Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə5/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   2   3   4   5   6   7   8   9   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

11 



rını sufi-dərviş sistemindən götürən “aşıqlıq” da təsəvvüf dünyagörüşünə 

bağlı olduğundan eyni keyfiyyətə malik sayılırdı. Bu mənada “Aşıq gör-

düyünü çağırar” frazemində tarixən nəzərdə tutulmuş  obyekt,  yəni  “aşı-

ğın  gördüyü”  ilahi  aləmdədir,  daha  dəqiq  ifadə  eləsək,  Allahdır.  Aşığın 

gördüyünü  –  Allahı  “çağırmağı”na  gəlincə  isə,  orta  çağların  təkkə 

mərasimlərində Allah eşqinə çalıb oxuyan, Tanrıya qоvuşmaq – Vücudla 

vəhdətə  girmək  sevdasıyla  ekstatik  musiqi  və  rəqslərin  müşayəti  ilə 

ilahilər,  səmayilər  söyləyən  dərviş-aşiqin  Allaha,  Tanrı  dərgahına  üz 

tutması, onu “çağırması” sənət və təriqət norması sayılırdı. Xatırladaq ki, 

haqq  aşığı  Abbas  Tufarqanlı  da  müşküldən  qurtulmaq  istəyəndə  Tanrı 

dərgahına üz tutub: “Müşküldə qalmışam, çağırram səni!” – deyir. Bun-

dan əlavə, təsadüfi deyildir ki, ustad aşıqlar indinin özündə də sazı köy-

nəkdən  çıxarıb  əlinə  alanda  “Ya  Ġlahi,  ya  Mövlam,  уa  ġahi-Mərdan, 

səndən  mədəd!”

17

 –  nidasıyla  Tanrı  dərgahına  üz  tutduqdan  –  ilahini 



çağırdıqdan  və  aşıqlığın  himayəçisi  hesab  etdikləri  “Şahi-Mərdanı-ilahi 

aləmlə  əlaqəsi  olan  Həzrət  Əlini  köməyə  səslədikdən  sonra  məclisi 

aparmağa başlayırlar.  

“Aşıq,  gördüyünü  çağırar”  məcazi-simvolik  frazemi  bir  çox  digər 

təriqət  söyləmələri  kimi,  sufi  dünyagörüşünün  zəifləyib  sıradan  çıxması 

ilə  əlaqədar  sıravi  məişət  səviyyəsinə  enmiş  və  aşığın  ətraf  gerçəklikdə 

gördüklərinə  söz  düzüb  qoşması  anlamı  kəsb  etmişdir.  Sözügedən 

frazemin  el  arasında  məsəlvari  səciyyə  alması  da  bu  mərhələdən  sonra 

baş vermişdir. 

 

 



                                                 

17

 Təbriz-Qaradağ  və  Urmiya  aşıqları:  “Həbibimsən,  ya  rəsul,  səndən  mədəd,  ya  Əli 



Fəryadrəs”  -  qəlibini  də  işlədirlər.  Burada  da  ilahi  aləmə  birbaşa  əlaqəsi  olan,  Allahın 

rəsulununa,  elçisinə  -  Məhəmməd  peyğəmbərə  və  aşıqlığın  ideoloji  himayəçisinə  - 

Həzrət Əliyə köməyə, dada-dəryada yetən müqəddəs bir ünvan kimi üz tutulur.  



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

12 



Seyfəddin QƏNĠYEV 

professor

 

 

EL ÇIXARMAZ SƏNĠ YADDAN... 

 

Şirvan  aşıq  mühitinin  ən  ünlü 



sənətkarlarından  biri  də  Dədə  Bilalın 

şagirdi, Aşıq Qurbanxandan sənətin sir-

lərini  mükəmməl  öyrənmiş,  el  arasında 

tanınmış,  bəyənilmiş,  sevilmiş  Aşıq  Pə-

nah  Ələsgər  oğlu  olmuşdur.  O,  1926-cı 

ildə  Salyan  şəhərində  dünyaya  göz  aç-

mışdır.  

Aşığın atası Ələsgər kişi Aşıq Bilalın 

sənətinin  vurğunu,  həm  də  yaxın  dostu 

idi.  Özü  də  Şirvan  aşıq  dastanlarına 

bələd bir insan idi. O, oğluna da aşıq sə-

nətinə  rəğbəti  gənc  yaşlarından  mənim-

sətmişdir.  Ələsgər  kişi  dostu  Aşıq  Qur-

banxanla  oğlunu  tanış  edir.  Elə  həmin 

gün  də  aşıq  Qurbanxan  Pənahı  şagird 

kimi  qəbul  edir.  1940-cı  ildən  Pənah 

aşıq  Qurbanxandan  aşıq  sənətini  sirlə-

rini əməlli-başlı öyrənir. Beləliklə, Pənah ustadının xeyir-duasından sonra gənc 

aşıq  kimi  məclislərə  qatılır.  Otuz  il  doqquztelli sazı  sinəsindən  ayırmır.  Təkcə 

Azərbaycanımızda  deyil,  keçmiş  sovetlər  birliyində  neçə-neçə  festivallarda 

iştirak edir, uğurlar qazanır, tanınır, sevilir və seçilir.  

 

 

* * * 



 

Mən, necə deyərlər, “bu dünyanı gəşt eyləyib”, aşıq sənətinin sorağı 

ilə  çox  yolları  yordum.  Axırda  özüm  yorğun  düşdüm.  Və  yalnız  bu 

zaman – yollar yorğunu olub, ömrün bu çağının nəfəsini dərmək istəyən-

də həyatım boyu aradığım bir suala cavab tapdım: aşıq sənəti, ona hara-

sından baxılırsa-baxılsın, bütün mahiyyəti, bütün məzmunu, bütün mün-

dəricəsi ilə yaddaĢdır. Biz bu faktora çox vaxt elmi cəhətdən əhəmiyyət 

verir,  fəlsəfəsini  qırağa  qoyuruq.  Varlığın  hər  bir  təzahürünün  fəlsəfəsi 

var. Bu fəlsəfə  yaradılışın hər bir ünsürünün İlahidən gələn mənası, ma-

hiyyətidir. İnsan illərin, hadisələrin bir-birini əvəz etdiyi bir ömür sürür. 

Hərə  öz  yaşadığı  ömrə  bur  məna  verir.  Ancaq  bu  mənaların  hamısı  ya-

rımçıq olur: insan nə qədər ki sağdı, o məna tamamlanmır. Tamlıq, bit-




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

13 



kinlik, kamillik insanın ölümü ilə gəlir və insanın yaşadığı ömrün mənası 

o, bu dünyanı tərk edəndən sonra bilinir. Baxır, kim yaddaşlarda neçə qa-

lır.  İnsan  bütün  hallarda  xatirəyə,  yaddaşa  dönür.  Aşıq  sənəti  yaddaşın 

özüdür.  Bu  sənətin  bütün  məzmun  və  mahiyyəti,  cövhəri,  mayası  yad-

daşdır.  Bu  sənət  yaddaşla  yaranır,  yaddaşla  yaşayır  və  yaddaşla  əbə-

diləşir. Çox maraqlıdır ki, istedadı fitrətdən gələn, ruhu sənət vəhylərinə 

bağlı olan sənətkarlar bu həqiqəti elə öz sağlıqlarında dərk edirlər. Azər-

baycan aĢıq sənətinin ulu simalarından olan unudulmaz AĢıq Pənah 

da öz sağlığında sənətinin həqqətinə qovuĢmuĢ insanlardan idi. Ona 

görə də deyirdi ki: 

 

Bir güç köçsəm mən həyatdan

El çıxarmaz məni yaddan. 

Aşıq Pənah, təmiz addan 

Bu dünyada yaxşı nə var. 

 

Göründüyü kimi, Aşıq Pənah üçün varlığın bütün həqiqəti yaxşı ad-



dan  ibarətdir.  Onun  yaradıcılığına  diqqət  verdikdə  aydın  olur  ki,  “yaxşı 

ad” Aşıq Pənah üçün sadəcə mənəvi-əxlaqi dəyər yox, həm də böyük bir 

həyat  fəlsəfəsidir.  Aşıq  həyatın  mənasını  elə  yaxşı  adda  görür.  Həyat 

onun üçün yaxşı addan ibarətdir. Ancaq burada bir cəhətə fikir verməsək, 

Aşıq Pənahın “həyat”  fəlsəfəsini anlamarıq.  

Məsələ burasındadır ki,  sənətkarın  “həyat” anlayışı geniş məna tutu-

muna malik olmaqla həm bu dünyanı, həm də o dünyanı öz içərisinə alır. 

Başqa sözlə, həyat onun üçün yalnız doğularaq bu dünyaya gəlməkdən və 

dünyada yaşadığı ömürdən ibarət deyil. Aşıq Pənah “həyat”, “ömür” de-

dikdə istər bu dünyadakı, istərsə də o dünyadakı ömrü bütövlükdə nəzər-

də  tutur.  İnsan  bu  dünyada  cismən  yaşayır,  ruhən  o  biri  dünyaya  bağlı 

olur. İnsanın hər iki dünyadakı ömrünün mənası onun bu dünyada çıxart-

dığı adda cəmləşir. Bizim, əslində, iki adımız olur. Birini bizə başqaları 

(ata-anamız, baba-nənəmiz və b.) qoyur. O biri adı isə özümüz özümüzə 

qoyuruq. Bu adda bizim əməllərimiz, ömrümüzün mənası, insanların bizə 

verdiyi qiymət ifadə olunur. Bax, bu cəhəti nəzərə aldıqda Aşıq Pənahın 

“yaxşı ad” haqqındakı hikməti böyük bir fəlsəfədir. Və aşıq bütün ömrü 

boyu öz fəlsəfəsi ilə – “yaxşı ad çıxartmaq” fəlsəfəsi ilə yaşadı. 

Aşıq Pənahın həyat fəlsəfəsinin əsasında əbədiyyətə inam dururdu. O, 

həyata vurğun idi: sazı, sözü, yaşadığı dünyanı böyük bir eşqlə sevir, bu 

eşqin əbədiliyinə inanırdı: 

 

 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə