Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   82

 
~ 15 ~ 
DNT  molekulunun  replikasiyası  –  öz-özünü  hasil  edib,  ikiləşməsi 
mürəkkəb  fermentativ  bir  prosesdir.  DNT  molekulunun  hər  bir  zənciri 
matrisə çevrilib onun əsasında yeni komplementar zəncir sintez oluna bilir. 
Nəticədə bir DNT molekulundan iki yeni ikizəncirli DNT molekulu əmələ 
gəlir.  Hər  bir  DNT  molekulu  ilkin  valideyn  DNT  molekulunun  bir 
zəncirindən  və  yeni  sintez  olunmuş  digər  zəncirdən  ibarət  olur.  DNT 
molekulunun  repliksiyasının  bu  mexanizmi  yarımkonservativ  model 
adlanır. 
DNT  molekulunun  replikasiyasının  yarımkonservativ  modelinin 
mexanizmini daha ətraflı nəzərdən keçirək. Bu prosesdə hər bir mərhələdə 
müəyyən  fermentlər  iştirak  edir.  Əvvəlcə  DNT  molekulunun  müxtəlif 
sahələrində replikasiya çəngəli əmələ gəlir. Bu sahələrdə DNT – helikaza 
adlanan  fermentin  iştirakı  ilə  azot  əsasları  arasında  hidrogen  rabitələri 
qırılır, komplementar tellər bir-birindən aralanır və onların hər biri matrisə 
çevrilir.  Sonra  DNT  matrisi  üzərində  DNT  polimerazanın  iştirakı  ilə 
5

 
ucundan 
3

-ə  doğru  istiqamətdə  yeni  zəncir  sintez  olunur.  DNT  – 
polimerazanın  bir  neçə  növü  məlumdur.  Bunlar  müxtəlif  quruluşa  və 
funksiyaya malik olub, müxtəlif miqdarda zülal zəncirindən qurulmuşdur. 
Bu fermentlərin əsas işi hər matrisin dəqiq surətini yaratmaqdır. 
 
 
Şəkil 4. DNT molekulunun replikasiyasının sxemi 


 
~ 16 ~ 
Qeyd olunduğu kimi, komplementar tellərin DNT molekulunda bir-
birindən  ayrılan  sahəsi  replikasiya  çəngəli  adlanır.  Prokaziotlarda, 
plazmidlərdə və plastidlərdə bir, eukariotlarda isə belə başlanğıc nöqtələr 
bir  neçə  olur.  Eukariotlarda  DNT-nin  hər  bir  komplementar  telində 
replikasiya prosesi eyni getmir, tellərdən biri «liderlik» edən tel 
5

 ucundan 
3

-ə  doğru  DNT-polimeraza  fermentinin  iştirakı  ilə  sintez  edilir. 
«Gecikən»  telin  sintezi  isə  bir  qədər  mürəkkəb  kompleks  fermentlərin 
iştirakı ilə baş verir. 
Replikasiya  çəngəlində  eyni  zamanda  20-yə  qədər  müxtəlif 
fermentlər  iştirak  edir.  Əvvəlcə  DNT-də  bacı  telin  kiçik  bir  hissəsi 
replikasiyaya  uğrayır,  onların  bir-biri  ilə  möhkəm  birləşməsi  liqaza 
fermentinin  iştirakı  ilə  həyata  keçir.  DNT-nin  yeni  sintez  olunmuş  telinin 
bu  hissələri  tərkibində  eukariotlarda  1000-2000  nukleotid  cəmləşdirir. 
Onları ilk dəfə müşahidə edən yapon aliminin şərəfinə Okazaki fraqmenti 
adlandırırlar. 
 
 
Şəkil 5. DNT molekulunun replikasiya prosesinin ümumi gedişi 
 
Prokariotlarda  və  eukariotlarda  DNT-nin  replikasiyasının  sürəti 
fərqlidir. Bakteriyalarda bu proses təxminən dəqiqədə 30 mkm təşkil edir. 
Eukariotlarda  replikasiya  nisbətən  yavaş  gedir,  bacı  teli  1,5-2,5  mkm 
uzanır. 
DNT-nin  replikasiyasının  yasrımkonservativ  modelindən  başqa 


 
~ 17 ~ 
konservativ və dispersion modelləri də vardır. 
Yarımkonservativ  model  1958-ci  ildə  M.Mezelson  və  F.Stal 
tərəfindən  sübut  olunmuşdur.  Onlar  nişanlanmış  N  atomları  ilə  tədqiqat 
aparmışlar. Belə ki, bağırsaq çöpü bakteriyası əvvəl tərkibində ağır izotop 
15
N
-azot  olan  qida  mühitində  becərilmiş  və  sonra  onlar  tərkibində  yalnız 
14
N
 olan  mühitdə becərilmiş və sonra onlar, tərkibində yalnız 
15
N
 izotopu 
mühitdə becərildikcə, əvvəlcə DNT molekulunun tərkibində ayrılıqda həm 
14
N
, həm də 
15
N
 izotopları, sonralar DNT-nin tərkibində 
15
14
N
N

 telləri ilə 
yanaşı, yalnız 
14
N
  izotopu  olan  DNT  molekulunun  tellərinə  rast  gəlinirdi. 
Bu isə onu sübut edir ki, DNT molekulunun replikasiyası zamanı əvvəlcə 
DNT  molekulunun  zəncirləri  qırılmaqla  bir-birindən  ayrılır  və  hər  zəncir 
matris  olaraq  mühitdəki  azot  əsaslarından  komplementarlıq  əsasında  öz 
üzərində bacı teli qurur. 
 
 
Şəkil 6. DNT molekulunun replikasiya prosesi. 
 
Hazırda  DNT  molekulun  replikasiyasının  mexanizmi  haqda 
yarımkonservativ model qəbul olunur. 
 
 


 
~ 18 ~ 
Cədvəl 1 
Prokariot və eukariot genomlarında replikasiyanın parametrləri 
Orqanizm 
Replikonların 
sayı 
Replikonların 
orta uzunluğu 
(n.c.) 
Replikasiya 
çəngəlinin hərəkət 
sürəti 
(n.c./dəq.) 
Bakteriyalar (Escherichia 
coli) 

4200 
50 
Maya göbələyi 
(Saccharomyces) 
500 
40 
3.6 
Həşəratlar (Drosophila 
melanogaster) 
3500 
40 
2.6 
Qurbağa (Xenopus laevis) 
15000 
200 
0.5 
Siçan (Musx musculus) 
25000 
150 
2.2 
Bitkilər (Vicia faba) 
35000 
300 
– 
 
Eukariotlarda  və  prokariotlarda  DNT-nin  replikasiyası  zamanı  baş 
verən  molekulyar  bioloji  proseslər  əsasən  oxşardır.  Əgər  bakterial 
xromosomda  replikasiya  vahidi  –  replikon  varsa,  o  zaman  eukariot 
xromosomlarında da DNT replikasiyası üçün ayrı-ayrı replikon ardıcıllığı 
mövcuddur. 
Eukariot  xromosomlarında  hər  an  bir-birindən  asılı  olmadan 
replikasiya  çəngəlləri  çoxluğu  hərəkətə  başlaya  bilər.  Replikasiya 
çəngəlinin hərəkəti ya əks istiqamətdə hərəkət edən çəngəllə toqquşduqda 
və ya xromosomun sonuna çatdığı zaman dayana bilər. 
Nəticədə xromosomun bütün DNT-si qısa bir vaxtda replikasiyaya uğrayır. 
 
Zülalların  biosintezi – irsi informasiyaların  
reallaşmasının  əsasıdır 
 
Müasir  dövrdə  bəzi  zülalları  laboratoriyada  almaq  mümkün 
olmuşdur. Məsələn, mədəaltı vəzin hormonu insulini. Bu prosesin nə qədər 
çətin olduğunu təsəvvür etmək üçün bu rəqəmləri bilmək kifayətdir ki, bu 
prosesin başa çatması üçün 233 mərhələdə aparılan üç illik əmək, onlarla 
qiymətli üzvi maddələrdən istifadə edilmişdir. 
Bizim  orqanizmimizdə  və  digər  bütün  canlı  orqanizmlərdə  daima 
müxtəlif və mürəkkəb zülal molekulları sintez olunur. Hazırda  məlumdur 
ki, zülalların biosintezi mürəkkəb çoxmərhələli proses olub hər bir zülalın 
özünəməxsus  dəqiq  quruluşu  və  unikal  bioloji  xüsusiyyətləri  təmin 
olunmaqla təkrar istehsal olunur.  
Məlumdur ki, zülallar bir və ya bir neçə polipeptid zəncirdən ibarət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə