Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

43 



Aşıq haqqında rəvayətlər  

Deyilənə  görə,  aşıq  Molla  Cumamn  ustadı  olmuşdur  (Ələkbərli:  162, 

2005).  Elə  Molla  Cuma  da  özünün  İbrahim  adlı  şeirində  Zəyəm  kəndinə 

gəldiyini, burda saz çaldığını və s. yazır. (Molla Cumə: 423,2006)  

Şeirdə  çox  açıq  şəkildə  ifadə  edilməsə  də,  hər  halda  Molla  Cumanın 

Zəyəm  kəndi  ilə  əlaqəsinin  olduğunu  görə  bilərik.  Aşıq  Camal  ustad 

aşıqlardan  olub.  Onun  haqqında  dolaşan  rəvayətlərdən  biri  də  Varxiyanlı 

Aşıq Məhəmmədlə dostluğudur. Deyilənə görə, Varxiyanlı Aşıq Məhəmməd 

Aşıq  Camalın  sorağını  eşidir  və  gəlir  onunla  deyişməyə.  Lakin  qapını  qızı 

açır. Varxiyanlı Aşıq Məhəmməd qızı görüb öz-özünə deyir ki, qoy bir bu 

qızı imtahan edim. Odur ki, soruşur:  

- Qızım, mənə köz gətirə bilərsənmi?  

Qız deyir:  

- Əmi, sənə yastı köz gətirim, ya yumru köz?  

Varxiyanlı Aşıq Məhəmməd deyir:  

-

 



Qızım, nə fərqi var? Necə olur olsun, köz olsun.  

Qız deyir:  

-  Yox,  əmi,  əgər  qəlyan  çəkirsənsə,  sənə  yastı  köz  gətirim,  yox  əgər 

siqaret çəkirsənsə, onda sənə yumru köz lazımdır.  

Varxiyanlı  Aşıq  Məhəmməd  öz-özünə  düşünür  ki,  bunun  qızı  belə 

hazırcavab  və  ağıllıdırsa,  gör  özü  necədir.  Odur  ki,  fikrindən  vaz  keçir  və 

çıxıb gedir.  

 

Aşığın yaradıcılığında deyişmə  



 

Aşıq Camalın bir neçə deyişməsini toplamışıq. Bunlardan biri naməlum 

bir  qadınla,  digəri  Məryəm  xanımla  deyişmə,  başqa  biri  də  İbrahimlə 

deyişmədir.  Çox  böyük  ehtimalla  bu,  Molla  Cumanın  şeir  yazdığı 

İbrahimdir. İbrahimlə deyişməsi belədir:  

 

Aşıq Camal içdi kövsər şərabı,  



Yer üzündə çəkdim min cür əzabı.  

Sevərsən ................................... 

Bu yol ilən şahi şahbaz ötdümü.  

 

İbrahim cavabında deyir:  



 

İbrahim də yanar sizing oduna,  

Qurban olum haqqın min bir adına.  

Ol Tanrı yetişsin sizing dadına  

Ağlaya-ağlaya dad çəkə getdi.  

 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

44 



Aşığın deyişmələri çoxdur. Xüsusən anası Məryəm xanımla deyişmələri 

həm  Aşıq  Camalın  həyat  tarixçəsi,  həm  də  bədii  təxəyyülü  haqda  gözəl 

bilgilər verir. Məryəm xanımın Şahnəzərlə deyişməsindən örnək:  

 

Muştuluq Məryəm xanıma,  



Xan Camalın gəldi sənin.  

Vilayəti zəcv eliyən  

Xan Camalın gəldi sənin.  

 

Anası deyir:  



 

Muştuluğa yeddi xəznə,  

Xan Camalım gəlsə mənim.  

Dörd gümüş, üç qızıl  

Xan Camalım gəlsə mənim.  

 

Deyişmənin  ilk  bəndindən  olduğu  kimi,  son  bəndindən  də  görünür  ki, 



Aşıq  Camal  uzaq  səfərdən  qayıdır.  Fikrimizcə,  bu  böyük  ehtimal  ilə 

Camalın sürgün olunduğu zamana işarədir:  

 

Camal düşmüşdü düzlərə,  



Baxmaq olmurdu gözlərə.  

İnanginən Şahnəzərə,  

Xan Camalın gəldi sənin.  

 

Мəryəm xanım cavabında:  



 

Məryəməm çəkdim ahi-zar,  

Ağlardım hər səhər-səhər.  

Vilayət deyər bəxtəvər,  

Xan Camalım gəlsə mənim.  

 

 



Aşığın lirik şeirləri  

 

Aşıq  Camalın  40-dan  çox  şeirini  toplamışıq.  Məlum  olub  ki,  aşıq 

gəraylı,  qoşma,  müxəmməs,  təcnis,  cığalı  təcnis  janrlarında  şeirlər 

yazmışdır. Gəraylılarının əsas mövzusu gözəlin tərənnümü və sevgidir.  

 

Ala gözlü nazlı dilbər, 



Nur yağıbdı qabağından.  

Məni tamarzı eyləmə,  

Bir busə ver yanağından.  



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

45 



 

Və yaxud:  

 

Sallanaraq yüz nazinən,  



Dilbər-dilbər qızlar gəlir.  

Məhəbbəti var bizinən  

Qarşımızda yazdır gəlir.  

 

Aşıq Camalın ən çox müraciət etdiyi şeir janrı qoşmadır. Qoşmalarında 



haqsızlığa  üsyan,  fələkdən  şikayət,  sevgi,  həsrət,  nisgil,  qürbət,  vətən 

sevgisi, gözəlin, gözəlliyin tərənnümü motivləri yer almışdır.  

 

Aşıq Camal gülə-gülə gələndən,  



At üstündə təkcə, yalqız qalanda.  

Sevibən göyçək arvad alanda,  

Əzəlinnən onun zatına baxın. (Şəxsi arxiv)  

 

Bəddua çıxaraq ərşə dayandı,  



Bəlalar üstünə enəcək oldu.  

Pıryad qıllam, dadım çatmaz bir yana,  

Allınan çıraqlar sönəcək oldu.  

 

Qoşmaları  arasında  diqqətimizi  cəlb  edən  başqa  biri  də  “Gəlsin” 



qoşmasıdır. ’’Bildiyimiz kimi, el şairlərindən Seyid Əbülqasim Nəbatinin və 

Qasım  bəy  Zakirin  bu  məzmunlu  qoşmaları  vardır.  Üstəlik,  hər  üç  şairin 

yaşadığı zaman dilimi təxminən eynidir. Aşığın qoşması belədir:  

 

Gedin deyin, mənim mələk yarıma,  



Bir zahmat çakiban buraya gəlsin.  

Bulut təllər götürsün qabağından,  

Hilal qaşlar çixub araya gəlsin (Şəxsi arxiv).  

 

Şairin həmçinin əlimizdə olan üç “Pəri” qoşması mövcuddur. Bunlardan 



ikisi  Əziz  Ələkbərlinin  kitabında,  digəri  bizim  arxivimizdədir.  Hər  üç  şeiri 

də diqqətlə incələdikdə eyni xanıma yazıldığı aydın olur.  

 

Aşıq Camalın sürgün həyatı 

  

Biz  artıq  qeyd  etmişik  ki,  Aşıq  Camal  iki  dəfə  sürgün  həyatı  yaşayıb. 

Onlardan  biri  Sibirdə,  digəri  Ağstafada  olub.  Aşığın  sürgündə  olduğu 

zamanlar da qoşmalarında öz əksini tapmışdır.  




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə