin var... 

Dedim: mən xəstəyə nə yemişin var? 

Bir cüt nar dərmanlıq verdi hazarat!

  

 



Gördülər Tahir haqq aşığıdı, dedilər:  

- Allah səni sevgilinə çatdırsın!  

Bunlar  Tahirdən  ayrılıb  getdilər.  Az  keçdi,  çox  keçdi,  bir  də  baxdı  ki, 

budu,  atasının  xərkanı  bir  neçə  ulax  yük  aparır.  Sevinib  xərkanı  səslədi. 

Xərkan ona yavuq gəldi. Tahir Mirzə atasının duz-çörəyinə and verib dedi:   

- Məni gördüyünü bir yerdə demə. Bir də mənə bir qədər çörək tap.  

Bunu  deyib  xərkana  bir  ovuc  da  əşrəfi  verdi.  Xərkan  şad  olub,  çörək 

dağarcığını Tahirə verdi. Xərkan çox cuğul adam idi. Tahirdən ayrılan kimi 

düz padşahın qulluğuna gəlib dedi:  

- Qibleyi-aləm, nə verərsən Tahirin yerini sənə deyim?  

Padşahın  əmri  ilə  xərkanın  dağarcığını  qırmızı  qızıl  ilə  doldurdular. 

Xərkan  çox  şad  olub  macəranı  şaha  bəyan  elədi.  Şah  о  saat  cəllad  Qasıma 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə