Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə16/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

40 



 

ƏFƏNDĠM 

 

Əsla bel bağlama yalan dünyaya



Gün gələr, ayrılar yolun, əfəndim. 

Uçar gedər əməklərin havaya, 

Varislər bölüşər malın, əfəndim. 

 

Damarın quruyar, qanın çəkilər, 



İkiqat olarsan, belin bükülər, 

Yarpaqların xəzəl olar tökülər, 

Budanar şitilin, dalın, əfəndim. 

 

Dərin-dərin xətlər artar üzündə



Yaxın yerlər uzaqlaşar gözündə, 

Yeriməyə fər tapılmaz dizində, 

Kəsilər taqətin, halın, əfəndim. 

 

Varıb gözəllərlə əyləşə bilməz, 



Daha cahallarla uzlaşa bilməz, 

Tayınla, tuşunla söyləşə bilməz, 

Lal olar ağzında dilin, əfəndim. 

 

Açılar bağrında dərin yaralar



Nə məlhəm kar edər, nə də çaralar. 

Matəm tutar, geyinərsən qaralar, 

İnciyər yaşılın, alın, əfəndim. 

 

Miskini, yeyərsən əcəl aşını, 



Yoran olmaz xəyalını, düşünü. 

Bir məzara endirərlər nəşini, 

Çürüyər ayağın, qolun, əfəndim. 

 

GÖZƏL, GÖZƏL 

 

Sənin aşiqinəm əzəldən bəri



Mənimlə murada ər, gözəl, gözəl. 

Yoluna qurban dedim  canıla səri, 

Necə pərişanam gör, gözəl, gözəl. 

 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

41 



Bir gözəlin özü gözəl olmalı, 

Suyu şirin, üzü gözəl olmalı, 

Könlü geniş, sözü gözəl olmalı, 

Gözəl sayılarmı hər, gözəl, gözəl. 

 

Gözəllik dünyada ən böyük sərvət, 



İbadət sayılar gözələ hörmət, 

Bir yol Miskiniyə göstər xoş sifət, 

Məhəbbətdən qaçmaq ar, gözəl, gözəl. 

 

 



GÖZLƏRĠNDƏN 

 

Könül sarayımda saqi bildiyim



Doldur eşq şərabın, ver gözlərindən. 

Hər bir cəfasına razı olduğum, 

Məsti bi-riyayam sirr gözlərindən. 

 

Vücudum sevdanın narına düşdü, 



Dilim gülüstanın zərinə düşdü, 

Azdı yaralarım, dərinə düşdü, 

Yarama məlhəmi vur gözlərindən. 

 

Mən bir meypərəstəm, sən bir saqiyyə, 



Qaraldı gül bənzim, döndü xakiyə, 

Əlimi açaraq gəldim səkiyə, 

Nolar, bir işıq saç nur gözlərindən. 

 

Ariflər qiymətli sözün aşiqi, 



Kamalat sahibi özün aşiqi

Miskini də gülən gözün aşiqi, 

Məhrum etmə məni, yar, gözlərindən. 

 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

42 



Aynur QƏZƏNFƏRQIZI  

AMEA Folklor İnstitutu  

Aynurqezenferqizi@vahoo.сот 

 

 



AġIQ CAMAL VƏ ONUN YARADICILIĞĠ 

 

Özət:  17-ci əsrin sonu və 18-ci əsrdən başlayaraq  əruz vəzni öz  yerini 

heca  vəzninə  vermişdir.  Hətta  mədrəsə  təhsili  almış  istedadlı  şairlər  belə 

xalqın  daha  yaxşı  başa  düşməsi  və  anlaması  üçün  şeirlərini  heca  vəznində 

yazırdılar.  Bunlardan  biri  də  Aşıq  Camal  kimi  tanınan  Zəyəmli  İsadır.  İsa 

1830-cu ildə Zəyəm kəndində anadan olmuş, 1908-ci ildə elə həmin kənddə 

də  vəfat  etmişdir.  İsa  mədrəsə  təhsili  aldığına  görə  ona  Molla  İsa  deyiblər. 

Ancaq aşıqlıq etdiyinə görə xalq arasında ona Aşıq Camal təxəllüsü veriblər. 

Yazdığı  ictimai  siyasi  məzmunlu  şeirlərə  görə  hökumət  məmurları  Aşıq 

Camalı  nəzarətdə  saxlayırdılar.  Təqiblərdən  yaxa  qurtarmaq  üçün  o, 

Türküstana  getmiş,  Buxara  və  Səmərqənd  mədrəsələrində  dini  təhsilini 

davam  etdirmişdir.  Sonrakı  illərdə  ictimai  siyasi  şeirlərinə,  rüşvətxor 

məmurlara  həcv  yazdığına  görə  Ağstafaya  sürgün  edilmişdir.  Onun  aşıq 

şeirinin müxtəlif janrlarında, gəraylı, qoşma, müxəmməs və s. şeirləri vardır. 

Aşıq  Cumanın  ustadı  olduğu  iddia  edilir.  Molla  Cuma  həftədə  iki  dəfə 

Zəyəm  kəndinə  gəlmiş  və  Aşıq  Camaldan  dərs  almışdır.  Onu  da  xatırladaq 

ki, Molla Cuma özünün “İbrahim” adlı şeirində Zəyəmə gəldiyini və burda 

saz  çalıb  oxuduğunu  bildirir.  Aşıq  Camal  Varxiyanlı  Aşıq  Məhəmmədlə 

dost  olmuşdur.  Ancaq  təəssüf  olsun  ki,  Aşıq  Camalın  şeirləri  Varxiyanlı 

Aşıq Məhəmmədin adı ilə nəşr olunmuş, onun adı ilə yayılmışdır.  

Açar  sözlər:  Aşıq  Camal,  Varxiyanlı  Aşıq  Məhəmməd,  Molla  Cuma, 

Zəyəm kəndi, “bədii terror”, aşıq yaradıcılığı. 

 

Giriş  

Yaradıcılığı az öyrənilmiş el şairləri və aşıqlarından biri də Aşıq Camal-

dır. Onun yaradıcılığı zəngin olsa da, nədənsə, bu günə kimi tədqiqatçıların 

nəzərindən  yayınmış,  layiqincə  araşdırılmamışdır.  Hələlik  bizim  bildiyimiz 

qədərilə Bəsdi Səfər qızının “Təhsil uğrunda” qəzetində yayımlanmış “Aşıq 

Camal  Molla  Cumanın  ustadıdırmı”  adlı  məqaləsi  və  Əziz  Ələkbərlinin 

“Qax: folklor və etnoqrafik etüdlər” kitabında bir başlıq Molla Cumaya həsr 

olunub.  Yaradıcılığı  tədqiqatdan  kənarda  qalsa  da,  xoşbəxtlikdən  Zəyəm 

kəndinin  sakinləri  hələ  də  aşığı  unutmamış,  onun  şeirlərinin  bir  qismini 

hafizələrində saxlaya bilmişlər. Sadə kəndli ailəsində anadan olan aşığın əsl 

adı İsadır. Zamanla ağıllı davranışı, iti cavablarına görə Camal təxəllüsünü 

almışdır. Saz çalıb oxuduğu üçün el arasında Aşıq Camal kimi tanınmışdır.  

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə