Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   2   3   4   5   6   7   8   9   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 



qalmadıqda  haqq  aşığı  olan  Abbas  Tufarqanlı  Tanrıya  üz  tutub  imdad 

diləyir:   

 

Müşküldə qalmışam, çağırram səni,  

Yetiş bir dadıma, ay ağa, haray!

7  

 

Dastanın  sözügedən  məqamından  da  göründüyü  kimi,  ilahi  aləmlə 



əlaqəsi olan haqq aşığının – Abbas Tufarqanlının dar ayaqda istifadə et-

diyi ürfani çağırış kodu lazımi nəticəni verir: “Birdən quyunun ağzındakı 

daş kənar getdi və işıqlıq quyunu bürüdü”

8

. Haqq aşığı ilahi aləmi təmsil 



eləyən Həzrət Əli tərəfindən xilas edildiyini bilib deyir:  

 

Binamazlar düşüb haqqın gözündən,  



Haqq aşığın görən gəldi, ha gəldi.

9

  

 

Bu nümunənin  maraqlı cəhəti həm  də ondadır ki,  aşığın  ilahi  qüvvə 



tərəfindən  xilas  olunması,  xalq  təsəvvürüncə,  normal  haldır  və  qətiyyən 

təsadüf sayıla bilməz. Aşığın dilindən deyilən “haqq aĢığın görən gəldi, 



ha gəldi” misrası açıq-aydın göstərir ki, haqq aşığı, el inamına görə, ilahi 

qüvvə tərəfindən izlənilir, himayə olunur və toxunulmazlığı təmin edilir. 

Elə buna görə də ona qarşı yönəldilmiş hər hansı bir təhlükə ən çıxılmaz 

vəziyyətdə belə qeyri-adi tərzdə sovuşdurulur və əksər halda haqq aşığına 

qarşı həmin qəbuledilməz tədbiri-təhlükəni həyata keçirən qara qüvvələr 

əməllərinə  uyğun  cəzaya  çatırlar.  Təsadüfü  deyil  ki,  “Abbas-Gülgəz” 

dastanının son zamanlar yazıya alınmış mükəmməl variantlarından birin-

də Abbas  azadlığa çıxıb gedəndə onu quyuya atanların  yol qırağında  əfi 

ilan tərəfindən öldürüldüyünü görür

10

.   



“Aşığa  zaval  yoxdur”  –  qoruyucu-yasağının  mövcudluğu  və  onun 

qeyd-şərtsiz  qəbulu  “Qurbani”  dastanında  haqq  aşığı  Qurbaniylə  həmin 

statusun fərqinə varmayan Qara Vəzir münasibətlərində də qabarıq şəkil-

də özünü göstərir. Qara Vəzir (folklor təfəkkürü onun neqativ missiya da-

şıdığını adı – Qara Vəzir – vasitəsi ilə öncədən müəyyənləşdirmişdir.) ya-

sağı pozaraq haqq aşığını – Qurbanini öldürtmək qərarına gəlir. Cəlladlar 

Qara Vəzirin  əmri  ilə  haqq aşığını öldürmək üçün şəhərdən kənara apa-

randa o, yasağı pozmuş mənfi qütbün ünvanına belə bir qarğış göndərir:  

                                                 

7

 Orada, s.142 



8

 Orada, s. 137 

9

 Orada, s. 138 



10

 “Abbas-Gülgəz” dastanının 1993-cü ildə Şəmkirli ustad aşıq Murad Niyazlıdan 

yazıya alınmış həmin variantı bizdədir. 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 



 

Vəzir, sənə qarğayıram,  

Haqq diləyin yetirməsin.  

Göydən min bir bəla gəlsə,  

Birin səndən ötürməsin

11

.  

 

Burada haqq aşığının yasağın pozulmasının qarşısını almaq və lazımı 

ölçü götürmək məqsədi daşıyan qarğışı mifoloji-semantik səciyyəyə ma-

lik  mərasim  aktı  kimi  çıxış  edir.  O,  bir  növ  özünün  xilasından  ötrü  və 

yasağın pozulmasının qeyri-məqbulluğunu sübut üçün haqq aşığı ilə mü-

qəddəs  ruhlar  arasındakı mifik  əlaqəni  qarğış  vasitəsilə  işə  salmaq məc-

buriyyəti  qarşısında  qalmalı  olur.  Folklor  təsəvvürünə  görə,  yasağın  po-

zulmasına cəhd göstərildiyi səbəbindən: “...Bu zaman göy guruldadı, bir 

ildırım  şığıyıb  Qara  Vəzirin  evinin  üstünə  düşdü.  Ev  gurhagurla  uçub 

yerə töküldü. Nərilti, gurultu hər yeri bürüdü. Cəlladlar Qurbanini qoyub 

qaçdılar”

12

. Göründüyü kimi, ilahi aləmlə əlaqəsi olan haqq aşığına zaval 



yetirmək cəhdi  dastanda mifik təxəyyül  /aşığın  qarğışı və  həmin qarğış-

dakı  istəklərin müqəddəs ruhlar tərəfindən həmin andaca  gerçəkləşdiril-

məsi/ gücünə olmuş olsa da, aradan qaldırılır və bu cəhdi göstərən qüvvə 

qeyri-adi tərzdə cəzalandırılır. “Qurbani” dastanının Zəncan versiyasında 

hətta aşığın qarğışından sonra onu öldürmək üçün hazır dayanmış cəllad-

ların qılıncları kütləşib əllərindən уеrə düşür. Qara Vəzir isə elə oradaca 

yıxılıb ölür

13

. Sözsüz ki, aşığın toxunulmazlığı qənaətinin folklor mətnlə-



rindəki  çoxsaylı  və  çoxvariantlı  mənzərəsi  bu  yasağın  son  dərəcə  geniş 

coğrafi  və  mənəvi  şəbəkəyə  malik  olduğuna  dəlalət  eləyir.  Müşahidə 

göstərir  ki,  “haqq  aşığı”nı  ərsəyə  gətirib  ilahi  aləmlə  bağlayan,  ona 

toxunlmazlıq statusu verən təsəvvüf dünyagörüşündən çox-çox qabaqlar 

da  bu  sənətin  özülündə  dayanmış  qam-şaman-ozan  ənənəsində  yuxarıda 

şərh edilən anlamda qoruyucu yasaqlar mövcud olmuşdur. Qam-şamanın, 

eləcə  də  ozanın  ruhların  yardımı  ilə  gerçəkliyə  təsir  göstərə  bilməsinə, 

gələcəkdən  xəbər  gətirmək  imkanına  malik  olmasına,  dərdlərə,  xəstəlik-

lərə,  müşküllərə  çarə  qılmasına  inanan  qədim  türklər  təbii  ki,  onların 

barəsində  mifik  təsəvvürdə  idilər.  Həmin  mifik  təsəvvür  isə  qam-şaman 

və  ozanın  ilahi  keyfiyyətə  malik  müqəddəs  varlıq  kimi  qəbul  olunması 

üçün münbit folklor zəmini yaradırdı.  

                                                 

11

 Azərbaycan dastanları. 5cilddə, I c./tərtib edənlər: Ə.Axundov, M.H. Təhmasib/Bakı, 



Azərb. EA nəşriyyatı, 1965, s.60 

12

 Azərbaycan dastanları. 1 c., s.60 



13

 M.H. Təhmasib. Azərbaycan xalq dastanları /orta əsrlər/, s.337 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə