Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə6/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   2   3   4   5   6   7   8   9   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

14 



Sazıma vurğunam, son nəfəsimdə 

Sazımı qaldırıb çalasıyam mən. 

Çıxsın meydanıma özündən deyən

Nəğməmlə qalalar alasıyam mən. 

 

Atam fəhlə olub, özümsə aşıq, 

Hər sözüm məclisə verib yaraşıq. 

Kiminlə ürəkdən dostuq, sirdaşıq, 

Onunla ömürlük qalasıyam mən. 

 

Pənaham, istərəm hər ürək gülsün

Dünya sinəsindən dərd-qəmi silsin. 

Yerimi öyrənmək istəyən bilsin, 

Bu qoca Muğanın balasıyam mən. 

 

Bu şeir Aşıq Pənahın sinəsindən – qəlb dünyasından qopmaqla onun 



varlığının  sirlərini,  onun  düşüncəsinin  fəsəfəsini  özündə  əks  etdirir.  Bu 

baxımdan,  sənətkarın  şeirinin  hər  bir  misrasının  yükü,  məna  çəkisi  var. 

O, “Sazıma vurğunam,  son nəfəsimdə  // Sazımı qaldırıb çalasıym  mən” 

deməklə bir tərəfdən öz mənəvi kimliyini təsdiq edir, digər tərəfdən sənə-

tə bağlılığını poetik şəkildə bəyan edir. Bu, sənətə iddia olmaqla bərabər, 

özünəinamdır.  Aşıq  Pənah  öz  aşıq  kimliyinin  həqiqətinə,  doğruluğuna, 

mənasına inanır. Onun bütün həyat gücü, sənət cəsarəti bu inamdan qay-

naqlanır.  Bu  baxımdan,  aşığın  “Çıxsın  meydanıma  özündən  deyən  // 

Nəğməmlə qalalar alasıyam mən” çağırışı, sadəcə, poetik pafos yox, söz-

də, sənətdə özünü təsdiq etmiş, Azərbaycan aşıq sənətində öz cığırını, öz 

yolunu  yaratmış  bir  sənətkarın  mənəvi  varlığının  poetik  manifestasi-

yasıdır. 

“Atam  fəhlə  olub,  özımsə  aşıq  //  Hər  sözüm  məclisə  verib  yaraşıq” 

misraları da özündə aşağıdakı böyük mənalar yaşadır: Başqa sözlə, Aşıq 

Pənah “Atam fəhlə olub, özümsə aşıq” deməklə mənsub olduğu dünyanın 

sosial  tablosunu  cızır.  Lakin  burada  sosiallıq  heç  bir  halda  vulqar  sosi-

oloji  təbliğat  yükünü  daşımır.  Yəni  o,  atasının  fəhlə,  özünün  aşıq  oldu-

ğunu  deməklə  heç  də  sovet  təbliğatına  xidmət  etmir.  Halbuki  misradan 

ilk  növbədə  bu  məna  görünür.  Lakin  əslində,  belə  deyil.  Aşıq  Pənah 

“Atam fəhlə olub, özümsə aşıq” deməklə bir sənətkar kimi həyat yolunun 

özünəməxsusluğunu qabardır. Məlumdur ki, sənətkar ailəsində doğulub, 

səsi olanlar, adətən, öz sənətkar atalarının  yolunu davam  etdirirlər. Aşıq 

ailəsində dünyaya göz açanlar dərsini elə körpəlikdən alırlar. Çünki göz-

lərini bu dünyaya açandan saz görüb, söz eşidirlər. Pənah bildirir ki, mən 




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

15 



belə  bir  sənət  yolu  keçməmişəm.  Atam  fəhlə  olub  və  mənə  sənətin  sir-

lərini  öyrədə  bilməzdi.  Mən  aşıqlıq  yoluna  ailə  ənənəsinin  davamı  kimi 

yox,  qəlbimlə,  könlümlə,  ürəyimin  hökmü  ilə  qədəm  qoymuşam.  Bu 

cəhətdən şeirdə sonra gələn “Kiminlə ürəkdən dostuq, sirdaşıq // Onunla 

ömürlük qalasıyam  mən” misralarını da elə bu ruhda anlamaq lazımdır. 

Bu misraların iki məna səviyyəsi var: 

Birincisi, hərfi məna səviyyəsi

İkincisi, məcazi-metaforik məna səviyyəsi. 

Misraların birinci səviyyədə mənası birbaşa məna olub, ümumi hökm 

səciyyəsi daşıyır. Yəni aşıq “Kiminlə ürəkdən dostuq, sirdaşıq // Onunla 

ömürlük qalasıyam mən” deməklə dostluqda sədaqətini bəyan edir. Lakin 

ikinci  məna  səviyyəsi  birbaşa  sənətlə,  sazla,  sözlə  bağlıdır.  Aşıq  burada 

eyni zamanda sənətinə, sözə, saza olan sədaqətini bəyan edir. 

Şeirin  sonuncu  bəndi  Aşıq  Pənah  və  Dünya  münasibətlərinin  ən 

munis  məqamlarını  ifadə  edir.  “Pənaham,  istərəm  hər  ürək  gülsün  // 

Dünya  sinəsindən  dərd-qəmi  silsin”  deyən  sənətkar  dünyaya,  ondakı 

bütün varlıqlara olan səmimi hisslərini izhar edir. Şeirin “Yerimi öyrən-

mək istəyən bilsin // Bu qoca Muğanın balasıyam mən” misraları məhəb-

bətin  hüdudsuzluğuna  işarədir.  Muğanda  doğulan,  burada  boya-başa 

çatan  Pənahın  sevgisi  dünyanın  özü  böyüklükdədir.  Məhəbbətin  bu 

nəhəngliyi ilə Pənahın doğma Muğanı böyüyüb, dünyanın özünə bərabər 

olur. Bu cəhətdən aşığın “Bağlıdır” gəraylısı da səciyyəvidir: 

 

Göydə cövlan etsə də, 

Qartal – dağa bağlıdır. 

Qağayılar – dənizə, 

Bülbül – bağa bağlıdır. 

 

Tər bənövşə – bahara, 

Lalə, nərgiz – dağlara, 

Şamamalar – tağlara, 

Gül – budağa bağlıdır. 

 

İnsan oğlu – Günəşə, 

Pərvanələr – atəşə, 

Yar əhvalı – həmişə 

Xoş qılığa bağlıdır. 

 

Gözdən gözə düşən yol

Baxışlar öpüşən yol



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

16 



Ürəklər görüşən yol –  

Bir sorağa bağlıdır. 

 

Pənah – eşq aləminə, 

Ömür – vüsal dəminə, 

Mahnı – sazın siminə, 

Söz – dodağa bağlıdır. 

 

Gəraylı,  bildiyimiz  kimi,  aşıq  şeirinin,  xalq  poeziyasının  oynaq,  rit-



mik janrıdır. Gəraylı üstündəki  havalara insanlar rəqs edirlər. Bu cəhət-

dən,  Pənahın  “Bağlıdır”  adlı  gəraylısı  poetik  ritmin  parlaq  nümunəsidir. 

Burada  bədii  mətnin  forma  tərəfini  təşkil  edən  elementlər  yüksək  bədii 

harmoniya yaratmışdır. Bu şeiri hətta adi danışıq intonasiyası ilə oxuduq-

da belə, musuqi, ritm öz-özünə alınır. Ona görə ki, Azərbaycan aşıq sənə-

tinin bağrından qopan Aşıq Pənah bütün varlığı ilə Azərbaycan tarixi səs 

potensiyasının daşıyıcısıdır. Şirvan kimi qədim, zəngin, ağır poetik ənə-

nələrə  malik  bir  aşıq  mühitində  pərvəriş  tapmış  Aşıq  Pənah  səs  xiridarı 

idi. O, milli səs fondunun bütün melodik imkanlarına dərindən bələd idi. 

Bunu biz “Bağlıdır” gəraylısının poetik strukturunda açıq şəkildə müşa-

hidə edirik. Misralar bir-biri ilə fonetik-melodik bağlarla bağlandığı kimi, 

misradaxili  poetik  konstruksiyalar  –  bədii  sintaqmlar  şeirin  bütün  bənd-

ləri  üzrə  poetik  paralelizm  yaradır.  Beləliklə,  səslərin,  sözlərin,  misra-

ların,  bəndlərin  ritmi  bulaqlar,  irmaqlar  dağ  çayına  qarışıb  onu  coş-

durduğu kimi, şeirin ümumi ritmini gücləndirir. Lakin ritm bununla təkcə 

güclənmir,  həm  də  daxilən  zənginləşir.  Çünki  bir  poetik  fonemin  səs 

güçü ilə bir morfemin, bir leksemin səs gücü fərqli səviyyələri əks etdirir. 

Bu səviyyələr bir-birinə laylanıb zəngin məzmun yaradır. 

Lakin Aşıq Pənahın “Bağlıdır” gəraylısını poetik sənət incisinə çevi-

rən təkcə forma elementləri (səviyyəsi) deyil, burada məzmunla formanın 

zərgər  kimi  işlənmiş  vəhdəti  var.  Bu  vəhdət  bu  şeiri  Azərbaycan  aşıq 

poeziyasının, xalq şeirinin poetik incisi səviyyəsinə qaldırır. 

“Bağlıdır”  gəraylısının  məzmununa  diqqət  yetirdikdə  Aşıq  Pənahın 

bir  sənətkar  kimi  dünyaqavrayışının  səviyyəsini,  başqa  sözlə,  gerçəkliyi 

mənimsəmənin  fəlsəfi  özünəməxsusluğunu  görmək  olur.  Bu  cəhətdən 

şeir zəngin material verir. Həm də aydın olur ki, şeirin poetik zənginliyi 

Aşıq Pənahın simasında yaşanmış bir ömrün mənaca zənginliyini inikas 

edir.  


Aşıq  Pənah  şeirin  birinci  bəndində  təsdiq  edir  ki,  qartal  –  dağa, 

qağayılar – dənizə, bülbül – bağa bağlıdır. Şeirdə təsvir olunan bu bağ-

lılıq  bir  neçə  məna  səviyyəsinə  malikdir.  Bu  bağlılıq  şeirin  ilkin  məna 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə