Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

25 



 

Dağlarda qartalam, düzlərdə aslan

Torpağın sahibi doğulmuş insan

Özüm öz bəxtimə heyranam, heyran, 

Dəryalar mənimdir, göllər mənimdir. 

 

Mənimdir hər ocaq, hər yanan işıq, 

Onlardan söz açır hər yanda aşıq, 

Pənah, məclislərə verən yaraşıq 

Bu mizrab mənimdir, tellər mənimdir.  

 

Bu şeir, əslində, təhlil üçün geniş imkanlar verir. Çünki bu şeir, son 



zamanlar  Azərbaycan  folklorşünaslığında  dəbə  düşmüş  terminlə  desək, 

bir  mətndir.  Poetik  mətn  bütün  hallarda  gerçəkliyin  inikasıdır,  onu  əks 

etdirir. Gerçəklik isə istər bir bütöv, istərsə də ünsürlər halında yaddaşın 

ifadəsidir.  Bu  cəhətdən  Pənahın  “Mənimdir”  şeiri  bir  mətn  kimi  iki 

səviyyəni özündə əks etdirir: 

Birincisi,  Pənahın  canlı  poetik  yaĢantılarını  əks  etdirən  mətn 

səviyyəsi

Bu  səviyyə  mətnin  üst  qatıdır.  Sənətkar  halından  vəcdə  gəlib  və  öz 

xoşbəxtliyini  yüksək  zövqlə  yaradılmış  poetik  misralara  çevirib.  Bu, 

canlı  yaşantı  səviyyəsidir.  Pənah  insanlara  poetik  xitab  edir  və 

xoşbəxtliyini onlarla bölüşür. Bu səviyyədə aparılan təhlil bütün hallarda 

sənətkarın yaşantısının canlı təəssüratlarına isnad edir. 



Ġkincisi,  Pənahın  sənətkar  “mən”inin  yaddaĢ  yaĢantılarını  əks 

etdirən mətn səviyyəsi

Bu  səviyyədə  atıq  Pənahın  sənətkar  subyekti  yaddaşla  bu  gün 

arasında bir körpüdür. Bu, zamanlararası,  dünyalararası  ünsiyyət  körpü-

südür.  Pənah  bu  halda  zaman  yaddaşının  daşıyıcısıdır.  İlham,  vəcd, 

poetik  hal,  bədii  vəhy  yaddaşı  tərpədir  və  sənətkar  bir  ötürücü  kimi 

yaddaşla  bu  gün  arasında  ünsiyyət  körpüsünə,  bədii  ötürücüyə  çevrilir. 

Biz  Aşıq  Pənahın  “Mənimdir”  şeirində  bu  halın  –  səviyyənin  ifadəsini 

müşahidə edirik. 

Sənətkarın “Mənimdir” şeirini bu cəhətdən təhlil etdikdə “mənimdir” 

hökmünün  sadəcə  bir  poetik  hökm,  bədii  intonasiya  olmadığı  qənaətinə 

gəlirik. Əlbəttə, bu şeiri təhlil edərkən onun üst qatını – canlı poetik təəs-

sürat səviyyəsini unutmaq olmaz. Biz də bu səviyyəni unutmuruq. Lakin 

istər  Pənahın,  istər  digər  aşıq  və  el  şairlərinin,  eləcə  də  ümumən  xalq 

poeziyasının  bu  üst  qatı  təhlil  oluna-oluna  yıpranmış  vəziyyətə  gəlib. 

Bundan dolayı, niyyətimiz şeirin yaddaşla bağlı məqamlarına enməkdir. 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

26 



“Mənimdir”  şeirinə  yaddaş  müstəvisində  yanaşdıqda  sənətkarın 

“mənimdir” nidası yaddaşın öz dünyası, yaddaşın öz məntiqi baxımından 

artıq  fərqli  mənalar  kəsb  edir.  Burada  poetik  hal  məqamında  dünyanın 

sufiyanə  dərki  var.  Bu,  heç  kəsə  süni  bir  təhlil  təsiri  bağışlamamalıdır. 

Birdəfəlik  bilmək  lazımdır:  aşıq  şeirinin  yaddaşı  birmənalı  şəkildə  su-

fizmlə,  irfanla  bağlıdır.  Onu  irfandan,  sufizmdən  kənarda  təsəvvür  belə 

etmək olmaz. Odur ki, şeirin üst qatında öz zamanının (sovet dövrünün) 

ruhunu  inikas  edən  “mənimdir”  nidası  yaddaş  baxımından,  əslində, 

insanla  dünya  arasındakı  münasibətlərin  vəhdəti-vücuda  əsaslanan 

modelini  ifadə  edən  irfani  qəlibdir.  Bu  irfani  yanaşma  modelini  çıxış 

nöqtəsi  kimi  götürdükdə  “mənimdir”  nidası  ardıq  “mən”  obrazının 

şəkillənməsi kimi görünür. 

Təsəvvüfdə “mən”, “sən” anlayışları insanı və Allahı ifadə edir. İnsan 

nə qədər ki, cahillik məqamındadır, o, özünü bir “mən”, gördüklərini isə 

“mənimdir”  kimi  dərk  edir.  Lakin  kamillik  yoluna  çıxıb  Allaha  qovuş-

maq üçün yol getdikcə aşiqin halı dəyişir. O, “mən” ilə “sən”, yəni özü 

ilə  Allah  arasındakı  yolda  haldan-hala  düşür.  Allaha  yaxınlaşa  bildikcə 

“mən”  ilə  “sən”  arasındakı  fərqlər  slinməyə  başlayır.  “Mən”  “Sən”ə 



çatıb  ona  qovuĢduqda  “Mən”  yox  olur  və  yalnız  “Sən”  qalır.  Bu 

halda  “Mənimdir”  nidası  artıq  əvvəlki  məzmunundan  çıxıb  yeni  məna 

kəsb  edir.  İndi  “mənimdir”  demək  “Mən  –  Sənəm”  deməkdir.  Bu  mə-

qamda  sufi  öz  mənini  hər  yerdə  –  canlıda  və  cansızda,  yerdə  və  göydə, 

dünəndə  və  bugündə  görür.  Pənahın  “Mənimdir”  şeirində  bu  poetik  hal 

birmənalı şəkildə var. Lakin Aşıq Pənahın özünün bunu ağılla dərk edib-

etməməsi  bir  ayrı  məsələdir.  O,  sufiyanə  ömür  yaşamamış,  təsəvvüfçü 

olmamışdır.  Ancaq  əlindəki  sazı,  ömrünü  verdiyi  sənəti  ilə  sufilərin 

yolunda olmuşdur. Hər bir aşıq bunu istəyib-istəməməsindən, dərk edib-

etməmsindən asılı olmayaraq, sufilərin yolunun davamçısıdır.  

Çünki  aşıqlıq  əzəl  başdan  aşiqlikdir.  Aşiqlik  bi  sənətin  mayasında, 

ruhundadır. Aşıqların sazda çaldıqları havalar sufiləri vəcdə gətirən, hal 

məqamına salan musiqidir. Pənah ustad sənətkar kimi daim poetik halın,   

bədii  vəcdin  içində  idi.  O,  öz  dili  ilə,  səsi  ilə,  sazı  ilə  öz  zamanının, 

mənsub  olduğu  dövrün  nəğməsini  oxuyurdu.  Lakin  onun  nəğmələrində 

yaddaş  dil  açır,  vəcdə  gəlir,  cilvələnirdi.  Bu  cəhətdən  Pənahın 

“Mənimdir”  şeiri  eyni  zamanda  bugünün  və  dünənin  nəğməsidir.  Bu 

şeirdə  zamanlar,  məkanlar,  “mən”lər  və  “sən”lər  bir-biri  ilə  qovuşur. 

Sənətkarın  “mən”i  bağlı  olduğu  elin  “mən”i  ilə  qovuşur,  “mən”  eldə, 

obada,  baharda,  yazda,  çiçəkdə,  güldə  əriyib,  yox  olub,  onlara  çevrilir. 

Öz cismində bir insan ömrü yaşayan Pənah toya, busata, firavan, xoşbəxt 

həyata, quşa, səmalara, çöllərə, aya, ulduza, ülkərə, hər doğulan günəşə, 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə