Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.

səhifə1/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   82


S.Q.Həsənova, A.Q.Qarayeva, 
Ə.H.Qədimov, M.R.Şəfiyeva 
 
 
G E N E T İ K A
 
 
(Dərs vəsaiti)
 
 
 
 
 
 
 
 
SUMQAYIT - 2014 
 


 
~ 2 ~ 
Sumqayıt Dövlət Universitetinin 
50 illik yubileyinə həsr olunur 
 
 
 
 
G E N E T İ K A
 
(Dərs vəsaiti) 
 
 
Azərbaycan Respublikası Təhsil  
Nazirliyinin  Elmi-metodiki  Şurasının 
13.12.2012-ci  il  tarixli,  08  saylı 
protokoluna  əsasən  dərs  vəsaiti  kimi 
çap edilməsi tövsiyyə olunmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SUMQAYIT– 2014  


 
~ 3 ~ 
Elmi redaktor:  
Muradov P.Z. 
b.e.d., professor, AMEA-nın müxbir üzvi 
 
Rəyçilər:   
 
Nəcəfov C. 
b.e.d., professor,  
 
Əkbərov Z. 
k.ü.e.d., professor,  
 
 
Namazov N.R. 
b.ü.f.d., dosent, Sumqayıt Dövlət Universiteti 
 
 
S.Q.Həsənova, A.Q.Qarayeva, Ə.H.Qədimov, M.R.Şəfiyeva  Genetika 
(Dərs vəsaiti). Dərs vəsaiti. Sumqayıt Dövlət Universiteti, 2014. s. 245. 
 
 
 
Dərs  vəsaiti  SDU-nun  Botanika  kafedrasında  tədris  olunan 
“Genetika” fənninin proqramına əsasən yazılmışdır.  


 
~ 4 ~ 
GİRİŞ 
 
          Genetika  (latın  sözü  olub  geneo-törədirəm)  irsiyyət  və  dəyişkənlik 
haqqında elm olub, genetik (irsi) informasiyaların qorunub saxlanması və 
gələcək nəsillərə ötürülməsindən bəhs edir. 
İrsiyyət  viruslardan,  bakteriyalardan,  ali  bitkilərə,  heyvanlara  və 
insana  qədər  butun  canlı  orqanizimlərə  xas  olan  ən  mühim  xüsusiyyət 
olub, nəsillərdə əcdadların əlamətlərinin təzahürüdür.  
İrsiyyətin  ən  vacib  xüsusiyyətlərindən  biri  onun  konservativliyidir. 
Konservativlik  irsi  xüsusiyyətlərin  bir  çox  nəsillər  boyu  saxlanılmasıdır. 
Belə ki, nəsillər arasında oxşarlıq milyon illər saxlanılır. 
İrsiyyətin  digər  nəzərə  çarpan  xüsusiyyəti  onun  dəyişkənliyidir. 
Əgər  konservativlik  nəsillər  boyu  fərdlərin  oxşarlığını  təmin  edirsə, 
dəyişkənlik  canlı  həyatın  müxtəlifliyini  təmin  edən  bir  faktordur. 
Dəyişkənlik  orqanizmin müxtəlif sahələrini ,orqanlarını, hətta hüceyrələri 
əhatə edə bilir. 
İrsiyyətin  konservatizmi  və  dəyişkənliyi  bib-biri  ilə  sıx  bağlı  olub, 
təkamül prosesinin gedişini müəyyən edir. Genetika elminin əsas predmeti 
irsiyyəti və onun dəyişkənliyini öyrənməkdir. 
Genetikanın inkişaf tarixinə nəzər salsaq hələ 1859-cu ildə Ç.Darvin 
göstərmişdir  ki,  təkamülün  hərəkətverici  qüvvəsi  olan  təbii  seçmə,  iki 
faktora əsaslanır: irsiyyət və dəyişkənlik. 
İlk  dəfə  İ.G.Kelreyter  (1733-1806)  müxtəlif  bitki  növlərinin 
nümayəndələrini  hibridləşdirərək  müəyyən  etmişdir  ki,  hibrid  bitkilər  öz 
valideynlərinə nisbətən qüvvətli və davamlı olur.   
Fransız  alimi  botanik  Şarl  Noden  (1815-1899)  bir-birindən  bioloji 
uzaq  növlərin  arasında  hibridlər  almağa  çalışmışdır.  Onun  təcrubələrinin 
nəticələrindən  ibarət  əsəri  Fransa  elmlər  akademiyasının  qızıl  medalına 
layiq görülmüşdür. 
Genetikanın inkişafında mühüm mərhələ, bu elmin banisi çex alimi 
Greqor  Mendeldən  (1822-1884)  başlayır.  O,  ilk  dəfə  olaraq  irsiyyətin 
öyrənilməsində  elmə  əsaslanan  üsul  işləyib  hazırlamışdır  və  bitki 
hibridlərinin  üzərində  apardığı  öz  tədqiqatlarında  əlamətlərin  irsən 
keçməsinin  ən  mühüm  qanunlarını  müəyyən  etmişdir.  Mendel  öz 
tədqiqatlarının  nəticələri  ilə    ilk  dəfə  Brno  şəhərində  təbiətşünaslar 
cəmiyyətinin  iclasında  “Bitki hibridləri  üzərində  tədqiqatlar”  adlı  məruzə 
ilə  çıxış  etmişdir.  Bu  əsər  1865-ci  ildə  həmin  cəmiyyətin  ”Elmi 
əsərləri”ndə  dərc  edilmişdir.  Lakin  müasirləri  bu  işə  lazımi  qiymət 
verməmişdir. 


 
~ 5 ~ 
Hazırda  genetika  elminin  inkişafını  şərti  olaraq  beş  mərhələyə 
bölürlər.  
1900-1912-ci  illər  genetika  elminin  inkişafında  şərti  olaraq  birinci 
mərhələ  sayılır.  Bu  illər  ərzində  müxtəlif  növ  bitki  və  heyvan  növləri 
üzərində G.Mendelin kəşf etdiyi qanunlar sınaqdan çıxmış və öz təsdiqini 
tapmışdır.  1900-cü  ildə  Q.de-Friz  (1848-1935)  Hollandiyada,  K.Korrens 
(1864-1933)  Almaniyada,  E.Çermak  (1871-1962)  Avstriyada  müxtəlif 
bitkilər üzərində (lalə, qarğıdalı, noxud) bir-birindən asılı olmayaraq 35 il 
öncə Q.Mendelin aldığı nəticələri yenidən təkrar etmişlər. 
1906-cı ildə ingilis alimi U.Betsonun (1861-1926) təklifi ilə bu elmə 
“genetika”  adı  verilmişdir  (latın  sözü  geneo-törədirəm).  U.Betsonun 
toyuqlar,  kəpənəklər,  laboratoriya  gəmiriciləri  üzərində,  isveç  alimi 
G.Nilson–Elenin  dənli  bitkilər  üzərində  polimeriya  və  kəmiyyət 
əlamətlərinin irsiliyi, danimarka alimi V.İohansenin (1857-1927) qarğıdalı, 
taxıl  bitkiləri  üzərində  apardığı  işlər  genetika  elminin  inkişafında  mühüm 
rol  oynamışdır.  1909-cu  ildə  V.İohansen  “gen”,  ”genotip”,  ”fenotip” 
terminlərini  təklif  etmiş,  təmiz  xətlər  və  populyasiya  haqqında  təlim 
yaratmışdır. 
Genetikanın  inkişafında  ikinci  mərhələnin  (təxminən  1912-1925) 
əsas xüsusiyyəti irsiyyətin xromosom nəzəriyyəsinin yaranması və təsdiqi 
ilə səciyyələnir. Burada amerikan genetiki T.Morqan (1861-1945) və onun 
tələbələri A.Stertevant (1892-1970), K.Bridces (1889-1938) və G.Müllerin 
(1890-1967) drozofil milçəyi üzərində apardıqları tədqiqat işləri həllledici 
rol oynamışdır. Bu işlərin əsasında müəyyən olunmuşdur ki, irsi əlamətlər-
genlər  hüceyrə  nüvəsinin  xromosomlarında  cəmlənmişdir.  İrsiyyətin 
xromosom  nəzəriyyəsi  genetikanın  görkəmli  nailiyyətlərindən  biri  olaraq 
onun gələcək inkişafında və molekulyar biologiyanın yaranmasında aparıcı 
rol oynamışdır. 
Genetika  elminin  tarixi  inkişafnın  ücüncü  (1925-1940)  mərhələsi 
süni  yolla  yeni  mutasiyaların  alınması  ilə  səciyyələnə  bilər.Mutasiya 
nəzəriyyəsinin  əsas  müddəalarını  hələ  genetika  elminin  yaranmasınin  ilk 
illlərində (1902-ci ildə) Q.de-Friz öz əsərlərində dərc etdirmişdir. 1925-ci 
ildə Q.A.Nadson və onun şagirdi Q.E.Filippov süni yolla maya göbələyinə 
radium şüaları ilə təsir edərək  onlarda  mutasiya dəyişkənlikləri  müşahidə 
etmişlər.  1927-ci  ildə  ABŞ-da  G.Müller  drozofil  milçəklərinə  rentgen 
şüaları ilə təsir edərək mutasiya dəyişkənlikləri əldə etmişdir. 
 Mutagenezin  inkişafında  və  onun  tətbiqi  istiqamətində  Rusiyada 
görkəmli genetiklər N.P.Dubinin. M.E.Lobaşev, İ.A.Rapaport, İngiltərədə 
Ş.Auerbax,  Azərbaycanda  Ə.M.Quliyev  zəngin  işlər  aparmışlar.  Bitki 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   82


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə