Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə12/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

29 



 

Zimistanla yoxdur aram

Mən əbədi bir baharam. 

Bülbüllərin səhər-axşam 

Cəh-cəhində axtar məni. 

 

Sənətkar  “Zimistanla  yoxdur  aram,  //  Mən  əbədi  bir  baharam” 



deməklə  ilk  baxışda  dünyanın  gedişatına  etiraz  edir.  “Zimistan”  sözü 

dilimizə fars dilindən keçmə bir kəlmə olub, mənası qış deməkdir. Lakin 

bu, ilk baxışda belədir. Aşıq Pənah bilirdi ki, varlığın bütün ünsürləri bir-

birinə bağlıdır: qış olmasa – bahar, bahar olmasa – qış olmaz. Bəs onda 

sənətkar  “Zimistanla  yoxdur  aram,  //  Mən  əbədi  bir  baharam”  misraları 

ilə nə demək istəyir? 

Burada  onun  poeziyasına  xas  üslub  kimi  dərin  məna  var.  O,  qışla 

baharı  bir-birinə  qarşı  qoyub,  birini  inkar,  o  birini  təsdiq  etmir.  Burada 

biz qışla baharın əbədi dövriyyəsinin fövqündə duran sənətkar “mən”inin 

obrazını  görürük.  O,  “Mən  əbədi  bir  baharam”  deməklə  məhz  bədii 

yaradıcılığı nəzərdə tutur. Qışda təbiət donub yuxuya daldığı halda, Aşıq 

Pənahın  söz  dünyasında  əbədi  bahardır.  Burada  qış  olmur.  Qışda  da, 

baharda  da  onun  söz  dünyası  daim  yaşıl,  təzə-tər,  təravətlidir.  Sonrakı 

misralar  (“Bülbüllərin  səhər-axşam  //  Cəh-cəhundə  axtar  məni”)  bunu 

tam şəkildə təsdiq edir. Şərq poeziyasında, aşıq şeirində bülbülərin cəh-

cəhi  aşiqlərin  eşqi,  nəğmələri  ilə  eyniləşdirilir.  Pənah  bununla  öz  sevgi-

sinin əbədiliyinə işarə edir. Qışın tufanları, yazın şövqü onun poeziasının 

əbədi  ritmini  dəyişə  bilmir.  Bu,  İlahidən  gələn  aşiqlikidir:  yaza-yaya, 

qışa-payıza baxmır. 

 

Soruş məni nəğmələrdən



Xəbər versin yüz zəfərdən. 

İgidlərin dağ titrədən 

Nərəsində axtar məni. 

 

Pənah vurğunudur sazın, 

Toy-düyünün, xoş avazın. 

Dəli Kürün, Xan Arazın 

Gur səsində axtar məni. 

 

“Soruş  məni  nəğmələrdən”  deyən  sənətkar  yaratdığı  şeirlərin,  oxu-



duğu  mahnıların  dillər  əzbəri  olduğuna  işarə  edirsə,  “İgidlərin  dağ 

titrədən // Nərəsində axtar məni” misraları ilə şeirlərinin insanların mənə-




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

30 



viyyat  dünyasına  güc-qüdrət  verdiyini  nəzərə  çarpdırır.  Pənah  “sazın, 

toy-düyünün, xoş avazın vurğunudur”. O, öz sənəti və yaradıcılığı ilə elin 

üzünü  güldürür,  qəlbini  sevnc  hissləri  ilə  doldurur,  ürəklərinə  yaşamaq 

gücü  verir.  Sənətkar  “Dəli  Kürün,  Xan  Arazın  gur  səsində  axtar  məni” 

deməklə  artıq  öz  yaradıcılığı  və  sənətinin  Azərbaycan  miqyasında 

tanındığını  vurğulayır.  Kür-Araz  həmişə  Azərbaycanın  simvolu  olub. 

Əgər Pənahın varlığı artıq Dəli Kürün, Xan Arazın gur səsinə qarışıbsa, 

demək, o, artıq böyük bir sənətkara çevrilib. 

Aşıq Pənah öz varlığını aşıq sənətindən, bədii yaradıcılıqdan kənarda 

təsəvvür etməmişdir. Ona görə də deyir ki: 

 

Saz tutum, ariflər dinləsin məni

Qəlbimin söhbəti sənətimdədir. 

Səadət ocağı, hünər məskəni 

Yurdumun şöhrəti sənətimdədir. 

 

Aşıq  Pənahın  sənətkar  kimliyini  bəyan  edən  bu  şeirin  hər  bir  bəndi 



xüsusi  tədqiq  olunmağa  layiqdir.  Çünki  “Sənətimdədir”  adlı  bu  şeirdə 

birbaşa ariflərə xitab olunub: “Saz tutum, ariflər dinləsin məni...” 

“Arif” sözü müasir oxucu, yaxud dinləyici üçün adi məna kəsb edən 

söz olsa da, aşıq  poeziyasında, aşıq  sənətinin  mayasını,  əsasını, kökünü 

təşkil edən təsəvvüfdə bu sözün çox ağır mənası var. Azərbaycan dilində 

bu gün də el arasında yaşayan bir poetik ifadə var: “Mən arifəm, işarədən 

qananam”. Buradan aydın olur ki, ariflik işarətlə, xüsusi işarələrin dili ilə 

bağlıdır. Arif olan işarələrin dilini bilir. Demək, ariflik – dünyanı qavra-

yışın  xüsusi  bir  səviyyəsidir.  Bu,  elə  bir  səviyyədir  ki,  burada  varlığı 

təşkil  edən  hər  bir  element  özü  olmaqla  bərabər,  həm  də  xüsusi  bir 

işarədir. Bəs bu nə məqam, nə dildir? 

Məsələ  burasındadır  ki,  arifliyə  təsəvvüfdən  kənar  yanaşmaq  müm-

kün deyildir. Çinki ariflik mənəvi kamilləşmə yolu ilə Allaha qovuşmaq 

üçün  yol  gedən  sufinin  təkamül  yolunun  konkret  pilləsidir.  Belə  ki, 

təsəvvüfdə bu yol dörd əsas mərhələdən keçir: 

Birinci pillə: Şəriət; 

İkinci pillə: Təriqət; 

Üçüncü pillə: Mərifət; 

Dördüncü pillə: Həqiqət. 

Şəriət mənəvi kamilliyin birinci pilləsidir. Quran və şəriəti bilmədən, 

onun  hökmlərinə  əməl  etmədən  yola  çıxmaq  mümkün  deyildir.  Sufi  bu 

pillədə Ģakir adlanır. 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

31 



Təriqət  –  ikinci  pillədir.  Bu  pillədə  yolçu  bütün  mənəvi  və  fiziki 

pisliklərdən qurtulub təmizlənir. Sufi bu pillədə tariq adlanır. 

Mərifət – üçüncü pillədir. İkinci pillədə öz könül dünyasını dünya ilə 

hər cür bağlılıqdan təmizləyən sufi bu pillədə qəlbini elm-biliklə süslən-

dirir. Sufi bu pillədə arif adlanır. 

Daha  sonra  axırıncı  –  sufinin  öz  cismində  yox  olub  (fəna-fillah), 

Allahda  doğulacağı  (bəqa-billah)  pillə  gəlir.  Beləliklə,  ariflik  elm-bilik, 

yəni  maarif  –  mərifətlə  bağlıdır.  Aşıq  Pənah  da  üzünü  ariflərə  tutursa, 

demək,  onun  hər  bir  kəlməsini  işarə  kimi  anlamaq  və  məna  axtarmaq 

lazımdır. Sənətkar deyir: 

 

 

Dəyişdi iqlimlər, aylar, fəsillər, 



Sevindi könüllər, açıldı dillər. 

Göyləri fəth etdi bizim nəsillər

Onların qüdrəti sənətimdədir. 

 

Bu  bənddə  məna  sanki  gün  kimi  aydındır:  sənətkar  öz  zamanının 



uğurlarını tərənnüm edir. Lakin unutmaq olmaz ki, Pənah öz şeirini arif-

lərə xitabən deyir. Demək, şeirin hər bir misrasında sətiraltı məna, mətn-

altı işarə var. Məsələyə bu yöndən baxdıqda başqa bir mənzərənin şahidi 

oluruq. Belə ki, Pənah iqlimlərin, ayların, fəsillərin dəyişməsini vurğula-

maqla zamanın əbədiliyinə və bununla da əbədi olan, zamanla dəyişmə-

yən həqiqətlərə  işarə  edir. O, “Göyləri fəth  etdi bizim nəsillər” deməklə 

insanın kosmosa uçmasına  münasibətini bildirir. Lakin  “Onların qüdrəti 

sənətimdədir”  deməklə  bir  işarə  də  verir:  insan  kosmosa  uçsa  da, 

dünyanın əzəldən məlum olan həqiqətləri dəyişmədi. İnsan yer planetinin 

hüdudlarını  aşaraq  göylərə  qalxdı:  lakin  həqiqət  həqiqət  olaraq  qaldı. 

Təbii  ki,  Pənah  bunu  açıq  şəkildə  deyə  bilməzdi.  Lakin  şeirdə  ariflər 

üçün  nəzərdə  tutulmuş  iaşarə  qatı  var  və  özünü  arif  sayan  hər  kəs  bu 

işarələrdən Pənahın nə demək istədiyini başa düşə bilər. 

 

Eşqimin oduyla yanır çırağım, 



Xoş keçir həyatım, günüm, növrağım. 

Cənnət qucağıdır ana torpağım, 

Onun bol neməti sənətimdədir. 

 

Burada sənətkar və həyat münasibətlərinin aşıqlığa məxsus modeli öz 



əksini tapmışdır. Aşıqlıq – əzəl başdan aşiqlikdir. Bu sənətin mayasında 

eşq var. Bu cəhətdən Pənahın yaratdığı şeirlər onun təkcə şairlik isteda-




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə