Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə4/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   2   3   4   5   6   7   8   9   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 



İlahi səciyyəli varlıqlara xətər yetirmək isə mifik təfəkkür qanunları-

na görə, olduqca təhlükəli sayılırdı. Нər hansı bir xətər müqəddəs ruhları 

qəzəbləndirə bilərdi və bu da son dərəcə ağır fəsadlarla, fəlakətli sonluq-

larla nəticələnərdi

14

.  


Qam-şaman  kompleksinə  daxil  olan  ozanın  toxunulmazlığı  ilə  bağlı 

əski  mifik  təsəvvürün  əlamətləri  “Kitabi-Dədə  Qorqud”  boylarında  da 

qabarıq cizgilərlə nəzərə çarpır. Dastanın giriş hissəsində ozanın səyyar-

gəzərgi bir sənətkar olduğunu göstərən “Qolca qopuz götürüb eldən-elə, 

bəydən-bəyə ozan gəzər” – cümləsi onun heç bir maneəyə rastlaşmadan, 

sərbəst  şəkildə  gəzib  dolaşa  bilməsini  də  diqqət  önünə  çəkir  ki,  bu  da 

ozanın  toxunulmazlıq  statusuna  malik  olmasını  dolayısıyla  təsdiqləyir. 

Əks-təqdirdə dastanda tez-tez xatırlanan tayfalararası çəkişmə və ziddiy-

yətlərin çoxşaxəli girdabı ona da müəyyən xətərlər yetirə bilərdi. Amma 

dastanın  müxtəlif  boylarından  da  göründüyü  kimi,  ozan  bütün  ixtilaflar 

və  çəkişmələrdən  kənarda  dayanır.  Tərəflərdən  hər  hansı  biri  ozana 

dəyib-toxunmur, onu aralarındakı çəkişməyə qatmır. Ozan bir növ həmin 

hadisələrin fövqündə dayanır və buna görə də öz toxunulmazlıq statusuna 

arxalanaraq “eldən-elə, bəydən-bəyə” sərbəst şəkildə gedib gələ bilir.  

Ozanın  sərbəst  davranışı  və  Tanrı  himayəsində  olması  dastandakı 

Beyrəklə  bağlı  keşməkeşli  hadisələr  axarında  daha  qabarıq  görsənir. 

Əsirlikdən qurtardıqdan sonra ozan libasında qopuz götürüb öz nişanlısı-

nın  toyuna  gələn  Bamsı  Beyrəyin  dəliqanlı  hərəkətlərinə  Oğuz  bəyləri 

yalnız ona görə dözürlər ki, o, ozandır. Ozanın sözləri və istəkləri ilə cid-

di  şəkildə  hesablaşıldığı  həmin  məclisin  bütün  məqamlarında  yuxarıda 

sözügedən yasaq diqqət önündə durur. Onun qarğışından, yaman sözün-

dən  içi  Qazan  xan  qarışıq  bütün  oğuz  tayfası  çəkinir.  Hətta  bütün  ölçü-

biçisiz, əndəzəni aşan hərəkətlərinin müqabilində ozana dəyib toxunmağa 

уеnə də heç kəsin cəsarəti çatmır. Üstəlik də taleyi naməlum, bu səbəb-

dən  də  Oğuz  elini  nisgil  içində  boğan  Веуrəк  kimi  bir  igidin  nişanlısı 

başqa birisinə verilən məqamda ozanın qəfildən peyda olması və toy mə-

rasimini pozması hamı, о cümlədən də ulusun başçısı Qazan xan tərəfin-

dən nə isə qeyri-adi bir hadisənin əlaməti kimi qəbul olunur. Çünki əski 

mifik inanışa görə qam-şaman kompleksinə daxil olan ozanın elədikləri, 

onun  özünün  yox,  Tanrının  iradəsini  əks  etdirir

15

.  Oğuz  elinin  təsəvvü-



rünə görə, ozanın söylədikləri də haqdan gələn bir nidadır. Bu səbəbdən 

də onun elədikləri və söylədikləri ilə hesablaşmaq lazımdır. Ozan libasın-

dakı  qoltuğu  qopuzlu  Веуrəyə  dəliqanlı  sözləri  və  hərəkətləri  müqabi-

lində dəyilib-toxunulmaması da həmin mifik təfəkkür ənənəsinə bağlıdır. 

                                                 

14

 L.P.Potapov. Altayskiy şamanizm, s.122-123 



15

 E.S.Novik. Obryad i folğklor v Sibirskom şamanizme, s.29 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

10 



Elə buradaca orasını da qeyd etmək lazım gəlir ki, ozanın söylədiklərini 

haqdan  gələn  nida  statusunda  qəbul  edən  ibtidai  dünyagörüş  islama 

qədərki inanış sistemində “Ozan dilinə yasaq yoxdur” – qənaətini folklor 

qəlibi  kimi  formalaşdırmışdır.  Sonralar  təriqət  dünyagörüşü  bu  mifik 

biçimi  bir  qədər  dəyişdirərək  “Aşığın  dilinə  yasaq  yoxdur”  şəklində  öz 

mövqeyinə  uyğunlaşdırmışdır.  “Kitabi-Dədə  Qorqud”un  başqa  bir 

boyunda  –  “Uşun  Qoca  oğlu  Səkrək  boyunu  bəyan  edər”  qolunda  oğuz 

igidi  Səkrək  kafir  qalasında  əsirlikdə  olan  qardaşı  Əkrəyi  xilas  etməyə 

yollanır. Qala önündə kafir pəhləvanlarını bir-bir məğlub edir və yorulub 

yatır.  Oğuz  igidini  yenməyin  mümkün  olmadığını  gördükdə  kafirlərin 

sərkərdəsi  onun  üzərinə  qaladakı  əsir  pəhləvanı  –  Əkrəyi  göndərməyi 

qərarlaşdırır. Əkrək gəlib Oğuz igidini yatmış görür və onun qucağındakı 

qopuzu  götürüb  çalmağa  başlayır.  Səkrək  yuxudan  ayılıb  düşmən  pəh-

ləvanı /əslində bu, onun öz qardaşıdır, hələlik bir-birlərini tanımırlar/ başı 

üstündə  qopuz  çalan  gördükdə  onu  parçalamaq  istəyir.  Ancaq  pəhləvan 

əlində qopuz tutduğu üçün Səkrək ənənəvi oğuz yasağını xatırlayaraq əl 

saxlayıb deyir: “Əgər əlində qopuz olmasaydı, ağam başı üçün, səni iki 

раrə qılardım”

16

. Zənnimizcə, qopuza hörmət və  ehtiram əlaməti olaraq, 



əli  qopuzlu  düşmənə  də  əl  qaldırmamaq  milli-etnik  prinsipi  ozanın 

toxunulmazlığı  barədəki  mifoloji  təsəvvürlə  birbaşa  əlaqədardır.  Digər 

oğuznamələrdə, habelə qam-şamanla və ozanla bağlı mifoloji mətnlərdə 

də  bu  qəbildən  olan  detallara  tez-tez  təsadüf  olunması  onu  göstərir  ki, 

“Aşıq  haqq  aşığıdır,  ona  zaval  yoxdur”  –  qoruyucu-yasağının  tarixi-

genetik kökləri qədim insanın əski çağlara məxsus ilkin ibtidai təsəvvür-

lərinə söykənir. Daha doğrusu, qam-şaman və ozanla bağlı olan toxunul-

mazlıq  statusu  təbii  axarla  aşığa  da  şamil  edilir.  Sadəcə  olaraq,  ozanın 

əlaqələndiyi mifik tanrı dünyasını aşığın tapındığı təsəvvüf fəlsəfi-ürfani 

sistemi əvəz edir. Beləliklə də “aşığa zaval yoxdur” – qoruyucu yasağının 

ortaya  çıxmasında  mifoloji  /şaman/  və  ürfani  /təsəvvüf/  qaynaqların  bir 

qovuşuq halında rol oynadığı aydınlaşır.  

Canlı danışıqda “Aşıq gördüyünü çağırar” şəklində qəlibləşmiş folk-

lor  frazemi  də  tarixən  ürfani-mifoloji  səciyyə  daşıyan  rəmzi-məcazi 

qənaət  kimi  ortaya  çıxmış,  lakin  sonradan  təriqət  yükünü  itirərək  başqa 

istiqamətə  yönəlmişdir.  Əslində  “Aşıq  gördüyünü  çağırar”  frazeminin 

tərkibindəki  leksik  ünsürlər  sırf  məcazi-ürfani  mahiyyətdədir  və  aşığın 

ilahi  aləmlə,  tanrı  dünyası  ilə  əlaqəliliyi  barəsindəki  təriqət  təsəvvürünü 

əks etdirir. Təsəvvüf dünyagörüşünün qənaətincə, “Vücud” deyə simvol-

laşdırılmış Allahı görə bilmək /və ona yetişmək, qovuşmaq!/ yalnız sufı 

dərvişlərə, haqq aşiqlərinə nəsibdir. Öz sənət təşəkkülünün ideya əsasla-

                                                 

16

 KDQ, S.144 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə