Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

19 



Aşıq Pənah sovet dönəminin sənətkarı idi, ancaq heç bir halda onun eşqə 

bağlılığı  dini,  təsəvvüfi,  irfani  əsaslardan  ayrı  deyil.  Bunun  səbəbi 

Pənahın  bir  sənətkar  kimi  bağlı  olduğu,  əsasında,  üzərində  təşəkkül 

tapdığı aşıq sənətinin ideoloji mahiyyəti ilə bağlıdır.  

Məlumdur ki, dilimizdəki “aşıq” sözü ərəbcədəki “eşq” kökünə bağlı 

“aşiq”  sözünün  Azərbaycan  dilindəki  deyiliş  formasıdır.  Bu  mənada 

aşıqlıq etməyin bir-birinə bağlı iki səviyyəsi var: 

Birincisi,  sənət  səviyyəsi:  Bu halda aşıq  əlində  saz çalıb-oxuyan, el 

məclislərini yola verən sənətçi, yəni aĢıqdır.   



Ġkincisi,  təsəvvüfi-irfani  səviyyə:  Bu  halda  aşıq  Allahın  yerdəki 

təcəllasına  aşiq  olub,  Onun  eşqi  ilə  alışıb-yanan,  varlığını  ilahi  vüsal 

yolunda pərvanə tək oda yaxan, bütün varlığı, ömrü ilə Sevgilisinə doğru 

yol gedən aĢiqdir. 



Beləliklə,  aĢıqlıq  –  aĢiqin  zahiri  aləmi,  aĢiqlik  isə  –  aĢığın  batini 

aləmidir.  Bunu  fəlsəfi  terminlərlə  izah  etmək  istəsək:  aĢiqlik  – 

məzmun,  aĢıqlıq  –  formadır.  Aşıq  Pənah  da  bu  yolun  yolçusu  idi.  O, 

“Pənah  –  eşq  aləminə...  bağlıdır”  deməklə  istəsə  də,  istəməsə  də  bu 

böyük həqiqəti ifadə edirdi. Əslində, Pənah öz daxilini, içini, batini alə-

mini sovet gerçəklikləri qarşısında nə qədər pərdələmək istəsə də, başqa 

cür ifadə edə bilməzdi. Çünki aşığın varlığı eşqə – aşiqliyə bağlıdır. Hər 

bir  həqiqi  sənətkarın  zahiri  onun  daxilindən  doğur.  Aşığın  iç  dünyası 

eşqdən qurulub. Pənah da bu həqiqətdən qaça bilməzdi: çünki o, bir aşıq 

kimi  eşqin  qulu  olan  aşiq  idi.  Bu,  onun  poeziyasında  bədii-estetik  sim-

vollar, ecazkar poetik obrazlar şəklində ifadə olunub. Bu cəhətdən onun 

poeziyasında  aşıqlıq  və  aşiqlik  yan-yana,  iç-içə  dərin  poetik  mənalar 

yaradır. 

Pənah  bir  aşıq  kimi  də,  aşiq  kimi  də  həmişə  sənət  və  mənəviyyat 

missiyasının daşıyıcısıdır. O, “Xəyalım” qoşmasında deyir: 

 

Gözünü qırpmayıb, gecə sübhəcən 



Yatmır, oyaq qalır bəzən xəyalım. 

Dərdli bir ananın, dərdli atanın 

Dərdiylə özünü üzən xəyalım. 

 

Gözdən yaş axsa da, yanan ürəkdir, 

El ilə gələn qəm – bayram deməkdir

Aşıq dərd çəkməsə, kimə gərəkdir? 

Ay elin dərdinə dözən xəyalım. 

 

 


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

20 



Öz od-ocağına bağlıdır hamı, 

Pənah bu torpaqdan alıb ilhamı. 

Başlanıb yurdumun toyu-bayramı, 

Sən də gəlin kimi bəzən, xəyalım.  

 

Pənahın  mənəviyyat  aləminin  güzgüsü  olan  bu  şeirdə  “Aşıq  dərd 



çəkməsə,  kimə  gərəkdir?”  ritorik  hökmü  onun  aşıqlıq  sənətinə  yanaş-

masının  hansı  mənalara  dayandığını  öyrənmək  baxımından  xüsusilə 

dəyərlidir.  Aşığın  hökmən  dərd  çəkməli  olması  haqqındakı  bu  hökm 

aşıqlığın mahiyyətindən soraq verir. Müasir dövrdə “Aşıq elin anasıdır” 

demişlər.  Şeirdə  dərdin  bu  aspekti  də  var.  El-obasına  bütün  varlığı  ilə 

bağlı olan Pənah öz həyatını eldən, obadan, onun  xeyir-şərindən kənarda 

təsəvvür etmir. Lakin birada dərd həm də bir obraz olub, aşiqliyin mahiy-

yəti  ilə  bağlı  təsəvvürləri  özündə  əks  etdirir.  Aşıq  bir  aşiq  kimi  daim 

sevgilisinin  dərdi  ilə  alovlanıb  yanır.  Bu  dərd  olmasa,  o  yaşaya  bilməz. 

Aşığın  aşiqliyi  dərdə  bağlıdır.  Aşığı  aşiq,  aşiqi  aşıq  edən  dərddir.  Ona 

görə  də  Aşıq  Pənahın  “Aşıq  dərd  çəkməsə,  kimə  gərəkdir?”  hökmünü 

həm  də  eşq  dərdinin  aşiqliyin  ayrılmaz  atributu  olması  haqqında  hökm 

kimi də başa düşmək lazımdır. Bu hökmün əsasında isə eşq – məhəbbət 

durur: 


 

Məhəbbətin günəşsayaq atəşinə 

Daş əriyər, torpaq yanar, yar dayanar. 

Sevən ürək bir ah çəksə, nəfəsindən 

Şam od tutar, çıraq yanar, yar dayanar. 

 

Göründüyü  kimi,  Pənah  şeirdə  məhəbbəti  fövqəlgüç  kimi  təsvir 



etmişdir. Bu, elə bir qüvvədir ki, onun qabağında təbiətin stixial gücləri 

dayana  bilmir.  Məhəbbətin  odu  günəş  kimi  yandırır.  Onun  odu  daşları 

əridir, torpaq alovlanıb  yanır.  Lakin  dünyanın  qəribəliyi  ondadır ki,   bu 

fövqəlodun  yanğısına  yar  dözür.  Eləcə  də  sevən  ürəyin  çəkdiyi  ahdan, 

odlu nəfəsdən şam od tutub, çıraq yansa da, yar bu oda dözür. 

Pənah  məhəbbəti  səmimi  lirik  obrazlarla  tərənnüm  edir.  Bu  baxım-

dan,  “Dayanar”  şeirinin  ikinci  bəndində  çox  zərif  və  səmimi  obrazlarla 

qarşılaşırıq: 

 

El sevinər yaz yağışı çölə düşsə, 

Bağ üşüyər sübhün şehi gülə düşsə, 

Gözlərimdən buz bulağa gilə düşsə, 

Su quruyar, bulaq yanar, yar dayanar. 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

21 



 

Bu  şeirdə  işlənmiş  obralar  həyatın  özündən  gəlir.  Pənah  sanki  br 

rəssam kimi  sevgi  yaşantısının tablosunu çəkir. Bu tabloda hər şey təbii 

və səmimidir. Bu səmimiyyət aşiqin sevgisin ülviləşdirir və onu zərif, isti 

boyalarla  süsləndirir.  Yaz  yağışının  çölə  düşməsinin  insanları  sevindir-

məsi,  sübhün  şehinin  bağdakı  gülü  üşütməsi  Pənahın  poetik  müşahi-

dələrinin  məhsulu  kimi,  təzə-tər  obrazlar  olub,  sənətkarın  qəlbinin 

dərinliklərindən süzülərək gəlir. Aşıq Pənah burada təzad yaradır: aşiqin 

gözlərindən buz bulağa düşən göz yaşı bir od olub bulağı yandırsa da, yar 

buna  dözüb-dayanır.  Lakin  Pənah  bu  cəfanı  qəbul  edir.  O,  eşq  yolunun 

yolçusudur.  Bu,  ulu  bir  yoldur.  Pənahdan  qabaq  bu  yolu  sinəsi  dağlı 

aşiqlər keçib gediblər. Onları bu gün sözləri ilə yaşadan odlu nəfəsləridir. 

Pənah  da  bu  yola  çıxıb.  Bu  yolun  yolçularının  qismətində  ömrü  boyu 

eşqlə yanmaq var. Necə ki, ulu Füzuli deyirdi: 

 

Məni candan usandırdı, cəfadan yar usanmazmı?! 

Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?! 

 

Böyük Füzuli bu dünyadan eşq yanğısı ilə köçdü. Bu eşq olmasaydı 



o, bu dünyada sözün zirvəsinə, o dünyada fələklərin məqamına  yüksələ 

bilməzdi. Bu cəhətdən Aşıq Pənah da hansı  yolla, kimlərin getdiyi  yolla 

getdiyini  və  bu  yolda  onu  nə  gözlədiyini  ulu  sələflərinin  taleyinin 

nümunəsində artıq bilir. Ona görə də deyir ki: 



 

Lalə rəngli xına qoyar əllərinə, 

Acıq verər bağ-bağçanın güllərinə, 

Şanə vurub, sığal çəksə tellərinə, 

Zülf alışar, dodaq yanar, yar dayanar. 

 

Söz tapmaq da çətin olar camalına, 

Nə deyim ki, layiq olsun kamalına, 

Mən aşiqin, mən yazığın bu halına 

Qələm ağlar, varaq yanar, yar dayanar. 

 

Sədaqətdən söhbət açıb səhər-axşam 

Nəğmə desəm, saz dindirsəm, yorulmaram, 

Çaşıb desən, Pənah, sənnən yoxdur aram, 

Dil təpiyər, dodaq yanar, yar dayanar. 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə