Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə9/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

22 



Pənah  bütün  varlığı  ilə  el-obaya,  vətənə  bağlı  insan  olub.  Bu,  təkcə 

bir  övladın  anasına  bağlılığı  ilə  müqayisə  olunacaq  məhəbbət  deyildi. 

Burada  sənətlə,  sözlə,  ilhamla  bağlı  daha  dərin  bir  məna  vardır.  Ana 

yurdun gözəlliyi sənətkarı vəcdə gətirirdi. Təbiət, dağlar, gur şəlalər, qıy 

vuran  qartallar  Pənahın  qəlbində  coşqun  bir  cazibə  yaradırdı.  O,  öz 

tənindən çıxıb, dağa, şəlaləyə, qartala dönmək istəyirdi: 

 

Ana təbiətin çıxıb qoynuna, 

Dağların seyrinə dalmaq istərəm. 

Səsimə qüvvəti gur şəlalədən, 

Qıy vuran qartaldan almaq istərəm. 

 

Bu şeir ilk baxışdan bir təbiət gözəlləməsidir. Ancaq bu gözəlləmə bir 

obraz  kimi  insanla  dünya  arasındakı  münasibətlərin  çox  incə  məqamını 

ifadə edir. Pənah bu gözəllikdən təkcə zövq almır. İçindəki bir qüvvə onu 

həmin  gözəlliyə  qarışmağa,  onda  əriyib  yox  olmağa  sövq  edir.  Bax,  bu 

məqam  insan-dünya  münasibətlərinin  incə  tərəfidir.  Burada  aləmin 

vəhdəti  var.  Sufilər  bu  bağlantı-cazibəni  vəhdəti-vücud  adlandırır-

dılar.  Yəni  varlıq  ünsürlərinin  ilahi  vəhdəti:  bütün  yaradılmışlar  ilahi 

vəhdət  içərisindədir. Dağ da, qartal  da, şəlalə də, insan da vahid  yaradı-

lışın ünsürləri olduğu üçün bir-biri ilə bağlıdır. Onlar arasında qovuşma, 

cazibə  var.  Sufilər  həmin  cazibəni  məhəbbət  adlandırırdılar.  Eyni 

mənzərəni  –  eyni  halın  ifadəsini  Pənahın  bu  şeirində  də  görürük.  O, 

cazibəli vəcd içərisindədir. Elə bir vəziyyətə düşüb ki, özü ilə gözəlliyinə 

aşiq  olduğu  ünsürlər  arasında  fərq  görmür.  Sufilər  bunu  hal  məqamı 

adlandırırlar.  Aşiqlərin  eşq  yolunun  davamçısı  Aşıq  Pənah  da  poetik 

vəhy  məqamında  ilahi  hala  düşüb.  Bu  cəhətdən  şeirdəki  təəssürat  məhz 

poetik halın ifadəsidir: 

 

Ucalım göylərə bu dağlar kimi, 



Tər qalım yamyaşıl yarpaqlar kimi. 

Dodağı nəğməli bulaqlar kimi 

Duyan ürəklərə dolmaq istərəm. 

 

Sürülər yamaca yayılıb necə! 

Neyin səsi gözəl, nəğməsi incə. 

Onu dinləməkçün, dostlar, bu gecə 

Çobanın yanında qalmaq istərəm. 

 

 


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

23 



Qalxım təpələrə, enim göy düzə

Baxım qərənfilə, baxım nərgizə. 

Doğma yurdumuzu mən gəzə-gəzə 

Hər yerdə, hər yanda olmaq istərəm. 

 

Arzumu həqiqət eylər bu diyar

Burda ömür sürən olar bəxtiyar. 

Pənaham, qəlbimdə bir diləyim var: 

Sazımı Marsda da çalmaq istərəm. 

 

Pənahın bu təbiət gözəlləməsi, bizə bəzi məsələlərə toxunmaq imkanı 



verir. Mən artıq  qocaman bir folklorşünasam.  Mənim elmdən  anladığım 

bir böyük həqiqət də var. Folklorşünaslıq elmi bütün digər elmlərdən bir 

əsas  xüsusiyyətinə  görə  fərqlənir.  Bu  elmi  təkcə  kitabları  oxuya-oxuya 

öyrənmək  olmur.  Folklorşünas  olmaq  üçün  gərək  folkloru  yaşayasan, 

özün folklorun içərisində olasan. Bu həqiqiəti mən ilk dəfə mərhum pro-

fessor  Sədnik  Paşa  Pirsultanlının  varlığında  kəşf  etdim.  O,  daim  çöldə-

bayırda, canlı folklor mühitində idi. Folkloru həm  öyrənir həm  də canlı 

şəkildə yaşayırdı. Ona görə də ömrünün son onilliklərində tədqiqatlarının 

məzmunu dəyişdi. Folklorun içini, mahiyyətini görən, duyan yazılar yaz-

mağa  başladı.  Mənim  də  folklorşünas  yaşım  az  deyil.  Cəsarətlə  deyə 

bilərəm  ki,  folklor  ömrüm  elə  fiziki-bioloji  yaşım  qədərdir.  Anadan 

olandan sazın, sözün, folklorun içinə düşmüşəm. Bugünə kimi bir an da 

olsun folklordan ayrı düşməmişəm. Elə buna görə də Pənahın “İstərəm” 

şeiri  mənim  içimi  tərpədir,  bəzi  mətləbləri  deməyə  sövq  edir.  Odur  ki, 

həmin mətləbləri ürəyimdə saxlamaq istəmirəm. 

Son  zamanlar  aşıq  sənəti  və  yaradıcılığını  sufizmlə  əlaqələndirmək 

meylləri  güclənib.  Qabaqcadan  bildiririk  ki,  biz  bunu  doğru  yanaşma 

hesab edirik. Ancaq bir folklorşünaslıq professoru kimi dissertasiyalarla 

tanış olduqca görürəm ki, bu məsələdə yanlış yanaşmalar da var.  

Bu yanlışlıq nədədəir? 

Bu  yanlışlıq  ilk  növbədə  tədqiqatçıların  sufizmi  nəzəri  ədəbiyyat-

lardan  öyrənib,  hazır  qəlibləri  aşıq  yaradıcılığına  tətbiq  etmələrindədir. 

Yən  sufizmin  nəzəri  məsələlərini  öyrənir,  sonra  aşıq  şeirini  qabaqlarına 

qoyub,  bildikləri,  tanıdıqları  sufi  obraz  və  motivlərini  axtarırlar.  Bu,  bi-

zim fikrimizcə, birmənalı şəkildə məsələyə  formal  yanaşmadır. Belə  ya-

naşmada mahiyyət heç vaxt üzə çıxa bilməz. Mahiyyət duyumda, fəhm-

dədir.  Məsələn,  Pənahın  “İstərəm”  şeirində  təsəvvüfün  “tanınan”,  “bili-

nən” obraz və  motivlərinə  şeirin  üst  qatında, zahiri qılafında rast  gəlmi-

rik. Ancaq bu şeirdə təsəvvüfün halı, əhvalı, ovqatı, canlı yaşantısı var.  



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

24 



Şeirdə əvvəlcə halı bildirən məqamlara dqqət edək: 

... dalmaq istərəm. 

... almaq istərəm. 

... dolmaq istərəm. 

... qalmaq istərəm. 

... olmaq istərəm. 

... çalmaq istərəm. 

Bütün bu hərəkət istəkləri ruhani hal məqamı ilə bağlıdır:  



“... dalmaq istəmək” ruhun qovuşma halını; 

“... almaq istəmək” ruhun ehtiyac halını; 

“... dolmaq istəmək” ruhun çevrilmə halını; 

“... qalmaq istəmək” ruhun dinclik halını; 

“... olmaq istəmək” ruhun şəkillənmək halını; 

“... çalmaq istəmək” ruhun cilvələnmək halını ifadə edir. 

Ana  təbiətin  qoynuna  ruhani  səyahətə  (poetik  “seyri-süluka”)  çıxan 

Pənah  dağların  seyrinə  dalıb  dağ  olmaq,  səsi  ilə  gur  şəlaləyə,  qıy  vuran 

qartala çevrilmək, dağlar kimi göylərə ucalmaq, yamyaşıl yarpaq olmaq, 

dodağı  nəğməli  bulaq  olmaq,  duyan  ürəklərə  dolmaq,  neyin  səsinə, 

nəğməsinə  çevrilmək,  çoban  olub  gecənin  qaranlığına  dalmaq,  təpə 

olmaq, göy çəmən olmaq, qərənfil, nərgiz olmaq, “hər yerdə, hər yanda 

olmaq”,  dünyaların,  fələkləri,  planetlərin  fövqünə  qalxıb  “Marsda  da 

çalmaq”, yəni səsə – sözə – avaza  çevrilmək istəyir. Bu “olmaq istəyi” 

ruhun  halıdır.  Mənbəyi,  qaynağı,  kökü  ilə  sufilərin,  aşiq  aşıqların  hal 

məqamına  gedib  çıxır.  Həmin  hal  təsəvvüfdə  insan  qəlbində  yaranan 

tənasüxün,  təcəllanın  təzahürü  hesab  olunur.  Belə  “hal”  məqamında 

qoşduğu şeirlərdən birində dediyi kimi: 

 

Mən el aşığıyam, elə bağlıyam, 

Obalar mənimdir, ellər mənimdir. 

Mən bahar vurğunu, yaz soraqlıyam, 

Çiçəklər mənimdir, güllər mənimdir. 

 

Mənimdir yurdumda bu toy, bu busat, 

Bu firavan həyat, bu xoşbəxt həyat, 

İlhamım quş kimi açır qol-qanad, 

Səmalar mənimdir, çöllər mənimdir. 

 

Mənimdir Ay, ulduz, mənimdir ülkər

Hər doğulan günəş, hər açan səhər, 

Ömrümün bir günü min aya dəyər

Həftələr mənimdir, illər mənimdir. 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə