Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

37 



Ərbabi cəhalət ordu misalı, 

Varır bir hücumla elmin üstünə. 

Qələm, nə durursan, qeyd et bu halı, 

Palçıq çəkənlər var günün üstünə. 

 

Dövrü-zəmanədə bax, noldu işlər

Ayaqdan dönmədir indiki başlar, 

Cahil fürsət tapdı kamili daşlar, 

Bilməm nə deyim mən bunun üstünə. 

 

Hiyləgər qazancı haramda gördü

Oyunlar çevirdi, vurğunlar vurdu, 

Sərvətlər topladı, varlığa ərdi, 

Siyasət yapanlar dinin üstünə

         

Sadıq  Miskininin  şeirləri  xalq  yaradıcılığından  bəhrələnmiş;  bayatılardan, 

nəğmələrdən,  laylalardan,  hikmətli  sözlərdən  və  s.  qidalanmışdır.  Elə  buna 

görədir ki, onun yaradıcılığı xalqın ruhunu təmsil və tərənnüm edir, xalqına sıx 

bağlıdır.  Fikri  lirik  şəkildə  vermək,  hər  hansı  konkret  hadisəyə  və  yaxud  gö-

zəlliyə öz mövqeyini bildirərək onu qələmə almaq aşıq Miskini yaradıcılığının 

əsas xüsusiyyətlərindəndir: 

 

Dur hələ, dur hələ, getmə, 

Gözəl, bir əylən, bir əylən. 

Gedib könlümü incitmə, 

Gözəl, bir əylən, bir əylən. 

 

...Miskini gözələ talib, 

Vardırmı bu yolda qalib? 

Nə olar, insafa gəlib, 

Gözəl, bir əylən, bir əylən. 

         

Sadıq Miskini yaradıcılığında geniş yer tutan təbiət və insan gözəllyi aşığın 

ilham  qaynağıdır.  Aşıq  gözəlləmələrin  diliylə  al-əlvan  boyalarla  söz  çələngi 

quraraq həm təbiət gözəlliklərini, həm  də insan gözəlliklərini tərənnüm edir. O, 

insanı  təbiətdən  ayırmır,  əksinə  onları  bər  vədhət  kimi  görür,  duyur  və 

tərənnüm edir:  

 

Coş, ey dəli könül, bahar zamanı, 



Açıldı çiçəyi, gülü baharın. 


 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

38 



Ötər cümlə quşlar, qılar fəğanı, 

Çözüldü dəhanı, dili baharın. 

 

Bənövşə tütüya yayıldı düzə, 

Qovuşduq papatya, lalə, nərgizə, 

Yarın qoxusunu gətirər bizə, 

Əsəndə dağlardan yeli baharın. 

 

Klassik aşıq  poeziyasının qəlibləşmiş  məhəbbət  şeirlərində olduğu kimi, 

aşıq  Miskini  yaradıcılığında  da  “Gözəllik  ondur-doqquzu  dondur”  hikmətinə 

əməl  olunmuş,  onun  gözəlləmələrində  incəlik,  gözəllik,  saflıq  kimi  duyğular 

tərənnüm  edilməklə  yanaşı  gözəlin    xarici  görkəmi,  geyimi,  bər-bəzəyi  də 

xüsusi bir zövqlə  təsvir  edilmişdir:  

 

Gözəl, gözəl olar on beş yaşında, 

Günəş çalar, ay parlayar  qaşında, 

Qolçaq qolda, ipək yaylıq başında, 

İrəng-irəng  şalları var gözəlin. 

 

Dəli könül gözəllərin məstində, 

Əğyar insan olmaz gözəl dostunda

Ağ gərdanda, büllur buxaq üstündə 

Sıra-sıra xalları var gözəlin. 

          

          Sadıq Miskini  böyük tarixi keçmişə və sənət ənənələrinə malik Axıska, 

Ağbaba-Çıldır, Qars-Gümrü aşıq sahəsini əhatə edən şimal-şərqi Anadolu  aşıq 

mühitinin  yetirməsidir.  O,  hər    hansı  bir  ustadın  yanında  şagirdlik  etməsə  də, 

peşədən  yetişmə bir aşıqdır. O, fitri istedadı və zəhmətkeşliyi sahəsində həmişə 

öz  üzərində  çalışmış,  yaşatdığı  sənətin  məsuliyyətini  çiyinlərində  daşımışdır. 

Bu  mühitin  original  saz  havalarına,  sənətkarlıq  xüsusiyyətlərinə  və  aşıqlıq 

sənətinin sirlərinə dərindən bələd olan aşıq-şairimiz  həm də yaşadığı coğrafiya-

da  böyük  nüfuz  sahibidir.  O,  insanların  mənəvi-psixoloji  aləminin,  dünya-

görüşünün formalaşmasına  şeirləri və örnək həyat tərziylə böyük təsir göstərir.  

         Müasir  siyasi  sərhədlərimizdən  kənarda  yaranmış  milli  mədəniyyət 

nümunələri  Azərbaycan  etno-mədəni  sisteminin  tərkib  hissələridir.  Bu  gün 

qədim və zəngin bir aşıq mühitinin əlimizdə qalmış hissəsində bir sənətkar kimi 

bu mühitin saz-söz sənətinin tərəqqisi üçün yorulmadan çalışan Sadıq Miskini 

sənətinin tədqiqi həm folklorumuzun, həm də aşıq ədəbiyyatı tarixinin real elmi 

mənzərəsini yaratmaq  baxımından vacibdir. 

 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

39 



Sadıq MĠSKĠNĠ 

 

AYRILIQ 

 

Ötən bülbül idim gülün dalında,  



Yaxşı yerdə yaman vurdu ayrılıq…  

Gülər, sevinərdim kəndi elimdə,  

Yabandan yabana sürdü ayrılıq...  

 

Ələm, kədər əksik deyil başımdan, 



Seçilmir heç bahar, yazım qışımdan, 

Ayrı qaldım dostumdan, yoldaşımdan,  

Qolum, qanadımı qırdı ayrılıq... 

 

Qan ağlayır Miskininin ürəyi,  



Ölümdürmü ayrılığın gərəyi?  

Fələyin əlində əcəl kürəyi,  

Üzərimə torpaq verdi ayrılıq…  

 

 



DE, O ZALIM YARA 

 

Badi-səba, get de, o zalım yara, 



Xəbəri vardırmı məstanəsindən? 

Açdı ürəyimdə min cürə yara, 

Daha nə istəyir divanəsindən? 

 

Məni tərk eyləyən gözləri xumar



Bağladı belimə həsrətdən kəmər, 

Doğmadı baxtıma ol şəmsi-qəmər, 

Ziyasın gizlədi pərvanəsindən. 

 

Ellərin sürdüyü zövq ilə səfa



Mənim də çəkdiyim cövr ilə cəfa, 

Miskiniyə fərman yazar bivəfa, 

Asar kəkilinin hər danəsindən. 

 

 



 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə