Nuklein turşularinin kimyəvi quruluşU


Nuklein  turşularının  kimyəvi  quruluşu  və  xassələri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   82

 
~ 11 ~ 
Nuklein  turşularının  kimyəvi  quruluşu  və  xassələri 
 
Nuklein turşuları suda və qələvilərdə həll olur, turşu məhlullarında 
isə  çökdürülə  bilər.  Bioloji  polimerlər  olan  nuklin  turşuları  parçalanaraq 
monomerlərə - nukleotidlərə çevrilir. Hər nukleotidin quruluş vahidi fosfat 
(fosfat  turşusunun  qalığı),  beş  karbonlu  karbohidrat-dezoksiribozadan 
(DNT-də) və ya ribozadan (RNT-də) ibarətdir. 
 
                                                       
Riboza                                            Dezoksiriboza 
 
Fosfat  və  karbohidrat  komponentlərindən  başqa  nukleotidlərin 
tərkibində  beş  azot  əsaslarından:  adenin,  quanin,  sitozin,  timin  (DNT-də) 
və  ya  urasildən  (RNT-də)  biri  iştirak  edir.  Adenin  və  quanin  purinin 
törəmələri  olub,  purin  əsasları  adlanır,  sitozin,  urasil  və  timin  isə 
pirimidinin törəmələri olub, pirimidin əsasları adlanır. 
Purin əsasları: 
 
                                   Adenin                                         Quanin 
 
Pirimidin əsasları: 
                     
        Sitozin                   Timin (DNT-də)                  Urasil (RNT-də) 


 
~ 12 ~ 
Nukleotidlərdən  (monomerlərdən)  nuklein  turşularının  molekulu 
(polinukleotidlər)  qurulur.  Polinukleotidlərdə  mononukleotidlər  öz  arala- 
rında  fosfat  turşusunun  qalığı  ilə  birləşir.  Bu  zaman  bir  nukleotidin  3-cü 
karbon atomu ilə digər nukleotidin 5-ci karbon atomu arasında fosfat qalığı 
vasitəsi ilə efir əmələ gəlir və s. 
                    Nukleotid                       Nukleotid                Nukleotid 
 
 
 
 
 
 
 
 
 
 
 
Polinukleotid zənciri 
 
Nuklein  turşularının  polinukleotid  zəncirində  onlarla,  yüzlərlə, 
minlərlə  hətta  milyonlarla  nukleotid  qalıqları  olur.  Nuklein  turşuları  xətti 
quruluça malikdir və şaxələnmir. 
Adətən  nukleotidlər  həmin  nukleotiddə  iştirak  edən  azot  əsasının 
birinci  hərfi  ilə  adlandırılır.  A-adenin,  Q-quanin,  S-sitozin,  U-urasil,  T- 
timin. 
Ribonuklein turşuları (RNT) bir polinukleotid zəncirindən ibarətdir, 
məhlulu nisbətən özülülüyə malikdir. 
Dezoksiribonuklein  turşusu  molekulunun  modeli  1953-cü  ildə 
Ceyms  Uotson  və  Frensis  Krik  tərəfindən  təklif  edilmiş  və  sonrakı 
tədqiqatlarda təsdiq olunmuşdur. 
Bu  modelə  görə  hər  DNT  molekulu  iki  uzun,  spiral  şəklində 
burulmuş polinukleotid zəncirindən ibarətdir. Zəncirdə iki qonşu azot əsası 
arasında  məsafə  0,34  nm  təşkil  edir.  On  nukleotid  cütü  ikiqat  spiralın 
uzunluğu 3,4 nm olan tam bir burğusunu əmələ gətirir. 
Uotson  və  Krikin  modelinin  vacib  şərtlərindən  biri  DNT-nin  ikiqat 
spiralında azot əsaslarının komplementarlığıdır. Belə  ki, hər bir azot əsa- 
sının  qarşısında  yalnız  ona  komplementar  azot  əsası  dayana  bilər.  Belə 
komplementar cütlər adenin-timin və quanin-sitozin və ya qısa A-T və Q-
S. 
Nukleotidlər öz aralarında hidrogen rabitələri ilə birləşir. Adenin və 
3

 


 
~ 13 ~ 
timin  arasında  belə  rabitələr  iki,  quanin  və  sitozin  arasında  üçdür.  Hər 
hidrogen rabitəsi çox zəifdir, lakin ikiqat spiralın bütün uzunluğu boyu bu 
rabitələr zəncirin hər iki telini kifayət qədər möhkəm birləşdirir (şəkil 2). 
                   Adenin                                    Timin 
                                            
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DNT  molekulunda  nukleotidlərin  tərkibi  öyrənildikdə  müəyyən 
olunmuşdur ki, DNT molekulunu əmələ gətirən polinukleotid zəncirlərdən 
birinin  nukleotid  ardıcıllığı  digərinə  komplementardır.  Bunun  sayəsində 
bir sıra qanunauyğunluqları aşkar edən amerikan alimi E.Çarqaffın adı ilə 
Çarqaff qaydası adlanır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2. DNT molekulunun quruluşu. 
 
1.  Purin  əsasları  molekullarının  cəmi  pirimidin  əsaslarının 
molekullarının cəminə barabərdir. 



 
~ 14 ~ 
A + Q = T + S 
2.  Adenin  molekullarının  cəmi  timin  molekullarının  cəminə 
barabərdir. 
     A = T 
3.  Quanin  molekullarının  cəmi  sitozin  molekullarının  cəminə 
barabərdir. 
      Q = S 
4.  6-aminqrupu  olan  nukleotidlərin  cəmi,  6-oksiqrup  olan 
nukleotidlərin cəminə bərabərdir. 
A + S = Q + T 
DNT molekulu nukleotid tərkibində yeganə dəyişən kəmiyyət 
S
Q
T
A


 
nisbətidir və spesifik əmsal adlanır. 
Bu əmsal bakteriyalarda, ibtidai bitkilərdə və heyvanlarda çox geniş 
hədd daxilində dəyişir. Lakin bütün ali bitkilərdə və onurğalı heyvanlarda 
bu  əmsal  1,5-ə  yaxındır.  Polinukleotid  zəncirdə  nukleotidlərin  ardıcıllığı 
hər  fərdi  nuklein  turşusu  üçün  təkrarolunmazdır  (unikaldır).  DNT 
molekulundakı bu nukleotid ardıcıllığında yalnız həmin orqanizmin bütün 
irsi xüsusiyyətləri yazılmışdır. 
 
DNT molekulunun replikasiyası 
 
Mitoz  bölünmənin  S–dövründə  DNT  molekulunun  ikiləşməsi  baş 
verir.  Bu  proses  DNT-nin  replikasiyası  adlanır.  Replikasiya  matris  üsulu 
ilə,  daha  doğrusu  DNT  molekulunun  hər  polinukleotid  zənciri  əsasında 
komplementarlıq prinsipi ilə iki qız DNT molekulu əmələ gəlir (şəkil 3). 
 
Şəkil 3. DNT molekulunun replikasiyası və DNT matris üzərində 
RNT molekulunun transkripsiyası sxemi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə