Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                               № 4(19), 2014



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix07.07.2018
ölçüsü0,83 Mb.
#53713
1   ...   22   23   24   25   26   27   28   29   30

 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

71 



Nərgiz  xanım  bu  sözü  eşitcək  qiyamət  başına  qopdu.  Genə  özünü 

sındırmamaq üçün ayağından başmağı çıxarıb atdı, dedi:  

-  Çox  fikir  eləmə.  Mənim  ayağım  çirk  olsa,  yenə  də  sənin  üstünə 

sürtmərəm.  

Xanverdi Tahir Mirzəyə dedi:  

-  Oğul,  indi  ki,  mənim  qızımı  özünə  bacı  elədin,  sən  oldun  mənim 

həqiqi oğlum. Gedək evimizə, kimi istəyirsən, sənə alacağam.  

Elə  həmən  günün  sabahı  Xanverdi  Tahiri  götürüb  bağa  getdi.  Tahirin 

əlinə bir bel verib dedi:  

- Mən suyu bərədən buraxım, sən ağacların dibini kəs.  

Tahir  birinci  dəfə  idi  əlinə  bel  alırdı.  Təbi  cuşa  gəldi,  aldı,  halına 

münasib görək nə dedi: 

 

Ay ağalar, gəlin sizə söyləyim



Gör necə yad oldu ellər mənimlə. 

Beli də veribsən mənim dəstimə, 

Xub oynar dəstimdə bellər mənimlə. 

 

Bağı gördüm, ağrı qalxdı başımdan, 



Üzüm bar bağladı gözüm yaşından. 

Qohum, qardaş, el dağıldı başımdan, 

Gör necə yad oldu ellər mənimlə. 

 

Mən Tahirəm, düyünlüyəm, dağlıyam, 



Qürbətdə dərdimi kimə ağlıyam? 

Aləm bilir, Əhməd vəzir oğluyam

Tüğyan olub gedir sellər mənimlə. 

 

Xanverdi sövdəgər Tahir Mirzəni də götürüb evinə gəldi. Nə qədər açar-



kilidi vardı, Tahir Mirzəyə tapşırdı. Belə ki, Tahir Mirzə evin oğlu, sahibi-

ixtiyarı  oldu.  Bir  neçə  gün  keçdi.  Bir  gün  Xanverdi  sövdəgərin  yoldaşları 

onun yanına gəlib dedilər:  

-  Ayə,  Xanverdi,  biz  malımızı  yeyib,  mayaya  da  əl  atmışıq.  Daha 

durmağın  yeri  deyil.  Bir  tərəfə  gedib,  bir  qədər  sövdə  eləməliyik.  Tay  nə 

qəmin var, Allah sənə oğul da yetirdi.  

Xanverdi  vaxtı  təyin  elədi.  Tacirlər  getdilər  öz  işlərinə.  Xanverdi  səfər 

tədarükünü qurtardıqdan sonra qızı Nərgiz xanımı çağırıb dedi:  

-  Qızım,  mən  yeddi  ayın  vədəsinə  səfərə  gedirəm.  Bütün  açarları 

tapşırmışam Tahir Mirzəyə. Al, bu bahar bağının açarıdı. Bunu özün saxla. 

Nəbadə  Tahir  Mirzənin  əlinə  düşə.  Ehtiyatlı  ol!  Əgər  Tahir  Mirzənin  əlinə 

düşsə, bir də bu diyarda durmaz.  




 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

72 



Sonra bütün qulamlarla, kənizlərlə, Tahir Mirzə ilə vidalaşıb, yeddi ayın 

səfərinə çıxdı. Atası gedəndən sonra Nərgiz xamm fikir elədi ki, indi yaxşı 

girəvə yeridir. Tahir Mirzəni ələ gətirib, buna getməliyəm.  

Nərgiz  xanım  yeri  gəldikcə  Tahir  Mirzəyə  qaş-göz  atmaqdan,  işarələr 

vurmaqdan  geri  durmurdu.  Ancaq  Tahir  Mirzə  özünü  anlamamazlığa 

vururdu.  Xülasə,  Nərgiz  xanım  nə  fənd  qurdusa,  Tahir  Mirzə  əl  vermədi. 

Nərgiz xanım Tahir Mirzənin bu kəmiltifatlığından bezar oldu; dərd-qəmini 

dağıtmaq üçün hər gün kənizlərin birini evdə qoyurdu, özü qırx incə qıznan 

seyrə çıxırdı.  

Genə  günlərin  bir  günündə  Nərgiz  xanmı  seyrə  çıxmışdı.  Bahar 

bağçasının  açarını  da  bir  kənizə  verib,  evdə  qoymuşdu  ki,  evin  işlərini 

düzəltsin.  Kəniz  evdə  dolananda  açar  yaxasından  yerə  düşdü.  Tahir  Mirzə 

gəlib  keçəndə  açarı  yerdən  götürdü.  Baxıb  gördü  ki,  işlək  açardı.  Kənizi 

çağırıb soruşdu:  

-  Bu  necə  açardı  məndən  gizləyirsiniz?  Məgər  məndə  nə  əyrilik 

görmüsünüz?  

Kəniz  fıkir  elədi  ki,  Tahir  Mirzəni  aldatmaq  lazımdı.  Bir  qah-qah  ilə 

gülüb dedi:  

- О köhnə, sınıq açardı. Özümüz qəsdən bura atmışıq.  

Tahir Mirzə əl atdı kənizin yaxasından yapışıb dedi:  

- Çəpəl, düzünü deginən, yoxsa əlimdən salamat qurtarmazsan.  

Kəniz qorxusundan əhvalatı Tahir Mirzəyə nağıl elədi. Tahir dedi:  

- Bu saat bahar bağını mana nişan ver!  

Kəniz naəlac qalıb, Tahir Mirzəni götürdü, bahar bağının qapısına gəldi. 

Tahir  qapını  açıb  içəri  daxil  oldu.  Nə  gördü?  Bura  bir  bağdı  ki,  deyirsən 

behiştin bir, guşəsidi, gülüstani-baği-irəmdən nişan verir. Bülbüllər cəh-cəh, 

güllər  bəh-bəh  deyir,  hər  kəs  öz  dilincə,  öz  məhbubu  ilə  razi-niyaz  edir. 

Tahir  Mirzə  bağı  dolanırdı,  gördü  bir  bülbül  gülün  yarpağını  üzüb  çəkir 

göyə,  ordan  buraxır;  bülbül  şığıyıb  yarpaq  göydə  ikən  уеnə  tutur.  Tahir 

tamaşa  eləyirdi,  bülbül  уаrpаğı  bir  də  çəkib  buraxdı.  Gül  yarpağı  bir 

qaratikan  kolunun  üstünə  düşdü.  Bülbül  daldan  şığıyıb  onu  götürmək 

istəyəndə  ürəyindən  sancıldı  qaratikan  qələməsinə.  Gedib,  başını  sürünə-

sürünə  gülün  уаrpаğının  üstə  qoydu,  can  verməyə  başladı.  Tahir  bir  ah 

çəkib,  özünü  yetirdi  bülbülün  başı  üstünə.  Onu  о  tərəfə,  bu  tərəfə  aşırıb 

gördü ki, başı yarpağın üstündə, canını gülə tapşırıb. Tahir kədərlənib dedi:  

-  Heyhat!..  Bir  bülbülcən  də  olmayasan?!  Vəfalı  bülbül  öz  canını 

məhbubu yolunda fəda elədi! Sən diyarbadiyar gəzirsən. Yox olsun о baş ki, 

məhbubu yolunda kəsilməyə.  

Tahir  bülbülün  yanında  diz  çöküb,  gözlərinin  yaşını  tökdü.  Qəmi  cuşa 

gəldi, sazı sinəsinə basıb, görək nə deyir: 

 

 



 OZAN  DÜNYASI                                                               № 4(19), 2014 

 

73 



Yaz olanda bağçalarda  

Sən çalırsan tarı, bülbül! 

Oxudun, dərdim artırdın, 

Oldun mənnən yarı, bülbül! 

 

Bülbül, sənin işin qandı, 



Aşıqlar oduna yandı; 

Nədən hər yerin əlvandı, 

Köksün altı sarı, bülbül?! 

 

Bülbül, sən dala səkərsən



Göz yaşın gülə tökərsən, 

On bir ay həsrət çəkərsən

Bir ayı da zarı, bülbül. 

 

Bülbül, geyinmisən yaşıl, 



Qolların boynumdan aşır; 

Ağlamaq mənə yaraşır, 

Qoy ağlayım barı, bülbül! 

 

Bülbül, sən məni qandırdın, 



Gülşən bağı dolandırdın, 

Axır oduna yandırdın, 

Yazıq xan Tahiri, bülbül!  

 

Tahir Mirzə sözünü bitirib öz-özünə dedi: “Ey dadi-bidad! Bir bülbülcən 



də olmayasan? О öz məhbubu yolunda mərd-mərdana canını fəda elədi, sən 

canını qorumaq üçün diyarbadiyar gəzirsən”.  

Ayağa qalxıb, üz qoydu öz vilayətlərinə tərəf getməyə. Bu vaxt Nərgiz 

xanım  seyrdən  qayıdırdı.  Tahir  Mirzəyə  rast  oldu.  Tahir  Mirzənin 

vilayətlərinə  getmək  qəsdində  olduğunu  bildi.  Nə  qədər  yalvardı,  göz  yaşı 

töküb,  qoymaq  istəmədisə  də,  mümkün  eləyə  bilmədi.  Naəlac  qalıb,  iki 

yeyib  yatmış  kənizə  əmr  verdi  ki,  onu  götürüb,  evə  aparsınlar.  Kənizlər 

Tahir Mirzəni evə apardılar.  

Ancaq  Tahirin  könlü  açılmadı,  üzü  gülmədi.  Bülbül  onun  gözünün 

qabağında idi. Aldı, öz halına münasib görək nə dedi:  

 

Fələk, səndə nə adətdi, 



Ayırmaq yarı yarından? 

Göz ilə görməmiş həmin, 

Könül yox ola varından! 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə