Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   2   3   4   5   6   7   8   9   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 



 

Ələsgər haqq sözün isbatın verə,  

Mələklər əməlin yaza dəftərə.  

Hər yanı istəsə, baxanda görə,  

Təriqətdə bu sevdalı gərəkdi

5

.  



 

–  deməsi  də  bu  baxımdan  olduqca  qiymətlidir.  Çünki  “Нər  yanı  istəsə, 

baxanda  görə”  bilmək  qabilliyyəti  yuxarıda  qeyd  olunan  qam-şaman-

ozan kompleksinin özülü ilə genetik əlaqədədir.   

Dini-təsəvvüf örtüyü və xalq  yaradıcılığına məxsus təxəyyülü nəzər-

də  saxlamaqda  “Haqq  aşığı”  titulu  barədə  əsasən  о  qənaəti  qəbul  etmək 

lazımdır ki, orta əsrlər təsəvvüf dünyagörüşünə dərindən yiyələnən, sufi-

dərviş ideoloji sisteminin daşınmasında xüsusi qabiliyyət  (kəramət!) nü-

mayiş  etdirən,  bədahətən  çalıb-çağırmaq  istedadına  malik  olan  saz-söz 

sənətkarları bu ad-titulla tanınmışlar. Haqq aşıqlarının poetik-fəlsəfi irsi-

ni  dərindən mənimsəyən və aşıqlıq  missiyasının  daşınması  ilə ənənə sə-

viyyəsində  məşğul  olan  sıravi  ifaçı-sənətkarlar  isə  sadəcə  “aşıq”  deyə 

çağırılmışlar.  “Haqq  aşığı”  və  “aşıq”  ad-titullarını  şərtləndirən  ölçü-

mizanlar “mürşid” – yolgöstərən və “mürid” – yolu, izi tutub gedən anla-

mında  orta  əsrlərdən  sonra  yavaş-yavaş  səngiməyə  başlamış  və  on 

səkkiz-on doqquzuncu yüzilliklərdən etibarən aşıqlıq yuxarıdakı konteks-

tual məzmununu tədricən itirdiyindən “Haqq aşığı” statusuna о qədər də 

ehtiyac duyulmamışdır. Bu da əsasən onunla bağlıdır ki, həmin dövrdən 

sonra  ictimai-siyasi  iqlimin  dəyişməsi  nəticəsində  sufilik  öz  nüfuz 

dairəsinin əvvəlki səviyyəsindən aşağı enməyə başlamışdır.  

İstər  “haqq  aşıqları”,  istərsə  də  sadəcə  “aşıqlar”  ortaya  çıxdıqları 

tarixi-siyasi şəraitin ab-havasını uzun zaman öz saz və sözləriylə qoruyub 

saxlayaraq,  təriqət  yoluna  sədaqət  və  məhəbbətlə  xidmət  göstərmişlər. 

Aşıqlığın  təşəkkül  və  inkişafına  imkan  yaratmış  tarixi-siyasi  şərait  isə 

aşığı /xüsusən də “haqq aşığı”nı/ ilahi aləmlə, müqəddəs ruhlarla əlaqəsi 

olan müqəddəs bir varlıq səviyyəsinə qaldırmışdır.  

Aşığın  ilahi  aləmlə,  haqq  dünyası  ilə  əlaqəsinə,  müqəddəs  ruhlarla 

bağlılığına  inamın  əlamətidir  ki,  o,  fəaliyyət  göstərdiyi  bütün  zamanlar 

boyu toxunulmaz sayılmışdır. El arasında “Aşıq haqq aşığıdır, ona zaval 

yoxdur”  –  kimi  məsəlvari  deyimlərin  yayılması  da  heç  şübhəsiz  ki,  bu 

səbəbdəndir. İstər folklor yaddaşında, istərsə də yazılı tarixi qaynaqlarda 

aşığa  əl  qaldırıldığına, onun alçaldılaraq öldürüldüyünə dair konkret  bir 

fakt  müşahidə olunmur.  Bu, ilk baxışdan el  sənətkarına hörmət  və ehti-

ram mənasında da anlaşıla bilər. Düzdür, etnik gerçəklikdən gələn həmin 

                                                 

5

 Aşıq Ələsgər. /tərtib edəni İ.Əhsgərov/, Bakı, “Yazıçı”,1988,s.43 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 



amil  burada  müəyyən  əhəmiyyətə,  və  estetik  mövqeyə  malikdir,  amma 

məsələyə  bir  tam  halında,  geniş  şəbəkəli  sistem  kimi  yanaşdıqda,  aşığa 

toxunmanın  yasaq səviyyəsinə  qaldırılaraq etnik  və  etik  norma  kimi  qə-

bul edilməsi, əlbəttə ki, birinci növbədə onun ilahi aləmlə, ruhlar dünyası 

ilə bağlılığına inamdan irəli gəlir. Bir qədər öncə qeyd olunduğu kimi, el 

inamına  görə  həqiqi  aşığa-haqq  aşığına  tanrı  vergisi  verilir.  “Tanrı  ver-

gisi”, “Allah vergisi”, “Haqq vergisi” və  ya sadəcə olaraq “vergi” adla-

nan  həmin  mifoloji  (həm  də  sufi!)  təsəvvürün  arxasında  isə  aşığın  ilahi 

aləm və ruhlar dünyası ilə qeyri-adi əlaqəyə malikliyi barədə mifoloji-ür-

fani  semantika,  daha  dəqiq  ifadə  eləsək,  bir  növ  kontominasiya  halında 

olan inanış toplusu (inanış içində inanış) dayanır. Bəs mifoloji-ürfani ni-

yə? Məsələnin mifoloji aspektinə nəzər  yetirməzdən öncə onun nisbətən 

üzdə  olan  ürfani  tərəfini  aydılaşdırmağa  çalışaq.  Bilindiyi  kimi,  geniş 

mənada aşıqlığın təşəkkül tapmasında, о sıradan da ozanın sənət meyda-

nında aşıqla əvəzlənməsində başlıca hərəkətverici qüvvə və tranformasi-

ya amili şamançılıq sistemi ilə qovuşuğa girmiş sufilikdir. Təsəvvüf dün-

yagörüşünün əsas ideya daşıyıcıları olan aşıqları erkən orta yüzilliklərdə 

hər hansı qaragüruhçu hücumdan qorumaq üçün xalqda onlar barədə mü-

əyyən  müqəddəslik  təsəvvürü  yaratmaq  lazım  gəlirdi.  Bu  məqsədlə  də 

aĢıqlara ilahi tərəfindən vergi verilməsi, Həzrət Əlinin əli ilə badə içi-

rilməsi, onlara qırxlar, ərənlər, nurani pir-dərviĢlər məclisindən pay 

çatması  kimi  müqəddəslik,  kəramət  sahibliyi,  qeyri-adilik  təlqin 

edən fikirlər təriqət xətti ilə xalq arasına yayılırdı. Həmin təbliğat əsa-

sən  ilahi  eşq-məhəbbət  dastanları,  müxtəlif  dərviş  rəvayətləri, 

mənqəbəvi-fantastik hekayətlər vasitəsilə aparılırdı  və  aşıqların toxunul-

mazlığını,  təhlükəsizliyini  təmin  etmək  üçün  bir  növ  mənəvi-ruhani  zə-

min yaradılırdı. Uzunmüddətli və ardıcıl təbliğat  əsasında xalq təsəvvü-

rünə  yeridilmiş  himayəçi-qoruyucu  məzmun  haqq  aşıqlarına  həsr  olun-

muş  bütün  dastanların  /“Qurbani”,  “Abbas-Gülgəz”,  “Aşıq  Qərib”, 

“Yetim  Aydın”  və  s./  süjet  xəttində  bu  və  ya  digər  dərəcədə  öz  əksini 

tapmışdır.  “Abbas-Gülgəz”  dastanının  güney  Azərbaycanda  yayılmış 

Tufarqan variantında göstərilir ki, aşığın toxunaqlı, kinayəli sözlərindən 

bərk qəzəblənən Şah Abbas cəllad çağırıb onun boynunu vurdurmaq istə-

yəndə  vəzir  Allahverdi  xan  xalq  arasındakı  məlum  qoruyucu-yasağı  xa-

tırladaraq bildirir: “Qibleyi-aləm, sən gəl bu işdən əl  götür, aĢıq  öldür-

məyin  düĢər-düĢməzi  olar

6

.  Hadisələrin  sonrakı  düyünlü  gedişatı  za-



manı  aşığı  dediyindən  döndərmək  mümkün  olmadıqda,  tələ  qurub  onu 

dərin quyuya salırlar. Belə olan təqdirdə, yəni qurtulmaq üçün heç bir yol 

                                                 

6

 Arazam Kürə bəndəm. /tərtib edəni B.Abdulla/, Bakı, “Yazıçı ””,1986, s.142 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə