Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

27 



hər açan səhərə çevrilir. Zamanlar arasında sərhəd itir. Pənahın ömrünün 

bir  günü  min  aya,  həftələrə,  illərə  dönür.  Sənətkarın  “mən”i  çevril-

məkdən  –  tənasüx  etməkdən  doymur.  O,  dağlarda  qartala,  düzlərdə 

aslana,  dəryalara,  göllərə  dönür.  “Mən”  daha  sonra  od-ocaq,  yanan  işıq 

olur. O, işıqdan aşığa dönüb bu tənasüx-təcəllalardan “hər yanda söz açır, 

məclislərə sözü ilə yaraşıq verir”. 

Sözlə  yaradılış,  çevrilmə  başa  çatır.  Varlıq  və  onun  tacı  olan  insan 

Sözdən yarandığı kimi, sonda da Sözə çevrilir. Və Söz yaradılışın bütün 

mahiyyətinin  əsasında  durur.  Bu,  Pənahın  inandığı  həqiqət  idi.  Pənah 

bütün  varlığı  ilə  sözə,  onun  ilahi  mahiyyətinə  inanmış,  elə  cismani 

ömrünü  bitirdikdən  sonra  məhz  Sözə  çevrilib,  əbədi  Söz  ömrü  yaşaya-

cağına  inanmış,  bu  inamını  uca  səslə  bəyan  etmişdir:  Bir  gün  köçsəm 

mən həyatdan, // El çıxarmaz məni yaddan. // Aşıq Pənah, təmiz addan, // 

Bu dünyada yaxşı nə var. 

Fəlsəfi subyektivuizmin əsasında insan “mən”inin mütləqləşdirilməsi 

durur: “Mən varam – dünya var, mən yoxamsa – dünya da yoxdur”. Təbii 

ki, bu hökm öz həqiqətinə malikdir. Yəni bu aydındır ki, mən olmayan-

dan  sonra  da  dünya  mövcud  olmaqda  davam  edir.  Lakin  burada  dünya 

dedikdə  “mən”in  subyektiv  təcrübəsində  gerçəkləşən  dünya  nəzərdə 

tutulur.  Yəni  mən  varamsa  –  dünyanın  varlığından  xəbər  tuturam, 

yoxamsa  –  demək,  mənim  xəbər  tutacağım  dünya  da  mənim  üçün  yox-

dur. Bu, bir fəlsəfi yanaşmadır, lakin biz burada fəlsəfə açmaq niyyətində 

deyilik.  Bizi  maraqlandıran  “Mən  varam  –  dünya  var,  mən  yoxamsa  – 

dünya  da  yoxdur”  ehkamında  “mən”  subyektinin  mövqeyidir.  Bu 

hökmdə  “mən”  idrakın  fövqünə  qaldırılır:  gerçəklik  “mən”dən  keçərək 

mənəvi hala, idraki təcrübəyə çevrilir. Bunu xüsusilə bədii ədəbiyyatda – 

poeziyada  bariz  şəkildə  müşahidə  etmək  mümkündür.  Şair  nədən 

danışırsa-danışsın,  bütün  hallarda  öz  “mən”indən  danışır.  O  nədən  bəhs 

açırsa-açsın,  bütün  hallarda  “mən”in  qavrayıb  bədii  təcrübəyə  çevirdiyi 

gerçəkləri nəql edir. Bu halda Aşıq Pənahın da yaradıcılığında gerçəkləş-

miş,  təsvir  olunmuş  dünya  onun  sənətkar  “mən”inin  subyektiv 

yaşantılarının təcrübəsidir. Elə buna görə də biz bir folklorşünas kimi hər 

bir  sənətkarın  əsl  bioqrafiyasının  onun  poeziyasında  inikas  olunduğu 

qənaətindəyik. Aşıq Pənahın həyat – ömür yolu, bütün düşüncələri onun 

yaradıcılığında əks olunmuşdur. Aşıq Pənah bir insan kimi, bir sənətkar 

kimi  kimdir  sualına  ən  dolğun,  ən  ətraflı  cavabı  ilk  növbədə  onun 

poeziyası verir. Bu böyük sənətkar müdrikcəsinə dərk etmişdir ki, bir gün 

gələcək,  tədqiqatçılar  onun  poeziyasında  Aşıq  Pənahın  sənətkar  kimliyi 

haqqında suala cavab arayacaqlar. Bunu fəhm edən sənətkar özü bizlərə 

üz tutaraq yol göstərmişdir: 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

28 



 

 

Uzaq eldən gələn qonaq



El içində axtar məni. 

İş üstündə – gah əkində, 

Gah biçində axtar məni. 

 

Bu şeir sənətkarla bizlər arasında bir körpüdür: ondan keçib Pənahın 



poetik sehrlərlə dolu dünyasına daxil olmaq olar. Gəraylı üstündə qoşul-

muş  şeirin  hər  bir  misrası  dərin  məna  yükünə  malikdir.  Burada,  demək 

olar  ki,  bütün  sözlərin  alt  məna  qatı  var.  Məsələn,  birinci  misrada 

sənətkar  “uzaq  eldən  gələn  qonağ”a  xitab  edir.  Burada  “qonaq”  əslində 

məcazdır.  Sənətkar  burada  “qonaq”  sözünü  iki  mənada  –  həm  həqiqi 

mənada,  həm  də  məcazi  mənada  işlətmişdir.  Təbii  ki,  Pənahın  qapısını 

açan  hər  kəs  onun  qonağı  idi.  “Aşığın  qapısı  –  elin  qapısıdır”  deyərlər. 

Lakin  Pənah  “qonaq”  sözünü  məcazi  mənada  da  işlətməklə  onu  bədii 

fiqura – məna vahidinə çevirmişdir. Bu halda “qonaq” dedikdə sənətkarın 

poetik  dünyasının  qapısını  açıb,  oraya  daxil  olmaq  istəyən  hər  bir  kəs 

nəzərdə tutulur. Bu halda qonağın “uzaq eldən gəlməsinin” qabardılması 

da  diqqəti  cəlb  edir.  Sənətkar  “uzaq  eldən  gələn  qonaq”  dedikdə  onun 

poeziyasına  nabələd  olan,  bu  söz  gülşənindən  ilk  dəfə  xəbər  tutan, 

sorağını ilk dəfə alıb gələnləri nəzərdə tutur. 

Bəs  sənətkar  onu  arayanlara,  axtaranlara  öz  yerini  necə  nişan  verir? 

Pənah bildirir ki, onu el içində, iş üstündə – əkənlərin-biçənlərin yanında 

axtarmaq lazımdır. Bu ünvan da iki məna qatına malikdir: 

Birincisi,  şeirin  üst  qatı:  burada  hər  şey  aydındır.  Ölkədə  sosializm 

quruculuğu  gedirdi  və  Pənah  da  kənddə  yaşayan  sənətkar  kimi,  birbaşa 

əkənlərin-biçənlərin  yanında idi. O, zəhmətkeşləri, halal zəhmətlə həya-

tın firavanlığını təmin edənləri tərənnüm edirdi. 



Ġkincisi,  şeirin  alt  qatı:  burada  bütün  mənalar  “el  içində”  obrazında 

cəmləşib.  Aşığın  varlığı  elə  bağlıdır.  “Aşıq  elin  anasıdır”  deyirlər.  Bu 

sözün mənası çox ağırdır. Ana övladlarından ötrü hər dərdə yanan, onlar-

dan ötrü öz varlığını qurban edən insandır. Övladlarsız anaya həyat yox-

dur. Aşıq da elin anası kimi, bütün varlığı ilə elə bağlıdır. Elsiz Pənahın 

həyatı yoxdur. Lakin bu dediklərim məsələnin emosional tərəfidir. Məsə-

ləyə  bədii  yöndən  nəzər  saldıqda  başqa  bir  mənzərənin  şahidi  oluruq. 

Pənah  “El  içində  axtar  məni”  deməklə  öz  poetik  şəxsiyyətinin  məşhur-

luğuna işarə edir. Yəni mənim sözlərim, sənətim xalq içində məşhurdur. 

Mənim sözlərim dillərin əzbəridir. 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə